Month: February 2019

  • Leyla Əliyeva Xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə – tarixin səhifələri” adlı sərgisi ilə tanış olub – FOTO

    Fevralın 26-da Müasir İncəsənət Muzeyində Xalq rəssamı, professor Arif Hüseynovun Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar “Qarabağnamə – tarixin səhifələri” adlı sənədli-bədii qrafika sərgisi açılıb.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşan sərgidə rəssamın 50-dən çox sənədli-bədii qrafika əsəri nümayiş olunur.

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyev sərgi ilə tanış olub.

    Müasir İncəsənət Muzeyinin müdiri Xəyyam Abdinov deyib ki, Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar müxtəlif anım tədbirləri keçirilir. Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizdə və xaricdə təşkil edilən bu cür tədbirlər sayəsində dünya ictimaiyyətinin Xocalıya olan diqqəti daha da artır. Xalq rəssamı Arif Hüseynovun Qarabağ mövzusunda əsərlərindən ibarət bugünkü sərgi də Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilib və buna görə Fondun rəhbərliyinə təşəkkür edirik.

    Sərginin əhəmiyyətindən danışan X.Abdinov deyib ki, ekspozisiyada nümayiş olunan əsərlər tarixi materiallara əsaslanır. Bu əsərlərdə Alban kilsəsi, tarixi yerlərin mənzərələri və tarixi şəxsiyyətlərin portretləri təsvir olunub. Əsərlərdə Türkmənçay müqaviləsi, Alban kilsələrinin dəyişdirilməsi, Xocalıya aid kompozisiyalar əks etdirilir.

    Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev vurğulayıb ki, xalqımızın tarixində yaşanan kədərli və fərəhli hadisələrə hər zaman sənətkarlarımız tərəfindən bədii münasibət göstərilib. Xocalı soyqırımı xalqımızın tarixində elə dəhşətli hadisələrdəndir ki, ona münasibət göstərməmək qeyri-mümkündür.

    “Xalq rəssamı Xanlar Əhmədov, tanınmış kinorəssam Nazim Məmmədov və digər fırça ustaları bu hadisələri öz əsərlərində təsvir ediblər. Arif Hüseynovun əsərlərində tarixə, yaşanılan hadisələrə sənədli münasibət mövcuddur. Düşünürəm ki, belə əsərlərin ölkəmizin hüdudlarından kənarda da nümayişi vacibdir. Bu əsərlər Xocalı faciəsinin dünyaya tanıdılması və təbliğində yardımçı ola bilər. Sərginin təşkil olunmasına verdiyi dəstəyə görə Heydər Əliyev Fondunun rəhbərliyinə minnətdarlığımızı bildiririk”, – deyə Ziyadxan Əliyev bildirib.

    Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov söyləyib ki, sərgidəki əsərlərdə xalqımızın ağrı-acıları əks olunub. Belə sərgilər mütəmadi olaraq təşkil edilməlidir.

    Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Səhlab Məmmədov, kinorejissor, Xalq artisti Oqtay Mirqasımov çıxış edərək sərginin əhəmiyyətini vurğulayıb, müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar.

    Sonra tədbirin iştirakçıları sərgi ilə tanış olublar.

    Xalq rəssamının sərgidə nümayiş etdirilən “I Pyotrun məktubu”, “Türkmənçay müqaviləsi”, “Güllələnmiş heykəllər”, “Qarabağ müharibəsi”, “Pənahəli xan”, “Xalq musiqiçiləri” kimi əsərlərində tarixi həqiqətlərin rəssam təxəyyülü ilə ərsəyə gətirdiyi təsvirlər kifayət qədər cəlbedici və yaddaqalandır. Sərgidəki bütün əsərlər qravüra janrında işlənilib. Sərgi bütövlükdə tarixi faktlar əsasında qurulub və maarifləndirici xarakter daşıyır.

    Uzun illərdir ki, rəssam vaxtının bir hissəsini gənc nəslin nümayəndələri, uşaq və yeniyetmələrlə işləməyə sərf edir. Azərbaycan təsviri incəsənətinin gələcəyi üçün yeni rəssamlar hazırlayır. Rəssam öz əsərləri ilə Azərbaycan xalqının zəngin daxili dünyasını və xüsusiyyətlərini təsvir edir. Əsərlər tarixi materiallara əsaslanır. Silsiləyə daxil olan əsərlərdə Alban kilsəsi, tarixi faktlar, tarixi yerlərin mənzərələri və tarixi şəxsiyyətlərin portretləri təsvir olunur.

  • Еще 120 семей в Азербайджане получат новые квартиры

    Завтра в Сумгайыте состоится жеребьевка в связи с обеспечением группы вынужденных переселенцев жилплощадью, сообщили во вторник Trend в Госкомитете по делам беженцев и вынужденных переселенцев, передает Median.Az.

    В сообщении говорится, что в жеребьевке будут участвовать 120 семей вынужденных переселенцев. Семьи получат квартиры в новом комплексе, построенном в Сумгайыте.

    В церемонии примут участие руководящие лица госкомитета и заместители главы Исполнительной власти города Сумгайыт.

  • Azərbaycanda rayonların inkişaf planı hazırlanır

    Azərbaycanda iqtisadi rayonlar üzrə, eləcə də, bələdiyyələr səviyyəsində yerli inkişaf planları hazırlanır.

    İqtisadiyyat Nazirliyinin rəhbərliyi ilə həyata keçirilən “Gəncə-Qazax iqtisadi rayonunda yerli və regional inkişafa dəstək” layihəsi Avropa İttifaqı və Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf Federal Nazirliyi adından Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən icra olunur.

    Layihə çərçivəsində ilk üç pilot rayonun – Gədəbəy, Daşkəsən və Tovuzun inkişaf planları artıq hazırdır.

    Gəncə şəhəri və Qazax-Göygöl rayonlarının inkişaf planlarının hazırlanması ilə bağlı birinci mərhələ də yekunlaşıb və əldə olunan məlumatların üzərində planın ilkin versiyası tərtib edilir. Qarşıda isə Gəncə-Qazax iqtisadi rayonuna daxil olan digər inzibati rayonların inkişaf planlarının hazırlanmasını başa çatdırmaq kimi böyük bir işin icrası dayanır.

    Rayonun inkişaf planı özündə kəndlərdəki sosial-iqtisadi məsələləri də əks etdirən bələdiyyələrin hazırladıqları yerli inkişaf planlarını da ehtiva edir. Məsələn, Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının inkişaf planlarına ümumilikdə 18 bələdiyyənin yerli inkişaf planları inteqrasiya edilib. Qeyd edək ki, bələdiyyələrin yerli inkişaf planları yerli qanunvericiliyə, beynəlxalq təcrübəyə əsaslanan və Ədliyyə Nazirliyi tərəfindən qəbul olunan metodika əsasında hazırlanıb.

    İnkişaf planları üzrə işlər iki əsas mərhələyə bölünür. Birinci mərhələdə şəhər və ya rayonun sosial-iqtisadi diaqnostikası aparılır və ikinci mərhələdə əldə olunan nəticələr əsasında inkişaf planı hazırlanır.

    Hər iki mərhələdə dövlət qurumları və təşkilatların iştirakı ilə keçirilən silsilə seminarlarda müxtəlif təhlil metodologiyaları əsasında sosial-iqtisadi çətinliklər müəyyən edilir, problemlərin həlli yolları, bunun üçün lazım olan resurslar, müvafiq qurumların rolu, məsuliyyətləri və əməkdaşlıq imkanları vahid plan formasına salınır.


    Hər bir şəhər və ya rayonun sosial-iqtisadi təhlilinin aparılması məqsədilə xüsusi tədqiqat qrupu formalaşır. Qrupa GİZ-in, İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Tədqiqatlar İnstitutunun, yerli icra hakimiyyətinin və digər dövlət qurumlarının əməkdaşları daxildir. Diaqnostik təhlillər üçün baza kimi milli səviyyədə statistika, rayon səviyyəsində statistika, nazirliklərin, beynəlxalq təşkilatların hesabatlarından istifadə edilir. Əldə olunan nəticələr 25-30-a yaxın qurumun iştirakı ilə müzakirə edildikdən sonra hesabata daxil edilir və təsdiq edilməsi üçün yerli icra hakimiyyətinə verilir.

    Vurğulamaq yerinə düşər ki, diaqnostik seminarlar hər bir rayonu ayrılıqda daha yaxşı öyrənməyə, onun real inkişaf istiqamətlərini araşdırmağa imkan yaradır. Seminarlarda geniş istifadə olunan GZİT (Güclü, Zəif, İmkan və Təhlükələr) təhlili əsasında aparılan diaqnostika zamanı mütəxəssislər hər bir rayonun inkişaf planın hazırlanmasında və həyata keçirilməsində güclü-zəif tərəflərini və mövcud imkanlarını – təhlükələrini araşdırırlar.

    GZİT təhlili əsasında ən azı iki strategiya hazırlanır. Birinci, güclü tərəfimizi necə istifadə edə bilərik ki, imkanlarımızdan tam yararlana bilək və ikinci, zəif tərəflərimizi necə aradan qaldıra bilərik ki, imkanlarımızdan istifadəyə mane olmasın.

    Güclü və zəif tərəflər daxili, imkanlar və təhlükələr isə daha çox xarici faktorlardır. Məsələn, imkan kimi xarici donorları göstərmək olar, amma bizim rayonlarımızda əgər icra hakimiyyətlərinin işçiləri həmin donora ərizə formasını doldura bilmirsə, bu, zəif tərəfimizdir və imkanlardan istifadə etməyimizə mane olur.

    Eyni zamanda, seminarlarda “Problem ağacı” təhlil aləti vasitəsilə şəhər və rayonda sosial-iqtisadi və ətraf mühitlə bağlı əsas problemlər, onları yaradan səbəblər müəyyən edilir.

    Bundan sonra planlaşdırma başlayır və bu zaman problem ağacı – məqsəd ağacına çevrilir, fəaliyyətlər hazırlanır, məntiqi çərçivəyə yaradılır, onun büdcəsi, indikatorları tərtib olunur.

    Hazırda GİZ bu planların əsas mərhələlərini işləmək üçün 16 seminar spikeri də yetişdirib. Onların arasında GİZ-in Gəncə-Qazax regional bölməsinin, Tovuz, Qazax, Gədəbəy, Daşkəsən rayon icra hakimiyyətlərinin əməkdaşları, Azərbaycan Kənd Təsərrüfatı Universitetinin və QHT-lərin nümayəndələri də yer alır.


    Qeyd edək ki, şəhər və ya rayon inkişaf planının hazırlanmasında tətbiq olunan diaqnostik təhlil üsulları İqtisadiyyat Nazirliyi tərəfindən təsdiqlənmiş metodologiya əsasında aparılır. Bundan başqa, inkişaf planındakı mərhələlər üzrə atılacaq bütün addımlar hesablanır, işin keyfiyyəti, çəkiləcək xərclərin konkret real büdcələri də açıqlanmaqla alınan nəticələr yekun sənəddə öz əksini tapır.

    Bu isə imkan verəcək ki, hökumət birbaşa hər bir rayonun, yerli idarə orqanlarının özündən gələn təklifləri dəyərləndirərək, prioritetləri seçə bilsin və büdcədən ayrılan vəsaitlərin şəffaf xərclənməsinə, birbaşa məqsədə yönəlməsinə, üstəlik, hesabatlılığın yüksəlməsinə nail olsun.

    Bəs inkişaf planlarının hazırlanması prosesi necə keçir, fərqli qurumların gördüyü problemlər və təklif etdikləri çıxış yolları nədən ibarətdir? Əmin olun ki, bunu demək yox, iştirakçısı olmaq çox maraqlıdır.

    Nümunə üçün qeyd edək ki, GİZ-in Gəncə şəhərində keçirdiyi Gəncə şəhərinin inkişaf planı üzrə hazırlıq mərhələsinin əsas hissəsi – şəhərin sosial-iqtisadi diaqnostikası seminarı üç gün davam etdi.

    Seminarda qoyulan problemlər, təklif olunan müxtəlif inkişaf yolları, bunun üçün fərqli maliyyə mənbələrinin seçilməsinə dair irəli sürülən hər bir arqument diqqətlə dinlənildi, müzakirə olundu və nəticələr qeydə alındı.

    Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin regional koordinatoru Fariz Qarayevin sözlərinə görə, birinci mərhələdə Gəncə şəhərinin diaqnostikası aparıldı: burada şəhərə aid sosial-iqtisadi və ətraf mühit məsələləri rayon icra hakimiyyətinin müvafiq qurumları, şəhərdə yerləşən və fəaliyyət göstərən digər müəssisə və təşkilatların iştirakı ilə müzakirə edildi.

    Bu mərhələnin yekunu olaraq müxtəlif mənbələrdən və seminar iştirakçılarından əldə edilən məlumatlar əsasında Gəncə şəhərinin sosial-iqtisadi diaqnostik hesabatı hazırlanır. Bu hesabat həm də şəhərin sosial-iqtisadi göstəricilərinin təhlilini özündə əks etdirən mərkəzləşmiş məlumat mənbəyidir ki, icra hakimiyyəti şəhərin inkişafında bundan müxtəlif məqsədlər üçün istifadə edə bilər.

    Ümumiyyətlə, nəticə etibarilə yekunda iki məhsul alındı: şəhərin sosial-iqtisadi diaqnostik hesabatı və şəhərin inkişaf planı. Hər iki sənəd İqtisadiyyat Nazirliyi və müvafiq icra hakimiyyətləri ilə razılaşdırılır.

    F.Qarayevin açıqlamasına görə, İqtisadiyyat Nazirliyi pilot planları təsdiqləyəndən sonra Gəncə-Qazax iqtisadi rayonuna daxil olan bütün inzibati şəhər və rayonlar üçün “İnkişaf Planları” hazırlanacaq və burada əksini tapan məsələlər 2019-2023-cü illər üzrə “Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı”na salınacaq.

    Bununla yanaşı, Almaniya Beynəlxalq Əməkdaşlıq təşkilatı hələ 2014-cü ildə Ədliyyə Nazirliyinin tapşırığına əsasən, qanunvericiliyə və beynəlxalq praktikaya uyğun olaraq yerli inkişaf planlarının hazırlanması üçün metodologiyanı da hazırlayıb.

    Bu sənəd bələdiyyənin inkişaf planının hazırlanması üçün metodiki vəsait kimi qəbul olunub və artıq bir neçə ildir ki, bələdiyyələrdə tətbiq olunmağa başlayıb. Nəticədə, 43 bələdiyyənin yerli inkişaf planları yazılıb. Bunlardan 32-si kənd, beşi qəsəbə, dördü rayon mərkəzində yerləşən, ikisi isə sırf şəhər bələdiyyəsidir.

    Maraqlı bir nüansı da qeyd edək ki, yuxarıda göstərildiyi kimi, hər bir rayonun diaqnostik seminarını azərbaycanlı təlimçilər aparır və onlar müxtəlif qurumlarını təmsil edirlər, əksəriyyəti isə dövlət qulluğundadır.

    Təlimçilər bu təlimlərdə maraqlı tərəf olduğundan işin keyfiyyətinə nəzarət edən almaniyalı mütəxəssis, GİZ üçün rayon inkişaf planlarının hazırlanmasına rəhbərlik edən Witold Sartorius-dan yerli kadrlarımızla bağlı rəyini aldıq.

    “Səmimi deyəcəyəm ki, yerli kadrların səviyyəsi mən düşündüyümdən yaxşıdır. Hiss olunur ki, təkcə mərkəzdə deyil, artıq regionlarda da işi bacaran işçilərə üstünlük verirlər. Bizim keçirdiyimiz seminarlarda yerli təlimçilərin iştirakı ilə rayonun məsul qurumlarının nümayəndələrinin iştirakı ilə diaqnostik məlumatlar toplanır, ilk növbədə hansı problemləri necə həll etməliyik, bunun üçün plan hazırlanır.

    Biz heç bir layihəni diaqnostik təhlil aparmadan başlamırıq. Çünki dünyanın hər yerində, dövlətlərin fərqi yoxdur, pul həmişə çatmır. Buna görə də ilk növbədə vacib olan problemlərin həllini önə keçirmək lazımdır”.

    Maraqlı faktlar: Daşkəsəndə rayonun sosial-iqtisadi diaqnostikası zamanı inkişaf hədəfləri arasında turizm, kənd təsərrüfatı, arıçılığın inkişafı üçün imkanlar olduğu vurğulanıb. Eləcə də, filiz emalı müəssisəsinin özəlləşdirilməsi nəticəsində əhali üçün xeyli sayda iş yerlərinin yaranacağı vurğulanıb. İnfrastruktur layihələri arasında təhsil və səhiyyə ilə bağlı məsələlər daha çox vurğulanıb.

    Gədəbəydə kənd təsərrüfatı, turizm, arıçılıq ilə yanaşı, yun emalı, mineral suyun qablaşdırılması, filiz mədənlərinin işlənməsi, xüsusən də mərmər sexinin fəaliyyətə salınmasını təklif ediblər.

    Gəncə şəhəri isə bildiyimiz kimi, sənaye şəhəri kimi tanınıb və burada hələ keçmiş sovetdən qalma zavodların işi yenidən bərpa oluna bilər. Eyni zamanda çini qablar, şirniyyat, ədviyyat məhsullarının istehsalı, xalça zavodunun işinin bərpa olunması təklif olunub. Bununla yanaşı, Gəncə nəqliyyat dəhlizi, turizm məkanı kimi də böyük imkanlara malikdir.

  • “Erməni rəsmiləri ucuz bəyanatlarla Azərbaycanı qorxuda bilməz” – XİN

    Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistan müdafiə nazirinin bu ölkənin ictimai televiziyasına verdiyi müsahibəsi ilə bağlı bəyanat yayıb.

    Median.Az xəbər verir ki, bəyanatda deyilir:

    “Ermənistan rəsmilərinin bu kimi ucuz təbliğat xarakterli bəyanatları ilə Azərbaycanı qorxutmaq mümkün deyil. Ermənistan nazirinin fikri 1990-cı illərin əvvəllərində başı daxili çəkişmələrə qarışan və bu fürsətdən istifadə edərək torpaqlarını zəbt etdikləri Azərbaycan müstəqilliyinin ilk illərinə getməsin. Bu gün Azərbaycan ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında kifayət qədər güclü, peşəkar və işğal olunmuş torpaqarı azad etmək əzmində və iqtidarında olan vətənpərvər Silahlı Qüvvələrə sahibdir. Azərbaycanın güclü iqtisadiyyatı, uğurlu daxili və xarici siyasəti onu bölgədə danılmaz liderə çevirmişdir.

    Ermənistan müdafiə nazirinin ölkəsinin 27 il öncə işğal etdiyi Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərin soyqırımının ildönümü günü Ermənistanın hücum silahları alması ilə əlaqədar bəyanatla çıxış etməsi Ermənistanın açıq təcavüzkar siyasətinin bariz göstəricisidir.

    Xatırlatmaq istərdik ki, 2016-cı ilin əvvəlində münaqişənin həlli ilə əlaqədar konkret planlar müzakirə edildiyi halda, məhz Ermənistan tərəfinin hücum xarakterli yeni hərbi doktrina qəbul etməsi və aprelin 2-də qoşunların təmas xətti boyunca əhalinin sıx məskunlaşdığı əraziləri, o cümlədən məktəblər, xəstəxanalar və ibadət yerlərini ağır silahlardan atəşə tutması, məlum aprel hadisələrinin baş verməsinə gətirmişdir.

    Erməni müdafiə nazirinin bu bəyanatı kimin sülh istədiyini, kimin isə işğalçılıq siyasəti yürüdərək hücum xarakterli silahlar əldə etdiyini beynəlxalq ictimaiyyətə aydın şəkildə nümayiş etdirir”.

  • Сегодня в Азербайджане «Су чершенбеси»

    Cегодня в Азербайджане отмечается «Су чершенбеси».

    Как передает Median.Az, завершение зимы и приход весны отмечается в Азербайджане и многих других странах Востока как праздник Новруз.

    Фактически, подготовка к празднику начинается за месяц до самой праздничной даты.

    Так, издревле особенно праздничными считаются вторники. Каждая из предстоящих четырех недель, а вернее четырех вторников (чершенбе), посвящена одной из четырех стихий и называется соответственно.

    Четыре предшествующих празднику вторника называются Су чершенбеси (вторник на воде), Одлу чершенбе (вторник на огне), Торпаг чершенбеси (вторник на земле) и Ахыр чершенбе (последний чершенбе).

    Так, по народным поверьям, в первый вторник обновлялась вода, и все стоячие воды приходили в движение. Во второй обновлялся огонь, в третий – земля. В четвертый вторник ветер раскрывал почки деревьев, и, по народным приметам, наступала весна. Так, считалось, что вселенная состоит из четырех элементов – воды, воздуха, огня и земли.

    Отметим, что в этом году весна в Азербайджане наступит в ночь на 21 марта в 01:58.

    Праздник Новруз будет отмечаться в стране 21 марта.

  • Elmar Məmmədyarov belçikalı həmkarına Xocalı soyqırımı haqqında danışıb – FOTO

    Xarici işlər naziri Elmar Məmmədyarov Cenevrəyə işgüzar səfəri çərçivəsində Belçika Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri üzrə naziri Didye Reynders ilə görüşüb.

    Median.Az bildirir ki, görüş zamanı Azərbaycan və Belçika arasında mövcud olan əməkdaşlıq münasibətlərinin cari vəziyyəti haqda fikir mübadiləsi aparılıb.

    Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesinin cari vəziyyəti haqqında həmsöhbətinə məlumat verib və bu gün 27-ci ildönümü anılan, Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımından bəhs edib.

    Daha sonra tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

  • Lənkəranda kəndə hücum edən canavarlar insanları qorxuya salıb

    Lənkəranda kəndə girən canavarlar mal-qaraya hücum edib, təsərrüfat sahibinə 5000 manat ziyan vurub.

    Hadisə rayonun Ürgə kəndində baş verib. Səhər saatlarında dənizkənarı otlaq ərazidə canavar iribuynuzlu heyvanlara hücum edib.

    Kənd sakini və mal-qaranın sahibi Savalan Rəhimov hadisə yerindən 200-250 metr məsafədə heyvanların birləşərək canavara müqavimət göstərdiyinin şahidi olub. Canavar heyvanlarını qoruyan təsərrüfat sahibini görən kimi qaçıb.

    Hücum nəticəsində 1 baş heyvan yaralanıb. Zərərçəkmişin sözlərinə görə, son 10 gündə canavarlar onun 4 inəyini parçalanıb. Ümumilikdə, Savalan Rəhimova 5000 manat maddi ziyan dəyib.

    Təsərrüfat sahibləri bu hadisə ilə bağlı çox narahatdılar. Canavarların bu hadisəni yaşayış məntəqəsindən cəmi 2 km aralıda törətməsi kənd sakinlərini ciddi narahat edir.

    Onlar canavarların insanlara hücum edə biləcəklərindən ehtiyat edirlər.

  • Azərbaycanlı qadın Rusiya miqrasiya xidmətində qanunsuz işləyib

    Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri Kuntsevo rayonu üzrə miqrasiya bölməsində iki ay müddətində Azərbaycan vətəndaşı olan qadın işləyib. Paytaxt prokurorluğunun məlumatına görə, həmin şəxs işdən uzaqlaşdırılıb və cərimələnib.

    Fakt Kuntsevo Prokurorluğunun apardığı araşdırmalar zamanı üzə çıxıb.

    “Rayonun miqrasiya idarəsində 2018-ci ilin noyabrından əcnəbi şəxs faktiki olaraq qanunsuz fəaliyyətlə məşğul olub”, – məlumatda bildirilib.

    Araşdırmalar zamanı həmin şəxsin sənədlərinin federal qanunvericiliyin tələblərinə uyğun gəlmədiyi müəyyənləşib.

    Bildirilib ki, miqrasiya idarəsində işləyən qadın Azərbaycan vətəndaşıdır.

    O, Rusiya Federasiyası ərazisində əcnəbi vətəndaşın və ya vətəndaşlığı olmayan şəxsin qanunsuz fəaliyyəti ittihamı ilə inzibati məsuliyyətə cəlb edilib və məhkəmənin qərarı ilə beş min rubl (təxminən 130 manat – red.) məbləğində cərimələnib.

    Bundan başqa, bölmə rəisini də sərt cəza gözləyir.

  • Китай создал микроволновое оружие, вызывающее сильнейшую боль

    Китайские ученые создали новейшее оружие на основе микроволновых частиц.

    Как передает РенТВ, об этом сообщает Global Times.

    Специалисты Пекинского института радиоизмерений и Китайской корпорации по аэрокосмической науке и промышленности научились использовать микроволновые радары для борьбы с противником.

    Отмечается, что оружие является несмертельным, но действия микроволн способны причинить человеку нестерпимую боль.

    Микроволновая система достигает кожи человека и действует на нервные окончания, которыми испещрена поверхность тела.

  • Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi

    Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun konstitusiya məhkəmə icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib.

    Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda M.Sarıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 5 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.

    Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, ərizəçinin çıxışını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

    Qərarda deyilir ki, Məhəmməd Məmmədovun Mirsaleh Sarıyevə qarşı pul tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 5 fevral tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci və 471-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı, 418.1-418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

    Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.qaynarinfo.az