Month: February 2019

  • Samuxda yol qəzası baş verib, yaralananlar var

    Samux rayonunda yol qəzası baş verib.

    Median.Az report-a istinadən məlumat verir ki, hadisə Samux rayonunun İnstitut qəsəbəsində qeydə alınıb.

    Belə ki, “VAZ-2106” markalı avtomobilin digər avtomobillə toqquşması nəticəsində 4 nəfər – 1992-ci il təvəllüdlü Musa Rövşən oğlu Əhangər, 1987-ci il təvəllüdlü Yaqub Mirəziz oğlu Qasımov, 1993-cü il təvəllüdlü Tural Məmmədov və 2013-cü il təvəllüdlü Ayan Əlizamin qızı Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. A.Əliyevanın ağır, digərlərinin isə vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Rusiyaya yaşıl qar yağdı – FOTO

    Rusiyada qara qar yağışının ardından indi də yaşıl qar yağıb.

    Median.Az ölkə.az-a istinadən xəbər verir ki, xrom zavodundan sızan kimyəvi maddə səbəbindən yağan qarın yaşıl rəngə çalması yerli sakinlər arasında təşvişə səbəb olub. Qar örtüyünün zəhərli olduğunu düşünən sakinlər küçəyə maska ilə çıxıblar.

    Fotoları oxucularımıza təqdim edirik.

  • Bakıda yeni polis bölməsi yaradılır

    Bakıda yeni polis bölməsi yaradılıb.

    Median.Az ONA-ya istinadən xəbər verir ki, ictimai təhlükəsizliyin təmin edilməsinin səmərəsini artırmaq və vətəndaşların polisə müraciətlərini asanlaşdırmaq məqsədi ilə Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsi açılacaq. Rayonun Binə qəsəbəsində yeni bölmə üçün inzibati bina da inşa edilib. Bölmənin şəxsi heyəti hələlik formalaşmayıb.

    Yeni bölmənin mart ayında açılışı gözlənilir.

  • Перехвачено 90 тыс. бутылок водки для Ким Чен Ына

    Голландские таможенники проявили бдительность и не позволили китайской судоходной компании Cosco Shipping отправить корабль с 90 тысячами бутылок водки из Роттердама, сообщает Algemeen Dagblad.

    Груз предназначался для северокорейского лидера Ким Чен Ына, поскольку тот вынужден получать некоторые товары в обход санкций ООН.

    Как передает РенТВ, министр внешней торговли Сигрид Кааг подчеркнула, что Нидерланды намерены соблюдать ограничения и поэтому приказала конфисковать контейнер, в котором находилось три тысячи коробок с алкоголем.

  • Bu gün Azərbaycanda ilk Novruz çərşənbəsidir

    Bu gün Azərbaycanda ilk çərşənbə – Su çərşənbəsi qeyd olunur.

    Median.Az Trend-ə istinadən bildirir ki, artıq bu həftədən su çərşənbəsi ilə Novruz bayramına hazırlıqlar başlayır. Novruz qədim ənənələrə söykənən Azərbaycan dövlətinin milli ünsürlərini özündə birləşdirən əsas bayramlardan biridir. Novruz gəlməmişdən öncə onun ilk carçısı kimi hər həftə ocaqlar qalanır. Bu, demək olar ki, 4 həftəni özündə birləşdirir.

    Deyilənə görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi su çərşənbəsi qeyd edilir. Bəzi mənbələrdə ona “əzəli çərşənbə”, “gül çərşənbə” də deyirlər. Bu çərşənbədə suyun dirilməsi özünü göstərir. Qədim inanclara görə, bu çərşənbə suya tapınma inancı ilə başlayır. İnanca görə, “təzə su”, yəni səhər dan yeri sökülməmiş götürülən köpüklü ağ su min bir dərdin dərmanı sayılır.

    Yaz fəslinin gəlişini xəbər verən Novruz bayramı ilin başlanğıcı kimi də qəbul edilir. Məhz buna görə də insanlar sudan onun kimi şəffaf və gözəl bir ilin keçməsini arzulaya bilərlər. İlk tonqalın su çərşənbəsində yandırılması buzların əriməsi, artıq qışın arxada qalmasının göstəricisidir. Çünki kiçik çillə artıq öz yerini “boz ay”a verir və havalar, atalarımız demişkən “ağara-bozara” düzəlməyə başlayır.

    Su çərşənbəsində kənd yerlərində qadınlar, qızlar, hətta bütün insanlar çaya gedirlər, yaxud axan suda əllərini, üzlərini yuyurlar. Bu inanca görə onların üzərində olan bütün pisliklər həmin suya tökülərək məhv olacaq və onlar da yeni ilə saf daxil olacaqlar. Su çərşənbəsində masa üzərinə su qoymaq, masada suyun aşması xeyirliyə yozulur. Əgər süfrənizdə su aşıb tökülərsə, həmin ilin sizin üçün bol-bərəkət gətirəcəyi gözlənilir. Su çərşənbəsində “Vəsfihal” adlanan nəğmələr oxunulur.

    Su çərşənbəsi günü lal axan suyun üzərindən keçmək uğursuzluq əlaməti sayılır, həmçinin bu gün övladı olmayan bir qadının başından qırxaçar qabla su töksən, onun övladı dünyaya gələ bilər. Su çərşənbəsində hamının həyətində tonqal qalanır və bayram əhval-ruhiyyəsinin yaxınlaşdığı nəzərə çatdırılır. Həmin gün insanların bir-birinin üzərinə su atması da uğura işarədir.

    Qeyd edək ki, martın 5-də Od, martın 12-də Yel çərşənbəsi olacaq.

    Novruzun ilaxır – Torpaq çərşənbəsi isə martın 19-da qeyd ediləcək.
    Bu il yaz fəsli ölkəyə martın 20-dən 21-nə keçən gecə saat 01:58-də gələcək.

    Martın 20-si ölkəmizdə bayram axşamı, 21-i isə bayram günü kimi qeyd ediləcək.

  • Bakı qəbiristanlığından tapılanlar AĞILLARI QARIŞDIRIR: “Bu haqda “Qurani-Kərim”də də yazılıb”

    Ötən günlərdə sosial şəbəkələrin birində Yasamal qəbiristanlığında iynələnmiş gənc oğlan şəkilinin tapıldığı haqda məlumat yayılmışdı.

    Median.Az bildirir ki, bu hadisənin Yasamal qəbiristanlığında baş verib-vermədiyini və bu cür hadisələrin belə yerlərdə tez-tez təkrarlanıb-təkrarlanmadığını öyrənmək üçün Sputnik Azərbaycan-ın əməkdaşı yolunu bu soyuq məzar daşları arasından salıb.

    Qəbiristanlıqdakı mollalardan biri – Əli Əliyev belə hadisələrin burada baş vermədiyini deyərək, “Quran”dan söz salır: “Düzdür, cadu var. Bu haqda “Qurani-Kərim”də də yazılıb. Amma cadu etmək günahdır. Əməli düz, saleh olan adam heç zaman bu yola ət atmaz”.

    Mollanın sözlərinə görə, indi əksəriyyət, sadəcə pul qazanmaq üçün caduya əl atır: “Əvvəllər həqiqətən də cadu edə bilənlər vardı. İndi isə belələri çox azdır. Onların əksəriyyəti fırıldaqçıdır”.

    “Allaha daha yaxın olan adam, namazını qılan, orucunu tutan insanlara cadu təsir etməz” – deyən həmsöhbətimiz 10 ilə yaxındır ki, bu qəbiristanlıqda işləyir.

    Ondan fərqli olaraq məzarların üzərini təmizləyən və adının çəkilməsini istəməyən şəxs isə qəbirlərin və kolluqların arasından tez-tez cadu-piti tapıldığını söyləyir. Dediyinə görə, belə hadisələr ayda, təxminən, bir neçə dəfə baş verir: “Cadular, cadulanmış şəkillər tapanda onları murdarlayırıq. Əksər hallarda bu şəkillərin kimə məxsus olduğundan və caduların kim tərəfindən bura atıldığından xəbərsiz oluruq”.

    “Bəzən bir şəxsin şəklinin dəfələrlə eyni qəbirin üzərinə, yan-yörəsinə atıldığını görürük. Mən özüm dəfələrlə bunun şahidi olmuşam. Şəkillərin bəzilərinin üzərində iynələr olub, bəzilərinin üzərinə xaç işarəsi çəkilib. Şəkillə yanaşı balaca balışlar da tapmışam. Onların da üzərində iynə olub” – deyə həmsöhbətimiz əlavə edib.

    Artıq qəbiristanlıqdan çıxmaq üzrə idik ki, bir məzar daşının yaxınlığında bir qədər öncə atıldığı ehtimal edilən, balış formasında kiçik bükülü gördük. Bu isə bir daha əminliklə deməyə imkan verir ki, bu gün cadugərlər, kiməsə cadu etdirmək istəyənlər öz çirkin əməllərini daha çox ölülərin yanında, onların qəbir daşları üzərində həyata keçirirlər.

    İlahiyyatçı Vaqif Cəliloğlu Sputnik Azərbaycan-a açıqlamasında İslam dinində caduya münasibətdən danışıb: “Cadu “Qurani-Kərim”də sehr adlanır. “Quran”da cadu haqda surələr var. Məsələn, “Nas”, “Fələq”. Bu surələrin nazil olmasına səbəb Məhəmməd peyğəmbərə cadu edilməsi ilə əlaqədardır”.

    Onun sözlərinə görə, Həzrəti Məhəmməd xəstələnəndə müəyyən müddət sonra yuxuda yəhudi kahinlərinin ona cadu etdiyini görür: “Hətta yuxuda ikən peyğəmbərə ona cadunun kim tərəfindən və necə edilməsi əyan olur. Peyğəmbər yuxuda yəhudi kahin tərəfindən 11 iynə ilə sapa 11 düyün vurulduğunu və həmin iynə-sapla edilən cadunun quyunun dibinə, daşın altına atıldığını görür”.

    “Peyğəmbərimiz yuxuda gördüklərini Həzrət Əliyə danışır. Həmin gecə Həzrət Əli quyunun dibindən cadunu tapır. Bundan sonra bu iki surə nazil olur. Cadu var, onu edənlər Allah tərəfindən lənətlənib. “Qurani-Kərim”də deyilir ki, cadu ilə məşğul olanlar axirətdə cavab verəcəklər” – deyə ilahiyyatçı bildirib.

    V.Cəliloğlu bugünkü caduların təsirindən də söz açıb: “O zaman yalançı peyğəmbərlər olduğu kimi, indi də cadugər fırıldaqçılar peyda olub. Məqsəd asan yolla varlanmaq, camaatın cahilliyindən sui-istifadə etməkdir. Bu səbəbdən də cadu edənlərin 99 faizinin cadusu yetərli deyil, boş-boş şeylərdir. Onların elədikləri cadunun 0.5 faizi reallaşsa, bu, böyük şeydir”.

    “Cadunun təsir elementi həddindən artıq azdır. Bu, yalnız Allahın rizası ilə, həmin bəndənin iradəsində nə qədər möhkəm olduğunu sınağa çəkmək məqsədi ilə reallaşa bilər” – deyə həmsöhbətimiz əlavə edib.

  • Proqnozu düz çıxan alimdən yeni sensasiya: bu gecə 9 ballıq zəlzələ…

    Zəlzələ ilə bağlı proqnozları ilə məşhurlaşan Frank Hugerbits növbəti dəfə şok proqnozla çıxış edib.

    Median.Az Axar.az-a istinadən xəbər verir ki, Hugerbits dünyanı 9 ballıq daha bir zəlzələ gözlədiyini açıqlayıb.

    Hugerbits bu proqnozunu 1960-cı ildə Çilidə baş verən 9.5 ballıq və 1964-cü illərdə Alyaskadakı 9.2 ballıq zəlzələlərlə əlaqələndirib. Onun sözlərinə görə, Alyaska və Çilidəki şərtlərlə 26 fevral 2019-cu ildəki şərtlər eynilə üst-üstə düşür.

    Xatırladaq ki, Frank Hugerbits fevralın 21-də dünyada 7 və ya 8 bal gücündə meqa-zəlzələ olacağını bildirmişdi. Alim bundan əlavə zəlzələlər üçün fevralın son iki həftəsinin kritik əhəmiyyətli olacağını açıqlamışdı.

    Bundan sonra Ekvadorun şərqində 7.5 bal gücündə zəlzələ baş vermişdi.

    Bəzi ekspertlər alimin proqnozunu doğruldan digər fakt kimi 20 fevralda Türkiyədə baş verən 5,5 ballıq yeraltı təkanları da qeyd edirlər.

  • В Москве горит метеостанция

    Метеостанция загорелась в поселке Новобутаково на северо-западе Москвы. Об этом, как передает Median.Az со ссылкой на Gazeta.ru, сообщает РИА “Новости” со ссылкой на представителя экстренных служб.

    Уточняется, что загорелась метеостанция “Тушино”.

    В МЧС отметили, что возгорание было в перекрытии между первым этажом и чердаком.

    Пожар был потушен, сведений о пострадавших не поступало.

  • Tiflis Rusiyadan qaz alır, ancaq “əlaqələri” bərpa etmir

    Rusiya ilə diplomatik münasibətlərin bərpası hazırda mümkün deyil.

    Median.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Tiflisdə jurnalistlərə açıqlamasında Gürcüstan Baş naziri Mamuka Baxtadze deyib. Onun sözlərinə görə, Gürcüstanın ərazi bütövlüyü bərpa edilməyənə qədər Moskva ilə yaxınlaşma olmayacaq.

    O, Zurab Abaşidze ilə Qriqori Karasinin Praqada fevralın 27-də baş tutacaq görüşünün iqtisadi və humanitar məsələlərin həllinə yönəldiyini bildirib.

    Qeyd edək ki, Tiflis ölkəyə qaz idxalının “şaxələnməsi” iddiası ilə Rusiyadan qaz almaq üçün danışıqları yekunlaşdırmaq üzrədir.

  • Azərbaycanda insanlar niyə evini sığortalamır? – Cəmi 50 manatadır

    Bu yaxınlarda baş verən zəlzələ nəticəsində Şamaxıda onlarla ev yaşayışa yararsız hala düşdü. Təbiət hadisəsi qarşısında insanlar çarəsiz qaldılar və nəticələri aradan qaldırmaq, vətəndaşlara dəyən maddi ziyanı ödəmək yenə də dövlət büdcəsinin ümidinə qaldı.

    Könüllü əmlak sığortası azalıb

    Halbuki əmlak sığortası Azərbaycanda məcburi xarakter daşıyır və əmlakı olan hər bir şəxs onun sığortasını təmin etməlidir. Üstəlik, nəzərə alsaq ki, bu sığortanın illik qiyməti cəmi 30-50 manat təşkil edir.

    Median.Az Oxu.az-a istinadən xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı aylıq hesabata görə, 2019-cu ilin yanvar ayı üzrə nəticələr könüllü əmlak sığortasının 10 milyon manat olduğunu göstərir.

    Bu vəsaitin yalnız 3 milyon 170 min manatı əmlakın yanğından və digər risklərdən qorunması sığortasıdır və 2018-ci ilin yanvarı ilə müqayisədə, 295,7 min manat və ya 8,5% azdır.

    Sığortanın vacib olduğunu nəzərə alsaq, toplanan sığorta vəsaitlərinin həcmi artmalıdır, amma bizdə, yuxarıda qeyd etdiyimiz kimi, azalır. Məsələn, 2018-ci ilin yanvar ayında əmlakın yanğından və digər risklərdən qorunması ilə bağlı könüllü sığorta haqqı 3 milyon 465 min manat olduğu halda, bu il yanvarın sonuna 3 milyon 170 min manata düşüb.

    Əsasən korporativlərdir

    Əminik ki, bu vəsaitin də çoxu hansısa obyektlər üzrə riskləri qarşılayır, yəni fərdi yaşayış mənzillərini könüllü sığortalayanların sayı Azərbaycanda azdır. Sığorta bazarının tanınmış ekspertlərindən biri Xəyal Məmmədxanlının sözlərinə görə, doğrudan da, əmlakın könüllü sığortasında iştirakçılar – iri ticarət obyektləri, zavod, müəssisələr, bankların binaları və s. korporativ müştərilərdir və əhalinin bu sığorta məhsulundakı payı çox aşağıdır.

    Könüllü əmlak sığortasının azalmasının səbəbinə gəlincə, ekspert hesab edir ki, Azərbaycan böhrandan yeni çıxıb və könüllü sığorta daha çox rifah səviyyəsi və insanların gəlirləri ilə bağlı olduğuna görə bu azalmanın olması mümkün idi.

    X.Məmmədxanlının fikrincə, bu ildən könüllü əmlak sığortası ilə bağlı göstəricilərin yaxşılaşmasına ümid böyükdür.

    Əmlakını məcburi sığorta edənlər çoxalıb

    Onu da qeyd edək ki, məcburi əmlak sığortası çox ucuz sığorta növlərindən biridir. Belə ki, Bakıda evlərin icbari sığortası illik 50 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 40 manat, digər yaşayış məntəqələrində isə 30 manat təşkil edir.

    Əgər statistikanı müqayisə etsək, məlum olur ki, 2018-ci ildə məcburi qaydada əmlakı sığorta olunanların hesabına 3 milyon 550 min manat sığorta haqqı yığılıb. 2019-cu ilin yanvarında isə bu rəqəm 5 milyon 947 min manata yüksəlib, yəni evini məcburi qaydada sığortalayanların sayı artıb. Eyni zamanda, sığorta ödənişlərinin həcmi ötən bir ildə 62 min manatdan 306 min manata yüksəlib.

    Ekspertin fikrincə, mövcud əmlak bazarının həcmini nəzərə alsaq, Azərbaycanda əmlak sığortasının həcmi çox kiçikdir. Belə ki, bu bazarın potensialı 60 milyon manat civarında qiymətləndirilsə də, hazırda toplanan sığorta haqları cəmi 5 milyon manatdır, yəni 12 dəfə daha azdır.

    Azərbaycanda əmlakın icbari sığortası, yəni məcburi olması ilə bağlı cəza mexanizmi və cərimələr də var. Amma bu sığorta növü işləmir, çünki sığorta haqlarının yığılma mexanizmi və yaxud da bunu yığacaq qurum tam aydın deyil.

    “Azərbaycanda zəlzələlər, yanğınlar olur. Avtomobilini sığorta edənlərə əmlak sığortasını təklif edirik ki, cəmi 50 manat ödəməklə, əmlakını sığortalaya bilər, inanın ki, 100 nəfərdən 50-60-ı bunu edir. Ev hər kəs üçün dəyərlidir, normal şəkildə insanları maarifləndirsəydilər ki, bu sığorta nə üçün lazımdır, əminəm, insanlar bunu alardılar”.

    Sığorta şirkətləri fəallaşmalıdır

    Bu maarifləndirmə işləri isə sığorta şirkətlərinin üzərinə düşür, çünki nəticədə, onların müştərilərinin sayı arta bilər. Əgər nəzərə alsaq ki, əmlak sığortasında risklər avtomobillərin icbari sığortası ilə müqayisədə, kifayət qədər aşağıdır, başqa sözlə, sığorta şirkətinin bu məhsul üzrə gəlirləri daha çox ola bilər, deməli, sığortaçılar marketinq strategiyasına əmlak sığortası ilə bağlı fəaliyyətləri daxil etməli və bu sığorta növü, onun faydaları haqqında insanları məlumatlandırmalıdırlar.

    Eyni zamanada, İcbari Sığorta Bürosu da bu məsələ ilə bağlı öz məsuliyyəti çərçivəsində işlər görməlidir və qurumun işi yalnız göstəriciləri açıqlamaqla kifayətlənməməlidir.