Month: February 2019

  • Gəncədə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs tutlub

    Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

    Median.Az “Report”a istinadən bildirir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə Regional qrupundan məlumat verilib.

    Bildirilir ki, fevralın 25-də Gəncə ŞBPİ-nin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, şəhər sakini 31 yaşlı Gündüz Xalıqverdiyev saxlanılaraq Baş Polis İdarəsinə gətirilib. Onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman 14 ədəd kağız bükülüdə ümumi çəkisi 2.8 qram narkotik vasitə olan “heroin”, 2 ədəd kağız bükülüdə ümumi çəkisi 11 qram olan marixuana və 0.034 qram “heroin” məhlulu aşkar olunaraq götürülüb.

    İlkin dindirilmə zamanı G.Xalıqverdiyev narkotik maddə istifadəçisi olduğunu etiraf edib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

    Ötən gün də Gəncədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan başqa bir şəxs saxlanılıb.

  • Daşkəsəndə uşaq tonqal ətrafında yıxılaraq ağır xəsarət alıb

    Daşkəsən rayonunda uşaq ehtiyatsızlıqdan yıxılaraq ağır xəsarət alıb.

    Median.Az “Report”a istinadən bildirir ki, rayonun Alunitdağ qəsəbəsində qalanan çərşənbə tonqalının kənarına toplaşan uşaqlardan biri – 11 yaşlı oğlan yıxılaraq başı daşa dəyib.

    Ağır kəllə-beyin travması alan uşaq xəstəxanaya yerləşdirilib. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • На Филиппинах сотни человек умерли из-за вспышки кори

    По меньшей мере 203 человека скончались на Филиппинах в результате вспышки кори, более 12 тысяч человек заболели. Об этом, как передает Median.Az со ссылкой на РИА Новости, сообщается в заявлении, опубликованном на официальном сайте Всемирной организации здравоохранения (ВОЗ) .

    Ранее сообщалось о 136 умерших и 8,4 тысячи заболевших.

    “Министерство здравоохранения (Филиппин – ред.) официально зарегистрировало более 12,7 тысячи случаев заболевания корью и 203 смерти с 1 января по 23 февраля 2019 года” – следует в заявлении.

    “Более половины случаев заболевания корью среди детей младше пяти лет со средним возрастом два года. Из общего числа случаев заболевания корью 63% не были вакцинированы, 19% имеют неизвестное количество прививок и 16% имеют неизвестный статус вакцинации”, – также сообщается в заявлении.

    Корь становится заболеванием, которое может затронуть каждого. Что важно знать о болезни, в эфире радио Sputnik рассказали эксперт ОНФ, директор фонда “Национальные ресурсы образования” Татьяна Половкова и аллерголог-иммунолог Владимир Болибок.

    Наибольшее число заболевших корью в регионе Калабарсон, столичном регионе, регионе Центральный Лусон, регионе Западные Висайи и в регионе Центральные Висайи, согласно информации организации.
    Корь – острое инфекционное вирусное заболевание, передается воздушно-капельным путем. Основным фактором снижения заболеваемости является вакцинация.

  • Azərbaycanda dovğanı səhv bişirirlər, ölü qida kimi zərərlidir – Məşhur həkim

    Azərbaycanda uşaqdan böyüyə əksəriyyətin sevimli qidası, çoxunun isə yemək yox, içkisi hesab olunan dovğa faydalı olması ilə yanaşı mədə-bağırsaq sistemində bir sıra problemlər, xüsusən köp yaradır.

    Təbii üsullarla müalicə mərkəzinin rəhbəri, tanınmış həkim Seyfəddin Əsəd Azərbaycanda dovğanın səhv bişirildiyini, ona görə səhhətə zərərli olduğunu bildirib.

    Median.Az medicina.az-a istinadən bildirir ki, həkim ən düzgün dovğanın İranda bişirildiyinin şahidi olduğunu deyib.

    “Orda bir dovğa yedim – ləzzətli və sağlam idi. Deməli, bizim şomu dediyimiz ispanağı suda bişirir, süzür, əzirlər. Qatığı sadəcə taxta qaşıqla yaxşıca qarışdırırlar. Sonra ona bu bişmiş şomunu qatıb yeyirlər. İçində düyü, yumurta yox idi. Çox da ləzzətli, faydalı dovğa idi”.

    Həkim dünyada yalnız Azərbaycanda bişmiş süddən qoyulan qatığın yenidən bişirildiyini bildirib: “Bununla da süddə olan bütün faydalı maddələr itib gedir. Ölü qatığın nəyə xeyri ola bilər? Ona görə xəstələr dovğa yeyəndən sonra köpdən, baş ağrısından şikayətlənirlər.

    Dovğa bişirmək istəyirsizsə, qatığı qaynatmayın. Düyünü, istənilən göyərtiləri, lap yumurtanı da qatmaq istəyirsizsə, ayrıca bişirib əlavə edin, amma qatığı bişirməyin”

  • Ürək xərçəngi necə yaranır? – Alimlər açıqladı

    Miçiqan universitetinin ürək-damar sistemi xəstəlikləri mərkəzinin kardioloqları ürək xərçənginin əsas səbəbini açıqlayıblar.

    Median.Az xəbər verir ki, alimlərin tədqiqatının nəticəsinə əsasən, ürəkdə bədxassəli şiş çox nadir hallarda, 100 min insane 1.38 hadisə olaraq qeydə alınır. Bununla belə, bu xəstəlik insan ölümünə səbəb olur.

    Ürəkdə yaranan şişlər 75 faiz halda xoşxassəli olur. Ağ ciyər, sinə və digər orqanlarda şiş yaranması daha geniş yaranıb. Əgər ürəkdə şiş yaranıbsa, böyük ehtimal ki, bu, genetik xəstəlikdir.
    Həkimlər bildiriblər ki, bir çox hallarda ürək xərçəngini əməliyyat etmək olar. Əgər əməliyyat olmasa, xoşxassəli şiş infarktla nəticələnir. (ölkə.az)

  • Какие изменения произошли на продовольственном рынке Азербайджана?

    В последнее время на некоторых сайтах и форумах, а также в социальных сетях можно столкнуться с информацией о якобы росте цен на продовольственную продукцию в Азербайджане.

    Однако проведенные на рынках и в магазинах мониторинги показывают, что, в действительности, изменений в ценах нет.

    Как передает Median.Az, опрошенные Trend продавцы и покупатели также отметили, что не сталкивались с подорожанием продуктов.

    Как сообщил Trend заведующий отделом надзора над антимонопольным и рекламным законодательством Государственной службы по антимонопольной политике и защите прав потребителей Шахин Нагиев, правительство предпринимает все необходимые меры, чтобы не допустить искусственного завышения цен. В частности, сотрудники Антимонопольной службы проводят постоянные мониторинги на местах.

    По словам Нагиева, за последнее время не было выявлено ни одного случая повышения цен. В случае, если подобные факты будут выявлены, то Антимонопольная служба готова предпринять предусмотренные законом меры для наказания виновников.

    Например, как ранее сообщал министр экономики Азербайджана Шахин Мустафаев, в странах, откуда Азербайджан импортирует зерно, этот продукт подорожал. Это могло отразиться на ценах в Азербайджане, однако, встретившись с производителями и представителями торговых сетей, правительство предприняло меры, чтобы предотвратить повышение цен на хлеб.

    Мустафаев тогда подчеркнул, что соответствующие госорганы ежедневно следят за ценами на продовольственную продукцию в стране, и никакого искусственного повышения цен зафиксировано не было.

    Это подтверждают и данные Государственного комитета по статистике. Например, в январе стоимость продовольственной продукции, напитков и табачных изделий в стране подорожала всего на 0,7 процента в годовом выражении. Более того, по данным статистики, в годовом выражении цены на хлебобулочную продукцию подешевели на 0,3 процента, на мясную продукцию – на один процент, на фрукты – на 6,6 процента, на сахар, мед, конфеты, шоколад – на 0,3 процента.

  • Aktrisa Xocalı yürüşündəki selfisindən DANIŞDI: “27 ildir ağlayırıq, nə dəyişib ki?”

    Tanınmış aktrisa, əməkdar artist Nahidə Orucova Xocalı yürüşündən gülümsəyərək çəkdirdiyi selfini tənqid edənlərə cavab verib.

    Median.Az-ın məlumatına görə, aktrisa “Ölkə.Az”ın əməkdaşı ilə söhbətində bildirib ki, hər il Xocalı yürüşündə iştirak edir:

    “Mən hər il o yürüşdə iştirak edirəm. Evdə oturub məni tənqid edənlər də gəlib iştirak edəydilər. İyirmi yeddi ildir ağlayırıq, nə dəyişib ki?”

    Qeyd edək ki, aktrisanın bu gün Xocalı yürüşündən paylaşdığı foto tənqidlərə səbəb olub.

  • Bakıda məşhur restoranın sahibinin meyiti tapıldı

    Bakıda məşhur ailə restoranı olan “Şır-Şır”da iaşə obyektinin sahibi Elbrus Hüseynovun meyiti tapılıb.

    Median.Az “Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, məlumat Binəqədi Rayon Polis İdarəsindən alınıb.

    Mənbəyə əsasən, Hüseynovun cəsədində zorakılıq əlamətləri aşkarlanmayıb. İlkin araşdırmaların nəticələrinə görə, restoran sahibi onkoloji xəstəlikdən əziyyət çəkirmiş.

    Araşdırma davam etdirilir.

    Mərhumun yaxlnlarının bildirdiyinə görə, E.Hüseynov öz evində insultdan keçinib.

  • Xocalidan olan 5 yaşlı qızın “nağıl”ı – (Ürəyi zəif olanlar oxumasın)

    Gecə-gündüz şəhid qəbirlərinin sirdaşına çevrilən, səssiz-səmirsiz onlara ağı deyən, 1990-cı ilin 20 yanvarından bütün libaslarını atıb yas-hüzn çiçəyinə çevrilən qərənfilə bürünmüş; həm igidlik, vətənpərvərlik rəmzi, amma həm də göz yaşı, nisgil, ah-nalə dolu Şəhidlər Xiyabanında mən də hər kəs kimi qəhərə böğuluram. Amma məni ən çox düşündürən və göz yaşına boğan isə bir məzar olur…

    XOCALIDAN OLAN 5 YAŞLI QIZ… Onun adı da, soyadı da, doğum tarixi də, cəmi bir neçə səhifəyə sığacaq ömür kitabı sadəcə bu dörd sözdən ibarətdi… Onun yerinə hər şeyi başdaşı danışır öz qara sükutu ilə… Bəs görəsən özünü tanısaq, qəlbinə boylana bilsək nələri görərdik, nələri eşidərdik…

    Adım nə idi mənim görəsən? Necə bir evdə yaşayırdım? Simam kimə oxşayırdı? Heç şəklim vardımı mənim? Arzularım necə… Hamınınkına bənzəyirdi? Bütün uşaqlar kimi dünyam vardımı mənim də? Oyuncaqlarım, dostlarım necə? Görəsən, qışı, qarı sevirdimmi mən də əksər uşaqlar kimi? Qarın üstünə uzanıb şəklimi çəkmək istəmişdimmi nə vaxtsa mən də? Kaş ki, istəməyəydim! Hardan biləydim ki, qanla çəkəcəklər şəklimi qar üstünə qansız düşmənlər… Və bu, mənim son şəklim olacaqdı… Son şəklim… O qədər ürək ağrıdan olacaqdı ki… O şəkildə xatırlanmamı istəməyib, tamamilə qaranlığa qərq edəcəkdilər məni… Bir parça qara mərmər əvəz edəcəkdi qəbrim üstə durub məni düşünən, mənə rəhmət diləyən, narahat ruhuma dua oxuyan hər kəs üçün məni… Diqqətlə başdaşına baxanda orda hər kəs öz kölgəsini görəcəkdi, mənim yerimə… Yəqin ki, mənim yerimə qoyacaqdı özünü… Necə öldüyümü düşünəcəkdi… Həqiqəti, hər şeyi olduğu kimi bilən olacaqdımı bəs görəsən? Necə qorxduğumu, necə üşüdüyümü, ölümü necə gördüyümü və necə son nəfəsimi verdiyimi bu balaca canımla, bu körpə vücudumla, bu günahsız cismimlə…

    Niyə məni hamı Xocalıdan olan naməlum 5 yaşlı qız kimi xatırlamalıdır ki? Axı mənim də bir nağılım vardı… Biri vardı, biri yoxdu ilə başlayan… Amma sonunda qırmızı almalar düşmədi göydən… Qırmızı qanlar axdı bəmbəyaz qarın üstünə… Nə qısa… amma nə uzun nağıldı bu… Danışsam, dinləyərsinizmi?

    Sadəcə dinləməkmi?! Daha çoxunu etmək istərdik səninçün, balaca! Kaş ki, edə bilsəydik! Kaş ki, unutqan olmasaydıq… Kaş ki, sənə doğru gizlicə uzanan əlləri hələ lap əvvəldən qıra bilsəydik! Kaş ki…

    Mən də bir ailənin sevinci kimi doğulmuşdum. Sevilərək gəlmişdim bu dünyaya… Gəlişim toy-bayrama çevrilmişdi…Mən də ana südü, ana laylası ilə böyümüşdüm… Və hər gün daha tez böyüməyə çalışmışdım… Amma bilsəydim…

    Şirin-şirin yuxudaydıq,

    Bir zalım oyatdı bizi.

    Anaların gucağından

    Bu dünyaya atdı bizi.

    Düşdük yolların ağına,

    Baxtımızın sorağına,

    Qatdı bizi qabağına,

    Əlində oynatdı bizi.

    Biz ki yol nədi bilməzdik,

    Biz ki öl nədi bilməzdik,

    Bilsək dünyaya gəlməzdik,

    Analar aldatdı bizi…

    (R.Rövşən)

    Bizi kim aldatdı görəsən? Kim aldatdı? Kim aldı arzularımızı əlimizdən? Mən ki, məktəbə getmək istəyirdim… Əlində çanta məktəbə gedənlərə həsrətlə baxardım. Yazmaq, oxumaq, anamın rəsmini çəkmək istəyirdim…

    Anamın da arzuları vardı yəqin… Mənim təhsil almağım, böyüyüb bir peşəyə sahib olmağım… Bütün gənc qızlar kimi ağ libasda gəlin köçməyim… övlad sahibi olmağım…

    Mən vaxtından əvvəl getdim məktəbə, çox az oxudum, həyat məktəbini bitirdim… Az yaşımda, qısa müddətə… Qazandığım peşə şəhidlik oldu! Diplomum da qırmızı! Öz qanımla boyadım onu! Həm gəlinliyim, həm kəfənimsə fevral qarı oldu… Mənim övladım olmadı… Mən özüm bütün Azərbaycanın övladına çevrildim… Adsız övladına… siması simasızlar, qansızlar tərəfindən parçalanan, adı da, siması da, taleyi də silinən, “XOCALIDAN OLAN 5 YAŞLI NAMƏLUM QIZ” övladına…

    O gecə… O qanlı gecə olmasa, mən də sevimli bir gəlin, gənc bir anaydım yəqin bu gün… 27 yaşlı, adı və bütün varlığı ilə var olan bir Azərbaycan qızı… Necə görünəcəkdim bilə bilmərəm ki… Tək bildiyim… Sevərdim Vətənimi… Torpağımı… O torpağı ki, mən qanıma qəltan edilərkən, mən erməni vəhşiləri ilə üzbəüz qorxu və acı içində ölümümü qarşılarkən… məni qucağına aldı… Torpağın üzü soyuq olur-deyirlər. O gecə də torpaq buz kimi idi… Amma buz olmasa bu qədər övladının cəsədini qucaqlarkən tək-tənha… necə dözərdi? Necə göylərə od püskürüb dağılmazdı, parçalanmazdı, sovrulmazdı… Bəs o, sovrulsa, dağılsa, parçalansa, yoxa çıxsa necə olardı? Onda tək mənim, bizim, Xocalıların nağılı sona yetməzdi… Onda bütün Vətənimiz-anamız yox olardı axı… Yaxşı ki… Qurban gedən sadəcə biz-onun övladlarının bir qismi oldu… Amma anamız Azərbaycan hələ var axı… olacaq axı… Tarix bir daha olanları unudub, qanımızı yerdə qoymayacaq axı… Unutmayın, burdakı hər qəbirdə bir ailənin faciəsi, bütövlükdə isə, qanla yazılmış tarix yatır. Həmrəyliyin – Azadlığın tarixi! Bu tarixi yazanların qanının yerdə qalmaması, ruhunun şad olması diləyilə…//milli.az

  • Кто показал лучший результат на экзаменах в магистратуру?

    Объявлены результаты приемных экзаменов в магистратуру азербайджанских вузов, состоявшихся 24 февраля.

    Наилучшие результаты зафиксированы у Турала Ахмедова и Рахмана Мустафаева.

    Отмечается, что Т.Ахмедов является учителем логики.

    Об этом повествует публикация на странице «Университеты Азербайджана» соцсети Facebook.

    Им удалось набрать 97 балов из возможных 100.

    Напомним, что второй этап экзаменов в магистратуру пройдет 26 мая.