Month: February 2019

  • Buraxılış imtahanının birinci mərhələsi keçiriləcək – VAXT

    Martın 3-də Bakı, Şirvan şəhərlərində və Naxçıvan Muxtar Respublikasında olan ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının birinci mərhələsi keçiriləcək.

    Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, buraxılış imtahanında iştirak edəcək şagirdlər https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini təhsil aldıqları məktəbdən öyrənə bilərlər.

    Buraxılış vərəqəsini çap üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləmək olar.//yenicag.az

  • Magistraturaya imtahanda ən yüksək balı o topladı

    Fevralın 24-də keçirilən magistraturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri elan edilib. İmtahanda ən yüksək nəticəni Tural Əhmədov və Rəhman Mustafayev göstərib.

    Bu barədə məlumat “Azərbaycan Universitetləri” “Facebook” səhifəsində yerləşdirilib.

    T.Əhmədov və R.Mustafayev mümkün olan 100 baldan 97 bal toplayıblar.

    T.Əhmədovun həmçinin məntiq müəllimi olduğu qeyd edilir.

    Qeyd edək ki, magistraturaya qəbul imtahanının ikinci mərhələsi mayın 26-da keçiriləcək.

  • Bərdədə VII sinif şagirdi enerji içkisindən ölüb

    Bərdə rayonunda 13 yaşlı yeniyetmə enerji içkisindən ölüb.

    Median.Az report-a istinadən vediyi məlumata görə, hadisə rayonun Dəymədağlı kəndində qeydə alınıb.

    Belə ki, həmin kəndin sakini, 2006-cı il təvəllüdlü Mirşamil Namiq oğlu Babayev enerji içkisi qəbul etdikdən sonra vəziyyəti pisləşib. O, Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yeniyetmə daha sonra Bakı şəhərindəki xəstəxanalardan birinə aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

    Qeyd edək ki, M.Babayev VII sinif şagirdidir.

  • Капитан Багиров просит Россию о спасении

    Капитан арестованного в Турции судна с российским экипажем Streamline Бахман Багиров намерен обратиться в генконсульство РФ и турецкую компанию Аkса Shipping corporation с просьбой репатриировать его. Об этом Багиров заявил ТАСС.

    Вышедшее из Ростова-на-Дону в Стамбул на ремонт судно Streamline было арестовано в июне 2018 года. На его борту находятся девять россиян, которые не получали зарплату с начала июня. По словам Багирова, судовладелец задолжал экипажу более $100 тыс. Сегодня суд в Турции перенес рассмотрение дела о возможном снятии ареста с судна, которое сейчас находится в Стамбуле, на 2 апреля.

    “Буду писать рапорт, чтобы меня репатриировали. В Аkса Shipping, с которыми у меня контракт, и в генконсульство РФ”, – сказал Багиров, добавив, что в ближайшее время экипаж намерен оставаться на судне.

    Багиров отметил, что экипаж намерен подать в суд на Аkса Shipping, после чего, возможно, морякам удастся покинуть судно. Также, по его словам, Российский профсоюз моряков обещал предоставить экипажу адвоката, который возьмется за дело без предоплаты.

    Streamline под флагом Коморских островов, по утверждению его бывшего владельца (Seemann Investitionen Ltd), было продано турецкой компании Аkса Shipping corporation. Оно прибыло на ремонт в Турцию и поставлено на якорную стоянку порта Стамбул 11 июня 2018 года. Стамбульский суд 17 июня наложил на него арест.

  • Qobustanda hamilə qadının ölümünə səbəb olan həkim kassasiya şikayəti verib

    Doğuş zamanı səhlənkarlığa yol verməkdə təqsirləndirilən Qobustan Rayon Mərkəzi Xəstəxanasının Doğuş şöbəsinin müdiri vəzifəsində işləmiş Kifayət Rzayeva barəsində olan hökmdən kassasiya şikayəti verib.

    Median.Az-ın report-a istinadən verdiyi xəbərə görə, Ali Məhkəməyə müraciət edən K.Rzayeva barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

    Ali Məhkəmədə keçiriləcək iclas aprelin 2-nə təyin edilib.

    Kassasiya şikayəti hakim Fərhad Kərimovun icraatına verilib.

    İttiham aktına əsasən, K.Rzayeva 2017-ci ilin oktyabr ayının 17-də Qobustan Rayon Mərkəzi Xəstəxanasına daxil olmuş, 1988-ci il təvəllüdlü, iki uşaq anası olmuş Zümrüd Günəşovanı Doğuş şöbəsinə qəbul edib. Daha sonra zəruri laborator analizlərin aparılmasını təmin etməyib. O, hamilə və hamiləliyin gedişi haqqında düzgün, həmçinin daha informativ məlumat toplamadan Z.Günəşovanın doğuşunun təbii yolla idarə olunmasını həyata keçirib.

    Bu səbəbdən dünyaya uşaq gətirən Z.Günəşova həmin gün xəstəxanada vəfat edib.

    K.Rzayevaya qarşı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

    Qobustan Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan K.Rzayeva apellyasiya şikayəti verib, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Sumqayıt Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib.

  • Elmar Məmmədyarov Şimali Makedoniyanın XİN başçısının müavini ilə görüşdü – FOTO

    Cenevrəyə işgüzar səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Şimali Makedoniyanın xarici işlər nazirinin müavini Andrey Zernovski ilə görüşüb.

    Nazirlikdən verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan və Şimali Makedoniya arasında əlaqələrin cari vəziyyəti haqqında fikir mübadiləsi aparıblar.

    Münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə qarşılıqlı səfər mübadiləsinin əhəmiyyəti vurğulanıb.

    Həmçinin tərəflər iqtisadi əməkdaşlığı və sərmayə qoyuluşunu artırmaq məqsədilə biznes forumlarının keçirilməsinin zəruriliyini bildiriblər.

    Görüş zamanı, habelə tərəflər enerji sahəsində ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər.//milli.az

  • Мамедъяров обратился с призывом к ООН

    Продолжающийся вооруженный конфликт между Арменией и Азербайджаном остается главной угрозой международному и региональному миру и безопасности, правам человека и развитию.

    Об этом глава МИД Азербайджана Эльмар Мамедъяров заявил на 40-й сессии Совета по правам человека ООН в Женеве.

    Э.Мамедъяров отметил, что сегодня в Азербайджане проводят 27 годовщину учиненного армянскими вооруженными силами Ходжалинского геноцида, в результате которого было убито 613 мирных жителей, включая женщин, детей и стариков.

    Глава МИД заявил, что в результате вооруженной агрессии соседней Армении 20 процентов территории Азербайджана с 1992 года находится под оккупацией. Более миллиона азербайджанцев были вынуждены покинуть родные земли из-за этнической чистки и по данному показателю Азербайджан является страной с наибольшим количеством беженцев и вынужденных переселенцев в мире.

    Министр отметил, что Армения продолжает оккупацию территории Азербайджана, игнорируя соответствующие резолюции Совбеза ООН и других международных организаций, подтверждающих территориальную целостность Азербайджана и требующих безоговорочного вывода ВС Армении с территории страны.

    Э.Мамедъяров призвал Совет по правам человека ООН и Верховного комиссара по правам человека ООН демонстрировать принципиальную позицию и принимать шаги для обеспечения верховенства справедливости и восстановления нарушенных прав азербайджанских вынужденных переселенцев и беженцев.

  • В Билясуваре задержаны лица, ограбившие 3 маркета

    Как сообщает Median.Az, сотрудники Билясуварского РОП в результате оперативно-розыскных мер задержали жителей района, ранее судимого С.Ализаде и двух несовершеннолетних, которые в период времени с 18-го января по 5-е февраля украли из трех маркетов деньги, сигареты и продукты.

    В Следственном отделе РОП возбуждено уголовное дело по статье 177.2.1 (кража, совершенная группой лиц по предварительному сговору) УК Азербайджана.

  • Biləsuvarda 3 marketi qarət edən şəxslər saxlanılıb

    Median.Az xəbər verir ki, Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-dən fevralın 5-dək olan müddətdə, rayon ərazisindəki 3 mağazadan pul, tütün məmulatı və ərzaq məhsulları oğurlayan rayon sakinləri, əvvəllər məhkum olunmuş S.Əlizadə və 2 yeniyetmə saxlanılıblar.

    RPŞ İstintaq bölməsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

  • Türkmənistanda spirtli içkilər satışdan çıxarılır

    Türkmənistanın paytaxtı Aşqabadda yerləşən mağazalarda fevralın 26-da spirtli içkilərin müsadirə edilməsinə dair reyd keçirilib.

    Məlumata görə, gün ərzində şəhərin bütün şəxsi mağazalarında, o cümlədən bazarlarda reyd keçirilib və alkoqollu içkilər müszadirə edilib.

    Bildirilir ki, yoxlamalar yeni “Alkoqolun zərərli təsirinə dair profilaktika” qanununun tələbləri ilə bağlıdır. Qanun 2018-ci ilin dekabr ayında qəbul edilib və cari ilin əvvəllərində qüvvəyə minib.

    Qeyd edək ki, Türkmənistanda hər ilin aprelində demək olar ki, bütün ölkə əhalisi kütləvi idman tədbirlərində iştirak edir, alkoqollu içkilərin və siqaretin satışı isə dayandırılır.