Month: February 2019

  • Маска обвинили в нарушении условий мирового соглашения

    Комиссия по ценным бумагам и биржам США подала новое исковое заявление в отношении главного исполнительного директора Tesla Илона Маска, обвинив его в продолжении распространения недостоверных сведений в соцсетях, из-за чего он ранее уже был оштрафован и лишен должности председателя совета директоров компании. Об этом передает Median.Az со ссылкой на Вести.ru.

    Сведения о новом иске со стороны Комиссии по ценным бумагам и биржам США появились после закрытия торгов на фондовом рынке США в понедельник, 25 февраля. После роста на 1,4% по итогам торгов на бирже Nasdaq котировки Tesla упали почти на 5% сразу после появления данного сообщения. Торги акциями Tesla на Nasdaq во вторник, 26 февраля, открылись снижением на 2,2%.

    Маска обвиняют в распространении недостоверной информации по поводу объемов производства Tesla в 2019 г., а также отсутствия координации с руководством компании по публикации данных заявлений.

    В сообщении на своей странице в Twitter 19 февраля Маск рассказал об успехах Tesla в производстве автомобилей за 8 лет, заявив о том, что “Tesla произвела 0 автомобилей в 2011 г., но выпустит около 500 тыс. в 2019 г.”. При этом он дополнил свое заявление следующими словами: “Я имел ввиду, что годовые темпы производства на конец 2019 г. составят около 500 тыс., т. е. 10 тыс. машин в неделю. Поставки за год составят около 400 тыс.”.

    В исковом заявлении Комиссии по ценным бумагам и биржам США, поданном в понедельник в федеральный суд Южного округа штата Нью-Йорк, было отмечено, что Маск нарушил условие предыдущего соглашения с регуляторами:

    “Маск не запрашивал и не получал предварительного одобрения на публикацию данного сообщения, которое было недостоверным и было распространено для более чем 24 млн человек. Маск не предпринял должных действий, для того чтобы выполнить условие финального решения суда, требующего предварительного одобрения его письменных заявлений по поводу Tesla”.

    28 сентября 2018 г. Комиссия по ценным бумагам и биржам США подала заявление в тот же Федеральный окружной суд Южного округа Нью-Йорка, обвинив главу Tesla в мошенничестве с ценными бумагами в связи с распространением ложных заявлений по поводу привлечения финансирования для продажи Tesla частным инвесторам.

    Через 2 дня регуляторы и глава Tesla заключили мирное соглашение, урегулировав данные обвинения. Главный исполнительный директор Tesla и сама компания были оштрафованы на $40 млн, при этом Илон Маск лишился возможности занимать пост председателя совета директоров Tesla, его также обязали согласовывать заявления по поводу Tesla с руководством компании.

  • Almaniyada 10 minə yaxın müəllim tətilə çıxdı, ara qarışdı

    Almaniyanın paytaxtı Berlində 10 minə yaxın müəllim tətildə iştirak edir.

    Median.Az Trend-ə istinadən bildirir ki, müəllim həmkarlar təşkilatları əmək haqlarının 6 faiz artırılmasını tələb edir.

    Berlində yürüşdə iştirak edən təhsil işçiləri “Müəllimlərə layiqli əmək haqqı”, “Müəllimlər dayələrdən az qazanır” kimi şüarlar səsləndirib.

    Bu gün və sabah Berlində məktəblərin bağlı olacağı bildirilib.

    Aksiyalar həmçinin Maynts, Frankfurt, Düsseldorf və digər şəhərlərdə də keçirilib.

  • Quba sakininin həyətində “Qırmızı kitaba”a düşən ayı saxladığı məlum olub – VİDEO – YENİLƏNİB

    Qubada fərdi təsərrüfatda “Qırmızı kitaba” düşən ayı aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Məlumatda bildirilir ki, polis tərəfindən keçirilən əməliyyat nəticəsində rayonun Mirzəqışlaq kənd ərazisində yerləşən Abbas Zeynalova məxsus fərdi təsərrüfatda adı “Qırmızı kitaba” düşən və qəfəsdə saxlanılması qanunla qadağan edilən bir ədəd qonur ayının saxlanıldığı məlum olub.

    Həmçinin A.Zeynalova məxsus həmin təsərrüfa baxış zamanı oradan müvafiq sənədləri olmayan bir ədəd “Cifsan” markalı ov tüfəngi də aşkar edilərək götürülüb.

    Faktla bağlı araşdırmalar aparılır.

  • Türkiyəli məşhurlar da Xocalını yad etdilər – FOTO

    Türkiyənin məşhur ulduzları Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı sosial şəbəkə hesablarında paylaşımları ilə diqqət çəkiblər.

    Median.Az xəbər verir ki, onlar sırasında Sibel Can, Hadise, Mahsun Kırmızıgül, Alişan və digər tanınmış sənətçilər yer alıb.

    Sibel, Hadisə və Mahsum instagram hesablarının “tarix” bölməsində Xocalı ilə bağlı sadəcə foto yerləşdiriblər. Alişan isə yazdığı statusu ilə xalqımızın dərdinə şərik çıxdığını bildirib.


    “Hamilə qadınları, yaşlıları, uşaqları öldürməkdən çəkinməyən qatillər o dünyada Allaha necə cavab verəcəklər? Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm” sözlərini yazıb.//oxu.az

  • Владельца известного в Баку ресторана нашли мертвым

    В Баку в известном семейном ресторане “Шыр-Шыр” было найдено тело владельца заведения Эльбруса Гусейнова, пишет Sputnik Азербайджан со ссылкой на Управление полиции Бинагадинского района.

    Согласно информации, тело Гусейнова было без признаков насильственной смерти. В ходе предварительного расследования было установлено, что владелец ресторана страдал онкозаболеванием.

    В связи с произошедшим ведется расследование.

  • Vahid aylıq müavinət neçə nəfərə şamil olunacaq?

    Vahid aylıq müavinətin məbləği 500 min nəfərə yaxın insana şamil olunacaq.

    Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

    Məlumatda bildirilir:

    “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin verilməsinə 2017-ci il fevralın 1-dən başlanılıb. 2018-ci il martın 1-dən müavinətin məbləği, sıx müvəqqəti məskunlaşma yerlərində qazlaşdırma vəziyyətindən asılı olaraq, adambaşına 22 və 40 manat məbləğində müəyyən olunub. Bu il aprelin 1-dən isə həmin məbləğlər, müvafiq olaraq, 33 və 60 manat təşkil edəcəkdir.

    Hazırda məcburi köçkünlərdən 81.476 nəfəri 22 manat, 415.081 nəfəri 40 manat məbləğində vahid aylıq müavinət alır”.

    Qeyd edək ki, İlham Əliyev fevralın 26-da “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılıb.//oxu.az

  • Bu binalarda mənzillərin satışına qadağa qoyulması təklif edilir

    Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət komissiyası tərəfindən istismarına icazə verilməyən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayan, sığorta edilməyən çoxmənzilli binalarda mənzillərin satılmasına qanunula qadağa qoyulmasını təklif edir.

    Median.Az report-a istinadən xəbər verir ki, bu təklif Ombudsmanın 2018-ci il üzrə illik məruzəsində qeyd olunub.

    Bildirilib ki, qanunsuz məskunlaşmaya şərait yaradan tikinti şirkətlərinin yaratdığı vəziyyət sakinlərin ən müxtəlif problemlərlə üzləşməsinə səbəb olub. Əksər hissəsi artıq məskunlaşmış bir çox çoxmənzilli yaşayış binaları enerji və su ilə təchiz edilsə də, hələ də qazlaşdırılmayıb.

    Sənəddə vurğulanıb ki, bəzi işbazlar tərəfindən xarici ölkələrdən gətirilən, müəyyən edilən standartlara cavab verməyən tikinti materiallarının yararlığının yoxlanılmaması, habelə bəzi tikinti şirkətləri tərəfindən çoxmənzilli binaların tikintisində istifadə edilməsi kimi məlumatlar böyük narahatlıq doğurur. Bu problem Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən araşdırılmalı, mövcud standartlara uyğun olmayan inşaat materialları satışdan və istifadədən çıxarılmalı, günahkar şəxslər barəsində isə qanunla müəyyən edilən ciddi tədbirlər görülməlidir.

  • Sumqayıtda daha 120 məcburi köçkün ailəsi yeni mənzilə köçəcək

    Fevralın 27-də Sumqayıtda bir qrup məcburi köçkün ailəsinin yeni mənzillə təmin olunması ilə bağlı püşkatma mərasimi keçiriləcək.

    Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

    Məlumatda bildirilir ki, püşkatma mərasimində 120 məcburi köçkün ailəsi iştirak edəcək. Püşkatmada iştirak edən ailələrə mənzillər Sumqayıt şəhərində inşa edilən yeni kompleksdən veriləcək.

    Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbər şəxsləri və Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavinləri iştirak edəcək.//milli.az

  • Telefon işığı qadının gözündə YÜZLƏRLƏ DƏLİK AÇDI – İNANILMAZ OLAY

    Telefonun ekran işığı 25 yaşlı Tayvanlı qadını xəstəxanalıq edib. Həkimlər gənc qadının gözündə 500 kiçik dəlik açıldığını bildirib.

    Median.Az xarici mediaya istinadən xəbər verir ki, qadın iki il boyunca telefonun ekran işığını ən yüksək parlaqlıq rejimində istifadə edib.

    Çen adlı qadın gözləri qanayıb ağrıyandan sonra həkimə müraciət edib. Həkimlər müayinədən sonra ona bu diaqnozu qoyublar. Onlar bildirib ki, iki il ərzində gözü normadan çox işığın təsiri altında sanki mikrodalğalı sobada bişirilib.

    Mütəxəssislər telefondan istifadə edərkən otağın işığını söndürməməyi məsləhət görür.

  • Алиев позвонил Эрдогану

    Президент Азербайджана Ильхам Алиев во вторник позвонил президенту Турции Реджепу Тайипу Эрдогану, сообщает пресс-служба главы государства.

    Глава государства поздравил президента Реджепа Тайипа Эрдогана с днем рождения, пожелал ему новых успехов во имя развития братской Турции и крепкого здоровья.

    Президент Турции поблагодарил президента Ильхама Алиева за проявленное внимание и поздравление.

    В то же время президент Реджеп Тайип Эрдоган, вновь осудив убийство армянами невинных людей во время Ходжалинского геноцида, выразил соболезнования Президенту Азербайджана и нашему народу в связи с этой трагедией.

    Глава государства выразил признательность за соболезнования.

    Президент Ильхам Алиев и президент Реджеп Тайип Эрдоган высказали уверенность в том, что дружественные и братские отношения между нашими странами и впредь будут успешно развиваться и укрепляться.