Month: February 2019

  • Regionlarda narkotiklə əlaqədar 4 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının Gəncə dəmir yolu stansiyası ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində Gəncə şəhər sakini E.İbrahimov saxlanılıb, şəxsi axtarış zamanı ondan 488 qram marixuana götürülüb.

    Bundan başqa, Şəki ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini S.Abdulrəhimovdan 475 qram marixuana,
    Naftalan ŞPŞ-nin əməkdaşları tərəfindən saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş P.Ruzicəngidən 426 qram marixuana, Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş X.Əsgərovdan 320 qram tiryək aşkar edilib.

    Faktlarla bağlı araşdırmalar aparılır.

  • “Qarabağ” oyuna gec gəldiyi üçün cərimələndi

    AFFA İntizam Komitəsi növbəti iclasını keçirib.

    İclasda bir neçə kluba cəzalar tətbiq olunması barədə qərarlar qəbul edilib.

    Premyer Liqanın XVIII turunun “Sabah” – “Qarabağ” matçında altı futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün Bakı klubu 800 manat cərimə olunub. “Sabah”ın paraqvaylı futbolçusu Erik Ramos ikinci sarı vərəqə alaraq, meydançadan kənarlaşdırıldığı üçün bir oyunluq cəza alıb, klub 200 manat cərimələnib.

    “Neftçi” – “Səbail” matçında altı futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün qonaq klub 800 manat cərimə olunub.

    I divizionun XVI turunun “Şüvəlan” – “Qarabağ-2” matçının ikinci hissəsi qonaq komandanın yubanması səbəbindən dörd dəqiqə gec başladığı üçün “Qarabağ” klubu 80 manat cərimələnib.

    “Turan Tovuz” – “Neftç-2” matçında lazımi inventarlar olmadığı üçün meydan sahibi klub 160 manat cərimə olunub.

    “Kəpəz” – “Zaqatala” matçının iclasında qonaq komandanın nümayəndəsi iştirak etməyib. Bu səbəbdən “Zaqatala” klubu səksən manat cərimə ödəməlidir.

    “Sabah-2” – “Qaradağ Lökbatan” matçında qonaq komanda matçın ilkin protokolunu gec tədqim edib. Bu səbəbdən “Qaradağ Lökbatan” klubu eyni məbləğdə cərimələnib.

    Futzal üzrə I Liqanın “Çinar Cəbrayıl” – “Sabunçu” görüşünə qonaq komanda təyin olunduğu vaxtda gəlmədiyi üçün kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.

  • Magistraturaya qəbul imtahanının nəticələri elan olundu

    Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 24-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrini elan edib.

    Mərkəzdən verilən məlumata görə, imtahan nəticələri saat 15:56-dan etibarən DİM-in saytında yerləşdirilib.

    Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin, mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

    İmtahanda iştirakı nəzərdə tutulan 12684 bakalavrdan 138 nəfəri imtahana gəlməyib. 1 nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub. İmtahanda ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 97 bal olub.

    Qeyd edək ki, müsabiqə şərtlərini ödəyən bakalavrlar imtahanın II mərhələsinə (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına) buraxılırlar. Bu bakalavrlar 2019-cu il aprelin 26-dan mayın 7-dək olan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər. Magistraturaya qəbul imtahanının II mərhələsi mayın 26-da keçiriləcək.

  • Şabranda uşağa iynə vurdular, komaya düşüb öldü

    Səhiyyə Nazirliyi Şabran rayonunda səkkiz yaşlı uşağın antibiotik vurulduqdan sonra ölməsinə münasibət bildirib.

    Nazirlikdən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Şabran şəhəri, 2011-ci il təvəllüdlü Gülnur Elnur qızı Dadaşovanın halı pisləşdiyi üçün valideynləri tanışları olan tibb işçisinə müraciət ediblər:

    “Həmin tibb işçisi də ona iynə vurmaq qərarına gəlib. İynə vurulduqdan sonra uşağın vəziyyəti pisləşib və o, komatoz vəziyyətə düşüb. Bundan sonra valideynləri uşağı Şabran Rayon Xəstəxanasına çatdırmaq qərarına gəliblər.

    Reanimasiya şöbəsinə yerləşdirilən uşağın vəziyyəti ağır olduğundan onun Bakıdakı 2 saylı Əbülfəz Qarayev adına Uşaq Klinik Xəstəxanasına köçürülməsi qərarı alınıb. Xəstəxanaya komatoz vəziyyətdə çatdırılan səkkiz yaşlı qıza göstərilən reanimasion tədbirlərə baxmayaraq, onu həyata qaytarmaq mümkün olmayıb”.

    “Faktla əlaqədar istintaq araşdırmalarına başlanılıb. Ölümün dəqiq səbəbi istintaq başa çatdıqdan sonra məlum olacaq”, – deyə nazirlikdən qeyd edilib.

    Qeyd edək ki, Report-un yaydığı məlumata görə, Şabran rayonunda səkkiz yaşlı uşağın antibiotik iynə vurulduqdan sonra vəziyyəti ağırlaşıb, daha sonra yerləşdirildiyi xəstəxanada ölüb.

  • Magistraturaya qəbul imtahanının nəticələri elan olundu

    Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 24-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrini elan edib.

    Mərkəzdən verilən məlumata görə, imtahan nəticələri saat 15:56-dan etibarən DİM-in saytında yerləşdirilib.

    Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin, mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

    İmtahanda iştirakı nəzərdə tutulan 12684 bakalavrdan 138 nəfəri imtahana gəlməyib. 1 nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub. İmtahanda ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 97 bal olub.

    Qeyd edək ki, müsabiqə şərtlərini ödəyən bakalavrlar imtahanın II mərhələsinə (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına) buraxılırlar. Bu bakalavrlar 2019-cu il aprelin 26-dan mayın 7-dək olan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər. Magistraturaya qəbul imtahanının II mərhələsi mayın 26-da keçiriləcək.

  • Azərbaycanın sərnişin təyyarəsində insident – Zolaqdan çıxdı

    Azərbaycana məxsus təyyarə hava limanına eniş edərkən zolaqdan kənara çıxıb.

    Hadisə “Silk Way Business Aviation” şirkətinə məxsus sərnişin təyyarəsinin Rusiyanın paytaxtı Moskvada yerləşən Şeremetyevo hava limanına enişi zaman baş verib.

    Təyyarənin göyərtəsində üç nəfər olub və onların heç biri xəsarət almayıb. İlkin məlumatlara görə, təyyarəyə ziyan dəyməyib.

    Bu barədə məlumatı oxu.az-a AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski təsdiqləyib.

  • İki yaşlı uşaq qaz sızmasından öldü

    Bakıda iki yaşlı uşaq dəm qazından boğularaq ölüb.

    Hadisə paytaxtın Xətai rayonu, R.Quliyev küçəsi, ev 25A ünvanında baş verib.

    Hadisə zamanı evin yataq otağında 1996-cı il təvəllüdlü Verdiyeva Səbinə Eldəniz qızı, 1985-ci il təvəllüdlü Verdiyev Xaliq İlyas oğlu və onların övladları – 2017-ci il təvəllüdlü Verdiyev Nurlan Xaliq oğlu olub. Valideynlərin sağlamlığına zərər dəyməsə də, iki yaşlı uşaq N.Verdiyev yataq otağına sızmış dəm qazından boğularaq ölüb.

    Hadisə yerinə baxış keçirilib. Meyit daxili müayinə edilməsi üçün aidiyyəti üzrə şöbəyə təhvil verilib.

    Faktla bağlı araşdırma davam etdirilir.
    //oxu.az

  • Пашинян поедет в Иран

    Премьер-министр Армении Никол Пашинян отправится 27 февраля в Иран с официальным визитом.

    Как передаёт Median.Az, об этом сообщает Sputnik Армения со ссылкой на пресс-службу правительства.

    По информации, в Тегеране запланированы его встречи с верховным аятоллой Али Хаменеи и президентом Ирана Хасаном Рухани. По итогам переговоров лидеры двух стран выступят перед прессой.

    Н.Пашинян проведет также переговоры с председателем парламента Ирана Али Лариджани.

    Кроме того, в армянском спортивно-культурном центре «Арарат» в Тегеране запланирована встреча Н.Пашиняна с представителями армянской общины Ирана.

    На следующий день премьер Армении отправится в город Исфахан.

  • Путин позвонил Эрдогану

    Президент РФ Владимир Путин и лидер Турции Реджеп Эрдоган провели переговоры по телефону. Во время разговора глава российского государства поздравил своего коллегу с 65-летием. Об этом сообщает пресс-служба Кремля.

    «В ходе телефонного разговора Владимир Путин тепло поздравил Реджепа Тайипа Эрдогана с 65-летием», – говорится в сообщении пресс-службы.

    Глава государства отметил большой личный вклад Эрдогана в развитие отношений Москвы и Анкары.

    Кроме того, лидеры двух стран обсудили подготовку к проведению в Москве восьмого заседания Совета сотрудничества высшего уровня между Россией и Турцией. Мероприятие состоится в апреле текущего года.

  • Bakıda gecə klubundan çıxan iki qadına təcavüz etmək istədilər – TƏFƏRRÜAT

    Zorlamada təqsirləndirilən Rəhim Rzayev, Vaqif Məmmədov və Nəsib Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

    Median.Az “Ölkə.Az”-a istinadən xəbər verir ki,cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    İşə hakim Rahib Salmanovun sədrliyi ilə baxılacaq.

    İttihama görə, ötən il sentyabrın 8-də Bakı şəhər sakinləri olan 2 qadın polisə müraciət edib. Onlar sentyabrın 6-da Nərimanov rayonu ərazisində yerləşən gecə klublarının birində olarkən Nəsib adlı şəxsin onları taksi ilə Suraxanı rayonunun Bülbülə qəsəbəsinə apardığını və dostları ilə birlikdə zorlamağa cəhd etdiklərini deyiblər.

    Nəsimi rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Nəsib Məmmədov saxlanılıb. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qrupun digər üzvü – Bakı şəhər sakini Rəhim Rzayev də saxlanılıb.