Month: February 2019

  • MTRŞ: Kabel yayımçıları xarici kanalları müqaviləsiz yayımlayır

    “Kabel şəbəkəsi yayımçılarının xarici telekanalların yayımını müqaviləsiz həyata keçirməsinə hələ də təsadüf olunur”.

    Median.Az xəbər verir ki, bunu ONA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Asəf Hacıyev deyib. Onun sözlərinə görə, belə hallarla bağlı xarici telekanalların müraciəti əsasında xəbərdar olurlar.

    “Bu zaman Şura olaraq, dərhal bu məsələni kabel şəbəkəsi yayımçısının rəhbərliyinin diqqətinə çatdırırıq. Yox, əgər bu hal davam edərsə, o zaman qanuna uyğun tədbir görülür. Məlumat üçün bildirim ki, Azərbaycanda 17 kabel şəbəkəsi yayımçısı, 28 İP televiziya yayımçısı fəaliyyət göstərir”, – deyə Aparat rəhbəri qeyd edib.

  • Xocalıda sonuncu toy… – FOTO

    Bu fotonun adı “Xocalıda sonuncu toy”dur.

    Zaman 1992-ci ilin 24 fevralı… Məkan Xocalı şəhəri… Dəhşətli soyqırımından cəmi iki gün əvvəl…

    Aylardır düşmən mühasirəsində yaşayan, müqavimət göstərən, min bir çətinliyə sinə gərən  Xocalı sakinləri bütün problemlərə rəğmən ruhdan düşmür, hətta toy-nişan mərasimini belə təxirə salmırdılar. Sabaha ümid, gələcəyə inam vardı… Onda heç kimin ağlına gəlməzdi ki, Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayı ilə birləşib Xocalı şəhərini yerlə-yeksan edərək, insanlığa və bəşəriyyətə qarşı qətliam gerçəkləşdirə bilərlər. Şübhəsiz ki, Rusiyanın 366-cı motoatıcı alayı olmasaydı bəlkə də bunu edə bilməzdilər… Amma Xankəndində yerləşən 366-cı alayının rus hərbçiləri mənfur ermənilərə bu soyqırımını reallaşdırmaqda dəstək verdilər…

    Median.Az modern.az-a istinadən Xocalı sakinlərindən birinin bu fotoşəkilə verdiyi tükürpədən şərhi də təqdim edir:

    “Bu, kəndimizdə son toy oldu. Gəlinin sağında dayanan şərfli oğlan və iki qardaşı əsir düşdü. Bəyin sağdişi də əsir götürüldü. Sonra da o yaraşıqlı oğlanları vəhşicəsinə, əzab verərək öldürmüşdülər. Əlində boşqab, üzünü arxaya çevirən xalam qızı Çiçəkdir. Faciə gecəsi öldürüldü. 7 gün sonra cəsədini gətirmək mümkün oldu”.

    Xocalıdakı vəhşi cinayət nəticəsində dinc sakinlər, o cümlədən qocalar, uşaqlar, qadınlar ya qətlə yetirildilər, ya da girov götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərə məruz qaldılar. İnsanlar diri-diri yandırıldı, başlarının dərisi soyuldu, bədən əzaları və başları kəsildi, gözləri çıxarıldı, hamilə qadınların qarnı süngü ilə dəlik-deşik edildi.

    Dəhşətli soyqırımı nəticəsində, 613 nəfər öldürüldü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. Bunların içərisində
    – 8 ailə tamamilə məhv edilib;
    – 56 insan işgəncə ilə öldürülüb;
    – 27 ailənin yalnız 1 üzvü qalıb;
    – 25 uşaq hər iki valideynini itirib;
    – 130 uşaq valideynlərindən birini itirib;
    – 230 ailə öz başçısını itirib;
    – 487 insan şikəst olub (onlardan 76 nəfər həddi-buluğa çatmamışlardır);
    – 1275 nəfər dinc sakin girov götürülüb;
    – 1165 insan girovluqdan azad edilib;
    – 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur

  • Украинский канал «Интер» подготовил репортаж о геноциде в Ходжалы – ВИДЕО

    Украинский телеканал «Интер» подготовил репортаж о геноциде в Ходжалы, передаёт Median.Az со ссылкой на podrobnosti.ua.

    Поселок городского типа Пиршаги, где вынужденно обосновались беженцы из Ходжалы и где расположена ходжалинская средняя школа, находится в 30 километрах от Баку. С началом карабахской войны подобные населенные пункты появились по всему Азербайджану. За время боевых действий сотни тысяч людей покинули родные дома, найдя приют в подобных поселках.

    Директор ходжалинской школы №2 Фигуря Рустамова покинула свой дом в 1992 году. Она признается, что постоянные обстрелы их уже не пугали, однако когда в ее родной город Ходжалы вошла военная техника, она поняла, что должна покинуть город.

    «Большинство людей успели забрать только документы. Бежали в лес – тогда это был единственный путь к спасению. Обернувшись, увидели, что родной город окутал огонь. Пылало все. Горели дома, сараи. Мы слышали человеческие крики, от которых становилось жутко», – говорит Рустамова.

    Тогда единственным шансом спастись для сотен ходжалинцив была дорога через реку. Беженцам пришлось переходить водоем в морозную ночь февраля. От переохлаждения умерли многие мирные жители. Ходжалинская трегедия унесла жизни 613 человек, 63 из которых – дети.

    «В нас стреляли из разного оружия. Это ужасно: видеть, как толпа людей бежит, и все начинают падать. Их застрелили. Это была ужасно», – говорит Рустамова.

  • В Азербайджане 8-летняя девочка скончалась после укола антибиотика

    В Шабранском районе 8-летнему ребенку вкололи антибиотик, после чего ее состояние ухудшилось и она скончалась в больнице, в которую была доставлена.

    Гюльнур Эльнур гызы Дадашова 2011 года рождения проживала по адресу: город Шабран, улица С.Бахлулзаде. Вечером близкие отвезли ее к врачу домой на обследование.

    После укола антибиотика состояние девочки ухужшилось, и она впала в кому. Она была доставлена в реанимационный отдел Шабранской районной центральной больницы.

    Несмотря на оказанную помощь, ее состояние не нормализовалось, и она была доставлена в одну из столичных больниц. Но несмотря на все усилия, спасти жизнь девочки не удалось.

    По словам близких скончавшейся, причиной смерти стал укол антибиотика без пробы.

    По факту ведется расследование.

  • В столице за кражи из автомобилей задержаны 3 человека

    Как сообщает Median.Az, сотрудники 5-го отделения полиции Бинагадинского РУП в ходе оперативно-розыскных мер задержали жителя Апшеронского района Э.Исаева, который в различное время на территории района украл из автомобилей “AzSamand”, “Nissan”, “Ford”, “Daewoo” və “London Taxi” деньги, мобильные телефоны и документы.

    Кроме этого, сотрудники 37-го отделения полиции Хатаинского РУП в ходе оперативно-розыскных мер задержали жителя Имишлинского района, ранее судимого М.Мирбабаева, который 25-го января украл из автомобиля марки “BMW”, принадлежащего иностранному гражданину кошелек, где было 1600 манатов.

    Сотрудники 13-го отделения полиции Сабунчинского РУП в результате оперативно-розыскных мер задержали жительницу столицы Г.Керимову, которая 24-го февраля в поселке Бакиханова украла из автомобиля марки “Nissan” кошелек, где находилось 185 манатов и документ.

    По фактам возбуждены уголовные дела.

  • Bakıda avtomobildən oğurluq edən 3 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Binəqədi RPİ-nin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində “AzSamand”, “Nissan”, “Ford”, “Daewoo” və “London Taxi” markalı avtomobillərdən pul, mobil telefon və sənədlər oğurlayan Abşeron rayon sakini E.İsayev saxlanılıb.

    Xətai RPİ 37-ci polis şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli rayon sakini, əvvəllər məhkum olunmuş M.Mirbabayevı saxlayıblar. Məlum olub ki o, yanvarın 25-də əcnəbi vətəndaşa məxsus “BMW” markalı avtomobilən, içərisində 1600 manat olan pulqabısının oğurlayıb.

    Sabunçu RPİ 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də Bakıxanov qəsəbəsində
    “Nissan” markalı avtomobildən, içərisində 185 manat və sənəd olan pulqabını oğurlayan Bakı şəhər sakini G.Kərimova saxlanılıb.

    Faktlarla bağlı cinayət işləri başlanılıb.

  • “Haber Global” kanalı Xocalı faciəsi haqqında sənədli film hazırladı — VİDEO

    Türkiyənin “Haber Global” kanalı Xocalı Soyqırımı haqqında sənədli film hazırlayıb.

    Film türk dili ilə yanaşı ingilis, rus, alman, fransız dilləri və ana dilimizdə hazırlanıb, gün ərzində sosial şəbəkələrdən dünya ictimaiyyətinə çatdırılacaqdır.

    Filmin ilk səhnəsi mərhum jurnalist Çingiz Mustafayevin ağlayaraq “Üzünü qaldır, üzünü” sözləri ilə başlayır. Sonra isə filmdə digər soyqırımlar- 1918-ci il Bakıdakı mart soyqırımı, 1982 Sabra və Şatilla faciəsi, 1988-ci il Halepçe faciəsi, 1992-ci il Xocalı soyqırımı, 1995-ci il Srebrenitsa qətliamı, 2017-ci il Myanmar faciəsi bir daha xatırlanır.

    Filmdə Xocalı faciəsi haqqında tamaşaçıya geniş məlumat verilir, dəhşəti əks etdirən foto və video kadrlar yer alır.
    Tamaşaçıya Xocalının soyqırımdan əvvəlki kadrları təqdim edilməklə yanaşı, o gecə baş verən dəhşətlər şahidlərin dilindən səsləndirilir.

    “Haber Global”ın təqdim etdiyi sənədli filmi Azərbaycan tamaşaçısına da təqdim edirik.

  • Azərbaycanda bədbəxt hadisə – Uşağı “tok” vurdu, qolu amputasiya edildi

    Şəmkir rayonunda bədbəxt hadisə baş verib.

    “Qafqazinfo”nun verdiyi xəbərə görə, rayonun Dəllər Cəyir kənd sakini, 2009-cu il təvəllüdlü Hüseynov Şadxan kənd uşaqları ilə gizlən-qaç oynayan zaman yaxınlıqdakı elektrik transformatorun arxasında gizlənib.

    Bu zaman uşağın qolu yüksək gərginlikli elektrik xəttinə toxunub və onu “tok” vurub. Ş.Hüseynov qolu yanığa bağlı amputasiya edilib.

  • Nazirlik meşələrin çəpərlənməsinin səbəbini açıqladı

    Meşə sahələrinin bəzi hissələrinin çəpərlənməsi meşələrin yanğından mühafizəsinə və nəzarətsiz mal-qara otarılmasının qarşısının alınmasına hesablanıb. Bununla, həm yeni əkilmiş tinglərin qorunmasına, həm meşələrdə təbii meşəbərpa işlərinin getməsinə şərait yaranacaq, eyni zamanda, yanğından mühafizə üçün qabaqlayıcı tədbir görüləcək.

    Bunu oxu.az-ın meşələrin bəzi hissələrində çəpərlənmə aparılacağı ilə bağlı sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Sadiq Salmanov deyib.

    Nazirlik rəsmisi qeyd edib ki, dünyanın hər yerində meşə yanğınlarının əsas səbəbi insan faktoru ilə bağlıdır və ötən il Yunanıstanda, Kaliforniyada baş verən güclü yanğınlar və fəlakətlər buna bir sübutdur:

    “Təəssüf ki, Azərbaycanda da ötən il insanların ehtiyatsızlığı nəticəsində meşə yanğınları baş verdi. Buna görə meşələrin giriş-çıxışı çox olan sahələrində çəpərlənmə işləri aparılır.

    Bir daha bildirirəm ki, meşələrdə çəpərlənmə yalnız zəruri olan sahələrdə aparılacaq və söhbət, əsasən təbii çəpərlənmədən və yalnız az bir hissədə məftil sədlərdən istifadədən gedir. Bu da xüsusilə yeni əkilmiş ərazilərin qorunmasına, yanğından mühafizəyə, təbii bərpanın sürətləndirilməsinə xidmət edir”.

    S.Salmanov bildirib ki, ümumiyyətlə, bu təcrübədən dünyanın hər yerində istifadə edilir və normal hal sayılır:

    “Milli Meşə Proqramı hazırlanarkən BMT-nin Ərzaq Təhlükəsizliyi və Kənd təsərrüfatı Təşkilatının (FAO) verdiyi tövsiyələrdə də bunlar nəzərdə tutulub”.

  • Президент: Ходжалы – незаживающая боль нашего народа

    Ходжалы – незаживающая боль нашего народа, геноцид, совершенный по отношению к нашему народу, величайшее преступление прошлого века. Погибли, пострадали невинные люди – старики, женщины, дети – только за то, что они принадлежали к азербайджанской нации.

    Как передает Median.Az, об этом сказал в интервью телеканалу «Россия-24» Президент Азербайджанской Республики Ильхам Алиев.

    «Азербайджанский народ никогда не забудет эту трагедию, будет всегда ее помнить. Это всегда будет жить в нашей памяти. Самое главное, чтобы такие трагедии больше никогда не повторялись, чтобы никогда ни против какого народа не совершались чудовищные акты геноцида, истребление по национальному признаку. Азербайджанское государство и народ свято хранят память о погибших, скорбят по ним, и их память священна для нас. Все, кто спасся в ту трагическую ночь, навсегда останутся для нас людьми, которыми пережили страшнейшую трагедию, которые получили физические увечья и моральные травмы. Мы делаем все для того, чтобы облегчить участь этих людей. Государство помогает им и дальше будет помогать. И мы, еще раз хочу сказать, все должны стремиться к тому, чтобы таких трагедий в истории человечества больше не было», – сказал глава государства.