Month: February 2019

  • Prezident: Xocalı xalqımızın sağalmaz dərdidir

    Xocalı xalqımızın sağalmaz dərdidir, xalqımıza qarşı törədilən soyqırımıdır, ötən əsrin ən böyük cinayətidir. Yalnız Azərbaycan millətinə mənsub olduqlarına görə günahsız insanlar – qocalar, qadınlar və uşaqlar həlak olub, zərər çəkiblər.

    Median.Az xəbər verir ki, bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev “Rossiya-24” telekanalına müsahibəsində deyib.

    Ölkə başçısı bildirib: “Azərbaycan xalqı heç vaxt bu faciəni unutmayacaq, həmişə xatırlayacaq. Bu, bizim yaddaşımızda həmişəlik qalacaq. Əsas odur ki, belə faciələr daha heç vaxt təkrar olunmasın. Daha heç vaxt heç bir xalqa qarşı belə dəhşətli soyqırımı hadisəsi, milli əlamətə görə qırğın törədilməsin. Azərbaycan dövləti, xalqı həlak olanların xatirəsini əziz tutur, yad edir və onların xatirəsi bizim üçün müqəddəsdir. Həmin faciəli gecədə xilas olanlar həmişə bizim üçün fiziki zədələr, mənəvi yaralar alan, həmin qətliamı yaşayan insanlar kimi qalacaqlar. Biz bu adamların aqibətini yüngülləşdirmək üçün əlimizdən gələni edirik, dövlət onlara kömək edir və edəcək. Bir daha demək istəyirəm, biz hamımız çalışmalıyıq ki, belə faciələr bəşəriyyət tarixində bir daha olmasın”.

  • В Азербайджане ожидаются дожди и снег

    В Баку и на Абшеронском полуострове 27 февраля ожидается переменная облачность, временами будет ясно. В течение дня в некоторых местах возможны осадки. Северо-западный ветер днем местами усилится.

    Об этом сообщили в Национальном департаменте гидрометеорологии Министерства экологии и природных ресурсов.

    В Баку и на Абшеронском полуострове температура воздуха составит ночью 3-6, днем – 7-9 градусов тепла.

    Атмосферное давление будет выше нормы и составит 754 мм ртутного столба, относительная влажность – 70-80%.

    В некоторых районах местами ожидаются осадки, в горах – снег. Местами будет туман. Западный ветер усилится.

    Температура воздуха составит ночью 1-6, днем – 10-15 градусов, в горах – ночью 0-4 градуса мороза, днем – 3-7 градусов тепла.

    Синоптики предупреждают, что нестабильные погодные условия с вечера 26 февраля могут продлиться до утра 1 марта.

  • Yağış və qar yağacaq – HAVA DƏYİŞİR

    Fevralın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatında deyilir.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-6, gündüz 7-9 dərəcə isti təşkil edəcək.

    Atmosfer təzyiqi normadan yüksək 754 mm civə sütunu, nisbi rütubət 70-80 faiz olacaq.

    Bəzi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək.

    Havanın temperaturu gecə 1-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti təşkil edəcək.

    Sinoptiklər xəbərdarlıq edirlər ki, qeyri-sabit hava şəraitinin fevralın 26-sı axşamdan martın 1-i səhərədək davam edəcəyi gözlənilir.

  • Жители Хачмаза, убившие и закопавшие знакомого осуждены на 38 лет

    В Бакинском суде по тяжким преступлениям завершилось рассмотрение уголовного дела в отношении жителей Хачмазского района Шахина Иманова и Эльбруса Абдуллаева, обвиняемых по статье 120.2.1 (умышленное убийство, совершенное группой лиц по предварительному сговору) и 120.2.4 (умышленное убийство, совершенное с особой жестокостью) УК Азербайджана.

    Как сообщает Median.Az, 11-го июня прошлого года Шахин Иманов явился в Хачмазский РОП и признался в том, что со знакомым Эльбрус Абдуллаевым 10 дней назад убили человека и закопали его в лесном массиве на территории села Эбилятагы.

    В связи с поступившей информацией совместно с сотрудниками районной прокуратуры был проведен осмотр указанного места. Выкопанное тело покойного направили для проведения судмедэкспертизы в морг. В ходе разбирательства выяснилось, что убитым является житель района Мирзага Азизов (1967-го года рождения)

    В тот же день в ходе следственно-оперативных мер был задержан Эльбрус Аблуллаев.

    Суд приговорил каждого из обвиняемых к 19 годам лишения свободы.

  • Xaçmaz sakinini öldürüb, meşədə basdıranlar 38 il cəza alıblar

    Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayon sakinləri Şahin İmanov və Elbrus Abdullayevin CM-nin 120.2.1 (qəsdən adam öldürmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, ötən il iyunun 11-də Şahin İmanov Xaçmaz RPŞ-nə könüllü gələrək, 10 gün əvvəl tanışı Elbrus Abdullayevlə birlikdə rayon sakini Mirzağa Əzizovu (1967-ci il təv.) balta zərbələri ilə qətlə yetirdiklərini və sonra meyitini Əbilyatağı kəndi ərazisindəki meşə massivində basdırdıqlarını bildirib.

    Məlumatla əlaqədar RPŞ və rayon prokurorluğunun əməkdaşları tərəfindən göstərilən əraziyə baxış keçirilib, basdırılmış kişi meyiti oradan çıxarılaraq məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

    Keçirilmiş istintaq-əməliyyat tədbiri nəticəsində Elbrus Abdullayev saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 19 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.

  • Zaur “Bizimləsən”i bağlayır – “Nə qədər günah qazandığımı anladım”

    Aparıcı Zaur Baxşəliyev bu mövsümdən sonra “Bizimləsən” proqramının yayımlanmayacağını bildirib.

    Median.Az axşam.az-a istinadən bildirir ki, verilişinə qatılan imkansız ailənin uşaqlarının “Evimiz olanda şirniyyat yeyərik” sözlər aparıcını pis edib.

    Zaur proqramda baş verən hadisələrin ona pis təsir etdiyini deyib:

    “Dünən evdən bir torba şirniyyat atmışam. Bəzən o qədər nankor oluruq ki, nəyisə atırıq, yemirik. Görün insanlar nəyin həsrətindədirlər. Həyata baxın.

    Mayın sonu gəlsin, proqramı bitirəcəm. Çox əziyyət çəkirəm, məhv oluram. Bunların hamısını içimdən keçirirəm. Mənə pis təsir edir. Sadəcə, öhdəlik götürmüşəm, çiynimdən ata bilmirəm. 3 ayımız qalıb, bitsin, bağlayacam.

    “Zaurla Günaydın” verilişinə o qədər tort gətirirlər ki… Deyirəm, nə qədər olar. İndi Allah qarşısında nə qədər günah qazandığımı anladım, geri götürürəm bütün sözlərimi”.

  • Həkimlərdən narazı qalan 92 yaşlı kişi xəstəxanda DAVA SALDI

    Gəncə şəhər Təcilli Tibbi Yardım Xəstəxanasında insident yaşanıb.

    Median.Az ONA-ya istinadən xəbə verir ki, bu gün səhər saatlarında şəhər sakini, 1927-ci il təvəllüdlü Mehralı İbrahim oğlu Əhmədov təcilli tibbi yardım avtomobili ilə xəstəxananın cərrahiyyə şöbəsinə gətirilib. Tibb işçilərinin xidmətindən narazı qalan ahıl yaşlı kişi əlindəki əsa ilə xəstəxananın giriş qapısının şüşəsini qırıb və tibb bacısına müqavimət göstərib.

    Hadisə yerinə polis əməkdaşları çağırılıb.

    Hazırda faktla bağlı araşdırma aparılır.

  • Bakıda ögey analarına qarşı üsyan edən bacı-qardaşın faciəsi ilə bağlı YENİ XƏBƏR

    Atasının ikinci həyat yoldaşının övladı olacağı xəbərinə etiraz edərək sirkə turşusu içib özünü zəhərləyən Aysel Kərimova evinə buraxılıb.

    Median.Az xəbər verir ki, bu barədə Lent.az-a məlumat verən Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov 23 yaşlı qızın vəziyyətinin yaxşı olduğunu, bir həftə xəstəxanada yatdıqdan sonra evinə getdiyini bildirib.

    Qeyd edək ki, fevralın 16-da paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində ataları Bakir Kərimovun ikinci dəfə ailə qurmasından sonra övladının doğulacağı xəbərinə üsyan edən ilk qadından olan övladları intihara cəhd edib. Oğlu 19 yaşlı Asim Kərimov özünü asaraq intihar edib. Onun həyatını xilas etmək mümkün olmayıb. Qızı Aysel Kərimova isə sirkə turşusu içərək intihara cəhd edib.

  • Gəncə hadisələri ilə bağlı həbs edilən daha 8 nəfərin məhkəməsi başlayır

    Gəncə hadisələri ilə bağlı həbs edilən daha 8 nəfərin məhkəməsi başlayır.

    Median.Az report-a istinadən xəbər verir ki, bir neçə maddə ilə ittiham edilən Həbib Qurbanov, Emil Məmmədov, Vüqar Yusifov, Mirzə Hüseynov, Asif Vəliyev, Şahin Vəliyev, Elmir Hüseyn-zadə və Bəkrəm Əliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

    Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib. Cinayət işində 17 zərərçəkmiş var.

    Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

    Qeyd edək ki, rəsmi məlumata əsasən, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılır.

    Gəncə hadisələri ilə bağlı, təxminən, 80 nəfər cinayət məsuliyyətinə cəlb olunub, barələrində axtarış elan edilənlər də var.

    Xatırladaq ki, bir neçə qrupun cinayət işi hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən araşdırılır.

  • Умер автор хита Itʼs My Life

    Британский музыкант, вокалист популярной в 80-х годах поп-группы Talk Talk Марк Холлис умер в возрасте 64 лет.

    Как передаёт Median.Az, об этом сообщает NME.

    Причина смерти пока не раскрывается.

    M.Холлис основал Talk Talk в 1981 году. Он выступал в коллективе вокалистом, гитаристом, клавишником и автором песен. Группа просуществовала 10 лет, распавшись в 1991 году.

    В дискографии M.Холлиса пять студийных альбомов. Talk Talk известна по таким хитам, как It’s My Life, Talk Talk, Such a Shame, Life’s What You Make It и Living in Another World.