Month: February 2019

  • Putin GÖSTƏRİŞ VERDİ: 31 marta qədər…

    Rusiya prezidenti Vladimir Putin ölkəyə turist kimi gələn əncəbilərə viza verilməsi prosedurunun sadələşdirilməsi barədə göstəriş verib.

    Median.Az xəbər verir ki, Putin 31 marta qədər təklifin hazırlanması barədə Xarici İşlər Nazirliyinə tapşırıq verib.

  • В Индии от «паленого» алкоголя погибло 154 человек

    По меньшей мере 154 человека погибли и более 200 были госпитализированы после употребления испорченного алкоголя в Индии.

    Как передает gazeta.ru, спиртной напиток был произведен в северо-восточном штате Ассам, и большая часть пострадавших оказались теми, кто работал на чайной плантации штата.

    По сообщению CNN, более 30 человек были арестованы по подозрению в причастности к поставкам нелегального алкоголя.

    «Это незаконный спиртной напиток, который был приготовлен на месте. Мы все еще изучаем, что было в составе и что было смешано с алкоголем», – сказал Мукеш Агарвал, старший сотрудник полиции в районе Голахат.

  • Yağ seçərkən diqqət edin! Ustalar sizi belə aldada bilər (VİDEO)

    Bu xəbərimiz mühərrik yağının avtomobili sıradan çıxarması ilə bağlıdır. Paytaxt sakinlərindən birinin iddiası belədir. Nicat Həsənov adlı şəxs deyir ki, mühərrik yağını dəyişəndən bir qədər sonra avtomobilin mühərriki sıradan çıxıb. Bu zaman ona 5 min manatdan artıq ziyan dəyib.

    Avtomobilinə alıb tökdüyü mühərrik yağı maşında problemlərə səbəb olub..

    Paytaxt sakini Nicat Həsənov iddia edir ki, o avtomobilin muhərrik hissəsini yağın məxsus olduğu şirkətin azərbaycandakı nümayəndələrinin yanında sökdürüb.Hətta şirkət tərəfindən ona dəyən ziyanın ödəniləcəyi də deyilib.Nicat Həsənov deyir ki, həmin hadisəyə görə ona ümumilikdə 5 min 500 manat ziyan dəyib.

    Müsahibimiz deyir ki, şirkət nümayəndələri araşdırma aparmaq üçün avtomobilin hətta filtirini də ondan alıblar. Ona bildiriblər ki, həmin filtir şirkətin türkiyədəki ofisinə göndəriləcək və problemin səbəbi aydınlaşdırılacaq. Hadisədən 3 ay keçməsinə baxmayaraq şirkət hələ də nəticə barədə sürücüyə məlumat verməyib. Bununla yanaşı, ona dəyən ziyan da ödənilmir.

    Məsələ ilə bağlı qarşı tərəflə əlaqə saxladıq. Şirkətin azərbaycandakı nümayəndəsi Elgiz Əliyev bildirdi ki, istifadə edilən yağ onlara məxsus rəsmi distributerdən alınmayıb.

    Elgiz Əliyev bildirdi ki, hazırda satışda eyni adlı saxta mühərrik yağları da satılır. Sürücü Nicat Həsənovun istifadə etdiyi həmin mühərrik yağı saxta məhsul da ola bilər.

  • Yaz fəslinin Azərbaycana daxil olacağı vaxt açıqlanıb

    Yaz fəslinin Azərbaycana daxil olacağı vaxt açıqlanıb.

    Median.Az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AZƏRTAC-a bildirilib ki, 2019-cu ildə yaz fəsli Azərbaycana martın 21-i Bakı vaxtı ilə saat 01:58-də daxil olacaq.

    AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək və həmin andan şimal yarımkürəsində yaz fəsli başlanacaq.

  • Парламент Турции принял заявление в связи с Ходжалинским геноцидом

    Комиссия по внешним связям Великого национального собрания Турции (ВНСТ) распространило заявление в связи с Ходжалинской трагедией.

    Согласно сообщению посольства Турции в Азербайджане, в заявлении отмечается, что Турция резко осуждает геноцид мирного населения, учиненный Вооруженными силами Армении на оккупированной территории Азербайджана и разделяет боль и скорбь братского азербайджанского народа.

    В документе отмечается, что Ходжалинская резня является одной из черных страниц истории человечества:

    “В результате жестокого насилия над мирным населением и продолжающейся оккупации, более миллиона наших азербайджанских братьев были вынуждены покинуть родные очаги и стать вынужденными переселенцами. Очевидцы трагедии еще живы. События в Ходжалы являются не историческим событием, а жестокой реальностью”.

    В заявлении отмечается, что для предотвращения повторения подобных актов насилия международному сообществу следует дать в рамках соответствующих решений СБ ОН, ОБСЕ и ОИС адекватную реакцию и оценку Ходжалинскому геноциду, остающейся кровавым пятном на человечности.

    В заявлении выражено соболезнование азербайджанскому народу.

    Также в очередной раз выражены солидарность Турции с Азербайджаном в его справедливой позиции и требование о необходимости наказания виновников трагедии в рамках международного права и вывода ВС Армении с оккупированных территорий Азербайджана.

  • Avtobus iki minik avtomobili ilə toqquşdu – Ölən və xəsarət alan var

    Masallı rayonunun Təzə Alvadı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

    DİN-dən verilən məlumata görə, fevralın 23-də saat 11 radələrində Masallı rayonunun Təzə Alvadı kəndi ərazisində Biləsuvar rayon sakini R.İsmayılov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla yolun əks istiqamətinə çıxaraq Ağdam rayon sakini A.Ağayevin idarə etdiyi “Nissan” markalı avtomobillə toqquşduqdan sonra yolun kənarında dayanmış, Cəlilabad rayon sakini M.Məlikova məxsus “Great Wall” markalı avtomobilə çırpılıb. Nəticədə A.Ağayev hadisə yerində ölüb, R.İsmayılovun bir sərnişini xəstəxanaya yerləşdirilib.

    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.//milli.az

  • Семьи жертв Ходжалы получат бесплатную юридическую помощь

    Сегодня состоялось очередное заседание Президиума Коллегии адвокатов Азербайджана.

    В начале заседания минутой молчания была почтена память жертв Ходжалинской трагедии.

    Председатель Коллегии Анар Багиров озвучил предложение об оказании членами Коллегии адвокатов бесплатной правовой помощи семьям жертв Ходжалинского геноцида. Соответствующее решение было принято единогласно.

    Кроме того, Анар Багиров представил информацию о текущей деятельности Президиума, положении с приемом в адвокатуру и мероприятиях по проведению 100-летия азербайджанской адвокатуры.

    Также были рассмотрены обращения о переводе в другие адвокатские структуры, вопросы утверждения правил пожарной безопасности в адвокатских структурах, а также принято решение о создании Комиссии по сдаче-приема имущества, печатей и документации Коллегии адвокатов.

    Адвокат адвокатского бюро №19 города Баку Анар Керимов был награжден «Почетной грамотой» в связи с назначением на должность заместителя министра труда и социальной защиты населения на основании распоряжения президента от 14 февраля 2019 года

    На заседании также были рассмотрены некоторые дисциплинарные вопросы, приняты соответствующие решения.

  • Yunker “üzr istəyirəm, arvadım zəng edir” deyib, çıxışını yarıda kəsdi

    Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker həyat yoldaşının zənginə görə Misirdəki sammitin nəticələrinə dair keçirilən mətbuat-konfransındakı çıxışını yarıda kəsib.

    Median.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, “üzr istəyirəm, arvadım zəng edir” deyərək, Yunker telefon zənginə cavab verib.

    Avrokomissiya rəhbərinin bu hərəkəti zaldakı jurnalistlərin gülüşünə səbəb olub.

    Qeyd edək ki, Ərəb Ölkələri Liqası və Avropa İttifaqının ilk sammiti Misirin kurort şəhəri olan Şarm-əş-Şeyxdə keçirilir. Görüşdə avropa və ərəb liderləri iştirak edir.

  • İstanbulda Xocalı faciəsinin 27-ci ildönümü yad edilib – FOTO

    Türkiyənin İstanbul şəhərində, Bahçeşehir Univeristetində Xocalı faciəsinin 27-ci ildönümü anılıb.

    “Report”un Türkiyə bürosu xəbər verir ki, tədbir Azərbaycan və Türkiyənin dövlət himinlərinin səsləndirilməsi və Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

    Anım mərasimini ali təhsil müəssisəsinin professoru, rektor müavini Tunç Bozburan açaraq Xocalıda yaşananları yaxın keçmişin ən böyük dəhşətli hadisəsi adlandırıb. O, işgəncələrlə öldürülən xocalıların və bir gecədə yer üzündən silinən Xocalının səsi olmaq üçün bütün türk gəncliyini birliyə çağırıb. Professor Bahçeşehir Universitetinin radiosunun iki gün ərzində Xocalıda yaşananlardan bəhs edən proqramlar verəcəyini də söyləyib.

    Ali təhsil müəssisəsinin professoru Mehmet Çelik çıxışında Xocalını unutmamaq və unutdurmamaq üçün zəruri tədbirlər görülməsinin vacibliyini vurğulayıb.

    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov çıxışında Dağlıq Qarabağ münaqişəsindən bəhs edib, tələbələri bu ərəfədə sosial şəbəkələr üzərindən daha aktiv olmağa və Xocalı həqiqətlərini paylaşmağa çağırıb.

    Xocalı rayonunun sabiq içra başçısı, Milli Məclisin deputatı Elman Məmmədov isə Xocalı soyqırımını törədənlərin ədalətli mühakimə ediləcəyi günün yaxın olduğunu bildirib.

  • Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfərinin proqramı açıqlandı

    Gürcüstan Prezidenti Salome Zurabişvilinin fevralın 27-də Bakıya edəcəyi rəsmi səfəri qonşu Azərbaycanla strateji tərəfdaşlığın davam və inkişaf etdirilməsi məqsədi daşıyır.

    “Report” xəbər verir ki, bu barədə Gürcüstanın Prezident Administrasiyasının Mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, siyasi, iqtisadi, ticari münasibətlərin dərinləşdirilməsi ilə yanaşı, mədəni əlaqələrin də inkişaf etdirilməsi prioritet olacaq. Bu da illər boyu gürcü və Azərbaycan xalqları arasında mövcud olan mehriban qonşuluq və dostluq əlaqələrinə əsaslanır.

    Məlumatda S.Zurabişvilinin səfər çərçivəsində yüksək səviyyəli görüşlər keçirəcəyi, həmçinin Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsəsdov, Azərbaycanda yaşayan gürcüstanlı tələbələr və biznes sektorun nümayəndələri ilə də görüşlərinin nəzərdə tutulduğu vurğulanıb.

    Dövlət başçısının başçılıq etdiyi nümayəndə heyətinə Gürcüstanın Prezident Administrasiyasının üzvləri və digər rəsmi şəxslər daxil olacaq.