Month: February 2019

  • Tanınmış siyasətçi, “NTV”nin qurucularından biri intihar etdi

    Rusiyalı politoloq, “NTV” kanalının həmtəsisçisi İqor Malaşenko İspaniyada ölü tapılıb.

    Median.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, siyasətçinin ölüm səbəbi rəsmi şəkildə açıqlanmasa da, aparıcı Kseniya Sobçak “Telegram” kanalında onun intihar etdiyini yazıb: “İqor Malaşenko özünü öldürüb. Özümə gələ bilmirəm. Prezident seçkiləri kampaniyasındakı birgə işə görə ona minnətdaram. Fəxr edirəm ki, o, mənim qərargahıma rəhbərlik edib”.

    Qeyd edək ki, Malaşenko 2018-ci ildə Rusiyada prezident seçkilərində namizədliyini irəli sürmüş Kseniya Sobçakın seçki qərargahının rəhbəri olub.

    Xatırladaq ki, ötən həftə mediamenecerin xanımı Bojena Rınska Malaşenkonun palatadan şəklini paylaşaraq onun nevroloji səbəbdən xəstəxanaya yerləşdirildiyini xəbər vermişdi.

  • Президент Ильхам Алиев поздравил эмира и премьер-министра Кувейта

    Президент Азербайджана Ильхам Алиев направил поздравительное письмо эмиру Кувейта шейху Сабаху аль-Ахмеду аль-Джаберу ас-Сабаху.

    Об этом сообщает Median.Az со ссылкой на Trend.

    “От своего имени и от имени народа Азербайджана сердечно поздравляю Вас и в Вашем лице весь Ваш народ с национальным праздником Государства Кувейт.

    Верю, что отношения между Азербайджаном и Кувейтом и впредь будут развиваться и расширяться на почве дружбы и сотрудничества в интересах наших народов.

    В этот радостный день желаю Вам крепкого здоровья и счастья, дружественному народу Кувейта – постоянного мира и процветания”, – говорится в поздравлении.

    Президент Ильхам Алиев также поздравил премьер-министра Кувейта шейха Джабера аль-Мубарака аль-Хамада ас-Сабаха.

    “Сердечно поздравляю Вас и Ваш народ с национальным праздником Государства Кувейт.

    Надеюсь, что развитие азербайджано-кувейтских отношений и впредь будет служить интересам наших народов.

    Передаю Вам наилучшие пожелания, желаю дружественному народу Кувейта постоянного спокойствия и благосостояния”, – говорится в поздравлении.

    Глава государства также направил поздравление наследному принцу Кувейта шейху Навафу аль-Ахмеду аль-Джаберу ас-Сабаху.

    “Передаю свои поздравления по случаю национального праздника Государства Кувейт, желаю Вам крепкого здоровья и счастья, дружественному народу Кувейта – постоянного благополучия и процветания”, – говорится в поздравлении.

  • “Səsimizi çıxartsaq deyirlər ki, sabahdan gəlmə” – Müdir işçini neçə saat işlədə bilər? – VİDEO – FOTO

    Bəzi idarə və təşkilatlarda işçilərin gün ərzində 8 saatdan artıq işləməsi halları mövcuddur. Xüsusəndə işçilərin iş saatından artıq işlədilməsi özəl sektorda daha geniş yayılıb. Onların artıq iş saatlarına görə əmək haqlarının hesablanması da çox vaxt adi qayda da aparılır. Bu da işə götürənlə işçi arasında əmək mübahisələrinin yaranmasına gətirib çıxarır.

    Median.Az bildirir ki, ARB TV-nin “Günə doğru” proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb.

    Sakin: “Biri var işi sevib ürəkdən görəsən, biri də var təzyiqlə”.

    Sakin:
    “Günə 5 manat verirlər səhər saat 8-də gedib axşam 8-də gəlirik. Biri danışsa deyirlər ki, sabahdan işə gəlmə”.

    İşçinin iş və istirahət vaxtının dəqiq müəyyən edilməsi birinci növbədə işçinin sağlamlığının mühafizəsinə yönəlmiş addımdır. Bir qayda olaraq iki istirahət günü olan beş günlük iş həftəsi müəyyən edilir. Lakin, istehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işə götürən həftəlik tam iş vaxtının müddəti çərçivəsində altı günlük iş həftəsi müəyyən edə bilər. Əlavə olaraq qısaldılmış iş saatları da nəzərdə tutulur.

    Azər İsmayılov – Dövlət Əmək Müfəttişliyi Xidmətinin sector müdiri: “16 yaşına qədər olan şəxslər üçün həftəlik 24 saat müəyyən olunur. Gündəlik isə 4 saatdan çox olmamalıdır. 16-18 yaşa qədər olanlar üçün 36 saat, gündəlik isə 6 saatdan çox olmamalıdır, birinci və ikinci qrup əlilər üçün isə qısaldılmış iş rejimi tətbiq olunur”.

    Əmək qanunvericiliyi işçinin iş vaxtından əlavə işləmə saatını da tənzimləyir. Yəni müəssisə sahibi işçini iş vaxtından əlavə istədiyi vaxt və istədiyi qədər işlədə bilməz.

    Maarif Mahmudov – Hüquqşünas: “Müəyyən istisnalar nəzərdə tutulur. Təbii fəlakətlərin qarşısının alınması, hərbi vəziyyət rejimi və yaxud tez xarab olan malların daşınması və yüklənməsi kimi hallarda işçinin cəlb olunduğu iş sahəsinə görə, qanunvericilik sitemində qeyd olunan qaydada və məbləğdə haqq ödənilir”.

    Bu məsələdə işçilərin də üzərinə böyük iş düşür. Yəni işə götürən tərəfindən hər hansı bir haqsızlığa, yaxud qanun pozuntusuna rast gələrsə, müvafiq qurumlara şikayət etməklə tapdanmış hüququnu bərpa edə bilər.

    Azər İsmayılov- Dövlət Əmək Müfəttişliyi Xidmətinin sector müdiri: “İşçinin əmək və istirahət rejimin pozulmasına görə, İzibati Xətalar məcəlləsinin müvafiq maddəsilə cərimə sanksiyası var. İstər özəl sektor, istərsə də dövlət müəssələrində əmək qanunveriliciyi hamısına eyni şamil olunur”.

    Hər bir halda ilk əvvəl işə götürənlə işçi arasında əmək müqaviləsi imzalanmalı, daha sonra sadalanan müddəalar bu müqavilədə öz əksini tapmalıdır. Dövlət və ya özəl sektor olmasından asılı olmayaraq, bütün işə götürənlər iş rejimi normalarına əməl etməlidilər. Çünki qanunvericlik hamı üçün eynidir.

  • Azərbaycanda Qran Pri orucluğa görə təxirə salınıb – ARAŞDIRMA

    Gənclər və İdman Nazirliyi bu il üçün Azərbaycanda təşkil olunacaq yarışların təqvimini açıqlayıb.

    Median.Az xəbər verir ki, 2014-cü ildən etibarən hər il Qəbələnin Həmzəli kəndində yerləşən Stend və Ox Atıcılığı Kompleksində keçirilən Heydər Əliyev adına Beynəlxalq Qran Pri bu il baş tutmaya bilər.

    Belə ki, turnir təqvim planına daxil edilməyib. Bəs görəsən, ardıcıl beş il təşkil edilmiş beynəlxalq turnirin yarış təqviminə salınmaması nə ilə bağlıdır?

    İlk olaraq Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Hafiz Cəfərovla danışmaq qərarına gəldik. O, yarışın təşkilatçısı olan “Qəbələ” Atıcılıq Klubunun yarış üçün onlara müraciət etmədiyini bildirdi:

    “Qəbələ” Atıcılıq Klubu bu turniri yenidən keçirmək istəyir. Amma onlar hələ ki federasiyaya məktub göndərməyiblər. Gərək göndərsinlər ki, biz də Beynəlxalq Atıcılıq İdmanı Federasiyasına (ISSF) müraciət edib, onu təqvim planına saldıraq.

    Klub yarışın keçirilməsi üçün zəmanət verməlidir. O zəmanət məktubu olmadan bu yarışı keçirmək mümkün deyil. Amma “bu gün”, “sabah” deyə-deyə məsələni yubadırlar. Bu məktubun göndərilməməsi maliyyə ilə də bağlı ola bilər.

    Çünki idmançıların mükafatlandırılması Qəbələ Atıcılıq Klubu tərəfindən edilir. İndi onların çətinlikləri var. Baxmayaraq ki, dekabra kimi bu yarışı təqvim planına saldırmaq lazım idi. Amma bizə müraciət edilsə, yenə də bu məsələni yoluna qoymaq olar. Çünki bizim ISSF ilə əlaqələrimiz yaxşıdır”.

    “Qəbələ” Atıcılıq Klubu ilə də əlaqə saxladıq. Həmin klubun mətbuat xidmətinin rəhbəri İlham Əhmədov bildirdi ki, yarış son illərdə olduğu kimi, mayda yox, başqa tarixdə keçiriləcək:

    “Ola bilsin ki, bu yarış bu il mayda yox, yay aylarında olsun. Amma yarış olacaq. Sadəcə olaraq, bu dəfə 7-18 may tarixlərində Koreyanın Çanqvan şəhərində Dünya Kuboku keçiriləcək. Həmin yarışa görə budəfəki Qran Pri başqa tarixə keçiriləcək. Biz istəyirik ki, iştirakçılar çox olsun. Amma bütün bu məsələləri daha dəqiq federasiyanın baş katibi Emin Cəfərov yaxşı bilir. Onunla əlaqə saxlasanız daha yaxşı olar”.

    Federasiyanın baş katibi (yeri gəlmişkən, federasiyanın vitse-prezidenti Hafiz Cəfərovun oğludur – S.M.), “Qəbələ” Atıcılıq Klubunun sabiq texniki meneceri, o cümlədən stend atıcımız olan Emin Cəfərovla da əlaqə saxladıq. Məzuniyyətdə olduğunu bildirən Cəfərov bu yarışın mayda baş tutmamasını orucluqla əlaqələndirdi:

    “Məzuniyyətdə olduğuma görə bu barədə dəqiq məlumatım yoxdur. Məndə olan son məlumata görə, bu turnir iyul ayında keçiriləcək. May ayında keçirilməməsi həm Koreyadakı Dünya Kubokuna, həm də orucluq vaxtına düşməsinə görədir. Həmin vaxt ərəb ölkələrindən çox idmançı bu yarışa qatılır. Ramazan ayı vaxtı keçirilsə, ərəb, müsəlman ölkələrinin idmançıları bura gəlməyəcək”…

    Görünür ki, əsl səbəb də elə budur. Təşkilatçılar turnirə marağın az olacağından çəkinərək, yarışın hansı tarixə salınması barədə baş sındırır. Amma bizim federasiyanın ISSF ilə əlaqələri nə qədər yaxşı olsa da, bu məsələnin üzərinə tez düşmək lazımdır. Əks halda, bu il Azərbaycan Qran Prisiz qala bilər.

    Qeyd edək ki, əvvəllər atıcılıq üzrə Azərbaycanda Dünya Kubokunun mərhələ və final yarışı, o cümlədən Avropa çempionatı keçirilib. Həmçinin gələn il may və ya iyun ayında Qəbələdə güllə atıcılığı üzrə Dünya Kubokunun mərhələ yarışının keçirilməsi nəzərdə tutulub.//oxu.az

  • Xocalı faciəsi qurbanlarının ailələrinə pulsuz hüquqi yardım göstəriləcək

    Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasın əvvəlində 26 fevral – Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

    Bu barədə Vəkillər Kollegiyasının rəsmi saytında məlumat verilib.

    İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Xocalı soyqırımı qurbanları və onların ailələrinə Vəkillər Kollegiyası üzvləri tərəfindən ödənişsiz hüquqi yardım göstərilməsi ilə bağlı təklif səsləndirib, yekdilliklə qərar qəbul edilib.

    Bundan başqa, sədr Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, vəkilliyə qəbula dair son vəziyyət, habelə Azərbaycan vəkilliyinin 100 illik yubileyinin qeyd edilməsi barədə iclas iştirakçılarına məlumat verib.

    İclasda başqa vəkil qurumuna keçmək və sair müraciətlərə, Vəkillər Kollegiyası Rəyasət Heyəti aparatının və vəkil qurumlarının inzibati binalarında, fərdi qaydada və ya vəkil kabinetlərində fəaliyyət göstərən vəkillərin fəaliyyət göstərdiyi qeyri-yaşayış sahələrində yanğın təhlükəsizliyi qaydalarının təsdiq edilməsi məsələlərinə baxılıb, o cümlədən Vəkillər Kollegiyasına aid əmlakın, möhürlərin və vəkillik fəaliyyəti ilə bağlı digər sənədlərin təhvil-təslim edilməsi üçün “Təhvil-Təslim Komissiyası”nın yaradılması barədə qərar qəbul edilib.

    Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 14.02.2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsinə təyin edilməsi ilə bağlı Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Anar Kərimov “Fəxri Fərman”la təltif edilib.

    İclasda həmçinin bir sıra intizam məsələlərinə baxılıb, müvafiq qərarlar qəbul olunub.

    Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.

  • Sürücülərin diqqətinə: Paytaxtda əsas magistrallarda sürət həddi endirildi

    Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

    Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.

    Qeyd edək ki, səhər saatlarından başlayaraq Bakıda və Abşeronda yağıntılı hava müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağışın isə səhər kəsiləcəyi gözlənilir. Cənub-qərb küləyi gündüz arabir güclənəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz 10-13, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti təşkil edəcək.

  • Сооснователь телеканала НТВ покончил с собой

    В Испании найден мертвым политолог, сооснователь телеканала НТВ Игорь Малашенко, сообщает “Коммерсантъ” со ссылкой на источники. По данным газеты, 64-летний мужчина покончил с собой, передает Median.Az со ссылкой на Lenta.ru.

    Малашенко – один из руководителей избирательной кампании первого президента России Бориса Ельцина 1996 года, также он возглавлял штаб телеведущей Ксении Собчак, баллотировавшейся на пост главы государства в 2018-м.

    По воспоминаниям дочери Ельцина Татьяны Юмашевой, в избирательной кампании ее отца перед выборами-1996 Малашенко отвечал за взаимодействие со СМИ и информационную политику. “Сразу после победы папа предложил Игорю стать главой его администрации. Настолько он его ценил”, – писала она в своем блоге. Однако, как отмечала Юмашева, медиаменеджер отверг это предложение.

  • Xəzər dənizini çirkləndirən şirkətlər – Adları açıqlandı

    Xəzər dənizinin çirklənmədən qorunması, ətraf mühitə atılan tullantıların azaldılması, insanların sağlamlığına, ümumiyyətlə, təbiətə mənfi təsir göstərən amillərin qarşısının alınması Azərbaycan dövlətinin və dövlət başçısının ETSN-nin qarşısına qoyduğu əsas məsələlərdən biridir.

    Median.az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Mirsalam Qəmbərov jurnalistlərə açıqlamasında deyib.

    O bildirib ki, ətraf mühitə və Xəzər dənizinə atılan tullantıların maksimum dərəcədə azaldılması bu günün ən vacib tələbidir.

    “Xəzər dənizi daha çox təsərrüfat-məişət tullantı suları və neft-qaz hasilatında əmələ gələn lay suları ilə çirkləndirilir. Lay suları ilə dənizi çirkləndirən obyektlər əsasən “Suraxanı Oil Company”, “Balakhanı Operating Ltd” əməliyyat şirkətləri və Azgerneft MMC-dir. Təəssüf ki, bu müəssisələrdə əmələ gələn tullantı suları təmizlənmədən birbaşa Xəzərə axıdılır”.

    Belə çirklənmənin qarşısının alınması işlərindən danışan mütəxəssis qeyd edib, Azneft İstehsalat Birliyinin “Abşeronneft”, “Bibiheybət”, H.Z.Tağıyev, N.Nərimanov adına neft-qazçıxarma idarələrinin istehsalat sahələrində və Binəqədi Əməliyyat şirkətində əmələ gələn lay suları düzgün idarə olunur:

    “Yəni bu gün sözügedən müəssisələrdən Xəzərə heç bir tullantı suyu axıdılmır. Deməli, digər çirkləndiricilər də istəsələr, bunu edə bilərlər.

    Xəzər dənizində ekoloji vəziyyətin yaxşılaşdırılması ETSN-nin birbaşa funksiyalarına aiddir, ona görə də tərəfimizdən daha sərt tədbirlərin görülməsi istiqamətində işlər aparılır”.//yenicag.az

  • DSX-dan əməliyyat – İrandan dəniz vasitəsilə heroin gətirənlər tutuldu

    Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıq­lığı nəticəsində 185 qram narkotik vasitənin qanunsuz döv­riy­yə­dən çıxarılmasına nail olunub.

    DSX-dn verilən məlumata görə, 19 fevral tarixində Dövlət Sərhəd Xidmətinin Sahil Müha­fi­zə­sinin Lənkəran rayonunun Vel kəndinin ərazisində Xəzər dəni­zindən 30 metr aralı sahildə sərhəd naryadı tərəfindən içərisində 2 nəfərin olduğu avtomobilin əraziyə yaxınlaşması müşahidə olunub.

    Avtomobildən bir nəfər düşərək əraziyə yaxınlaşıb və ora­da gizli saxlanc yerindən gizlədilmiş əşyanı götürərək hadisə yerin­dən uzaqlaşmağa cəhd edib. Avtomobildə olan hər iki nəfər sərhəd naryadı tərəfindən şübhəli şəxs qismində saxla­nılıb və baxış zamanı 185 qram “heroin” narkotik vasitəsi aşkarlanaraq götürülüb.

    Saxlanılan şəxslərin Lənkəran rayon sakinləri 1963-cü il təvəllüdlü Dadaşov Allahverdi Fərman oğlu və 1974-cü il təvəllüd­lü Bağırov Vüqar Mirzağa oğlu olması müəyyənləşdirilib.

    Araşdırma zamanı A.Dadaşov əvvəllər narkotik vasitələrin istifa­dəsinə görə məhkum olunaraq cəza çəkməsini və narkotik vasitənin Xəzər dənizindən qaçaq yolla İran İslam Respub­likasından Azərbaycan Respublikasına gətirilməsini etiraf edib.

    Fakt üzrə başlanılmış cinayət işi üzrə əməliyyat-istintaq təd­bir­ləri davam etdirilir.//yenicag.az

  • Boks millimizin üzvü “Bailando” oxuyur, rəqs edir – VİDEO

    Boks millimizin kubalı legioneri Alfonso Dominqes, sən demə, ancaq idmanla məşğul olmurmuş.

    Median.Az xəbər verir ki, idmançının həm gözəl səsi, həm də rəqs etmək qabiliyyəti varmış.

    “Qəbələ” İdman Klubunun boksçusu müğənni kimi ad çıxarmağı bacarıb. Dediyinə görə, onu, hətta tədbirlərdə ifa etməyə çağıranlar olub.

    Sözügedən videoda onun Enrike İqlesiasın “Bailando” (Rəqs) mahnısını ifa edə-edə rəqs etdiyi görünür.

    Qeyd edək ki, Alfonso Dominqes ötən ilin sonunda boks üzrə Azərbaycan çempionatının 81 kq çəki dərəcəsində mübarizə aparıb və gümüş medal qazanmaqla kifayətlənib.