Month: February 2019

  • В Баку стало одним проблемным перекрестком меньше – Вниманию водителей – ВИДЕО

    В Баку изменен режим работы светофора на пересечении проспекта Г.Джавида с улицей А.Ахвердиева, сообщает впонедельник Trend со ссылкой на Бакинское транспортное агентство, передает Median.Az.

    Так, транспортные средства, поворачивающие от проспекта Г.Джавида направо, смогут одновременно двигаться с транспортным средствами, которые едут прямо.

    Изменения были внесены с учетом многочисленных обращений граждан в Агентство и нацелены на повышение эффективности организации дорожного движения.

  • Axtarışda olan İsmayıllı rayon sakini saxlanıldı

    Axtarışda olan İsmayıllı sakini saxlanılıb.

    DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 (Oğurluq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.2-ci (təkrar törədildikdə) maddələri ilə axtarışda olan İsmayıllı rayon sakini Elçin Məmmədov fevralın 23-də Bakı şəhəri ərazisində saxlanılaraq Qəbələ RPŞ-yə gətirilib və İstintaq bölməsinə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.//publika.az

  • Sabah 1 DƏQİQƏLİK SÜKUT OLACAQ

    Sabah, fevralın 26-da Azərbaycan ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

    Median.Az xəbər verir ki, Bakı vaxtilə saat 17:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılacaq, avtomobillər siqnal, gəmilər, metro və yerüstü qatarlar fit verəcəklər.

    Eyni zamanda Bakıda, digər şəhər və rayonlarda, qəsəbələrdə, kəndlərdə, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində dövlət bayraqları endiriləcək.

  • Rusiyada 3 nəfər qripdən öldü

    Rusiyanın Orenburq vilayətində 2-si uşaq, biri böyük olmaqla 3 nəfər qripdən dünyasını dəyişib.

    Median.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin regional şöbəsinin məlumatında bildirilir. Qeyd edilir ki, yoluxma halları əsasən Orenburq, Orsk və Sol-İlets şəhərlərində qeydə alınıb.

    Ölüm faktına səbəb isə xəstələrin həkimə gec müraciət etmələridir. Xəstələrdən yalnız 3,8%-i stasionar şöbələrə yerləşdirilib.

  • Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 19 faiz artıb

    2019-cu ilin yanvar ayında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19,3 faiz artaraq 357,1 min nəfər olub.

    Median.Az bildirir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ölkə vətəndaşlarının 35 faizi İrana, 28 faizi Gürcüstana, 20,9 faizi Rusiyaya, 10,2 faizi Türkiyəyə, 1,2 faizi Ukraynaya, 1,1 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,6 faizi isə digər ölkələrə səfər edib.

    Səfər edənlərin 68,1 faizi kişilər, 31,9 faizi isə qadınlar olub.

    Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 75,2 faiz, Rusiyaya gedənlərin sayı 6,5 faiz, Gürcüstana gedənlərin sayı 2,5 faiz artıb, Türkiyəyə gedənlərin sayı isə 2,6 faiz azalıb.

    Cari ilin yanvar ayında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 81,9 faizi dəmir yolu və avtomobil, 17,3 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

  • Naibə Allahverdiyeva: Həkimlərin səhvinə görə ölə bilərdim – VİDEO

    Xalq artisti Naibə Allahverdiyevanın halı qəfildən pisləşib.

    Bu barədə Oxu.Az-a açıqlamasında N.Allahverdiyeva özü məlumat verib. O, immunitetini gücləndirmək məqsədilə xəstəxanada tibbi yardım aldığını, bundan sonra halının lap pisləşdiyini deyib.

    “Narahatlığım qulağımda səslərin olması idi. Təzyiqim gah qalxırdı, gah da enirdi. İmmunitetimi gücləndirmək üçün müalicəyə ehtiyac var idi. Bu səbəbdən klinikaya üz tutdum. Həkimlər intrevenöz (sistem) dərmanlar vurdular. Onlar isə mənə əks təsir göstərdi. Bir neçə saatlıq müalicədən sonra evə gəldim.

    Evə gələr-gəlməz vəziyyətim qəflətən pisləşdi. Klinikada həkimlər səhvlərini boyunlarına almırlar. Həkim tibb bacısının, tibb bacısı da həkimin boynuna atır. Özümə gəldikdən sonra bunun üstünə düşüb, araşdırma aparacağam ki, kimin səhvidir.

    Biri deyir, reaksiya gedib bədənində, biri deyir, düz vurmayıblar iynəni, biri deyir, bir iynənin içində olan dərman digərinə qatılıb daha sonra vurulmalı idi. Səhhətimin getdikcə daha da pis olduğunu gördükdə, təcili yardım çağırdım.

    Məni Toksikologiya Mərkəzinə apardılar. Orada mənə müxtəlif dərmanlar, iynələr vurdular. Çünki belə olduğu zaman insan komaya düşüb, ölə bilər. Sağ olsun həkimlər, mən sanki yenidən doğuldum. İndi çox zəifəm. Özümü hazırda halsız hiss edirəm. Ağrılar var bədənimdə. Bu ağrılar heç vaxt yox idi”.

  • Гонщиков «Формулы-1» впервые за 10 лет сняли с жесткой диеты

    С нового сезона чемпионата мира по автогонкам в классе машин “Формула-1” к радости многих его участников введено новое правило, согласно которому минимальный вес пилота должен быть равен 80 килограммам.

    Как передает Median.Az со ссылкой на АЗЕРТАДЖ, если кто-то весит меньше, эта разница должна быть дополнена балластом. Это уравняет шансы гонщиков и позволит им ослабить диету по ходу сезона.

    Реформа сильно облегчит положение для высоких и тяжелых пилотов, которые в течение последних десяти лет вынуждены были придерживаться очень строгой диеты, чтобы вписаться в минимальную массу болидов.

    Антропометрия последнее время играла очень важную роль в “Формуле-1” – высоким и тяжелым было сложно на равных бороться с легкими конкурентами. Лишние 10 кг приводили к потере трех-четырех десятых секунды на каждом круге.

    Действующий чемпион королевских гонок – пилот “Мерседеса” Льюис Хэмилтон – в восторге от нововведений и уже поправился на пять килограммов.

    “За последние 12 лет я не чувствовал себя более здоровым, чем сейчас. Просто потому, что теперь можно больше есть. Я стал лучше спать, у меня больше энергии. Знаю, что многие гонщики прибавили в весе. Но я набрал больше всех. Ем чипсы и панкейки, – сказал он в интервью “The Week”. – Я не пытаюсь стать Халком. Просто здорово, что можно есть сколько хочется, большими порциями”.

  • İki rayonun polis rəisi dəyişdirilib, biri təqaüdə göndərilib

    Daxili işlər orqanlarında yeni təyinatlar olub.

    Median.Az ONA-nın məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmrlər imzalayıb. Əmrlərə əsasən, Ağcabədi rayon Polis Şöbəsinin rəisi Məhəmməd İbrahimov tutduğu vəzifədən azad edilərək Şabran rayon Polis Şöbəsinin rəisi, Zəngilan rayon Polis Şöbəsinin rəisi Ənvər Həsənov tutduğu vəzifədən azad edilərək Ağcabədi rayon Polis Şöbəsinin rəisi vəzifələrinə təyin ediliblər.

    Şabran rayon Polis Şöbəsinin rəisi Əli Mərdanov isə təqaüdə göndərilib.

    Qeyd edək ki, Ə. Mərdanov sabiq təhsil naziri Misir Mərdanovun qardaşıdır.

  • Bu ərazidə svetoforun iş rejimində dəyişiklik edilib (VİDEO)

    Paytaxtın H.Cavid prospekti ilə Ə.Haqverdiyev küçəsinin kəsişməsində svetoforun iş rejimində dəyişiklik edilib.

    Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, belə ki, artıq kəsişmədə H.Cavid prospektindən sağa gedən nəqliyyat vasitələri düzünə istiqamətlənən nəqliyyat vasitələri ilə eyni vaxtda hərəkət edə biləcəklər.

    Dəyişiklik, vətəndaşların Bakı Nəqliyyat Agentliyinə ünvanladığı çoxsaylı müraciətləri nəzərə alınaraq edilib və yol hərəkətinin təşkilinin səmərəliliyinin artırılması məqsədini daşıyır.

                                         

  • Xaçmaz sakinini öldürüb meşədə basdıran dəstə… – TƏFƏRRÜAT

    Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Şahin İmanov və Elbrus Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

    Məhkəmənin hökmü ilə hər iki şəxs 19 il azadlıqdan məhrum edilib.

    İttihama görə, ötən il iyunun 1-də Xaçmazın Əbilyatağı kəndi ərazisində, rayon sakini Ş.İmanovla E.Abdullayev Mirzağa Əzizovu qətlə yetirərək, Əbilyatağı kəndi ərazisindəki meşəlik massivində basdırıblar.

    Hadisədən 10 gün sonra Ş.İmanov Xaçmaz Rayon Polis Şöbəsinə könüllü gələrərək, E.Abdullayevlə hadisəni törətdiyini etiraf edib.

    Xaçmaz Rayon Polis Şöbəsinin və rayon Prokurorluğunun əməkdaşları tərəfindən qeyd olunan əraziyə baxış keçirilib və basdırılmış kişi meyiti oradan çıxarılaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna aparılıb. Cinayətdə şübhəli bilinən E.Abdullayev barəsində axtarış elan olunub, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə o, həmin gün saxlanılaraq rayon prokurorluğuna təhvil verilib.