Month: February 2019

  • Bakıda məhbus əri ilə görüşə gələn qadının alt paltarından heroin çıxdı

    Cəzaçəkmə müəssəsinə alt paltarında heroin keçirmək istəyən qadın saxlanılıb.

    Median.Az ölkə.az-a istinadən xəbər verir ki, Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

    Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.3-cü maddələrinə əsasən 4 il 1 ay müddətinə azadlıqdan məhrum olunan məhkum Xəlilzadə Ramil Pərviz oğlu ilə uzunmüddətli görüşə gələn arvadı Bakı şəhər sakini Xəlilzadə Mahirə Vüqar qızının əşyalarına və üzərinə baxış keçirilən zaman alt paltarında xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə 0,206 qram heroin aşkar edilıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Basdırılan sərvət, kondisionerli tabutlar — Qaraçı baronlarının dəfn mərasimi (FOTO)

    Qaraçı baronlarının var-dövləti haqqında bir çox əfsanələr dolaşır. Bu baronlar dünyalarını dəyişəndə qohumları bir çox sərvətini də ölən şəxsin qəbrinə qoyur. Qaraçılar arasında dəfn mərasimi çox sərtdir və əməl olunması vacib sayılır. O biri dünyaya gedən şəxs orada yaşayır və həyatda malik olduğu hər şeyə təmin olunmalıdır.

    Median.Az ölkə.az-a istinadən xəbər verir ki, Qaraçı baronlarını məhz bu cür dəfn edirlər. Misir fironları kimi baronlar üçün də torpaq altında ev, yəni sərdabə inşa edilir. Sonra isə yuxarı hissəsinə piramidaya bənzər bina inşa edirlər. Bu piramida mərmərdən hazırlanır və dünyasını dəyişən şəxsin heykəli ucaldılır.

    Tabutu betonlanmış otağa salırlar və bundan sonra qadınlar üzərlərində olan qızıl əşyaları da bura atırlar. Adət belədir, çünki ölən şəxs o dünyada heç nəyə ehtiyac duymamalıdır.

    Mebel, bahalı iççilər, qab-qacaq, televizor, mobil telefon, qır-qızıl və pul da qəbirə qoyulur. Yeraltı sərdabə bir neçə otaqdan ibarət olur ki, dünyasını dəyişən şəxs onlardan istifadə edə bilsin.

    Ətrafda hər şey qızıl, mərmər, bahalı ağac materialından hazrlanır. Ölən şəxs yaşadığı dövrdə xoşladığı bütün əşyaları qəbirə qoyurlar. Bəzən isə ölən şəxsin sevimli avtomobilini də qəbirə salırlar.

    59 yaşlı Florian Çioaba 2013-cü ilin avqust ayında dünyasını dəyişib. Onunla vidalaşmaq üçün dünyanın bir çox ölkəsindən nümayəndələr Sibiu şəhərinə axışmışdı. Dəfn prossesiyası 7 km uzunluunda idi. Mərhumun tabutuna kondisioner və başqa elektronik cihazlar quraşdırılmışdı. Bununla yanaşı, tabutda pəncərə də açılmışdı.

    Qəbirdən oğurluq etmək günah sayılsa da, belə hallara da rast gəlinib. Qaraçı baronu Mixail Oqlının qəbirindən yemək-içmək, konyak və çaxır, “Roleks” saatı, brilliant qaşlı üzük, qızıl sep, mobil telefon, 100 min rubl və 3.5 min dollar oğurlanıb. Oğrular təkcə televizor, video maqnitafona toxunmamışdılar. Oğruları isə konyak şüşəsinin üstündəki əl izi ilə tapmaq mümkün oldu.

    Başqa bir baronun dəfn mərasimində isə ailə limuzinlərdən ibarət kortej və kareta sifariş edib. Təkcə güllərə 23.4 min dollar xərclənib.

    Qohumlar və dostlar isə hündürlüyü 1 metrdən çox olan 60 çələng sifari edib. Çələnglər mərhumun xoşladığı şeylərdən hazırlanıb.

  • İt döyüşü zamanı kütləvi dava – Hadisə şahidləri danışdı – VİDEO

    Yardımlıda it döyüşdürənlərin özləri əlbəyaxa olublar.

    Xezerxeber.az-ın məlumatına görə, gənclərin it boğuşdurması kütləvi davaya çevrilib. Hadisədə 1 nəfər ölüb.

    Gənclər arasında düşən kütləvi dava Yardımlı rayonunun Lərzan kəndi ərazində baş verib. Bir qurup gənc itləri boğuşdurmaqdan ötrü kəndin ərazsində toplaşıblar. İt boğuşdurma yarışı sahiblərinin mübahisəsinə çevrilib və daha sonra kütləvi dava olub. Dava zamanı tərəflərdən biri bıçaqdan istifadə edib.

    Dava zamanı xəsarət alan Pərviz İsgəndərovun sözlərinə görə, dünyasını dəyişən qardaşının güclü çoban iti olub. Digər kənddən gələn gənclərin iti ilə boğuşdurulub və qalib çıxıb. Buna əsəbləşən gənclər dava etməyə başlayıblar. Nəticədə Lərzan kənd sakini 34 yaşlı Bəhruz İsgəndərov ağır bədən xəsarəti aldığından Yardımlı Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib.

    Xəsarət alanlardan Şovud kənd sakini 27 yaşlı Teymur Hüseynov Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına, 30 yaşlı Pərviz İsgəndərov və 23 yaşlı İbrahim Mirzəyev Masallı Rayon Xəstəxanasına aparılıblar.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

    Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

  • Qlobal istiləşmənin xeyri də olacaq

    Cari yüzillikdə qlobal istiləşmənin təsiri altında yağıntıların güclənməsi ilə əlaqədar Yer planetinin bəzi quraq regionlarında su resursları artacaq.

    “EurekAlert!” nəşrinin dərc etdiyi elmi məqaləyə görə, Çinin Elmlər Akademiyasının Atmosfer Fizikası İnsititunun alimləri belə bir nəticəyə gəlib.

    Tədqiqatçılar Afrikanın Sahel bölgəsinin (Şimali Səhra ilə Cənubi Səhra arasında yerləşən tropik savanna) yarımquraq ərazilərində iqlim dəyişikliyini araşdırıb.

    Sahel yağıntı miqdarında baş verən dəyişikliklərə həssas olur. Həmin bölgədə baş verən quraqlıq bəzi Afrika ölkələrində irimiqyaslı ərzaq və su qıtlığına yol açır. Mövcud iqlimi modellər yağıntı miqdarı ilə bağlı proqnozlarda qeyri-müəyyənliyin olduğunu aşılayır.

    Məlum olub ki, belə qeyri-müəyyənlik Cənubi Asiya və Sakit okeanın şimal-qərbində yağıntıların modelləşdirilməsi ilə sıx əlaqəlidir. Bunu nəzərə alaraq, mütəxəssislər proqnozlara yenidən baxıb və Saheldə yağıntı miqdarının 109 faiz artacağını ortaya çıxarıb. Bundan başqa, regionda əlçatan su resurslarının 119 faiz artacağı gözlənilir.

  • Угарный газ унес еще одну жизнь

    Житель города Гусар умер от отравления угарным газом.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, случай произошел в одном из домов на улице М.Хасратова.

    В воскресенье вечером Алик Адыгезалов задохнулся в ванной комнате арендованного им дома. Тело обнаружили его близкие.

    На месте происшествия полицией был проведен осмотр. На теле А.Адыгезалова не обнаружили следов насилия.

    Продолжается расследование.

  • Названа польза глобального потепления

    Группа ученых из Института физики атмосферы Китайской академии наук выяснила, что в текущем столетии в некоторых засушливых регионах Земли увеличится количество водных ресурсов из-за увеличения количества осадков в результате глобального потепления.

    Как передаёт Median.Az, об этом сообщается в пресс-релизе на EurekAlert!.

    Исследователи уточнили прогнозы изменения климата в Сахеле – полузасушливом регионе в Африке, который является переходной зоной между пустыней Сахара и более плодородными землями на юге.

    Здесь сильные засухи – это не редкость, они приводят к масштабному голоду. Однако существующие климатические модели демонстрируют большую неопределенность в прогнозах.

    Оказалось, что такая неопределенность тесно связана с историческим моделированием осадков. Учитывая это, специалисты откалибровали прогнозы и выяснили, что осадки в Сахеле усилятся на 109%. Кроме того, на 119% увеличится доступность водных ресурсов.

  • “Mətanətə borcum var idi deyə, ad gününə gəldim” – Könül Xasıyeva

    Xalq artisti Könül Xasıyeva xəstəhal olarkən Mətanət Əsədovanın ad gününə qatılmasından danışıb.

    Median.Az Axşam.az-a istinadən xəbər verir ki, “Hər şey daxil” verilişində qonaq olan ifaçı Mətanətə mənəvi borcu olduğunu deyib:

    “Mənəvi borcum var idi deyə, Mətanətin ad gününə gəldim. Mənə bir nəfər dedi ki, Mətanətin ad günüdür. Hətta oğlum Kazım narahat idi, bir nəfər yox idi ki, övladımı onun yanında qoyum. Ona görə də, bacıma zəng vurdum, o, Şəkiyə gəldi. Mən də axşam onun yarısı Bakıya çatdım. Mətanət Kazımın ad günündə elə iştirak edib ki… İlk vida konsertimdə də o, ürəklə iştirak etdi”.

    Qeyd edək ki, xalq artistinin ad günündə iştirakı müzakirələrə səbəb olmuşdu.

  • В Губе за серийные кражи задержаны 2 человека

    Как сообщает Median.Az, сотрудники Губинского РОП в ходе оперативно-розыскных мер задержали жителя района Р. Шахмирзоева и жителя Апшеронского района А.Баширова, которые украли из одного магазина карту памяти видеокамеры, из одного маркета кассовый апарат, из служебной комнаты частной компании 400 манатов, из подстанции компрессор и другие электрические приборы.

    Задержанные ранее привлекались к уголовной ответственности.

    В Следственном отделе РОП возбуждено уголовное дело по статье 177.2.2 (кража, совершенная повторно) УК Азербайджана.

  • Qubada silsilə oğurluqlar törədən 2 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki bir mağazadan videokameranın yaddaş qurğusu, bir marketdən kassa aparatı, şirkətlərdən birinə məxsus inzibati binanın xidməti otağından 400 manat, yarımstansiyaların birindən kompressor və digər elektrik avadanlıqları oğurlayan əvvəllər məhkum olunmuşlar Quba rayon sakini R.Şahmirzəyev və Abşeron rayon sakini A.Bəşirov saxlanılıblar.

    RPŞ İstintaq bölməsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

  • Bakıda “Qoşa Park” yaşayış kompleksində güclü yanğın – Video

    Bakıda hündürmərtəbəli binada güclü yanğın olub.

    Yasamal rayonunda yerləşən “Qoşa Park” yaşayış kompleksində güclü yanğln başlayıb.

    Hadisə şahidlərinin verdiyi məlumata görə, yanğın qonşu evlərə də keçib.

    Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin yanğınsöndürənləri və təcili tibbi yardım briqadası cəlb olunub.

    Həmin görüntləri təqdim edirik:

    //azxber.com