Month: February 2019

  • Deputatdan əhaliyə şad xəbər: kreditlərlə bağlı qərar verilir

    “İpoteka kreditləri əlçatan olmalı və çox aşağı faizlə təklif olunmalıdır. O zaman ipoteka kreditləri həm iqtisadiyyata, həm də ailələrə qazanclı çıxmaq imkanı yaradır”.

    Median.Az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O, sosial ipoteka ilə bağlı ayrıca qanun layihəsinin qəbul olunmasına ehtiyac olduğunu bildirib:

    “İndiki halda sadəcə sosial ipotekanın, yəni 4 faizlik ipotekanın bir məntiqi var. Buna da çıxış imkanları məhduddur, çünki çox az vəsait ayrılıb. Əslində isə sosial ipoteka öndə olmalı, buna çıxış imkanları artırılmalıdır. Çünki kommersiya şərtlərilə təklif olunan ipotekalar çox yüksək faizlə verilir və bir çox insanlar, gənc ailələr bu borcları qaytara bilmirlər. Bir müddət sonra isə mübahisələr yaranır. Bildiyim qədərilə hazırda məhkəmələrdə ipoteka kreditlərilə bağlı 25-30 minə yaxın mübahisəli məsələ var. Bu problemin həlli üçün ayrıca qanun layihəsi, yaxud prezidentin fərmanı lazımdır ki, sosial ipotekanın həcmi artırılsın və əlçatanlığı təmin edilsin.

    Bunun üçün də vətəndaşlarla dövlət arasındakı operator banklara müəyyən güzəştlər tətbiq etmək lazımdır ki, ayrılan vəsaitin üzərinə əlavə faiz qoymasınlar. Yəni, operator bankların özləri də cüzi gəlirlə işləməyə razılıq versinlər. 4, uzağı 5 faizlik sosial ipoteka ilə əlçatanlığı təmin etmək və kifayət qədər gənc ailənin problemini həll etmək olar. Bu, həmçinin ailədaxili problemlərinin də həllinə öz müsbət təsirini göstərər. Çünki ölkədə boşanma saylarının artması onu göstərir ki, ayrıca mənzilin olmamağı ailədaxili problemlərin də, sosial-psixoloji gərginliyin də artmasına gətirib çıxarır”.

    Milli Məclisin deputatı Hadı Rəcəbli isə açıqlamasında ipoteka məsələsinin hələlik Milli Məclisin gündəmində olmadığını, lakin yaxın vaxtlarda yeniliklərin olacağını bildirib:

    “Yaxın 1 həftə, 10 gün ərzində yeni, maraqlı islahatlar olacaq. Bu, əvvəldən nəzərdə tutulan məsələlərdir. İpoteka hələlik gündəmdə yoxdur, amma əhalinin banklardan aldığı kreditlər məsələsi müzakirə edilir”.

  • Hüseyn Abdullayevin həbs müddəti uzadıldı

    Nəsimi Rayon Məhkəməsində keçmiş deputat Hüseyn Abdullayevin həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi vəsatətə baxılıb.

    Median.Az Report-a istinadən xəbər verir ki, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, vəsatət təmin edilib, H.Abdullayevin həbs müddəti daha 3 ay uzadılıb.

    Qeyd edək ki, rəsmi məlumata görə, ayrı-ayrı vətəndaşların Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətləri əsasında 14 fevral 2018-ci il tarixdə başlanmış cinayət işi üzrə H.Abdullayevin 2006-cı ildən 2018-ci ilədək olan müddət ərzində faktiki nəzarət etdiyi “Araz-İnşaat” ASC-də onun tapşırığına əsasən, müəssisənin idarə olunmasını həyata keçirən Babayev Namiq İsmixan oğlu və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Cəmiyyətə məxsus obyektləri müxtəlif vaxtlarda ayrı-ayrı şirkətlərə icarəyə verərək, ümumilikdə, 1 milyon 374 min manat məbləğində gəlirlərin Cəmiyyətin kommunal xidmət və sair xərclərinin ödənilməsinə sərf olunmasına dair digər səhmdarlara yalan məlumat verməklə 13 min 373 manat məbləğində dividentləri vahid qəsdlə ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsinə şübhələr müəyyən edilib.

  • Sabah Bakıda bir sıra yollar bağlanacaq

    Fevralın 26-da Xocalı soyqırımının 27-cı ildönümünə həsr olunmuş tədbirlərlə əlaqədar olaraq Bakıda bir sıra küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

    Median.Az Trend-ə istinadən bildirir ki, sabah paytaxtın Xətai prospekti və Xocalı prospekti istiqamətində kəsişən bütün paralel küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.

    Məhdudiyyət saat 08:00-dan tədbir başa çatanadək davam edəcək.

    “Ana harayı” abidəsinə ziyarətə gələnlərdən xahiş olunur ki, ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər.

  • Sabah Novruzun ilk çərşənbəsidir

    Sabah Azərbaycanda Novruzun ilk çərşənbəsi qeyd olunacaq.

    Artıq bu həftədən Su çərşənbəsi ilə Novruz bayramına hazırlıqlar başlayır.

    İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi su çərşənbəsi qeyd edilir. Bəzi mənbələrdə ona “əzəli çərşənbə”, “gül çərşənbə” də deyirlər. Bu çərşənbədə suyun dirilməsi özünü göstərir. Qədim inanclara görə, bu çərşənbə suya tapınma inancı ilə başlayır. İnanca görə “təzə su”, yəni səhər dan yeri sökülməmiş götürülən köpüklü ağ su min bir dərdin dərmanı sayılır.

    Yaz fəslinin gəlişini xəbər verən Novruz bayramı ilin başlanğıcı kimi də qəbul edilir. Məhz buna görə də insanlar sudan onun kimi şəffaf və gözəl bir ilin keçməsini arzulaya bilərlər. İlk tonqalın su çərşənbəsində yandırılması buzların əriməsi, artıq qışın arxada qalmasının göstəricisidir.

    Su çərşənbəsində masa üzərinə su qoymaq, masada suyun aşması xeyirliyə yozulur. Əgər süfrənizdə su aşıb tökülərsə, həmin ilin sizin üçün bol bərəkət gətirəcəyi gözlənilir.

    Su çərşənbəsi günü lal axan suyun üzərindən keçmək uğursuzluq əlaməti sayılır, həmçinin bu gün övladı olmayan bir qadının başından qırxaçar qabla su töksən, onun övladı dünyaya gələ bilər. Su çərşənbəsində hamının həyətində tonqal qalanır və bayram ovqatının yaxınlaşdığı nəzərə çatdırılır. Həmin gün insanların bir-birinin üzərinə su atması da uğura işarədir.

    Azərbaycanda martın 5-də Od, martın 12-də Yel çərşənbəsi eyd olunacaq. Novruzun ilaxır – Torpaq çərşənbəsi isə martın 19-da qeyd ediləcək.

    Qeyd edək ki, bu il Azərbaycana yaz fəsli martın 20-dən 21-nə keçən gecə saat 01:58-də gələcək. Martın 20-si ölkədə bayram axşamı, 21-i isə bayram günü kimi qeyd ediləcək.

    Xatırladaq ki, bu il Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart qeyri-iş günləri olacaq. Bu il bayram günü hesab edilən 23 və 24 mart həftələrarası istirahət günləri ilə üst-üstə düşdüyündən 25, 26 mart da qeyri-iş günü hesab ediləcək. Beləliklə, Novruz bayramı günlərində 20-26 mart tarixləri qeyri-iş günləri olacaq.

  • Magistraturaya qəbul imtahanı ilə əlaqədar Apelyasiya Komissiyası yaradıldı

    Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının birinci mərhələsi ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində Apelyasiya Komissiyası yaradılıb.

    Mərkəzdən verilən məlumata görə, Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək.

    Bakalavrlar Apelyasiya Komissiyasına 25, 26, 27 fevral 2019-cu il tarixlərində saat 10:00‑dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

  • Azərbaycanlı gəncin Moskvada törətdiyi dəhşətli qəzanın anbaan – VİDEOSU

    Moskvada baş verən dəhşətli qəzanın görüntuləri yayılıb.

    Yayılan görüntülərdə Moskvada 2 nəfərin ölümü ilə nəticələnən qəza ətrafda olan təhlükəsizlik kamerasına düşüb.

    Belə ki, Murad adlı azərbaycanlı gənc gece idarə etsiyi BMW markalı avtomobili ilə qəza törədib.

    Həmin görüntüləri təqdim edirik:

    Qeyd üdək ki,hadisə nəticəsində 2 nəfər vəfat edib.

  • Bakıda evdən qadının skeleti tapıldı – 2 il əvvəl ölüb

    Bakıda qadın skeleti tapılıb.

    Median.Az-ın qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, fevralın 24-ü saat 13 radələrində Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yaşayan 1951-ci il təvəllüdlü Abdurəhimova Umuyətin üzərində zorakılıq əlamətləri olmayan skeletlənmiş meyiti tapılıb. Onun skeleti mənzilin mətbəxə keçid hissəsində aşkarlanıb.

    Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Meyitin müayinə olunması üçün ekspertiza təyin olunub.

    Qonşular bildirib ki, U.Abdurəhimovanı sonuncu dəfə iki il əvvəl görüblər və onun Dağıstana getdiyini eşidiblər. Umuyət Abdurəhimova uzun müddət 102 saylı “JEK”də süpürgəçi işləyib, daha sonra təqaüdə çıxıb. Məlumata görə, onun Bakıda yaxın qohumu yoxdur.

    Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

  • Ölkədən çıxışına qadağa qoyulmasını öyrənmək asanlaşdı – Yeni xidmət

    Vergilər Nazirliyi vergi ödəyiciləri üçün yeni elektron xidmət istifadəyə verib.

    Bu xidmət vasitəsilə onlar ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı məlumat ala biləcəklər.

    Bunun üçün Vergilər Nazirliyinin rəsmi internet saytında (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi saytında (www.e-taxes.gov.az) yaradılan ayrıca bölməyə daxil olaraq şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini və yaxud şəxsiyyət vəsiqəsinin FİN kodunu müvafiq xanalara daxil etmək lazımdır. Bununla da, cəmi bir toxunuşla vergi ödəyicisi ölkədən çıxışına qadağa qoyulub-qoyulmaması ilə bağlı məlumatı əldə edə bilər.

    Bu elektronxidmətdən istifadə etmək üçün aşağıdakı linklərə daxil ola bilərsiz:

    http://www.taxes.gov.az/modul.php?name=pagespage=abroad

    https://www.e-taxes.gov.az/ebyn/new/#/olkedengetmeMehdudiyyet

  • В Азербайджане отметят первый вторник Новруза

    Завтра в Азербайджане отметят первый вторник Новруза “Су чершенбеси”.

    C этого дня начинаются приготовления к празднику Новруз.

    Согласно поверьям, Всевышний сначала создал воду, поэтому первый вторник отмечается как “Су чершенбеси”. Согласно древним поверьям, “Су чершенбеси” считается днем поклонения воде. С восходом солнца принято собирать “новую воду”, которая считается лекарством от тысячи болезней.

    В этот день зажигаются первые костры, что свидетельствует о том, что льды растаяли, а зима осталась позади.

    В первый вторник – “Су чершенбе” на столе обязательно должна быть вода. Если на стол вылилась вода, это считается хорошей приметой, которая означает, что год принесет изобилие и богатство.

    В этот день нельзя переходить через текущую воду, что может принести неудачу.

    В Азербайджане 5 марта отметят “Од чершенбе”, 12 – “Йел чершенбе”, 19 марта – “Торпаг чершенбе”. 21 марта в Азербайдане отметят праздник Новруз.

    Отметим, что в этом году весна придет в Азербайджан в 01:58 в ночь с 20 на 21 марта.

    Напомним, что в этом году в связи с праздником Новруз 20, 21, 22, 23, 24 марта будут нерабочими. 23-24 марта придутся на субботу и воскресенье, в связи с чем 25 и 26 марта также будут нерабочими днями.

  • Пожар в здании правительства Армении потушен – ОБНОВЛЕНО

    Пожар, вспыхнувший в здании правительства №1 на площади Республики в Ереване, потушен. Пострадавших нет.

    Как передаёт Median.Az, об этом сообщает vestikavkaza.ru со ссылкой на МЧС Армении.

    Сообщается, что в результате пожара пострадало офисное имущество. «Сгорели – частично – стул, шкаф и бумаги, а также один линейный метр кабеля», – сказали в армянском спасательном ведомстве.

    * * * * *

    Здание правительства Армении горит в Ереване, на место выехали шесть пожарных машин, сообщили в понедельник в пресс-службе МЧС страны, передаёт Median.Az со ссылкой на РИА Новости.

    «Сигнал о пожаре в правительственном здании №1 в Ереване поступил в 09.03 по местному времени. Возгоранию присвоена вторая степень сложности. На место происшествия направлены шесть пожарных машин», – говорится в сообщении, размещенном на сайте ведомства.

    Отмечается, что там же работает группа реагирования на чрезвычайные ситуации Национального центра кризисного управления.