Month: February 2019

  • Yevalxda gözətçini odlu silahla öldürən şəxs saxlanılıb

    Median.Az xəbər verir ki, fevralın 21-də Ərəbbəsrə kəndi ərazisində, kənd sakini Tahir Qafarovun gözətçi işlədiyi yerin yaxınlığında güllə yarası ilə öldürülməsi barədə Yevlax RPŞ-nə məlumat daxil olub.

    Polis və prokurorluğ əməkdaşlarının birgə həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində T. Qafarovu münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə qətlə yetirən Şəki rayon sakini, əvvəllər məhkum olunmuş Habil Mirzəyev saxlanılıb.

    Yevlax rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

  • В Уджаре перевернулся “ВАЗ-21703”, погиб водитель

    Как сообщает Median.Az, 23-го февраля на территории села Газиан перевернулся автомобиль марки “ВАЗ-21703”, управляемый жителем Зардабского района Д.Омаровым.

    В результате дтп водитель скончался на месте происшествия, пассажир с различными травмами был доставлен в Центральную районную больницу.

    В Уджарском РОП по факту ведется расследование.

  • Ucarda “VAZ-21703” aşıb, sürücü ölüb

    Median.Az xəbər verir ki, fevralın 23-də Qazyan kəndi ərazisində Zərdab rayon sakini C.Ömərov idarə etdiyi “VAZ-21703” markalı avtomobili aşırıb.

    Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini isə Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

    Ucar RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Bakıda dəhşət: Gənc qadın üzərinə benzin töküb, özünü yandırdı

    Bakıda qadın intihar edib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 25 yaşlı S.Quliyeva yaşadığı evdə intihar məqsədi ilə üzərinə benzin tökərək özünü yandırıb.

    Hadisədən sonra xəstəxanaya yerləşdirilən S.Quliyeva orada vəfat edib.

    İntiharın səbəbi hələ məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Rusiyanın ən iri turizm agentlikləri Azərbaycanın turizm potensialı ilə tanış olur – FOTOLAR

    Rusiya bazarının ən məşhur turizm agentlikləri şəbəkələrindən birinin nümayəndələri ölkənin turizm imkanları ilə tanış olmaq və onların Rusiya bazarında gələcək təşviqi məqsədi ilə Azərbaycanda səfərdədir.

    Səfər Rusiyanın məşhur tur operatoru “Summer Tour Russia” tərəfindən Azərbaycan Dövlət Turizm Agentliyi, Milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları” (AZAL), həmçinin ölkəmizin aparıcı tur operatorları “Silk Way Travel” və “Pasha Travel”ın dəstəyi ilə təşkil olunmuşdur.

    Proqramın birinci mərhələsi çərçivəsində “Сеть Магазинов Горящих Путевок” aparıcı turizm şirkətinin baş direktoru Serqey Aqafonovun başçılıq etdiyi, şirkətin 40-dan çox əməkdaşından ibarət nümayəndə heyəti Bakıdadır.  

    Qonaqlar Azərbaycanın turistik və logistik imkanlarının təqdim olunduğu konfransda iştirak etmiş, həmçinin ölkənin tarixi və memarlıq yerləri ilə tanış olaraq Azərbaycanın turizm potensialını yerində görmək və qiymətləndirmək imkanı əldə etmişdirlər.

    Qeyd edək ki, “Сеть Магазинов Горящих Путевок” Rusiyanın iri turizm agentlikləri şəbəkəsidir və ölkənin müxtəlif bölgələrində 400-dən çox ofisə malikdir.

    “Сеть Магазинов Горящих Путевок” şirkəti Rusiyanın turizm bazarında Azərbaycanı aktiv şəkildə təbliğ etməkdə maraqlı olduğunu bildirmişdir.
    Ümumi proqram çərçivəsində mart və aprel aylarında bütün Rusiyanın aparıcı turizm agentliklərinin daha bir neçə qrupunun ölkəmizə səfəri planlaşdırır.

    BAKU.WS







  • Prezident: Sosial müavinətlər əhəmiyyətli dərəcədə artırılacaq

    Artıq bir neçə aydır ki, ciddi sosial paket üzərində iş aparılır. Minimum əməkhaqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin artırılması, digər ödənişlərin verilməsi bütün böyük sosial paketin tərkib hissəsidir. Eyni zamanda, sosial müavinətlərlə bağlı olan məsələ də öz həllini tapacaq. Sosial müavinətlər çox əhəmiyyətli dərəcədə artırılacaq.

    Median.Az xəbər verir ki, bunu iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə Prezident İlham Əliyev bildirib.

    “Bu çox böyük proqram 500 mindən çox əhalini əhatə edəcək. Sadaladığım bütün bu təşəbbüsləri əgər biz təhlil etsək, o cümlədən problemli kreditlərdən əziyyət çəkən vətəndaşların da sayını müəyyən etsək, təqribən 2 milyon 200 min əhali dövlətin sosial təşəbbüslərinin icrasından böyük dərəcədə faydalanacaq.

    Bu, çox ciddi sosial paketdir. Bir daha demək istəyirəm ki, bu paketin reallaşması, ilk növbədə, bizim güclü siyasi iradəmizə söykənir. Çünki mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Eyni zamanda, bizim maliyyə imkanlarımız buna imkan verir. Maliyyə imkanlarımızı biz əldə etmişik, biz yaratmışıq. Məhz aparılan islahatlar nəticəsində bizim gəlirlərimiz, büdcə gəlirlərimiz artır, artacaq və artmalıdır.

    Ona görə bir daha demək istəyirəm ki, bizim iqtisadi inkişafımız sosial məsələlərin həlli ilə nə qədər bağlıdır. Bu da təbiidir. Bizdə güclü iradə, güclü sosial siyasət var. Eyni zamanda, elan edilmiş və icra edilən ciddi iqtisadi və sosial islahatlar bizə imkan verir ki, əlavə maliyyə resurslarını məhz vətəndaşların rifah halının yaxşılaşmasına yönəldək.

    Əminəm ki, 2019-cu il bütövlükdə ölkəmiz üçün uğurlu il olacaq. Azərbaycan 2019-cu ildə uğurlar və inkişaf yolu ilə gedəcək”.

  • Министр назначил нового начальника

    В отделе полиции Агджабединского района новое назначение.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, соответствующий приказ подписал министр внутренних дел, генерал-полковник Рамиль Усубов.

    Согласно документу, начальник отдела полиции Зангиланского района Анвер Гасанов был освобожден от занимаемой должности и назначен на должность начальника полиции Агджабединского района.

  • Ramil Usubov yeni rəis təyin etdi

    Ağcabədi Rayon Polis Şöbəsinə yeni rəis təyin edilib.

    Müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.

    Sənədə əsasən, Zəngilan Rayon Polis Şöbəsinin rəisi Ənvər Həsənov vəzifəsindən azad olunub və Ağcabədi Rayon Polis Şöbəsinin rəis təyin edilib.
    //oxu.az

  • В Баку горит здание – ФОТО/ВИДЕО

    В Баку горит жилое здание.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, видео инцидента разместили в социальной сети.

    Как сообщили, пожар зафиксирован в жилом комплексе Qoşa Park.




  • Ölümünə az qalmış gəlinini öldürən qayınata: “Gəlin bazara gedəndə…” – VİDEO

    ARB TV-nin “Rezonans” proqramı növbəti buraxılışında məhkum Hüseynəli İsmayılovun həyat hekayəsini yayımlayıb.

    12 il cəza alan Hüseynəli İsmayılov başına gələnləri danışıb: “Bahar bayramı keçmişdi, mart ayının 28-i gecə saatlarında nəvəm gəldi ki, baba ilaxır çərşənbədə sənə su saxlamışam. Bu sudan stəkana töküb iki qurtum içdim. Halım pisləşdi. Qıza dedim, anana, atana de, məni gözdən qoymasınlar, bəlkə sabaha çıxmadım. Səhər açıldı, bir nəfər gəlib mənimlə maraqlanmadı. Gəlin bazara gedəndə qapının səsi gəldi, çıxdım bayırda gözlədim, dedim mən bunu etməsəm heç kəs etməyəcək, onsuz da 1 həfətəyə qalmaram. Onu öldürməmiş ölməyim.

    Qayıdanda tüfənglə sinəsindən atəş açdım. İkinci atəşi havaya açdım ki, yuxuludurlar, oyansınlar. Tüfəng əlimdə gedib evdə oturdum ki, görüm kim gələcək? Polislər gəldi. Tutduğum işdən peşman deyiləm. Məhkəmədə hakimə dedim, 12 il azdır, 20 il elə. Yaşayacağıma ümidim yox idi, bilsəydim bu qədər yaşayacam heç onu öldürməzdim”.