Month: February 2019

  • Şəmkirdə itkin düşənin meyiti dağda tapıldı

    Ötən gün Şəmkirdə itkin düşmüş şəxsin meyiti tapılıb.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, fevralın 22-də gecə saatlarında FHN-in “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, 1961-ci il təvəllüdlü Hüseynov Firudin Əli oğlu Şəmkir rayonunun Aşağı Seyfəli kəndində dağlıq ərazidə naməlum şəraitdə itkin düşüb.

    Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri axtarışlara cəlb olunub. Axtarış işləri nəticəsində F.Hüseynovun meyiti tapılıb.//yenicag.az

  • Чиновники администрации Мадуро сбежали в Турцию

    Лидер венесуэльской оппозиции Хуан Гуайдо заявил сегодня, что часть чиновников из администрации президента Николаса Мадуро покинула страну и уехала в Турцию

    Об этом говорится в сообщении ТАСС.

    «Солдаты еще не знают, что их высокопоставленные чиновники, которые всех осуждают, уже отправились в Турцию», – написал Гуайдо в своем Twitter.

  • DİN-dən əməliyyat – 61 nəfər saxlanıldı

    Fevralın 22-dən 23-dək respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 18 cinayətin üstü “isti izlər”lə açılıb.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.

    Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

    Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.//yenicag.az

  • Bakıda qadın həbsdəki ərinə heroin keçirmək istədi

    Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

    Median.Az xəbər verir ki, Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.3-cü maddələrinə əsasən 4 il 1 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Xəlilzadə Ramil Pərviz oğlu ilə uzunmüddətli görüşə gəlmiş arvadı Bakı şəhər sakini Xəlilzadə.M-in əşyalarına və üzərinə baxış keçirilən zaman alt paltarında xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə 0,206 qram “Heroin”” aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.//qafqazinfo.az

  • Hindistanda hər on dəqiqədə 1 nəfər içkidən zəhərlənir: Ölü sayı 84 oldu

    Hindistanda saxta içkidən ölənlərin sayı durmadan artır.
    Ölkənin şimal-şərqindəki Assam əyalətində saxta alkoqollu içkidən dünyasını dəyişənlərin sayı 84-ə çatıb. Azı 200 nəfərin xəstəxanada müalicə aldığı bildirilir.

    Assamın səhiyyə naziri bildirib ki, hər 10 dəqiqədə bir nəfər saxta içkidən zəhərlənir. Xəstəxanadakıların çoxunun vəziyyəti isə kritikdir.

    Qeyd edək ki, iki həftə əvvəl ölkədə saxta içkidən 100-dən çox insan ölmüşdü. (Qafqazinfo.az)

  • 17 ölkə İranın bioloji dərmanlarını istifadə edir

    Hazırda İranda istehsal olunan bioloji dərmanlar (Biopharmaceutical) 17 ölkəyə ixrac edilir.

    Median.Az-ın məlumatına görə, bunu İran Prezidenti elm və texnologiya müavinliyinin nəzdində fəaliyyət göstərən Biotexnologiya İnkişafı Qərargahının katibi Mustafa Qanei deyib.

    M.Qaneinin sözlərinə görə, İranda bioloji məhsulların istehsalı sahəsində boşluqlar tamamilə aradan qaldırılıb.

    M.Qanei bu dərmanların İranda istehsal olunması ilə ildə təxminən 1 milyard dollar valyutanın ölkədən çıxmasına qənaət olunduğunu qeyd edib.//Trend

  • Şəkidə azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı həyata keçirilib (FOTOLAR)

    “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

    Median.Az xəbər verir ki, səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə güzəştli şərtlərlə azot gübrəsi əldə edirlər.

    Mövsüm başa çatmamış fermer təsərrüfatlarının azot gübrəsi ilə təmin olunması məqsədi ilə regionlar üzrə keçiriləcək səyyar satışa ilk olaraq Şəki və Oğuz rayonlarından start verilib. İlk səyyar satış fevralın 22-də Şəkinin Aşağı Göynük kəndində həyata keçirilib. Axsam saat 19:30-a qədər davam edən satış zamanı ümumilikdə 176 müraciət qeydə alınıb. Gün ərzində 48 ton azot, 3 ton nitroammafos gübrəsi üçün 90 qaimə üzrə satış həyata keçirilib.

    Oğuz rayonunda isə bu gün səyyar satışa başlanılıb. Satış rayonun Xaçmaz kəndində yerləşən Məişət Evinin qarşısında həyata keçirilir.

  • Faiq Ağayev Brilliant Dadaşovanın əsl yaşını AÇIQLADI – ÇAŞBAŞ QALACAQSINIZ

    “Brilliant Dadaşova məndən 13 yaş böyükdür. Yaş fərqi olduğu üçün həmişə aramızda müəyyən pərdə olub”.

    Median.Az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev MTV-də Samir Bayramlının “Söhbətimiz” verilişində qonaq olarkən deyib. Xalq artisti illərdir danışmadığı həmkarı Brilliant Dadaşova ilə aralarındakı gərginliyin səbəblərini açıqlayıb:

    “Bir dəfə mahnıları üçün bek-vokal olaraq çağırmışdı, mənim üçün problem yox idi deyə getdim oxudum. Aramızda olan söz-söhbət toy bazarı ilə bağlı idi. Sənətə gəldiyim ilk gündən həmişə yüksək qonorarlar almışam. İlk dəfə toya 1995-ci ildən başladım, ən “xodgedən” müğənnilərdən bir qədər yüksək məbləğ tələb etdim. İlk münaqişəmiz toyda baş verdi. Bu məsələni mətbuata yayan nə mən, nə də toy sahibi oldu.

    Bir neçə gün sonra iki qəzetdə hadisə haqqında qərəzli yazılar çıxdı. İki-üç gün səbir etdim, gördüm ki, söhbət səngimir, həqiqəti söylədim. Sənətdə ona qələbələr arzu edirəm, o, mənim yerimi heç vaxt dar etmir. Ümidvaram ki, mən də onun yerini dar etmərəm”.

    Brilliant Dadaşovanın ondan 13 yaş böyük olduğunu deyən 47 yaşlı Faiq Ağayev bu sözləri ilə ifaçının əsl yaşını açıqlayıb. Məsələ ondadır ki, Vikipediada Dadaşovanın təvəllüdü 1965-ci il göstərilir.

  • Убийца тети: Я пил водку над могилой брата

    В Бакинском суде по тяжким преступлениям продолжился процесс по делу Миши Мигирова, обвиняемого в избиении женщины до смерти.

    Как передает Median.Az, на процессе судья Расим Садыхов зачитал показания М. Мигирова, данные им следствию.

    По словам обвиняемого, незадолго до происшествия он попросил своего земляка Рамиля отвести его на кладбище в поселке Слобода Губинского района.

    «Когда мы ехали на кладбище на машине Рамиля, я попросил его остановиться возле магазина, где купил бутылку водки. Когда Рамин привез меня на кладбище, я сказал, чтобы он уехал. Там я налил себе водки над могилой недавно умершего брата и выпил. Затем позвонил Рамину, чтобы он увез меня».

    М. Мигиров сказал, что затем вновь повторил этот ритуал, и опять Рамин отвез его на кладбище:

    «По дороге домой я попросил Рамина отвезти меня к тетке Шушан Сумхаевой. Забрал тетку из дома и отвез на кладбище. Оказавшись перед могилой брата, почувствовал себя плохо и упал. Очнувшись, увидел над собой полицейских. Тетя Шушан лежала на земле в крови, одежда на ней была разорвана. Затем полицейские меня арестовали».

    Затем адвокат обвиняемого подал ходатайство. Он попросил пригласить в суд эксперта Судебно-медицинской экспертизы, давшего заключение уголовному делу.

    Ходатайство было обеспечено. Судебный процесс продолжится 1 марта.

    Отметим, что случай произошел в этом году в поселке Слобода Губинского района. Житель поселка М. Мигиров отвез свою тетю Шушан Сумхаеву на кладбище и там избил.

    Женщина скончалась в больнице. Полиция задержала Мигирова, в его отношении было выдвинуто обвинение по статье 120.2.4 (умышленное убийство, совершенное с особой жестокостью).//oxu.az

  • Bakı Dövlət Universitetinin tələbəsi itkin düşüb – FOTO

    Goranboy rayon sakini itkin düşüb.

    “Report”un məlumatına görə, Qaraçinar kəndində yaşayan Mais Qurbanov fevralın 17-də paytaxta qayıdıb. Gənc atasına əvvəlcə Gəncəyə, sonra Bakıya gedəcəyini bildirib. Lakin yaxınları günorta saatlarında Maisin mobil telefonuna zəng vursalar da, onun telefonuna zəng çatmayıb. Həmin gündən M.Qurbanovdan xəbər yoxdur.

    Yaxınlarının bildirdiyinə görə, BDU-nun hüquq fakultəsinin 1-ci kurs tələbəsi olan M.Qurbanov oxuduğu müddət ərzində Goranboya gəlib qayıtsa da, sonuncu dəfə paytaxta getməyib. Yaxınları ondan xəbər tuta bilmədiklərindən narahatdırlar.

    Tələbənin itkin düşməsi ilə bağlı Goranboy rayon Polis Şöbəsinə müraciət edilib. Onu görənlərdən yaxud M.Qurbanov haqqında məlumatı olanlardan 051-327 -22-32 və 051-572-01-54 telefon nömrələrinə zəng etmələri xahiş olunur.