Month: February 2019

  • Özübağlanan Nike ayaqqabının qaytanlarında qüsur var

    İstifadəçilər Nike idman ayaqqabılarında özübağlanan qaytanları idarə edən Android tətbiqini işə sala bilmədiklərini deyirlər.

    “Gələcəyin ayaqqabısı” adlanan Adapt BB modeli ticarət şəbəkəsinə ötən bazar günü təqdim olunub.

    Hazırda o, 350 (597 AZN) dollara satılır.

    Ayaqqabının qaytanlarını Android tətbiqi vasitəsilə sıxmaq və ya boşaltmaq mümkündür.

    Lakin şikayət edən istifadəçilər tətbiqin yalnız bir ayaqqabı ilə ahəng işlədiyini deyirlər.

    Nike şirkətinə şərh üçün müraciət olunub.

    “Proqramın yenilənməsində səhv var və yalnız sağ ayaqqabının batareyasını doldurmaq və işə salmaq olmur!!!! Bir cüt ayaqqabıya $350 ödəyəndən sonra onun işləməməsi biyabırçılıqdır”, – Glenn Jeffries adlı istifadəçi Google tətbiqlərinə şərhində yazıb.

  • Иран пообещал удивить США

    Глава МИД Ирана Джавад Зариф заявил, что Тегеран может удивить США ответными мерами в том случае, если Соединенные Штаты решат ужесточить антииранские ограничительные меры в области экспорта нефти, сообщает сегодня швейцарская газета Basler Zeitung.

    “Я не буду уточнять, о каких мерах идет речь. Дональд Трамп любит сюрпризы, поэтому мы его развлечем”, – сказал он в интервью изданию, говоря о возможных планах США сильно сократить объем экспорта иранской нефти.

    Помимо этого, иранский министр заявил, что Тегеран будет участвовать в ядерной сделке до тех пор, пока это будет одобрять иранская нация. “Это участие в соглашении будет зависеть от воли иранской нации. Меньшинство громко заявляло о том, что они против сделки. Но, когда люди становятся еще злее, меньшинство может превратиться в большинство”, – подчеркнул Зариф.

    “Все же, согласно результатам одного опроса, 51% населения поддерживает нас в том, чтобы бы оставались участниками соглашения, – добавил министр. – Мы не можем идти против воли народа”.

  • Qazaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

    Qazax şəhərində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

    Median.Az-ın report-a istinadən verdiyi məlumata görə, hadisə şəhər ərazisində qeydə alınıb.

    “Mercedes-Benz” və “VAZ-21011” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”da olan 2 nəfər – Ağstafa rayon sakinləri, 27 yaşlı Məhəmmədəli Əsgərov və 28 yaşlı Samir Kazımov xəsarət alıblar. Digər avtomobildə isə xəsarət alan olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

    Daha əvvəl Qazax şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

  • Qurban Qurbanov: “Araz Abdullayevi performansından narazı olduğum üçün cəzalandırdım”

    “Yaxşı və maraqlı oyun alındı. Qələbə qazanmağı çox istəyirdik. Qol epizodları olsa da, istifadə edə bilmədik. 1 xal qazandıq və 2 xal itirdik. Bu cür itkilərin olacağını əvvəlcədən demişdim”.

    Median.Az report-a istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səfərdə “Sabah” komandası ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra mətbuat konfransında deyib.

    47 yaşlı mütəxəssis qış fasiləsindən sonrakı 4 matçda komandasının çıxışını belə dəyərləndirib: “Oyunumuzun daha yaxşı, hər bir futbolçumuzun isə yüksək səviyyədə oynamasını istəyirəm. Fasilədən sonrakı 4 oyunda 12 xal qazanmaq istəyirdik. Razı qaldığım və qalmadığım məqamlar var”.

    “Qarabağ” bu nəticədən sonra “Neftçi” ilə xallarını bərabərləşdirmələrinə rəğmən, 1-ci pilləyə yüksələ bilməyib. Qurbanov çempionluq yolunda əsas rəqiblərinin yox, yalnız öz oyunlarını düşündüklərini diqqətə çatdırıb: “Biz ilk növbədə, öz oyunlarımızı qələbə ilə başa vurmaq istəyirik”.

    Baş məşqçi Araz Abdullayevin əvəzedici heyətə göndərməsindən və əvəzetmələrdən tam yararlanmamasından da söz açıb: “Arazın çıxışından bir qədər narazı idim. Onu dünən əvəzedici heyətə göndərdim. Əvəzetmələrə gəldikdə, hücumu gücləndirə biləcək iki futbolçu var idi. Onlardan Abdullah Zubir zədəli idi. Oyunun bitməsinə 10 dəqiqə qalmış qapımızda qol gördük. Matç da istədiyimiz kimi gedirdi. Bu səbəbdən əvəzləmə etmədim”.

    Qurbanov hazırda “Sabah”ın heyətində çıxış edən Coşqun Diniyevin keçmiş komandası “Qarabağ”a qarşı xüsusi motivasiya ilə çıxış etməsini isə normal sayıb: “İstənilən futbolçu keçmiş komandasına qarşı motivasiya ilə hazırlaşır”.

    Qeyd edək ki, Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyununda “Sabah” “Qarabağ”ı qəbul edib.

  • Sudan xilas edilən “it” canavar imiş – FOTO

    Estoniyanın Parnu çayındakı bəndin işçiləri buzlu çay sularında ilişib qalan “iti” xilas edəndən sonra onu maşınla baytara aparıblar.

    Müayinə vaxtı məlum olub ki, dördayaqlı pasient it yox canavar imiş.


    Canavarı qismən buz bağlamış çaydan xilas edən işçilərdən biri heyvanın çox sakit və halsız odluğunu təsvir edib.

    “Onu dərədən yuxarı qaldırmalı olduq. Kifayət qədər ağır idi. Çox sakit idi. Ayaqlarımın üzərində yatdı”, – Rando Kartsepp yerli Postmees qəzetə müsahibəsində deyib.


    Canavarın müqavimətsiz, sakit davranışı soyuq suda qan təzyiqinin kəskin şəkildə aşağı düşməsi ilə izah edilə bilər, Estoniya Heyvanları Müdafiə Cəmiyyətinin mütəxəssisləri bildirir.

    Heyvanın özünə gələndən sonra sakit qalmayacağından ehtiyat edən baytarlar canavarı müalicədən sonra “hər təsadüfə qarşı” qəfəsə qoyublar.

    Daha sonra canavar yenidən azadlığa buraxılıb.

  • Azərbacanda ağır qəza – Sürücünün meyiti avtomobildən çıxarıldı

    Masallı rayonunun Təzə Alvadı kəndində “Mercedes” və “Nissan” markalı iki minik avtomobili toqquşub.

    FHN-dən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Nissan” markalı minik avtomobilinin sürücüsü, 1947-ci il təvəllüdlü Ağayev Adışirin Astan oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

    Əməliyyat başa çatıb.//yenicag.az

  • Дима Билан сломал ногу

    Дима Билан рассказал, что выступил с концертом в Петербурге, несмотря на двойной перелом ноги и предупреждения хирургов.

    Как сообщает РИА Новости, по словам певца, он поскользнулся на льду, в результате чего получил травму.

    На следующий день певцу назначили операцию, однако из-за концерта он ее перенес.

    “Пластину принял решение ставить после шоу, хоть и хирурги были крайне против! И это не геройство!” – написал певец в Instagram.

    Артист поблагодарил поклонников за поддержку

  • Qızılca virusu sürətlə yayılır

    Bir zamanlar qızılca kimi yoluxucu xəstəliklərin inkişaf etmiş ölkələrdə nəzarət altındda saxlanmasına baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatı qızılca epidemiyasının qlobal şəkildə yayıla biləcəyi barədə xəbərdarlıq edir. Xəstəlik halları əsasən zəngin ölkələrdə olmaqla, bütün dünya boyu yayılmaqda davam edir.

    Çoxları qızılcanın adi virus olduğunu düşünür. Lakin bu, ətrafa meşə yanğını kimi sürətlə yayılan virus öldürücü ola bilər. Bu virus eləcə də korluğa, karlığa və beyində zədələnməyə səbəb ola bilər. Clivlend Uşaqü Xəstəxanasında doktor Kamill Sabella: “Qızılca inanılmaz dərəcədə keçicidir. Əgər bir nəfər xəstələnirsə, havada olduğu üçün onun qarşısını almaq çox çətin olur.”

    Median.Az “Amerikanın səsi”nə istinadən bildirir ki, bu xəstəlik öskürək və ya asqırıqla yayılır. Bu virus havada və ya hansısa səthdə iki saat yaşaya bilir. Doktor Nensi Messoner: “Qızılca olan bir şəxs bu virusa qarşı peyvənd almamış on nəfərlə bir otaqda olarsa, onlardan doqquzu mütləq qızılca tutacaq.”

    Və xəstəliyin kimin tərəfindən yayıldığı çox vaxt məlum olmur. “Kimsə hələ özü səpməmişdən dörd gün əvvəl kimisə bu xəstəliyə yoluxdura bilər” – deyə, doktor Nensi Messoner bildiri.

    Uşaqların Milli Tibb Mərkəzindən doktor Roberta De Biasi: “Qızılcaya tutulmuş körpədə xəstəliyiin ilkin çağlarında burun axması və öskürmə halları ola bilər. Bədəndə səpki isə dörd gündən sonra əmələ gələ bilər.”

    Qızılca körpələr və uşaqlar üçün daha təhlükəlidir. Doktor Kamill Sabella: “Qızlıcaya qarşı peyvənd olmadan uşaqları qızılcadan qorumaq çox çətindir.”

    Səpki yüksək atəşlə müşayiət olunur. Ən yaxşı qorunma üsulu peyvənddir. Ümumdünya Səhiyyə Təşkilatından Katerin O`Brayen: “Bizdə qızılcaya qarşı misli görünməyən peyvənd var. Bu peyvənd 50 ildən çoxdur yüz milyonlarla uşağa vurulub və onlar artıq böyümüş, sağlam insanlardır. Onların yaşamasına səbəb peyvənd edilmələridir.”

    Dünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, 2017-ci illə müqayisədə 2018-ci ildə qızılcaya tutulanların sayı xeyli çoxdur. Bu, seçimdən asılıdır. İnkişaf etmiş ölkələrdə bəzən valideynlər uşaqlarına peyvənd vurdurmaq istəmir. Yoxsul ölkələrdə isə valideynlərin bunu etməyə imkanları olmur.

  • Kökəlib 60 kq olan Röya: “Bu ölkədə bir dənə gombul bizik?” – FOTO

    Əməkdar artist Röya Ayxanın atası gözlərindən əməliyyat olunub.

    Median.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Röya Ayxan instaqramda məlumat verib. Müğənni dostları ilə birlikdə stilit Elnur Həsənovun evinə qonaq gedib. Qonaqlıqda bir neçə həftə əvvəl doğum gününü qeyd edən Hacı Nuran üçün tort hazırlanıb. Hacı Nurana ürək sözlərini Röya Ayxan instaqramda paylaşıb və bildirib ki, həmişə atasına çox dəstək olur:

    “Bunu deməsəm, olmaz. Atamın gözündə problem olanda, mənə yığmır. Fikirləşir ki, Röya konsertdə olar, narahat edib stressə salmayım. Odur ki, Hacı Nurana zəng vurub ondan kömək istəyir. Hacı Nuran da məndən xəbərsiz aparıb atamı əməliyyat etdirib gətirir. Hacı Nuran hamımızın güvəndiyi dostdur”.

    Daha sonra gecəyarı buvarda gəzən ulduz instaqramın hekayə bölümündə aparıcı Nəsib Nurla birlikdə idmana başladığını elan edib:

    “Nəsib Nur kimi arıqlamağa qərar vermişəm. 47 kq idim, indi 60 kq olmuşam. Onunla hər axşam bulvarda gəzəcəyəm. Niyə bizdən başqa heç kim gəzmir? Bu ölkədə bir dənə gombul bizik?”

  • Azərbaycanda yeni laboratoriya yaradılacaq

    “Azərbaycanda qapalı kök sistemi tingliyin, müasir toxumçuluq laboratoriyasının yaradılması və təşkili nəzərdə tutulur”.

    Median.Az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı departamentinin sektor müdiri Sadiq Salmanov deyib.

    Nazirlik rəsmisi bildirib ki, tədbirlərin həyata keçirilməsi nəticəsində meşə təsərrüfatının idarə olunmasında ciddi dönüşə nail olmaqla meşə ehtiyatlarının davamlı və dayanıqlı istifadəsinə nail olunacaq.

    Sektor müdiri qeyd edib ki, meşələrin modernləşdirilməsi istiqamətində görüləcək tədbirlərdən biri də müasir texnikalar alınmasıdır.//yenicag.az