Month: February 2019

  • Meşələrdə turistlərin hərəkəti üçün xüsusi cığırlar qoyulacaq

    Azərbaycanda meşə ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə aparılan tədbirlər çərçivəsində meşələrdə turistlərin hərəkəti üçün müvafiq cığırlar qoyulacaq, istirahət üçün yerlər müəyyənləşdiriləcək.

    Median.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı departamentinin sektor müdiri Sadiq Salmanov deyib. O qeyd edib ki, hazırda meşələrin rekreasiya təzyiqi normalarının müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

    Azərbaycanda meşə fondunun turizm potensialının geniş olduğunu söyləyən S.Salmanov dağ turizminin inkişaf perspektivlərinin olduğunu vurğulayıb. Sektor müdirinin sözlərinə görə, artıq Qusar, Quba, Göygöl, Şəki, Qax, Gədəbəy və Daşkəsəndə turizm marşrutları mövcuddur:

    “Bu yerlərdə turizm potensialından istifadə olunur. Yeni hazırlanan Milli Meşə Proqramı çərçivəsində isə işlər davam etdiriləcək”.

  • Нурмагомедов начал готовиться к боксерскому поединку

    Российский боксер Хабиб Нурмагомедов готовится к первому в своей карьере боксерскому поединку.

    Как передает Рен.ТВ, об этом в субботу, 23 февраля, сообщил генеральный секретарь Федерации бокса РФ Умар Кремлев.

    Кремлев отметил, что спортсмен уже провел тренировку в Центре прогресса бокса.

    Ранее генсек Федерации бокса заявлял, что первый боксерский бой Нурмагомедова может произойти летом 2019 года.

  • Elza Seyidcahan Nazpəri Dostaliyevaya SÖZ ATDI: “Cücə kimi dayanıb…” – VİDEO

    “Bu qızın ifasında çox böyük səliqəsizlik var. Mağar toyunda da belə ifa etmirlər, hər şey bir ssenari üzrə gedir. Bura səhnədir, efirdir, dərəbəylik deyil. Əslində çıxışlarımda səsləndirdiyim tənqidlərimlə səni püxtələşdirmək istəyirəm, müğənni yetişdirirəm.

    Bu yaxınlarda hava soyuq idi, yağış yağırdı, verilişdən çıxarkən onu ATV-nin həyətində cücə kimi dayanıb marşrut avtobusu gözləyərkən gördüm. Onu maşınıma otuzdurub apardım, kürəkənim taksi saxladı, onu evinə yola saldıq”.

    Median.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan dünən ATV kanalında yayımlanan “Azərbaycanın səsi” yarşmasında Xalq artisti Nazpəri Dostəliyevanın tələbəsi Aygün Məmmədli haqqında deyib. Daha sonra müğənni qalmaqal yaşadığı Nazpəri Dostəliyevaya söz atıb:

    “Ona qarşı kin-küdurətim yoxdur. Amma Aygünü dünya arenasına çıxarmağa söz verən bunun yanından maşını ilə vız edib keçir (N.Dostəliyevanı nəzərdə tutur – red.)”.

    Qeyd edək ki, Nazpəri Dostəliyeva Elza Seyidcahanın bu çıxışından bir qədər əvvəl səhhətində problem olduğunu deyərək studiyanı tərk edib.

  • Ramil Usubov Şirvanda vətəndaşları qəbul etdi

    Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Şirvan şəhər Polis şöbəsində növbəti qəbul keçirib.

    DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab, Saatlı şəhər və rayonlarından polis orqanlarının fəaliyyəti ilə bağlı məsələlərlə, habelə vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müraciət edən 87 nəfər iştirak edib.

    Vətəndaşları şəxsən dinləyən nazir onları narahat edən problemlərin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün müvafiq baş idarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti yerindəcə öz həllini tapıb. Polisin fəaliyyətinə aid olmayan ərizələrin baxılması üçün aidiyyəti üzrə digər dövlət orqanlarına göndəriləcəyi nəzərə çatdırılıb.

    Sakinlər göstərilən diqqət və qayğıya, bölgələrdə mütəmadi olaraq vətəndaşların qəbulunun təşkilinə, icra orqanlarının rəhbərləri tərəfindən müraciətlərinə operativ münasibətə və həssas yanaşılmasına görə dövlət başçısına minnətdarlıq edib, onun ölkəmizin sürətli inkişafına yönəlmiş ardıcıl, məqsədyönlü siyasətini bundan sonra da dəstəkləyəcəklərini vurğulayıblar.//publika.az

  • Zülfiyyə Xanbabayeva: “Susan tərəfdə o, sevən tərəfdə mən…”

    Xalq artisti Zülfiyyə Xanbabayevanın İnstaqramda 183 min izləyicisi olsa da gec-gec paylaşım edənlərdəndir.

    Median.Az axşam.az-a istinadən bildirir ki, sənətçi bu dəfə beş gün fasilədən sonra səhifəsində yeni fotosunu paylaşıb.

    O, “Susan tərəfdə o, sevən tərəfdə mən… Nədir bu duyğular? Bir bilsəm…” deyə, paylaşımına şərh yazıb.

    Sənətçi bu sözlərlə yeni mahnısının anonsunu verib.

    Qeyd edək ki, Xanbabayevanın fotosu izləyiciləri tərəfindən müsbət qarşılanıb, istifadəçilən ona xoş rəylər yazıblar.

  • «Карабах» упустил победу над «Сабахом»

    Действующий чемпион страны «Карабах» не смог обыграть «Сабах». Матч, проходивший на «Алинджа Арене», завершился со счетом 1:1.

    На 19-й минуте Рейналдо вывел «Карабах» вперед, отлично исполнив штрафной удар.

    Равновесие было восстановлено на 72-й минуте, когда несогласованная игра голкипера «Карабаха» Вагнера и Бадави Гусейнова привела к автоголу защитника.

    На 77-й минуте «Сабах» остался в меньшинстве: за две желтые карточки был удален Эрик Рамос.

    Таким образом, «Карабах» теряет важные два очка. Сейчас подопечные Гурбана Гурбанова сравнялись по очкам с «Нефтчи», но у бакинской команды игра в запасе. Завтра она сыграет с «Сабаилом».

    В другом матче сегодняшнего дня «Габала» дома сыграла вничью 0:0 с «Кешля».

    Турнирное положение:

    1. «Нефтчи» – 38 очков (17 матчей)

    2. «Карабах» – 38 (18)

    3. «Сабаил» – 27 (17)

    4. «Габала» – 24 (18)

    5. «Сабах» – 21 (18)

    6. «Кешля» – 16 (18)

    7. «Сумгаит» – 15 (17)

    8. «Зиря» – 14 (17).

  • Массовый митинг азербайджанцев в Брюсселе – ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

    По инициативе диаспорских организаций страны, действующих в более чем 20-ти государствах мира, в субботу в столице Бельгии – Брюселле, напротив Люксембургского дворца проходит Общеевропейский Карабахский митинг, сообщает Trend со ссылкой на Государственный комитет по работе с диаспорой, передает Day.Az.

    Сотни азербайджанцев, проживающих за рубежом, собрались на Люксембургской площади с лозунгами “Мы хотим вернуться в Карабах!”, “Справедливость к Ходжалы!”, “Свободу Дильгаму и Шахбазу!”.

    По бакинскому времени митинг будет проходить с 17:00 до 19:00. В это время каждый сможет наблюдать в прямом эфире за митингом на официальной странице в Facebook Государственного комитета по работе с диаспорой (https://www.facebook.com/pg/AzDiaspora/videos/?ref=page_internal).

    Госкомитет призывает как можно больше делиться в соцсетях новостью и видео о митинге. Это явится демонстрацией отношения к двойным стандартам Европы, а также ответом оккупанту, стимулом для более активной деятельности проживающих за рубежом соотечественников.

  • Brüsseldə ümumavropa Qarabağ mitinqi başlayıb – FOTO

    Dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü ilə fevralın 23-də Belçika Krallığının paytaxtı Brüssel şəhərindəki Lüksemburq meydanında ümumavropa Qarabağ mitinqi keçirilir.

    “Report” xəbər verir ki, aksiyaya Almaniya, Fransa, İtaliya, Polşa və Avropanın digər ölkələrində yaşayan soydaşlarımız, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvləri qatılıblar.

    Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində keçirilən mitinqdə iştirakçılar “Xocalıya ədalət!”, “Azərbaycan sülh istəyir!”, “Günahsız körpələri öldürməyin!”, “Erməni yalanlarına dur de!”, “İşğalı dayandır!”, “Qarabağa qayıtmaq istəyirik!”, “Dilqəmə və Şahbaza azadlıq!” və s. şüarlarla Avropa Parlamentinə və digər beynəlxalq təşkilatlara çağırış edirlər.

    Onlar 27 il əvvəl Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımına beynəlxalq miqyasda hüquqi-siyasi qiymət verilməsini, işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsini, öz yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpa edilməsini, münaqişə ilə bağlı qəbul olunmuş məlum beynəlxalq sənədlərin qərarlarına Ermənistan tərəfinin riayət etməsini tələb edirlər. Aksiyanın sonunda qəbul olunacaq qətnamə Avropa Parlamentinin məsul şəxslərinə təqdim olunacaq.

    Mitinq ərzində yerli sakinlərə, turistlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı maddi və mənəvi itkiləri əks etdirən broşürlər paylanılacaq.

  • Bakıda vurduğu piyadanı yolda atıb qaçan sürücüdən XƏBƏR VAR

    Bakıda yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Eldar Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

    Cinayət işi hakim Süleyman Ağayevin icraatına verilib.

    Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

    Qeyd edək ki, bu il yanvarın 12-də saat 21 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə Sabunçu qəsəbə sakini, 18 yaşlı İntiqam Məmmədov vurulub.

    Sabunçu rayon Polis idarəsi (RPİ) əməkdaşlarının keçidikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədərək olay yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, paytaxt sakini E.Əliyev saxlanılıb.

    Araşdırma zamanı müəyyən edilib ki, qəzadan sonra sürücü piyadanı hadisə şahidlərinin köməkliyi ilə idarə etdiyi avtomobilə mindirib və onu xəstəxanaya aparacağını bildirib. Amma sürücü hadisə yerindən bir neçə yüz metr kənarlaşandan sonra piyadanı maşından düşürüb. Daha sonra isə E.Əliyev huşu özündə olmayan zərərçəkəni köməksiz vəziyyətdə yol kənarına ataraq oradan uzaqlaşıb.

  • Xoşqədəm Hidayətqızı ilə Nazilə Səfərlinin çəkişməsindən XƏBƏR VAR

    Şairə Nazilə Səfərli ilə Xoşqədəm Hidayətqızı arasında aylardır davam edən məhkəmə prosesi başa çatıb.

    Median.Az-ın məlumatına görə, bu barədə Bizimyol.info saytına Xoşqədəm Hidayətqızının vəkili Tahir Əlirzayev məlumat verib. O qeyd edib ki, Nizami Rayon Məhkəməsinin qərarı ilə Nazilə Səfərli Xoşqədəm Hidayətqızından üzr istəməli, dediyi sözləri təkzib etməli, bir sıra saytlarda dediyi fikirləri təkzib etməli və xanım aparıcıya təzminat ödəməlidir. Vəkil qeyd edib ki, onlar məhkəməyə şairə Nazilə Səfərlinin(Cəfərova) bir sıra saytlarda”Ərim keçmişdə Xoşqədəmi yox, məni seçdiyi üçün”, eyni zamanda özünün istifadə etdiyi instaqram sosial şəbəkəsində Xoşqədəm Hidayəqqızının efirdə dediyi fikirləri təhrif edərək “Xoşqədəm dövlətin əleyhinə gedir”, “Xoşqədəmin sözüylə belə çıxır ki, hamının arvadı boşanıb varlı kişi axtarmalıdır”, “Xoşqədəm verilişin adını dəyişib axırıncı yol qoysun” başlıqlı açıqlamaları ilə bağlı müraciət edib.

    Nəticədə məhkəmədə bu ifadələrin təhqir və böhtan olduğu, ekspertizanın verdiyi rəylə həmin sözlərin təhqir və böhtan xarakterli şərəf və ləyaqətə xələl gətirən ifadələr olduğu məlum olub. Bu əsasla Nizami Rayon Məhkəməsinin hakimi Fikrət Mirzəyevin çıxardığı qətnamə ilə Xoşqədəm Hidayətqızının xeyrinə qərar verilib. Tahir Əlirzayev bildirib ki, teleaparıcı şairə Nazilənin ödəyəcəyi təzminatı kimsəsiz bir şəxsə bəxş edəcək.

    Qeyd edək ki, tərəflər arasında bu qalmaqal Nazilə Səfərlinin keçmiş qardaşı arvadının Xoşqədəm Hidayıtqızının Xəzər TV də yayımlanan “Səni axtarıram” verilişinə müraciət etməsi ilə başlanıb.