Month: February 2019

  • Известный стендап-комик и актер покончил с собой

    48-летний американский стендап-комик Броди Стивенс в пятницу обнаружен мертвым в своем доме, сообщило издание TMZ.

    Причиной смерти стало самоубийство. Как сообщает издание, у артиста наблюдались проблемы с психикой, его госпитализировали в 2011 году с биполярным расстройством личности, передает Median.Az со ссылкой на “Интерфакс”.

    Стивенс создал шоу Brody Stevens: Enjoy It!, а также снимался в комедиях “Мальчишник в Вегасе” и “Мальчишник 2: Из Вегаса в Бангкок”.

  • Yasamalda yol qəzası: vurulan piyada xəstəxanaya yerləşdirildi

    Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

    Median.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib. Yasamal rayonu, A.Şaiq küçəsi, 212 saylı evin qarşısında, həmin ünvanda yaşayan, 1971-ci il təvəllüdlü Cavadov Cavad Babaş oğlu naməlum avtomobil tərəfindən vurulub.

    Yaralı xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Bərdəli Ramil Ziyadov evini-eşiyini satdı, velosipedə minib ölkəni tərk etdi – 5 ildə 32 ölkəni gəzib… – FOTO

    Türkiyə və Azərbaycan bayraqlarını velosipedinə taxaraq yola çıxan azərbaycanlı səyyah Ramil Ziyadov 5 ildən çoxdur ki “səhra küləyi” adını verdiyi velosipedilə dünyanı dolaşır.

    Median.Az Virtualaz.org-a istinadən xəbər verir ki, Türkiyə mətbuatında səyyahla müsahibə dərc olunub, səfər etdiyi ölkələr, qarşılaşdığı maraqlı hadisələr, günlük xərci, səyahətin çətin və asan tərəfləri haqqında danışılıb.

    R. Ziyadov 1978-ci ildə Bərdə şəhərində doğulub. Yaşadığı rayonda təsərrüfatla məşğul olan Ziyadov 2014-cü ildə bütün var-dövlətini – evini, torpaq sahəsini sataraq velosiped və səyahət üçün vacib olan əşyalar alıb, 10 yaşından bəri arzuladığı dünya turunu gerçəkləşdirmək məqsədilə səyahətə çıxıb. Həmin vaxtdan bu yana velosipedinə taxdığı Azərbaycan və Türkiyə bayraqları ilə dünyanı dolaşır. Hələ də səyahətinə davam edən Ziyadov 5 il ərzində 60 min kilometr qət edərək 32 ölkəni dolaşıb.

    Azərbaycandan yola çıxan səyyah ilk öncə öz yaşadığı bölgənin tarixini öyrənmək üçün Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanı gəzib, daha sonra isə Avropa və Cənubi Amerikaya istiqamət alıb. İspaniyadan Misirə, Perudan Ekvatora qədər bir çox ölkələri dolaşan Ziyadov getdiyi yerlərdə kiçik işlərdə çalışaraq günlük xərcini çıxarır. Gün ərzində təxminən 4 dollarla dolanan səyyah Azərbaycan və türk mədəniyyətini, tarixini və mətbəxini təbliğ edir.


    Türkiyəyə səyahət zamanı Ankaraya gələn səyahətçi Kolumbiyada pide, çörək bişirdiyini deyib: “Getdiyim ölkələrdə mədəniyyətimizi və mətbəximizi insanlarla paylaşıram. Kolumbiyada pide, çörək bişirdim. Mövlananın bir sözü var, “hər şeyimi itirdim, özümü tapdım”. Mən də hər şeyimi satdım, amma rahatlıq tapdım. Bir də belə seçim qarşısında qalsam, yenə bunu seçərəm”.

    Azərbaycanlı səyyah səfəri əsnasında ən çox təsirləndiyi bölgənin Rusiyadakı Baykal gölü və Sibir olduğunu söyləyib: “Baykal gölü mənim üçün rahatlıq tapdığım yerdir. Orada başqa bir dünyaya girdiyimi hiss edirəm. Fərqli bir atmosfer var. Hər kəsin bir dəfə getməsini məsləhət görərdim”.

    Səyyah Sibirdə təxminən iki aya qədər çadırda qaldığını deyərək orada macəra yaşadığını, çadırına ayı gəldiyini deyib: “Bir də baxdım ki çadırı iyləyir. Çadırdan çıxdım və ayını qovmaq üçün əlimdəki səs bombasını atdım. Sabah bayıra çıxdığımda ayının ayaq izlərini gördüm. Mənim üçün bu çox maraqlı bir an idi”.

    Velosipediylə Cənub Amerika ölkəsi olan Kolumbiyanı gəzdiyini və çox bəyəndiyini söyləyən Ziyadov bu ölkədə insanlardan çox yaxşılıq, xeyirxahlıq gördüyünü dilə gətirib. “Oranı öz ölkəm kimi sevirəm. Kolumbiyada məni yolda görənlər bir tikə çörəyini belə mənimlə paylaşıblar”.


    Azərbaycanlı səyyah Venesuela, Ekvador və Peruda da olduğunu bildirib. Onun sözlərinə görə, Peruda Cənubi Amerikanın 5 min 59 metr yüksəkliyindəki ən uzun keçidi – Abra Huayraccasa keçidindən keçən ilk türk olub. Ekvadorda yaşadığı bir xatirədən da bəhs edən Ziyadov orada türk bayrağını tanıdıqlarını söyləyib: “Ekvadorda bir kənddən keçərkən məktəbdən çıxan bir qrup uşaq velosipedimdəki türk bayrağını görüncə arxamdan”Turco, Turco “deyə qışqırmağa başladılar. O qədər qürur duydum və duyğulandım ki, ağlamağa başladım. Daha sonra velosipeddən endim və ən yaxındakı marketdən uşaqlara şirniyyat aldım. Onlarla söhbət etdim. Mənim üçün heç unutmayacağın xatirələrdən biri bu oldu”.

    Ziyadov qeyd edir ki, o, Şimali Afrika ölkələrindən yalnız Misirə gedib. Digər ölkələrə getməməsinə səbəb isə 2015-ci ildə xoşagəlməz hadisənin baş verməsidir: “Misir piramidalarının qarşısında türk bayrağını qoyaraq fotoşəkil çəkdirdim. Foto çəkildikdən sonra bir cip arxadan məni izləməyə başladı. Buradakı xoşagəlməz hadisədən sonra Afrikaya getməməyə qərar verdim”, – deyə bildirib.

    Bərdəli səyyah bu gün insanların təbiəti, yağışı və torpağın qoxusunu unutduqlarını deyir: “Mən bu səyahətdə sadaladıqlarımı tapdım. Səyahətimi nə vaxt bitirəcəyəm bilmirəm. Yaşayıram, bu, həyat tərzim, həyatımın ayrılmaz bir parçasıdır”, – deyə vurğulayıb.

    Türkiyədən sonra pasportla bağlı bəzi sənədləşmələri həll etmək üçün bir müddətlik ölkəsinə dönəcəyini söyləyən Ziyadov Azərbaycandan qayıtdıqdan sonra İrana, oradan da Pakistan və Hindistana getmək niyyətindədir.

  • Hüseyn Dəryanın keçmiş xanımı gündəmi alt-üst etdi: 16 yaşlı Sona ailəmi dağıtdı… – VİDEO

    Xəbər verdiyimiz kimi, mərhum reper Hüseyn Dəryanın qızı Ayşə “Bizimləsən” proqramına çıxaraq, qardaşı Cahangir Dəryanın DNK analizi olmasını tələb edib.

    Median.Az axşam.az-a istinadən bildirir ki, ötən gün yayımlanan proqramda tərəflər arasında qalmaqal şiddətlənib. Reperin həyat yoldaşı Sona efirə bağlanaraq nikah haqqında şəhadətnamə və Cahangirin şəhadətnaməsini təqdim edib.

    “Hüseyn Cahangir anadan olduğu gündən onu oğlu olaraq, məni isə həyat yoldaşı olaraq ictimaiyyətə təqdim edib. Orada əyləşən xanımı Hüseyn rəhmətə gedəndə görmüşəm. O, hansı haqla məndən DNK analizi istəyir? Mən 15 ildir eyni nömrəni işlədirəm, əgər belə bir şübhəsi var idisə, mənimlə əlaqə saxlayardı. Məhkəməyə vermək istəyir versin. Ayşənin nə mənim, nə də Cahangirin üstündə heç bir mənəvi haqqı yoxdur ki, DNK analizi istəsin. Hesabatını verəcəyim adam torpağın altdındadır. Ayşə birinci özü DNK etdirsin görək, həqiqətən o, Hüseyn Dəryanın qızıdırmı? O, uşaqdır və oraya öyrədilərək çıxarılıb. Hüseyn bir dəfə evli olub, o da mənimlə evlənib. Ayşə isə onun qeyri-qanuni münasibətdən dünyaya gələn övladıdır. Artıq vəkilimlə danışmışam, o, mənə açıqlama verməyə icazə vermir. Ayşə mənim namusuma, şəxsiyyətimə mənəvi ziyan vurur”, – Sona bildirib.

    Ayşə isə iddia edib ki, atası anası evli olarkən Sona ilə tanış olub. O zaman isə Hüseyn məcbur qalaraq Sona ilə evlənib.

    “Atam sağ olanda deyirdim ki, məni qardaşımla tanış et. O isə mənə deyirdi ki, Cahangir sənin mənəvi qardaşındır. Mən isə bunu başa düşmürdüm. İndi isə tələb edirəm ki, Cahangirin qardaşım olduğu təsdiq olunsun. İnanıram ki, o, qardaşımdır. Onun böyük bacısı olmaq, ona dəstək olmaq istəyirəm”.

    Ayşənin anası, Hüseyn Dəryanın birinci arvadı da yayıma qoşularaq ayrılmağına səbəb kimi Sonanı göstərib:

    “Sona bizim ailəmizi dağıtdı. Biz evli idik, Sona məktəbli qız idi, 17 yaşı var idi. Həmin yaşda evli biri ilə görüşmək nə deməkdir? Mən isə xəyanətə dözmədim və Hüseyndən ayrıldım. Heç bir qadın bunu qəbul etməz. Mənim rəsmi nikahım və kəbinim olub. El-adəti ilə gəlin getmişəm”.

    Qeyd edək ki, Hüseyn Dərya 2014-cü ildə vəfat edib.

  • Уоррен Баффетт потерял за день более $4 млрд

    Инвестиционная компания Уоррена Баффетта Berkshire Hathaway за сутки потеряла более $4,3 млрд после того, как рухнули акции ее актива Kraft Heinz. Berkshire Hathaway принадлежит свыше 325 млн акций (26,5%) этой компании, передает Median.Az со ссылкой на mail.ru.

    Kraft Heinz – один из крупнейших производителей продуктов питания в мире. В начале торгов в пятницу котировки его акций рухнули более чем на 26% – до рекордного минимума.

    Резкое падение котировок было вызвано тем, что компания сообщила сразу о нескольких неприятных для нее новостях, пишет Bloomberg.
    Во-первых, Kraft Heinz отчиталась о значительном квартальном убытке, который в октябре-декабре прошлого года составил $12,61 млрд против $8 млрд прибыли в четвертом квартале 2017 г. Эти результаты оказались хуже прогнозов. Во-вторых, компания объявила о сокращении дивидендов более чем на треть – до 40 центов на акцию. Кроме того, Kraft Heinz сообщила о расследовании комиссии по ценным бумагам и биржам США в отношении нее.

    Баффетт занимает третью строчку в списке богатейших людей мира по версии Bloomberg. Его состояние, по данным Bloomberg Billionaires Index на 23 февраля, составляет $82,2 млрд.

  • Paytaxtda silahlı şəxs saxlanıldı – FOTO

    Bakıda üzərində qanunsuz tapança gəzdirən şəxs saxlanılıb.

    DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi rayon Polis idarəsi 5-ci polis bölməsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə uğurlu əməliyyat həyata keçirilib. Nəticədə əvvəllər Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə və 332-ci (Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddələri ilə məhkum olunmuş Sumqayıt şəhər sakini Həsənağa Mirzəyev saxlanılıb.

    Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd atəşə yararlı Çexiya istehsalı olan “Ceska-Zbrojovka” markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar olunaraq maddi sübut kimi götürülüb.

    Faktla bağlı 5-ci polis bölməsində H.Mirzəyev barəsində toplanan materiallar araşdırılması üçün Binəqədi rayon Polis idarəsinin İstintaq şöbəsinə göndərilib. Onun barəsində barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.//milli.az

  • Bakıda 36 yaşlı qadın küçədə döyüldü

    Bakıda qadın küçədə döyülüb.

    Median.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

    Abşeron rayonu, Saray qəsəbəsi sakini, 1983-cü il təvəllüdlü Xankişiyeva Nərgiz Sabahəli qızı ərizə ilə polisə müraciət edərək bildirib ki, paytaxtın Yasamal rayonu, Zərdabi küçəsində 1987-ci il təvəllüdlü Ələsgərov Səbuhi Ağarəhim oğlu xuliqanlıq niyyəti ilə onu döyərək xəsarət yetirib.

    Faktla bağlı araşdırma aparılır.

  • Bibisini qəbiristanlıqda öldürən: Qardaşımın məzarı üstündə araq içdim

    Bakı Ağır Cinayətlər Məhkəməsində Qubada qəbiristanlıqda qadını döyərək öldürməkdə təqsirləndirilən Mişi Migirovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

    Median.Az-ın oxu.az-a istinadən verdiyi xəbərə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsinin başlandığı elan olunub.

    Hakim M.Migirovun istintaqa verdiyi ifadəsini elan edib. Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən əvvəl həmyerlisi Ramin adlı şəxsdən onu Qubanın Slaboda qəsəbəsinin qəbiristanlığına aparmasını istəyib:

    “Raminin maşını ilə gedəndə ondan yolüstü mağazada saxlamasını xahiş etdim. Mağazadan araq aldım. Ramim məni qəbiristanlığa aparandan sonra onun getməsini istədim. Orada təzə rəhmətə getmiş qardaşımın məzarının üzərində araq süzüb, içdim. Sonra Raminə zəng elədim, gəlib məni apardı”.

    M.Migirov deyib ki, növbəti dəfə də Ramin adlı həmyerlisi onu qəbiristanlığa aparıb, qardaşının məzarının üzərində araq içib:

    “Oradan evə qayıdanda Ramindən xahiş elədim ki, məni bibim Şuşan Sumxayevanın evinə aparsın. Çünki bibim də rəhmətə getmiş yaxınlarını yad etmək istəyirdi. Bibimi evdən götürüb, qəbiristanlığa apardım. Qardaşımın məzarının yanında olan zaman halım pisləşdi, özümdə olmadım, yerə yıxıldım. Bir də ayıdım ki, başımın üzərində polislər dayanıb. Bibim Şuşan da yerdə qan içərisində uzanıb. Onun üzərində olan paltarları cırıq-cırıq idi. Sonra polislər məni həbs etdi”.

    Daha sonra təqsirləndirilən şəxsin vəkili vəsatət qaldırıb. O, cinayət işində rəy vermiş Məhkəmə-Tibbi Ekspertizanın ekpertinin məhkəməyə dəvət edilməsini istəyib.

    Vəsatət təmin olunub.

    Məhkəmə prosesi martın 1-də davam etdiriləcək.

    Qeyd edək ki, hadisə bu il Qubanın Slaboda qəsəbəsində baş verib. Qəsəbə sakini M.Migirov bibisi Şuşan Sumxayevanı qəbiristanlığa apararaq döyüb.

    Nəticədə xəstəxanaya yerləşdirilən Ş.Sumxayeva ölüb. Quba rayon Polis şöbəsinin əməkdaşları M.Migirovu saxlayıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

    Xatırladaq ki, M.Migirov daha əvvəl Rusiya Federasiyasında məhkumluq həyatı yaşayıb.

  • Онкологи выявили причину возникновения рака у мужчин

    Онкологи обнаружили специфический ген в злокачественных опухолях предстательной железы, который способствует увеличению риска возникновения рака.

    Исследователи из Школы медицинских наук Рутгерса с помощью компьютерных исследований идентифицировали ген NSD2. После этого ученые провели эксперимент на грызунах, которым при отключении выявленного гена удалось сократить распространение опухоли.

    Как пояснила научный сотрудник Онкологического института Нью-Джерси Антонина Митрофанова, врачи в настоящий момент не могут точно предсказать динамику развития опухоли при выявлении рака предстательной железы. Исследования призваны дать ответ на эти вопросы и найти способы быстрого лечения и распространения данного типа опухолей.

    Теперь американские онкологи ищут лекарственное средство для блокировки NSD2. Также планируется включать NSD2 в скрининг, чтобы начинать более ранее лечение пациентов с высоким риском метастазирования, сообщает “РГ”.

  • В Азербайджане повысился интерес к страхованию кредитов

    В Азербайджане повысился интерес к страхованию кредитов.

    Cборы страховых компаний в сегменте страхования кредитов за январь 2019 года составили 8,4 тыс. манатов. Это на 7,8 тыс. манатов или в 14 раз больше, чем в январе 2018 года.

    По данным на 1 февраля этого года, выплаты по страхованию кредитов не осуществлялись.

    Согласно данным на 1 декабря этого года, в 2017 году выплаты в данном сегменте также не осуществлялись.

    Напомним, что в январе-декабре 2018 года сборы страховых компаний в сегменте страхования кредитов составили 1 млн 860,1 тыс. манатов.
    /Report