Month: February 2019

  • Новое назначение от Рамиля Усубова

    В отдел полиции Балакянского района назначен новый начальник.

    Как передаёт Median.Az со ссылкой на Report, министр внутренних дел Рамиль Усубов подписал соответствующий приказ.

    Согласно приказу, Мехман Алиев назначен начальником Балакянского райотдела полиции.

    Отметим, что до этого назначения он занимал должность замначальника Управления полиции Абшеронского района.

  • Ramil Usubovdan yeni təyinat

    Balakən rayon Polis şöbəsinə yeni rəis təyinatı olub.

    Bu barədə Report məlumat yayıb.

    Məlumata görə, bununla bağlı daxili işlər naziri Ramil Usubov əmr imzalayıb.

    Əmrə əsasən, Mehman Əliyev Balakən rayon Polis şöbəsinə rəis təyin edilib.

    Qeyd edək ki, M.Əliyev bu təyinatadək Abşeron rayon Polis idarəsinin rəis müavini olub.

  • У жителя Бардинского района обнаружили наркотики и оружие

    Как сообщает Median.Az, сотрудники Бардинского РОП в результате проведенной операции при сбыте героина подставному лицу задержали жителя района Салмана Салманзаде.

    Во время обыска у него в доме полицейские обнаружили 170,49 грамм героина, 11 грамм опиума, 77 грамм метамфетамина, 18 таблеток метадона и 10 таблеток трамадола, в трех спичечных коробках 19,79 грамм марихуаны, 63 семян конопли и электронные весы. Кроме этого, у него нашли охотничье ружье, обрез, 17 патронов, 7 мобильных телефонов и 201 фальшивых манатов.

    В Следственном отделе РОП по факту возбуждено уголовное дело, ведется следствие.

  • Bərdə sakinindən narkotik və silah-sursat aşkar edilib

    Median.Az xəbər verir ki, Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon sakini Salman Salmanzadə narkotik vasitə – heroin şərti alıcıya satarkən saxlanılıb. Onun yaşadığı evdən axtarış zamanı 170.49 qram heroin, 11 qram tiryək, 77 qram metamfetamin, 18 ədəd metadon və 10 ədəd tramadol həbləri, 3 ədəd kibrit qutusunda, çəkisi 19.79 qram olan marixuana, 63 ədəd çətənə kolunun toxumları və elektron tərəzi aşkar edilib.

    Həmçinin S.Salmanzadəyə məxsus, qanunsuz saxladığı 1 ədəd “İJ-16” markalı qoşalüləli ov tüfəngi, 1 ədəd qundağı və lüləsi kəsilmiş 16 kalibrli tüfəng, 17 ədəd patron, 7 ədəd müxtəlif növ mobil telefonlar, 201 manat saxta pul əskinasları götürülüb.

    RPŞ İstintaq bölməsində faktla bağlı cinayət işi başlanılıb.

  • Bu da İranda bayrağımız üçün mübarizə aparan 11 yaşlı Zəhra – VİDEO

    Bir müddət əvvəl İranda keçirilmiş karate üzrə beynəlxalq yarışda iştirak edən 11 yaşlı həmyerlimiz Zəhra Salmanova vətənpərvər bir addım atıb. O, yarışın keçirildiyi zalda bayrağımızın erməni bayrağından aşağıda asılmasına etiraz edib və bayrağın yerinin dəyişdirilməsinə nail olub. Hətta o, erməni rəqibini də məğlub edərək qızıl medal qazanıb.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, 95 nömrəli tam orta məktəbin V sinif şagirdi Zəhra Salmanlı İranda keçirilmiş karate üzrə yarışda örnək bir addım atıb. O, turnirin keçirildiyi məkanda Azərbaycan bayrağının Ermənistan bayrağının altında asılmasına etiraz edib. Zəhra Azərbaycan bayrağının yerinin dəyişilməyəcəyi təqdirdə yarışa qatılmayacağını bildirib.

    Bayraq daha uyğun yerdə asıldıqdan sonra yarışa qatılan məktəbli bütün rəqiblərinin üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rəqibləri arasında erməni idmançını da məğlub edən Zəhra Salmanlı sonda qızıl medal və diplomla təltif olunub.

    Zəhranın sözlərinə görə, müxtəlif idman yarışlarında iştirak etsə də, bu yarışın və medalın yeri onda tam fərqlidir.

    Zəhra deyir ki, idman artıq onun həyatının ən önəmli hissəsinə çevrilib. Amma bununla bərabər dərslərini də yaxşı oxuyur.

  • İki dost bir-birini bıçaqladı

    Quba rayonunda iki tanış bir-birini bıçaqlayıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, hadisə rayonun H.Əliyev prospektində baş verib.

    Rayon sakini Məmmədov Zakir Abdulla oğlu rayonun M.Ə.Rəsulzadə küçəsində tanışı, sərxoş vəziyyətdə olan Rafiq Əlməmmədovla rastlaşıb. R.Əlməmmədov Z.Məmmədovu söyüb və tanışlar arasında əlbəyaxa dava başlayıb.

    Hadisə zamanı R.Əlməmmədov cibindən bıçağı çıxararaq Z.Məmmədovu qorxutmaq istəyərkən onu əlindən bıçaqlayıb. Z.Məmmədov bıçağı onun əlindən almağa cəhd edib və R.Əlməmmədovu ayaq nahiyəsindən bıçaqlayıb.

    Sonra hər iki şəxs bıçağı zibil yeşiyinə ataraq hadisə yerindən qaçıblar.

    Quba rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə baxış keçirib və ərazidən hadisədə istifadə olunan bıçağı aşkar ediblər.

    Faktla bağlı Quba rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

  • Хабиб Нурмагомедов выпустил собственный парфюм

    Российский боец смешанных боевых искусств, выступающий под эгидой UFC, действующий чемпион UFC в легком весе Хабиб Нурмагомедов выпустил авторскую линию духов. Информацию об этом распространил в Twitter аккаунт MMATeamDagestan, пишет Вестник Кавказа.

    Первые флаконы мужского парфюма The Eagle завтра поступят в продажу в Москве.

    После победы над Конором Макгрегором Хабиб Нурмагомедов выпустил также автобиографию Khabib Time.

  • Ağdamda zenit top mərmisi tapılıb – FOTO

    Ağdam rayonunda mərmi tapılıb.

    Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, bu gün saat 12:38-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağdam rayonu, Əhmədağalı kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

    Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Ağdam rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

    Agentliyin mütəxəssisləri və Ağdam rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 30 mm-lik zenit top mərmisi (OFZ) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

    Zenit top mərmisinin ətrafında 1,000 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.//milli.az

  • Qızılağac Milli Parkı haqqında Əsasnamə təsdiqləndi

    Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Qızılağac Milli Parkı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

    Fərmanda qeyd edilir ki, Nazirlər Kabineti və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsinlər.

  • “Instagram” vasitəsilə “Android” viruslarının geniş yayılması qeydə alınıb

    “Doktor Veb” antivirus proqram təminatı istehsalçısı “Instagram” xidmətinin köməyi ilə “Android” üçün troyan viruslarının yayılması haqqında məlumat verib.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, söhbət zəhlətökən reklamın göstərilməsi üçün nəzərdə tutulmuş “Android.HiddenAds” zərərli proqramlar sinfindən gedir. Virus daima başqa proqramların pəncərəsini və sistem interfeysini gizlədən banner və video elanlardan ibarət pəncərələr göstərir və qurğunun işləməsinə mane olur.

    2019-cu il fevralın əvvəlindən belə zərərli proqramların təxminən 40 yeni modifikasiyası aşkar edilib və təxminən 10 milyon istifadəçi onları yükləyib. Fırıldaqçılar bu troyanlardan bəzilərini “Instagram” və “YouTube” vasitəsilə yayırlar.

    Ekspertlər xəbərdarlıq edirlər ki çoxmilyonlu auditoriyası olan populyar sosial şəbəkə və internet xidmətlərində reklam nəticəsində təhlükəli proqramları quraşdıra bilən potensial qurbanların sayı xeyli artır.