Month: February 2019

  • Məşhur azərbaycanlı jurnalist: “Məni hər an öldürə bilərlər”

    Məşhur azərbaycanlı jurnalist Fuad Abbasov həyatının təhlükədə olduğunu açıqlayıb. Son 2 ildə Türkiyə və Azərbaycanın müxtəlif problemlərinin Rusiyada qabardılması, ölkəmizin reputasiyasının artırılması istiqamətində çalışmaları məşhur jurnalistin həyatını təhlükəyə atıb.
    Bu barədə Musavat.com-a danışan Rusiyadakı məşhur jurnalist Fuad Abbasov son proseslərdən olan “azərbaycanlılarla çeçenlər arasında qalmaqal”da vasitəçilik edərək sülhə nail olan jurnalist özünün hər an öldürülə biləcəyini bildirib.

    Paylaşdığı son videonun fəaliyyətinin son materialı ola biləcəyini deyən jurnalist ermənilərin imza kampaniyası apardığını və özünün hər an həbs olunmaq təhlükəsi ilə üzləşdiyini deyib.

    F.Abbasov bildirdi ki, bu, nə ilk təhdiddir, nə də son… Məşhur jurnalist 2015-2016-cı illərdən başlayaraq, davamlı təhdidlər aldığını dedi: “Bizim mənfur qonşularımız internet məkanından öz kilsələrinə keçiblər. Onlar əvvəl internet məkanında mənə qarşı kampaniya aparırdılar. İndi də öz kilsələrində mənə qarşı cinayət işi qaldırmaq üçün imzatoplama kampaniyası keçirirlər. Rusiya Cinayət Məcəlləsinin 232-ci maddəsinə görə, millətlərarası münaqişə yaratmaq üzrə cinayət işi başladılıb. Məqsəd məni ya ölkədən xaric etmək, ya da həbs etdirməkdir”.

    F.Abbasov bildirdi ki, bunu özünə qarşı təhdid olaraq görmür. Heç bir təhlükəsizlik tədbirini yaxına qoymayan jurnalist cangüdənlər və zirehli avtomobillərdən imtina etdiyini dedi:

    “Erməni və digər millətlərdən təhlükə olsa, bütün bu hadisələrdən sonra olacaq. İsti-isti hər hansı təhlükə gözləmirəm. Cinayət işinə gəldikdə isə onların öz hüquqşünasları varsa, mənim də öz hüquqşünaslarım var. Mənim Moskvada işimə yüzlərlə hüquqşünas çıxa bilər. Bu, milli mənafeyi qorumaqdır, Fuad Abbasovu ermənilərdən qorumaq deyil. Ona görə də hüquqşünaslardan hədsiz dərəcədə zənglər alıram. Onlar məni təmənnasız müdafiə etməyə hazırdırlar. Ermənilər tərəfdən hər hansı məhkəmə prosesi başlamalıdır. Onların əlində olan səbəb mənim öz sosial şəbəkəmdə icazəsiz olaraq bir şəxsin pasport məlumatlarını paylaşmağım olub. Onlar o pasportu icazəsiz paylaşmağımı əsas gətirərək iki maddə üzrə mənə qarşı cinayət işinin açılmasını tələb edirlər. Bunlardan biri millətlərarası münaqişə yaratmaq, digəri isə pasport məlumatlarını icazəsiz yayımlamaqdır”.

    F.Abbasov xatırlatdı ki, “pasport məlumatlarını icazəsiz yaymaq” iddiasının kökündə son günlər çeçenlər və azərbaycanlılar arasındakı münaqişədə erməni əsilli gəncin əsas rolunun olmasını göstərən videomüraciət dayanıb. Orada bu şəxsin kimliyi açıqlanıb.

    F.Abbasov dedi ki, bu məsələnin necə nəticələnəcəyini zaman göstərəcək. Hazırda həyatına heç bir təhlükə hiss etmədiyini deyən soydaşımız Moskvada da açıq şəkildə gəzdiyini və heç kimdən çəkinmədiyini dedi.

  • Köməksiz qalan 2 azyaşlı xilas edildi

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Qəbələ şəhərində 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.

    Median.Az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və azyaşlıları aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

  • Gündə bir paketdən çox siqaret çəkmək bu xəstəliklərə səbəb olur

    Gündə bir paketdən çox siqaret çəkən insanlarda rəngləri görmə qabiliyyətini itirmə riskinin artdığı məlum olub.
    Median.Az
    xəbər verir ki, Rutgers universitetinin tədqiqatçıları bu barədə araşdırma aparıblar. Nəticələrə əsasən, gün ərzində 1 paketdən çox siqaret çəkmək rəng görmə qabiliyyətinə mənfi təsir edir.

    Təcrübə zamanı həyatı boyu 15-dən az siqaret çəkən 71 inmsan ilə gündə ən azı 20 siqaret çəkən 63 nəfər üzərində sınaq aparılıb. Məlum olub ki, siqaret çəkənlərin siqaret çəkməyənlərlə müqayisədə kontrast və rəngləri ayırd etmə qabiliyyəti azalıb. Eyni zamanda siqaret çəkənlərin qırmızı-yaşıl və mavi-sarı rəng görmələrində ciddi dəyişiklər üzə çıxıb.
    Nikotin və siqaret qan damarları və neyronlara ziyan vurur. İştirak edənlərin 25-45 yaş arası olduğu bildirilir. Tədqiqatın nəticələri “Psychiatry Research” jurnalında dərc edilib.

  • Hadi Rəcəbli: “Ailədə 2 nəfər işləyəndə 180 manatla dolanmaq olar”

    “Mən adamların içərisində tez-tez oluram, pensiyaçılarla, aztəminatlı ailələrlə görüşürük, adamlarla söhbət edirik. Pensiyaların artması ilə bağlı bu rəqəmi görəndə, insanlar böyük sevinc keçirirlər. İnşallah martın 1-dən bunu hiss edəcəklər. Bu rəqəm olduqca böyükdür”.

    Qaynarinfo xəbər verir ki, bu fikirləri REAL TV-yə müsahibəsində Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri, deputat Hadi Rəcəbli bildirib.

    Komitə sədri deyib ki, Azərbaycanda minumum əmək haqqı 50 manat artırlıb:

    “Məgər bu azdırmı? Biz bütövlükdə müzakirə edəndə onunla mən də razıyam ki, tələbatla təminat düz mütanasibdir. İnsan təmin oluna-oluna onun təlabatı da artır. Bunu heç vaxt biz qınamamalıyıq. Mənə sual verə bilərlər ki, Hadi müəllim, insan 180 manatla dolana bilərmi? Əlbəttə ki, çətin olar. Ancaq ailədə 2 nəfər işləyəndə, adam iki yerdə çalışanda dolanmaq olar. Doğrudur, burada çətinliklər var və biz də onu qəbul edirik. Amma bu o demək deyil ki, sən əvvəlkini yaddan çıxarmalısan. Əvvəl 130 manat idi, indi 180 manat oldu. Gərək bunu da başa düşəsən. Bəzən görürsən ki, bu unudulur və başqa məsələni müzakirə etməyə başlayırlar. Burada da populizm var, heç bir kökü-əsası yoxdur. Bunların hamısı addım-addım özü əmələ gəlir. Bizim 7-12 dəfə artan rəqəmlərimiz var. Vaxt var idi ki, Azərbaycanın şəhər və kəndlərində işıq, qaz, su təchizatı yox idi. Yollarımızda problemlər var idi. Normal məktəb və səhiyyə obyektləri yox idi. Amma indi var. Bütün bunlar nə tez yadımızdan çıxdı? Axı niyə biz bunları nəzərə almırıq? Bunlar da sosial müdafiədir, xalqa xidmət edən addımlardır. Məgər möhtərəm prezidentimiz müəyyən mitiqnlərə görəmi “ASAN xidmət”i yaradıb? Məgər mitinqlərdən sonra “DOST xidməti” və “Təbib” sistemi ideyalarının yaranması ortaya çıxıb? Buyurun, boş-boş danışmaq da olar!”.

    Hadi Rəcəbli qeyd edib ki, bütün bu kimi ideyalar Prezidentin zaman-zaman, addım-addım atdığı sosial müdafiə elementləridir:

    “Görün “ASAN xidmət” nə qədər insanı korrupsiyadan və cürbəcür narahatedici xərclərdən xilas edib. 124 növ sosial müdafiə xidmətlərinin sistemləşdirilməsi həyata keçirilir. İndi görün nə qədər rahat şərait qurulur. Pensiya yaşın çatan anda sənə zəng edib deyirlər ki, gəl kartını götür və sənin pensiyan hesablansın. Bütün bunları görməmək, qeyd etməmək mümkündürmü? Bəs sosial müdafiə necə olur? Bütün bunların hamısı sosial müdafiənin elementləridir. Axı bunu necə görməmək olar?”.

  • “Bazarstore”da satılan düyünün tərkibi heyrət doğurdu – Video

    “Bazarstore”da satılan “Delicate” basmati düyünün sağlamlıq üçün təhlükəli olduğu bildirilir.
    “Azərsun” Holdinqə daxil olan “Bazarstore” supermarket şəbəkəsində satılan “Delicate” basmati düyünün sağlamlıq üçün təhlükəli olduğu bildirilir. Bizimyol.info-ya müraciət edən vətəndaş “Bazarstore”dan aldığı düyünün süni qida olduğundan şübhələnib həmin düyünü qaz sobasına atıb. Düyü şam kimi əriyib.

    Qeyd edək ki həkimlər süni düyülərin də həyat üçün təhlükəli olduğunu, hətta xərçəngin yaranmasına gətirib çıxardığını bildirirlər.

    Bu iddia ilə bağlı “Azərsun Holdinq”in İctimayətlə əlaqələr və Biznesin inkişafına dəstək departamentinin müdiri Afiq Səfərova 12 fevral 2019-cu il tarixində informasiya sorğusu göndərilib.

  • MTRŞ sədri: “Özəl telekanallarda yayımlanan bayağı seriallar bizi çox narahat edir”

    Azərbaycan telekanallarında, xüsusən özəl telekanallarda istehsal olunan teleseriallar bizi çox narahat edir. Median.Az bildirir ki, bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

    N.Məhərrəmli qeyd edib ki, Şuranın diqqətində olan məsələlərdən biri də teleserialların aşağı səviyyədə olmasıdır:

    “Doğrudur, dövlət büdcəsindən maliyyələşən kanallarda belə hallar yoxdur. O ki qaldı özəl kanallardakı vəziyyətə, təbii ki, onlar kommersiya maraqlarına kökləniblər. Onların Azərbaycan cəmiyyətinə yad olan mövzuları daha çox göstərməsi bizi narahat edir. Xüsusən də Azərbaycanda ailə-məişət məsələlərinə həsr olunmuş komediya janrında bayağı seriallar bizi çox narahat edir. Həmin seriallarda göstərilənlər Azərbaycan ailəsinə aid deyil. Bu, ssenari müəlliflərinin eybəcər şəkildə təsvir etdiyi ailələrdir”.

    MTRŞ sədrinin sözlərinə görə, çox təəssüf ki, Azərbaycan telekanallarında ailə məsələsi Azərbaycan ailələrinə xas olmayan formada təsvir olunur:

    “Ər-arvad, valideyn-övlad, qayınata-qayınana, qayınata-kürəkən münasibətləri çox ifrat dərəcədə, bayağı şəkildə, yalnız birtərəfli formada, şit gülüş doğurmaq məqsədilə göstərilir. Bu, narahatedici məqamdır. Ona görə də biz hesab edirik ki, bu məsələdə müəyyən məsləhətləşmələr aparmaq lazımdır. Mart ayında ictimaiyyət nümayəndələri, telekanalların rəhbərləri, verilişlər hazırlayan, seriallar istehsal edən şirkətlərin rəhbərləri ilə birgə bu məsələləri müzakirə etmək istəyirik”.

    N.Məhərrəmli vurğulayıb ki, Azərbaycanda istehsal olunan bütün məhsullar Azərbaycanın adına yazılır: “Dünyanın hər yerində bir məhsul istehsal olunan zaman o ölkənin adına yazılır. Azərbaycan telekanallarında, xüsusən özəl telekanallarda qeyd etdiyimiz səviyyədə istehsal olunan həmin teleseriallar bu baxımdan bizi çox narahat edir. Bu seriallar daha çox ailə dəyərlərinin təbliğinə, Azərbaycanın illərlə, əsrlərlə yaşayan gözəl adət-ənənələrinə, ailə müqəddəsliyinin təbliğinə həsr olunmalıdır. Amma çox təəssüf ki, biz əks tendensiyanı görürük. Ona görə də hesab edirik ki, Azərbaycanın adət-ənənələri düzgün formada daha çox təbliğ olunmalıdır”.

  • Илон Маск взял ипотеку на $61 млн на 30 лет

    Основатель компании Space X и глава Tesla Илон Маск был вынужден взять пять кредитов в банке на общую сумму около $61 млн, сообщает Bloomberg, передает Median.Az со ссылкой на Gazeta.ru.

    По данным компании, теперь Маск ежемесячно вынужден платить банку по $180 тыс. Он взял ипотеку на 30 лет.

    Отмечается, что в 2018 году Маск взял только четыре новых кредита на покупку недвижимости в США общим размером около $50 млн.

    Представители Маска и банкп не стали комментировать эту информацию, добавили в Bloomberg.

  • Dubay metrosunu robotlar yığışdırmağa başlayıb

    Dubayda robotlar metro stansiyalarında təmizlik işləri görməyə başlayıb.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, Dubayın nəqliyyat və yollar komitəsi süni intellektlə idarə olunan robotları ilk dəfə “Union” metro stansiyasında sınaqdan keçirib.

    Test rejimində işləyən təmizləyici texnika ilk gündən onun insandan daha səmərəli işlədiyini göstərib. Bundan əlavə, metronun ərazisini təmizləmək üçün robotlar daha az su sərf ediblər. Belə robotların işləmə zamanı faktiki operator xidmətinə ehtiyac yoxdur və onları müxtəlif təmizləmə rejiminə proqramlaşdırmaq mümkündür.

    Təmizləyici aparatlar proqramlaşdırılmış istiqamətdə getməsi və maneələri toqquşmadan keçməsi üçün sensorlarla təchiz olunub. Robotun hündürlüyü – 128 santimetrdir və onun 90 litr su daşımaq imkanı var.

  • Daha bir marşrut xəttində “Wi-Fi” pulsuz olub

    “Xaliq Faiqoğlu” MMC 85 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarda pulsuz “Wi-Fi” xidmətini işə salıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, hazırda 18 saylı marşrut xətt avtobuslarında da sərnişinlərə pulsuz “Wi-Fi” xidməti göstərilir. Sərnişinlər bir dəfə qeydiyyatdan keçməklə istənilən vaxt (qeydiyyatdan keçdikləri cihazla) ödənişsiz internetə qoşula bilərlər. Beləliklə, pulsuz internet xidmətinin aktivləşdirildiyi avtobusların sayı 50-yə çatdırılıb.

    Yaxın günlərdə “Xaliq Faiqoğlu” MMC-nin istismarında olan və “BakıKart” sisteminə qoşulmuş digər xətlərdə də “Wi-Fi” cihazları quraşdırılacaq.

    Şirkətə məxsus olan hər hansı avtobusda pulsuz “Wi-Fi “xidmətinə qoşulmuş şəxslər MMC-nin istismarında olan digər marşrut xətlərindən istifadə edərkən qeydiyyatdan keçməli olmayacaq və mobil cihazları avtomatik olaraq internetə qoşulacaq.

    Qeyd edək ki, “Xaliq Faiqoğlu” Bakı ərazisində sərnişindaşıma ilə məşğuldur. Şirkətin nəqliyyat parkı 14 marşrut xətti üzrə hərəkət edən 300 avtobusdan ibarətdir.

  • Азербайджан ждет поток российских туристов

    В 2019 году интенсифицируется работа по пропаганде в России туристических возможностей Азербайджана и верится, что российские туристы, каждый раз, приезжая в Азербайджан, откроют для себя что-то новое, передает Median.Az со ссылкой на Trend.

    Об этом в пятницу сказала генеральный исполнительный директор Азербайджанского бюро по туризму Флориан Зенгстшмидт на прошедшем в Москве мероприятии под названием “Азербайджан: семинар в формате B2B по рекреационному и деловому туризму”, сообщает Trend.

    В ходе мероприятия был представлен новый туристический бренд Азербайджана для российского рынка. Был отмечен тот факт, что Азербайджан привлекает внимание не только как регион рекреационного, но и делового туризма.

    В мероприятии, в котором принимали участие около 20 местных туристических компаний, были проведены встречи в формате B2B с туристическими агентствами и компаниями России.

    Официальное представительство Азербайджанского бюро по туризму действует в Москве с декабря 2018 года. В 2018 году Россия была лидером на туристическом рынке Азербайджана. Так, в 2018 году число российских туристов, посетивших Азербайджан, составило 878 тысяч человек, что на три процента больше по сравнению с 2017 годом.