Month: February 2019

  • Dünyanın ən gözəl ölüləri – Qəfəsdə saxlanılsa da, onlara toxunmaq mümkündür

    Bu gün dünyada möhtəşəmliyi, tarixiliyi ilə seçilən mumiya məktəblərindən biri də İtaliyada yerləşən Siciliya adasındadır.

    Median.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, mumiyanı öyrənmək üçün hər il dünyanın müxtəlif yerlərindən Siciliya məktəblərinə tələbə qəbulu keçirilir. Əsrarəngizliyi, sehri, sirri və qəribə cazibəsi ilə seçilən Siciliyanın mumiyaçılıq ixtisaslarında isə onların daha yaxşı şəraitdə saxlanması və mühafizə edilərək gələcək nəslə ötürülməsi öyrənilir.

    Burada minlərlə mumiya nümunələri mühafizə olunur. Ekspertlər bu mumiyaları analiz etməklə onların yaşadıqları xəstəliklər, ölüm səbəbləri, həyat tərzləri, statusları, yaşları haqda da məlumatları əldə etmiş olurlar.

    300 il ərzində özünü inkişaf nəticəsində təkmilləşən Siciliya məktəbində həmçinin mumiyalanma prosesinin necə baş tutması da öyrədilir.

    Bunun üçün öncə cansız cəsəd qurudularaq təmizlənir, daha sonra isə o müəyyən müddət ərzində tabutda saxlanılır. Yalnız bundan sonra bədən parçalanaraq mumyalanır.

    Siciliyalı mütəxəssislər bu elmin necə yaranması haqda danışaraq bildiriblər ki, qədimdə insanlar onları tərk edərək o dünyaya gedən sevdiyi şəxsdən ayrıla bilmədikləri üçün bir çıxış yolu axtarıblar: “Beləcə mumiya elmi meydana gəlib. Bununla da onlar sevdiklərini gedib görə biləcəkləri ilə özlərinə təskinlik verirdiər”.

  • Президент Ильхам Алиев утвердил Положение о Гызылагаджском национальном парке

    Президент Азербайджана Ильхам Алиев в пятницу подписал распоряжение об утверждении Положения о Гызылагаджском национальном парке, сообщает Trend со ссылкой на пресс-службу главы государства, передает Median.Az со ссылкой на Trend.

    Согласно распоряжению, Кабинету министров и министерству экологии и природных ресурсов поручено решить вопросы, вытекающие из распоряжения.

  • Sürücülərin diqqətinə – Bu yolda hərəkət məhdudlaşdırılır

    Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Səməd bəy Mehmandarov prospektində Dəmiryolu stansiyasından Sabunçu İcra Hakimiyyətinə doğru olan istiqamətdə hərəkət qısa müddətlik məhdudlaşdırılır.

    “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən bildirilib ki, avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq əks istiqamət üzrə ikitərəfli olmaqla təmin olunacaq.

    Qurum müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir, sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.//yenicag.az

  • Azərbaycan əhalisinin sayı 10 milyona çatır

    Azərbaycan əhalisinin sayı martın sonu – aprelin əvvəlində 10 milyon nəfərə çatacaq.

    Median.Az-ın yenicag.az-a istinadən verdiyi xəbərə görə, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.

    T.Budaqov bildirib ki, bu proqnoz komitənin hesablamalarına əsaslanır.

    Qeyd edək ki, 2019-cu il yanvarın 1-nə Azərbaycan əhalisinin sayı 9 981 457 nəfər təşkil edib.

    Əhalinin 52,8 faizi şəhərlərdə, 47,2 faizi kəndlərdə yaşayır, 49,9 faizi kişi, 50,1 faizi isə qadındır.

    Əhalinin sıxlığı hər kv.km-ə 115 nəfər təşkil edir.

  • В Турции запретили слово «инвалид»

    В Турции решением министерства здравоохранения запрещено употреблять слово «инвалид» по отношению к детям. Указ об этом был опубликован накануне в официальном Правительственном вестнике Турецкой Республики, сообщает издание Rusturkey.

    В сообщении турецкого минздрава подчеркивается, что данная терминология некорректна и ее следует заменять определением «ребенок с ограниченными возможностями здоровья», или «ребенок, нуждающийся в специальном уходе».

    Согласно указу, употреблять слово «инвалид» нельзя в медицинских справках, а также других официальных документах.

  • Yasamalda əməliyyat – Narkotacir tutuldu – FOTO

    Yasamal Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsi və 27-ci Polis Bölməsi əməkdaşları narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.

    DİN Mətbuat Xidmətindən verilən məlumata görə, əməliyyat zamanı Yasamal rayon sakini Çingiz Hacıyev saxlanılaraq istintaqa təqdim edilib.


    Onun Yasamal rayonu ərazisində yerləşən mənzilinə baxış zamanı ümümi çəkisi 1 kiloqram 790 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb. Evdən əlavə olaraq satış üçün nəzərdə tutulan 5 büküm narkotik vasitə olan heroin aşkar edilib. Saxlanılan şəxs narkotik vasitəni satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən aldığını bildirib.

    Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.//yenicag.az

  • В Ереване вновь появились конфеты с азербайджанской маркировкой

    Конфеты с маркировкой на азербайджанском языке были обнаружены в магазинах Армении. Об этом Sputnik Армения сообщил глава Государственной службы безопасности пищевых продуктов Георгий Аветисян.

    «На конфетах не было маркировки на армянском, зато была на азербайджанском и других языках», – сказал Аветисян, добавив, что это не только напрямую нарушает действующее законодательство, но и говорит о том, что товар не предназначался для экспорта в Армению.

    Речь идет об конфетах Rafaello и Ferrero Rocher производства итальянской компании Ferrero SpA. Эта партия сладостей, однако, была импортирована в Армению не официальным представителем Ferrero SpA, а, как сказал Георгий Аветисян, «непонятной организацией».

    «Мы не смогли найти импортера. Конфеты были куплены на ярмарке “Сурмалу”. Они либо поступили в Армению контрабандным путем, либо попали к нам 25 или 50-килограммовой партией, не облагаемой таможенной пошлиной», – сказал Аветисян.

    Партия конфет была конфискована, государственная служба безопасности пищевых продуктов пока выясняет их происхождение.

  • Dənizkənarı Milli Parkı haqqında Əsasnamə təsdiq edilib

    Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dənizkənarı Milli Parkı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.

    Fərmanda qeyd edilir ki, Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

    Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verəcək.

  • Bəşəriyyətin nə qədər ömrü qalıb? – Alimlər Qiyamətin dəqiq vaxtını açıqladılar

    Bəşəriyyət Yerin kosmik cisimlə toqquşması, təbii və ya texnogen qəzalar nəticəsində məhv ola bilər.

    Median.Az ölkə.az-a istinadən xəbər verir ki, bu KİV-in fantaziyası və ya Hollivud senaristlərinin qələmindən çıxan yazılar yox, alimlərin proqnozudur.

    2036-cı il

    2007-ci ilin oktyabrında Penza vilayətində bir kəndin sakinləri Qiyaməti gözləmək üçün mağaraya sığındılar. Onların fikrinə görə, 2008-ci ilin may ayında Yer kometlə toqquşaraq məhv olacaqdı. Kosmik fəlakət baş vermədiyi üçün penzalı sakinlər mağaranı tərk etdilər.

    Bəşəriyyətin sonu, Qiyamət günü haqqında müxtəlif dinlərdə də var. Xristanlıqda Armageddonun tarixi 1000-2000-ci illər arası göstərilir. Mayalıların təqvimində isə 2012-ci il qeyd edilmişdi.

    Təhlükə səmadan gözlənilirdi. Günümüzdə astronomlar Yerlə təhlükəli məsafəyə qədər yaxınlaşa biləcək irili-xırdalı kosmik obyektləri kəşf ediblər. Bəzi hallarda isə toqquşma istisna edilmir.

    Daha çox Apofis asteroidi alimləri qorxuya salır. Bu asteroid 2029-cu ilin 13 aprel tarixində geri qayıdacaq və Yerin mərkəzindən 38 min km məsafədən keçəcək. Kiçik bir ehtimala əsasən, asteroid altı yüz metrlik təhlükəli zonaya girəcək və planetin qravitasiya sahəsi onun trayektoriyasını dəyişəcək. Bu zaman 2036-cı ildə Apofis geri qayıdanda planetimizlə toqquşacaq. Rusiyalı alimlərin hesablamasına əsasən, 2036-cı ildə Apofislə toqquşma risk zonasına Uzaq Şərq, Mərkəzi Amerika ölkələri və Qərbi Afrika daxildir.

    2026

    Yarım əsr bundan əvvəl amerikalı riyaziyyatçı Hayns fon Ferster həmkarları ilə birlikdə “Science” jurnalı üçün məqalə hazırladı. Bu məqalədə Qiyamətin dəqiq vaxtı kimi 2026-cı ilin 13 noyabr tarixi göstərilib.

    Ferster iki parametrdən, yəni istənilən canlı varlığın populyasiyasını təyin edən artım və ölüm həddindən istifadə edib. 1975-ci ildə alman astrofizik Sebastyan fon Horner insan fəaliyyəti ilə bağlı digər parametrləri də nəzərə aldı və ehtimal etdi ki, Qiyamət günü 2020-2050-ci illərin arasındakı bir günə təsadüf edəcək. Bu dövr ərzində planetdə insanların sayı o qədər artacaq ki, qidalanma ilə bağlı ciddi problemlər üzə çıxacaq. Eyni zamanda sənayə tullantıları səbəbindən atmosfer həyat üçün əlverişsiz şəraitə qədər isinəcək.

    Amerikalı alimlər fon Hornerin düsturuna son 30 ildə baş verən dəyişiklikləri nəzərə alaraq yeni əhəmiyyət qazandırıblar. Məlum olub ki, Qiyamət 2300-2400-cü ildən tez baş verməyəcək. Səbəb isə qlobal istilər və planetin insan fəaliyyətinə görə isinməsi olacaq.

    XXI əsr

    1972-ci ildə Romadakı intellektual, alim, futuroloqların ittifaqı sivilizasiyanın inkişafının sərhədləri barədə hesabat təqdim etdi. Müəlliflər əhali artımı, sənaye, bərpa olunmayan təbii ehtiyatların istifadəsi, ekologiyanın korlanması kimi məsələləri nəzərdən keçirərək bildiriblər ki, XXI əsr Qiyamət əsri olacaq. Əgər fəaliyyətləri, siyasəti və texnoloji inkişafı dəyişsək, bəşəriyyətin məhvinin qarşısını ala bilərik.

    1980-ci illərin əvvəlində bir neçə riyaziyyatçı bəyan etdi ki, bəşəriyyətin mövcud olduğu vaxtı bilərək gələcəkdən xəbər vermək olar. Bu, dünyanın sonu teoremi adlanır.

    Riyaziyyatçıların fikrinə əsasən, əgər biz təsadüfən hansısa prosesi müşahidə etmək qərarına gəliriksə, bunu ortada edirik, prosesin əvvəlində və sonunda etmirik. Deməli, bizim sivilizasiya yolunun ortasındadır və ola bilər ki, bir neçə yüz il və hətta bir neçə min il ehtiyat vaxtımız var…

  • Prezident İlham Əliyev Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı təsdiq edib

    Prezident İlham Əliyev “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 fevral tarixli 1488-VQ nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamda qeyd edilir ki, Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

    Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verəcək.