Month: February 2019

  • 5 rayon polis idarəsində monitorinq keçirildi: Polisin saxlanılan şəxslərlə rəftarı…

    İşgəncələrə Qarşı Azərbaycan Komitəsi 5 rayon polis idarəsində monitorinq keçirib.

    Median.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında komitə sədri Tural Hüseynov deyib.

    T.Hüseynov bildirib ki, monitorinq Abşeron, Səbail, Yasamal, Qaradağ və Binəqədi rayon polis idarələrinin müvəqqəti saxlama yerlərində keçirilib:

    “Monitorinq zamanı Yasamalda 5, Binəqədidə 7, Qaradağda 10, Abşeronda 14 nəfər saxlanılırdı, Səbail rayon Polis İdarəsində isə saxlanılan yox idi. Monitorinqi mən, komitə sədrinin müavini Elçin Şirinov və hüquqşünas Rövşən Məmmədov keçirmişik. Monitorinq zamanı müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərlə fərdi söhbətlər apardıq, onların vəziyyətləri, saxlanma şəraitləri ilə maraqlandıq”.

    O qeyd edib ki, saxlama yerlərində ümumi vəziyyət qənaətbəxşdir, havalandırma və istilik sistemləri normaldır, polisin saxlanılan şəxslərlə rəftarında problem yoxdur: “Saxlanılan şəxslər üçün gündəlik gəzinti yerlərinin də vəziyyəti yaxşıdır və onlara gəzinti üçün şərait yaradılır. Səbail və Yasamal rayon Polis idarələrinin saxlama yerləri bu yaxınlarda yenidən təmir olunacaq. Bəzi idarələrdə müvəqqəti saxlama yerləri ilə bağlı tövsiyələrimiz də oldu”.

  • Damlaya aid olduğu iddia edilən videodan Nigar Camal da danışdı: Oğlu var…

    Ötən gün müğənni Damla olduğu iddia edilən intim video ilə bağlı bir çox məşhur iradını bildirmişdi.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, ona dəstək olanlardan biri də “Eurovision” təmsilçimiz Nigar Camal olub.

    O, İnstaqram hesabında Damla haqda bu sözləri yazıb:

    “Şər-böhtan atanlar cəzalandırılmalıdır. Görün nə qədər millətinizi sevmirsiniz ki, saxta video yayırsınız. O, qadın və anadır. Oğlu var. Kiməsə ləkə yaxmaq alçaqlıqdır. Sevmirsiniz, kənarda durun. Əsəbisənsə, özünü vur. Qoy dünya daha bir çürükdən təmizlənsin”.

    Qeyd edək ki, Damlanı Xatun, Elçin Cəfərov, Hüseyn Məhəmmədoğlu, Natavan Həbibi kimi məşhurlar müdafiə etmişdi.

  • Qubada məktəb binasında baş verən yanğın söndürülüb – VİDEO – YENİLƏNİB

    Quba rayonunda məktəb binasında baş verən yanğının qarşısı alınıb.

    Median.Az report-a istinadən verdiyi xəbərə görə görə, hadisə Bayram Şıxəmirov adına Zərdabi qəsəbə tam orta məktəbində baş verib.

    Belə ki, odun peçindən taxta döşəmənin üstünə düşən köz parçaları səbəbindən məktəbin 3-cü mərtəbəsində yerləşən sinif otaqlarından birində tüstülənmə baş verib. Hadisə dərsdən sonra baş verdiyindən xəsarət alan olmayıb.

    Yanğın qısa müddət ərzində söndürülüb.

    Faktla bağlı araşdırma aparılır.

    16:57

    Quba rayonunda məktəb binasında yanğın olub.

    Median.Az report-a istinadən verdiyi xəbərə görə, hadisə rayonun H.Zərdabi qəsəbəsində yerləşən orta məktəb binasında baş verib.

    Yanğın dərs vaxtında baş verdiyi üçün şagirdlər dərhal təxliyyə edilib.

    Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib və yanğının genişlənməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Qubada “zek”dən həmyerlisinə dəhşətli əməl – TƏFƏRRÜAT

    Quba rayonunda bıçaqlanma hadisəsi baş verib.

    Median.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Quba rayon sakini Rafiq Əliməmmədov naməlum şəraitdə bıçaqlanıb. O, kəsilmiş-deşilmiş xəsarəti ilə Quba rayon Mərkəzi Xəstəxanasına gətirilib.

    Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Rafiq Əliməmmədovun xəsarət alması ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.

    Məlumatla əlaqədar polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Quba rayon sakini, əvvəllər məhkum olunmuş 59 yaşlı Zakir Məmmədov saxlanılıb.

    O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, Rafiq Əliməmmədova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

    Faktla bağlı araşdırmalar aparılır.

  • Xətaidə təhlükəli tapıntı – FOTO

    Xətaidə 1 ədəd F-1 əl qumbarası aşkar olunub.

    Median.Az bildirir ki, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, bu gün saat 11:08-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 22 ünvanında partlayıcı vasitənin tapılması barədə məlumat daxil olub.

    Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis idarəsinin Xətai rayon Polis İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

    Agentliyin mütəxəssisləri, Xətai rayon Polis İdarəsinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçiriilmişdir. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssislərinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları ilə birlikdə həyata keçirdiyi təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası (partladıcısı üzərində olmayan) aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

    Əl qumbarasının ətrafında Agentliyin mütəxəssisləri tərəfindən 500 kv.m ərazi yerüstü, 20 kv.m ərazi isə yeraltı yoxlanılıb, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

  • Плачевное состояние Пиршагинской дороги – ВИДЕО

    Жители массива «Локомотив» в поселке Пиршаги жалуются на плохое состояние местной дороги.

    Дело в том, что неудовлетворительное состояние части дороги создает серьезные проблемы для передвижения.

    Сотрудники Baku TV ознакомились с реальной ситуацией в вышеупомянутом поселке.

    Глава пресс-службы Государственного агентства «Азербайджанские автомобильные дороги» Анар Наджафли отметил, что указанный участок дороги не находится в ведении агентства.

    «Можем лишь сказать, что ремонт дорог в поселке стартовал с этого года. В ближайшем будущем на указанных дорогах будут проведены ремонтные работы», – добавил он.

  • Azərbaycana gələn rusiyalı turistlərin sayı artıb

    2018-ci ildə Azərbaycana səfər edən rusiyalı turistlərin sayı təqribən 900 min nəfər təşkil edib. Bu, 2017-ci ilin göstəricisindən 5 faiz çoxdur.

    Median.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid deyib.

    O bildirib ki, Rusiya Azərbaycan üçün əsas və vacib turizm tərəfdaşıdır.

    F.Zenqstşmid qeyd edib ki, iki ölkə arasında çox gözəl nəqliyyat əlaqəsi var, bu da turizmin inkişafı üçün mühüm əhəmiyyətə malikdir:

    “Daha bir müsbət məqam dil maneəsinin olmamasıdır. Azərbaycanda əksəriyyət rus dilində əla danışır və rusiyalı qonaqlara zəruri kömək göstərməyə həmişə hazırdır. Bundan başqa, rusiyalıların Azərbaycana səyahəti üçün vizaya ehtiyac yoxdur”.

  • İstirahət günlərində səyahətə çıxanlar üçün HAVA PROQNOZU

    İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatda Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırlır ki, fevralın 23-24-də bu bölgədə hava şəraitinin sabit olacağı, əsasən yağmursuz keçəcəyi, lakin fevralın 24-də axşam bəzi yerlərdə yağış yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 7-12, dağlıq rayonlarda 1-6 dərəcə isti təşkil edəcək.

    Lənkəran-Astara bölgəsində hava şəraitinin nisbətən sabit olacağı, əsasən yağmursuz keçəcəyi, lakin fevralın 24-ü gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlarda duman olacaq. Zəif şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 8-13, dağlıq rayonlarda 4-8 dərəcə isti təşkil edəcək.

    Aran rayonlarında havanın yağmursuz olacağı gözlənilir. Havanın maksimal temperaturu 10-15 dərəcə isti təşkil edəcək.

    Naxçıvan MR-da hava əsasən yağmursuz keçəcək. Zəif şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 7-12 dərəcə isti təşkil edəcək.

    Paytaxt qonaqlarının isə nəzərinə çatdırılır ki, havanın yaxın iki gündə əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 8-12 dərəcə isti təşkil edəcək.

  • Кортеж президента Молдовы попал в ДТП

    Кортеж президента Молдавии Игоря Додона попал в аварию, сообщает ТАСС со ссылкой на заявление молдавского лидера.

    Додон рассказал, что инцидент произошел, когда он направлялся с рабочей поездкой в один из районов.

    «На встречную полосу вышел легковой автомобиль, который врезался в машину сопровождения, которая следовала за моей машиной», – сказал Додон.

    Президент подчеркнул, что в настоящее время полиция выясняет обстоятельства ДТП.

    В сентябре прошлого года Додона госпитализировали после ДТП.

  • Meşə fonduna məxsus torpaqlar sahibkarlara icarəyə veriləcək

    “Meşə fondunun əkinə yararlı açıq sahələrində meyvə bağlarının salınması üçün torpaqların sahibkarlara uzunmüddətli icarəyə verilməsi nəzərdə tutulur”.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı departamentinin sektor müdiri Sadiq Salmanov deyib.

    Onun sözlərinə görə, bununla bağlı ETSN tərəfindən təkliflər paketi hazırlanıb, həmin paketlər sahibkarlara təqdim ediləcək. Təkliflər paketində hər bir regionun bitmə şəraiti, torpağın tərkibi, relyefi, əkin sxemi verilməklə hansı ağac növlərinin əkilməsinin tövsiyə olunduğu göstərilib. Sahibkarlardan sadəcə həmin ərazilərdə meyvə bağların salınması üçün sərmayə qoyulması tələb olunacaq.

    Mütəxəssislər tərəfindən ağaclara qulluq haqqında da məlumatlar veriləcək.

    S.Salmanov bildirib ki, Azərbaycanda meşə ərazisində 21 min ha ərazidə meyvə bağları salınacaq. Nazirlik rəsmisi qeyd edib ki, aqrobağların salınması işlərin ə 2017-ci ildən başlanılıb və artıq 5 min ha ərazidə aqrobağ salınıb.

    S.Salmanov deyib ki, 2021-ci ilə qədər Azərbaycanın meşə təsərrüfatında geniş ərazilərdə aqro bağların salınması nəzərdə tutulur. Aqrobağlarda qoz, fındıq, şabalıd, nar, tut, şaftal, gülüş, ərik, sitrus bitkiləri, zeytun, albalı, alma, armud ağaclar əkilir və bu işlər davam etdiriləcək.