Month: February 2019

  • Bu rayona yeni polis rəisi TƏYİN OLUNDU

    Balakən rayon Polis şöbəsinə yeni rəis təyinatı olub.

    Median.Az Report-a istinadən bildirir ki, bununla bağlı daxili işlər naziri Ramil Usubov əmr imzalayıb.

    Əmrə əsasən, Mehman Əliyev Balakən rayon Polis şöbəsinə rəis təyin edilib.

    Qeyd edək ki, M.Əliyev bu təyinatadək Abşeron rayon Polis idarəsinin rəis müavini olub.

  • Медики узнали, как уничтожить самый распространенный вирус человека

    Молекулярные биологи из США создали антитело-“франкенштейн”, способное распознавать и уничтожать клетки, зараженные цитомегаловирусом, чьим носителем становится каждый второй человек. Первые итоги их опытов были раскрыты в Journal of Biological Chemistry, передает Median.Az со ссылкой на РИА Новости.

    “Сейчас у нас на руках есть молекула, которая похожа на антитело, но при этом может присоединяться к белкам цитомегаловируса, с которыми обычно связываются рецепторы Т-клеток. Обычные антитела не обладают такой способностью, из-за чего их создание стало столь большим достижением для нас”, – рассказывает Дженнифер Мейнард (Jennifer Maynard) из университета Техаса в Остине (США).
    Цитомегаловирус (CMV) давно считается самым “успешным” вирусом, поражающим человека. Больше половины взрослых людей в возрасте 40 лет и более заражены этим патогеном, который продолжает оставаться в их теле на протяжении всей жизни.

    Обычно заражение происходит бессимптомно, однако при наличии проблем с иммунной системой цитомегаловирусная инфекция может привести к летальному исходу, и, как недавно выяснили генетики, к развитию рака мозга. Поэтому биологи со всех уголков планеты начали искать способы его уничтожения.

    Мейнард и ее коллеги сделали большой шаг к созданию вакцины от цитомегаловируса, обратив внимание на одну простую вещь. Главные “дирижеры” иммунной системы, так называемые Т-клетки, могут находить следы этого вируса в некоторых клетках и уничтожать их, посылая в них сигнал самоуничтожения.
    Антитела, по пока непонятным причинам, не обладают подобной способностью. Это натолкнуло ученых на мысль создать своеобразную молекулу-“франкенштейн”, которая бы одновременно могла находить вирусы, как Т-клетки, и прочно прикрепляться к ним, как это делают антитела.
    Руководствуясь этой мыслью, ученые пересадили часть генома Т-клеток, отвечающую за сборку рецепторов, распознающих цитомегаловирус, в особую культуру клеток хомячков, которую генетики используют для “выращивания” чужеродных белков.
    При этом генетики внесли множество случайных мутаций в эту часть ДНК, надеясь получить такую версию “противовирусного” рецептора, которая бы прочнее соединялась с патогеном, чем это делают обычные Т-клетки.

    Экспериментируя подобным образом, ученые повысили “липкость” этой молекулы в 50 раз, после чего присоединили самый удачный вариант кодирующей ее ДНК к другому сегменту генома, который кодирует производство “ножки” обычных антител. В результате этого клетки хомячков начали производить “франкенштейнов”, одновременно похожих и на рецепторы Т-клеток, и на антитела.
    Подобные молекулы, как отмечают ученые, можно использовать не только для уничтожения цитомегаловируса, помечая зараженные ими клетки, но и для борьбы с раком мозга и изучения секретов его появления.

  • “Bakmil” stansiyası BU TARİXDƏ tam istifadəyə veriləcək

    “Bakmil” stansiyası bu yaxınlarda tam olaraq sərnişinlərin istifadəsinə veriləcək.

    Median.Az bildirir ki, bunu Trend-ə özəl müsahibəsində “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin baş mühəndisi Əlixan Osmanov deyib.

    Ə.Osmanov bildirib ki, Bakı Metropoliteninin yeganə yerüstü stansiyası olan “Bakmil”in əvvəllər sərnişindaşımada bir o qədər böyük rolu yox idi, lakin hazırda çox böyük əhəmiyyətə malikdir:

    “Çünki artıq stansiyanın ətrafında bir çox iş yerləri açılıb, idarə və təşkilatlar fəaliyyət göstərir. Stansiyanın birinci mərtəbəsinin döşəməsi yolun asfalt örtüyündən 60 santimetr aşağı idi və bu da böyük problem yaradırdı. Stansiya açıq tipli yerüstü olduğuna görə, yağışlar yağanda stansiyanı su basırdı, bunun qarşısını almaq isə mümkün deyildi. Eyni zamanda, stansiyanın konstruksiyaları, pəncərələri, qapıları, zahiri elementləri və s. köhnəlmişdi. “Bakmil”də də təmirə giriş-çıxışı sərnişinlər üçün bağlamadan başladıq. Açıq hava şəraitində olması ilə əlaqədar xüsusi yeniliklər etdik. Müasir texnologiyaların tələbləri səviyyəsinə çatdırılan stansiyada artıq işlər yekunlaşıb. Hazırda stansiya ərazisində yaşıllaşdırma işləri aparılır”.

    Baş mühəndis vurğulayın ki, “Bakmil” stansiyasının bütün kommunikasiyası, texniki təchizatı yenidən qurulub: “Stansiyanın platforması əvvəllər açıq idi, indi isə yarımqapalı vəziyyətdədir. Sərnişin platformasının üstü bağlanıb, sərnişinlərin yağıntıdan qorunması, həmçinin təhlükəsizliyi və rahatlığı təmin olunub, stansiyada müasir oturacaqlar quraşdırılıb. Fevral ayının sonunadək stansiya tam olaraq sərnişinlərin istifadəsinə veriləcək”.

  • Gözlərimiz niyə “yol çəkir?” – ELMİ SƏBƏBLƏRİ

    Çox vaxt insanın özündən asılı olmayan səbəblərdən baxışları bir nöqtəyə zillənib, cansız, şüşə gözlər kimi hərəkətsiz qalır. Hətta el arasında bu vəziyyətə “gözlərin yol çəkir”, “uzaq yerdən qonağın gələcək” kimi sözlərlə ifadə olunur. Bəs bu həqiqətən belədir, yoxsa bu vəziyyətin dərinliyində ciddi problemlər dayanır?

    Median.Az “ölkə.az”a istinadən oxucularına bu vəziyyətin səbəblərini təqdim edirik.

    Bəlkə də gözlər qəlbin aynasıdır- frazası bu məsələyə öz qəlibində aydınlıq gətirə bilər. İnsanın daxili vəziyyəti baxışlarında öz əksini tapır. Çünki bizim gözlərimiz sinir sistemimizlə birbaşa əlaqədədir.

    Əgər siz sevincli və ya kədərlisinizsə bu mütləq baxışlarınızda özünü biruzə verir. Hətta insan öldükdən sonra onun gözləri bir müddət işığa reaksiya verir, göz bəbəkləri canlı orqanizm kimi reaksiya verə bilir (qırpılır).

    “Donuq baxış” effektinin bir neçə səbəbləri var.

    1. Soyuqdəymə, zökəm.

    Bu gözlərin donuq olmasının ən geniş yayılmış səbəbidir. Qızdırma, zəifləmiş orqanizm, halsızlıq birinci gözlərdə əks olunur. Onların rəngi solur, yorğun görünür və tez-tez baxışlar bir nöqtəyə yönəlir. Xoşbəxtlikdən, bu simptom xəstəliklə birlikdə yoxa çıxır.

    2. Psixoemosional vəziyyət.

    Psixoloqların fikrincə “donuq baxış” effektinin yaranmasının başlıca səbəbi insan psixologiyasından asılıdır. Bu vəziyyət onun özünə qapanmasından, depresiyadan xəbər verir.

    Hər kəs ətrafında baş verən çətinliklərə, bədbəxt hadisələrə başqa formada reaksiya verir. Güclü emosiyalar qarşısında bu vəziyyət özünü daha tez göstərir. Yox əgər heç bir pis hadisə baş verməyibsə, ancaq insanda yenə bu donuq baxışlar müşahidə olunursa, bu erkən depresiyanın xəbərçisidir. Bundan xilas olmaq üçün, mütləq bu melonxolik vəziyyətdən qurtulmaq lazımdır.

    3. Fiziki yorğunluq.

    Orqanizmə həddən artıq fiziki təzyiq etmək, uzun müddət yuxusuz qalmaq da “boş baxış” effektinə yol aça bilər. Bundan qurtulmaq üçün bu vərdişlərinizdən əl çəkin.

    4. Sərxoşluq, alkoqolizm.

    Əgər insan spirtli içkilərdən həftədə 1-2 dəfə və az miqdarda istifadə edirsə, “donuq baxış” vəziyyəti onun üçün qorxulu deyil. Bu vəziyyət spirtli içkilərdən mütəmadi və çox istifadə edənlərdə daha çox görünür. Bundan başqa alkoqolizmdə bu vəziyyət göz torbaları ilə bərabər müşahidə olunur. Bu vəziyyətdən xilas olmaq üçün mütləq mütəxəssisə müraciət olunmalıdır. Təsirli olması üçün müalicə mütləq bir neçə tərəfdən ümumi aparılmalıdır.

    5. Narkomaniya.

    Bəli, bu pis vərdiş də insanın baxışlarına “donuq baxış” effekti verir. Bu zaman baxışlar solğun, gözlər yorğun görünür. Belə insanlar gözlərini bir nöqtəyə zilləyib saatlarla bu vəziyyətdə hərəkətsiz qala bilərlər.

    Gəlin, həyata donuq baxışla deyil, sağlam gözlə baxaq. Vəziyyətlər bizi deyil, biz vəziyyətləri idarə edək. Hər zaman sağlam olun.

  • Азербайджан и ООН разрабатывают Национальную лесную программу

    При технической поддержке Продовольственной и сельскохозяйственной организации ООН ( FAO) ведется работа над новой Национальной лесной программой Азербайджана, и уже разработан первоначальный проект.

    Об этом в пятницу сказала пресс-секретарь министерства экологии и природных ресурсов Ирада Ибрагимова, передает Median.Az со ссылкой на Trend.

    По ее словам, охрана лесов, их более эффективное управление и развитие лесного сектора являются одним из основных приоритетов министерства.

    Ибрагимова добавила, что вышуказанная программа разрабатывается для более системного и комплексного проведения работ в данной сфере. Новая программа, которая рассчитана на 2020-2030 годы, является дорожной картой для будущих работ министерства в системе лесоводства.

    Было отмечено, что общий лесной фонд Азербайджана составляет 1 миллион 213 тысяч гектаров, что составляет в общей сложности 14 процентов территории страны, а участки, покрытые лесом, составляют 12 процентов.

    Ибрагимова считает, принятие Национальной лесной программы станет началом нового этапа в лесном секторе.

  • Metro stansiyalarının platformalarında mühafizə torları quraşdırıla bilərmi?

    Metro stansiyalarının platformalarında mühafizə torları quraşdırmaq çox mürəkkəb məsələdir.

    Median.Az bildirir ki, bunu Trend-ə özəl müsahibəsində “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin baş mühəndisi Əlixan Osmanov deyib.

    Onun sözlərinə görə, Sovet dövründə inşa edilən Qırmızı və Yaşıl xətlərin bünövrəsi elə qoyulub ki, stansiyaların platformalarında PSD adlandırılan mühafizə torları quraşdırmaq praktiki cəhətdən çox mürəkkəb məsələdir:

    “Bu xətlər üzrə stansiyaların konstruksiyaları, texniki imkanları həmin metodun tətbiqinə hazırda imkan vermir. Bənövşəyi xətt üzrə inşa edilən stansiyalarda da bunun tətbiqi nəzərdə tutulmayıb. Bu xətdə də stansiyalar açıq tipli olacaq. Lakin gələcəkdə Mavi və Sarı xətlərin tikintisində ən yüksək texnologiyalardan istifadə olunacaq. Bu xətlərdə qatarların avtomatik hərəkəti nəzərdə tutularsa, onda həmin sistemin də tətbiqi mümkün olacaq. Yalnız gələcəkdə maşinistsiz idarəetmə nəzərdə tutularsa, bu sistemlərin də əvvəlcədən quraşdırılması özünü doğrulda bilər”.

    Ə.Osmanov vurğulayıb ki, qatarların avtomatlaşdırılmış hərəkəti təmin edilməsə, vəsait ayıraraq bu işlərə xərc çəkməyin səmərəsi olmayacaq: “Ümumən, məsələnin həm qatarlar, həm stansiyalar, həm də sistemlərin tətbiqi baxımından bir sıra digər mürəkkəb texniki cəhətləri var”.

  • Məşhur idmançı qayınatasını niyə döyüb? – TƏFƏRRÜAT

    Bakı Ağır Cinayətlər Məhkəməsində kikboks üzrə beşqat dünya çempionu Ehram Məcidovun məhkəməsi keçirilib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun icraatında olan prosesdə E.Məcidov ifadə verərək ailəsinin dağılmasında qayınanasını günahlandırıb.

    Daha sonra boşanmalarından və uşaqları ona göstərməməkdən, görüşmələrinə icazə verməməklərindən danışıb: “Axırıncı dəfə uşaqlarla icra şöbəsində görüşməyə razılaşdıq, qayınanam və qayınatam da gəlmişdi. Otaqdan çıxıb, uşaqlarımla söhbət eləməyimə imkan vermirdilər. Uşaqları mənə qarşı öyrədirdilər. Orada oğlum mənə dedi ki, sən yaxşı ata idin, sonra pis ata oldun. Dedim axı niyə? Nə qədər ki, siz mənim yanımda idiniz, mən yaxşı ata idim. Sonra biz bir-birimizdən ayrı düşdük, sən məni pis ata kimi görürsən. Qayınatam həmin vaxt uşaqların yanında məni təhqir eləməyə başladı. Əsəbiləşdim, ona dedim ki, uşaqların yanında mənimlə işin olmasın. Yenə başladı təhqiramiz ifadələr deməyə. Bu kişi mənə əl atdı, əlini tutdum, sifətinə bir neçə zərbə vurdum, qaldı yerdə. Məndə beşbarmaq olmayıb. İstəsəydim, ona elə zərbə vurardım, bir daha qalxa bilməzdi. Mənim ayağımdan tutub, itələməyə başladı. Orada stullara dəydim, sol ayağım zədələndi, şalvarım cırıldı. Mən arxası üstə qapıya dəydim, qapı açıldı. Vüqargil gördülər, ayağımdan dartırdı. Məni ayırdılar, bir otağa gətirdilər. Mən beşbarmağı corabda necə saxlaya bilərəm axı. İstintaq düzgün aparılmayıb.

    Kifayət qədər ağır maddələrdi. Əvvəla, beşbarmaq olmayıb. Orada xuliqanlıq niyyətilə sağlamlığa ağır zərər vurmadan söhbət gedə bilməz. Bizim aramızda mübahisə olub, planlaşdırılmış şəkildə gedib onu vurmamışam. Onun hərəkətlərinin nəticəsində bunu vurmuşam.

    Hadisədən sonra oranı tərk etməmişəm. Nəzarətçi polisin yanında bir boş otaq vardı, orada oturtdular. Mən bir saniyə belə o binanı tərk eləməmişəm. Beşbarmaq olsaydı, orada olardı. Axıra qədər də yanımda adam olub”.

    Proses fevralın 26-da davam etdiriləcək.

    Qeyd edək ki, E.Məcidov Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq; silah qismində istifadə olunan əşyadan istifadə olunmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

    İttihama görə, E.Məcidov qayınatasını beşbarmaqla vurub.

  • В работе Facebook произошел сбой

    Сбой в работе социальной сети Facebook наблюдается в пятницу в ряде стран мира. Это следует из данных на странице сервиса Downdetector, отслеживающего работу популярных интернет-ресурсов, передает Median.Az со ссылкой на РИА Новости.

    “Проблемы в работе Facebook наблюдаются с 09:04 по времени Восточного побережья США”, – говорится в сообщении.

    Больше всего на неполадки жалуются пользователи в США и Тунисе. С проблемами также столкнулись в Бразилии, Великобритании, Румынии и Чехии.

  • Meşələrdə çəpərlənmə işlərinə başlanılıb

    “Meşə ehtiyatlarından daha səmərəli istifadə etmək məqsədi ilə mal-qaranın və insanların müdaxilə etdikləri ərazilərdə çəpərlənmə işlərinə başlanılıb”.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı departamentinin sektor müdiri Sadiq Salmanov deyib.

    Onun sözlərinə görə, artıq çəpərlənmə işləri Quba, Zaqatala, Gədəbəy, Qax və digər dağ rayonlarında həyata keçirilib. Bu il çəpərləmə işləri 200 km-lik ərazidə davam etdiriləcək. Həmin ərazilər əsasən dağlıq rayonlarda olacaq:

    “Mal-qaranın yaylaq ərazilərinə getdiyi cığırlar əsasən meşə fondu ərazilərindən keçir. Ona görə həmin cığırların hər iki tərəfdən çəpərlənməsi nəzərdə tutulur ki, mal-qara həmin yerlərə daxil ola bilməsin. Məqsəd həmin ərazilərdə təbii cücərtilərin məhv olmasının və onun inkişafının sürətlənməsinə zəmin yaratmaqdır”.

    S.Salmanov bildirib ki, meşə ehtiyatlarının qorunması üçün meşə fondu ərazilərində 5 kamera quraşdırılıb. Bu il ərzində meşələrdə daha 15 kameranın quraşdırılması planlaşdırılır. Bu istiqamətdə işlər gələcəkdə də davam etdiriləcək.

  • Azərbaycanda listinq qaydaları yenilənib

    “Bakı Fond Birjası” QSC-nin (BFB) yenilədiyi “Qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanması, delistinqi və ticarətin təşkili” qaydalarının təqdimatı olub.

    Median.Az report-a istinadən xəbər verir ki, təqdimatda Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının, investisiya şirkətlərinin, Milli Depozit Mərkəzinin, emitentlər və Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

    Yeni qaydalarda listinq prosesləri optimallaşdırılıb və bazar seqmentləri üzrə tələblər yerli bazarın xüsusiyyətlərinə uyğunlaşdırılıb, eləcə də qiymətli kağızların ticarətə buraxılması, listinqi və delistinqi və onların emitentlərinin birja qarşısındakı öhdəlikləri sadələşdirilib. Eyni zamanda yeni qaydalarda xarici emitent və Azərbaycanın üzv olduğu beynəlxalq qurumların Azərbaycan kapital bazarlarında qiymətli kağız buraxılışını tənzimləyəcək dəyişikliklər əlavə edilib.

    Yeni qaydalar BFB-nin internet səhifəsində yerləşdirilib və martın 13-dən qüvvəyə minəcək.