Month: March 2019

  • В Гяндже за совершение краж задержаны 5 человек

    Как сообщает Median.Az, сотрудники Низаминского РУП в результате оперативно-розыскных мер задержали жительницу города А.Гулиеву, которая украла из автомобиля жителя города Х.Аллахвердиева 378 манатов и документ.

    Кроме этого, сотрудники Низаминского РУП в ходе оперативно-розыскных мер задержали жителя города, ранее судимого Р.Тагиева, который украл из двух автомобилей мобильные телефоны.

    Сотрудники Кяпазского РУП задержали жителя города, ранее судимого А.Гурбанова, который в феврале-марте этого года украл из 5 автомобилей аккумулятор и флэш-карту, из одного дворового участка стройматериалы.

    Сотрудники Кяпазского РУП задержали жителя города Э.Гулиева, который украл из одного дома 520 манатов и жителя города, ранее судимого Р.Ибишова, который украл из салона красоты 800 манатов, а также из одного дома одежду и предметы быта.

    По фактам возбуждены уголовные дела по статье 177 (кража) УК Азербайджана.

  • Gəncədə oğurluğa görə 5 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini H.Allahverdiyevə məxsus avtomobildən 378 manat pul və sənəd oğurlayan şəhər sakini A.Quliyeva saxlanılıb.

    Bundan başqa, Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 2 avtomobildən mobil telefonlar oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş R.Tağıyev saxlanılıb.

    Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu ilin fevral-mart ayları ərzində 5 avtomobildən akkumulyator və yaddaş kartı, 1 həyətyanı sahədən inşaat materialları oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş A.Qurbanov saxlanılıb.

    Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evdən 520 manat oğurlayan şəhər sakini
    E.Quliyev saxlanılıb.

    Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki gözəllik salonundan 800 manat pul, 1 evdən geyim və məişət əşyaları oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş R.İbişov saxlanılıb.

    Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

  • Ən çox məhbusu olan ölkələrin SİYAHISI

    Ən çox məhbusu olan ölkələrin adları açıqlanıb. Bizimyol.info-un Sputnik Azərbaycan-a istinadən xəbərinə görə, dünyada ən çox məhbusu olan ölkə ABŞ-dır.

    Dustaqlarla bağlı Beynəlxalq Araşdırma Mərkəzinin məlumatına görə, bu ölkədə 2 milyondan artıq məhbus var. Bu isə o deməkdir ki, ABŞ-da hər yüz min nəfərə düşən dustaq sayı 724-dür. Burada qadın məhbusların sayı isə ümumi dustaqların 8.9 faizini təşkil edir. Çin isə məhbusların sayına görə siyahıda ikinci yerdə qərarlaşıb. Bu ölkədə qadınlar 1 milyon 548 min 498 məhbusun 4.6 faizini təşkil edir.

    Rusiyada isə 874 min 161 məhbus var. Statistikaya görə, bu ölkədə hər yüz min nəfərə düşən məhbus sayı isə 615-dir. Bu ölkədə qadınlar ümumi məhbusların 6.8 faizini təşkil edir. Türkiyədə isə məhbusların ümumi sayı 65 min 458-dir. Bu isə o deməkdir ki, ölkədə hər yüz min nəfərə 91 məhbus düşür. Qadınlar isə ümumi məhbusların 3.3 faizini təşkil edir.

    Qeyd edək ki, ən çox məhbusu olan ölkələr sırasında Braziliya, Hindistan, Meksika, Ukrayna, Şimali Afrika, Polşa, İngiltərə, Yaponiya, Avstraliya və Hollandiyanın da adı var.

  • “Sığorta şirkəti xeyriyyə təşkilatı deyil ki, istənilən malı sığortalasın”

    Bir neçə gün öncə “Diqlas” ticarət mərkəzində yanğın baş verib. Külə dönən ticarət obyektində onlarla ticarətçinin malları yanıb. Həmin ticarətçilərə yüz minlərlə manat dəyərində ziyan dəyib. Zərərçəkmişlər yuxarı instansiyalardan onlara dəymiş ziyanın ödənilməsini tələb edirlər. Ancaq araşdırma zamanı məlum olub ki, həmin zərərçəkmişlər öz mallarını zamanında sığorta etdirməyiblər.

    Maraqlıdır, ümumiyyətlə ölkəmizdəki ticarət obyektləri sığortalanırmı? Median.Az-ın məlumatına görə, Sputnik Azərbaycan ölkənin tanınmış sığortaçıları ilə bu suala cavab tapmağa çalışıb.

    Sığorta eksperti Xəyal Məmmədxanlı deyib ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa görə, hər bir ticarət obyekti sığortalanmalıdır: “Əksər ticarət obyektləri də sığorta olunur, amma buna formal sığortalanma demək olar. Yəni obyekt real dəyərinə yox, aşağı dəyərlə sığortalanır. Bunu da əllərində formal kağız olsun deyə edirlər. Axı aidiyyəti orqanlar onlardan sığorta sənədi tələb edir”.

    “Tutaq ki, obyektin 10 milyon dəyəri var, bunun üçün sahibkar, təxminən, 15-20 min manat sığorta haqqı ödəməlidir. Ancaq sığorta şirkətinə deyir ki, sığorta üçün 1000 manat verə bilərəm. Bu da o deməkdir ki, həmin obyekt 10 milyon dəyərində yox, 500 min dəyərində sığortalanmış olur. Faciə baş verəndə də sığorta şirkəti onlara cüzi miqdarda pul ödəyir. Ona görə biz sığortaçılar hər zaman deyirik ki, əmlakı tam dəyərdə sığorta etmək lazımdır” – deyə o bildirib.

    Sığorta eksperti qeyd edib ki, sahibkarlar ancaq obyekti sığortalayırlar, orada olan malları yox: “Bunu dükan sahibkarları etməlidir. Təbii ki, onlar da mallarını sığortalamır və ya sığortalamaq istəyəndə sənədlərdə problem yaranır. Könüllü sığorta üçün sığorta şirkəti malların rəsmi sənədini tələb edir. Ticarətçilər isə tam qiymətdə olan sənəd təqdim edə bilmirlər. Çünki malların vergisini az versinlər deyə real dəyərini gizlətməyi üstün tuturlar”.

    X.Məmmədxanlı onu da vurğulayıb ki, heç bir ticarət obyektində normal yanğın təhlükəsizliyi standartları yoxdur. Bu da sığorta şirkətlərini narahat edən amillərdən biridir və sığorta edən zaman bunları nəzərə alırlar.

    Sığorta eksperti Nicat Əlibəyli də deyib ki, sığorta şirkətləri obyektləri və malları sığortalamaqda maraqlıdırlar. Amma sığortalama prosesində müştərilər problem yaradır: “Onlar öz mallarının dəqiq siyahısını sığorta şirkətlərinə təqdim edə bilmirlər. Eyni zamanda obyektlərə baxış keçirən şirkət əməkdaşları oranın təhlükəsizlik sisteminin olmadığını və ya zəif olduğunu görərək riskə getmirlər. Axı sığorta şirkəti xeyriyyə təşkilatı deyil ki, istənilən malı sığortalasın”.

    Ekspert qeyd edib ki, bir çox problemlər sahibkarların özləri ilə bağlıdır: “Onların dövriyyələri çox olsa da, malların qayda-qanun ilə siyahıları olmur. Heç sahibkarlar malları sənədləşdirməyə meylli də deyillər. Maarifləndirmə də çox zəifdir deyə sahibkarlara mallarını sığortalamaq maraqlı deyil”.

  • Тысячам пенсионеров в Азербайджане пенсии назначены в электронном виде

    На основании поручения Президента Ильхама Алиева, в Азербайджане с начала этого года началось автоматизированное назначение пенсий.

    Как сообщает в пятницу Trend со ссылкой на министерство труда и социальной защиты населения, до сегодняшнего дня уже 7000 лиц пенсии были назначены в электронной форме.

    Этим гражданам, достигшим пенсионного возраста, была назначена пенсия. В этот же день посредством sms, e-mail или отправки официального письма их уведомили о размере назначенной пенсии, филиале банка, где они могут получить банковскую карту, и времени получения.

    В этом году прогнозируется назначить в электронном виде пенсии 70 процентам лиц, достигших пенсионного возраста, то есть 36 тысячам человек.

    В то же время, министерство труда и социальной защиты населения также ведет соответствующую работу для создания механизма автоматизированного назначения социальных пособий.

  • 18 yaşlı azərbaycanlı Türkiyədə itkin düşüb: terror təşkilatının… – VİDEO

    4 il əvvəl Şəki şəhərindən Türkiyənin İstanbul şəhərinə köçənOrucovlar ailəsi 4 aydır itkin düşmüş oğulları Abduləvvalı axtarır. Anası Afət Bəşirova oğlunun hansısa terror təşkilatının təsir dairəsinə düşdüyünü deyir.

    4 ay əvvəl ailəsinə heç bir xəbər vermədən evdən çıxaraq geri qayıtmayıb.İndi valideyinləri onun yolunu həsrətlə gözləyir.

    4 ildir ki, Türkiyənin İstanbul şəhərində yaşayan Azərbaycanlı Orucovlar ailəsi evin tək övladı olan Abduəvvəl Orucovun taleyindən narhatdırlar. Anası Afət Bəşirovanın sözlərinə görə, oğlu evdən çıxarkən özü ilə xarici pasportunu da aparıb. Afət Bəşirova deyir ki, hər dəfə oğluna zəng vuranda o, əvvəlcə evdə, sonra isə Maltəpə və Trabzonda olduğunu bildirib.

    Annanın iddiasına görə,oğlu evdən çıxmamışdan bir neçə ay əvvəl özünü fərqli aparırımış.O, həm namaz qılmağa başlayıb, həm də özbək dilini də örgənirmiş.

    Ailə məsələ ilə baglı Türkiyə polisinə müraciət edib.

    Ananın sözlərinə görə oğlunun telefonnunu kimlərsə əlindən alıblar.Azərbaycanın İstanbuldakı BaşKonsulluğundan isə Xəzər Xəbərə bildirilib ki, məsələ ilə bağlı bu gün Afət Bəşirova konsulluğa rəsmi müraciət edib. Məsələ araşdırılıcaq.//xezerxeber

  • Sürücülərə bəd xəbər: “Avtomobillərin yarılması ilə bağlı müraciətlər artıb”

    “Son zamanlar avtomobillərin yarılması ilə bağlı müraciətlər artıb. Amma hələ də kiminsə saxlanılması ilə bağlı məlumat yoxdur”.

    Median.Az-ın məlumatına görə, bu barədə bizimyol.info-ya sığorta mütəxəssisi Ceyhun Əsgərov bildirib.

    Ekspert deyib ki, bu ilin əvvəlindən başlayaraq, avtomobillərin yarılması ilə bağlı müraciətlər artmağa başladı: “Artıq onlarla avtomobil Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda soyğunçuluğa məruz qalıb. Görünür bu işi görən eyni dəstədir. Çünki bu əməllər eyni ssenari ilə törədilib”.

    Ekspert deyib ki, bu kimi faktlar zamanı avtomobilə dəymiş zərəri qarşılamaq üçün kasko sığortaya ehtiyac var: “Yalnız kasko sığortası avtomobil sahiblərini bu kimi hallardan qoruyur. Kasko sığorta təminatının miqyası geniş olduğu üçün sürücülər bütün risklərdən də sığortalana bilər”.

  • Месси скучает по противостоянию с Роналду

    Нападающий «Барселоны» Лионель Месси заявил, что ему не хватает противостояния против нападающего туринского «Ювентуса» Криштиану Роналду, выступавшего за мадридский «Реал», передает gazeta.ru.

    «Было приятно играть против Криштиану, даже если это было и трудно. Мне нравилось выигрывать кубки, когда Роналду был в «Реале». Было бы здорово, если бы он по-прежнему там играл», – сказал Месси в интервью Club 947FM.

    Роналду играл за «Реал» с 2009 по 2018 год. В составе испанской команды он участвовал в общей сложности в 486 играх во всех турнирах и оформил 475 голов. Португалец является лучшим бомбардиром в истории «сливочных». Летом 2018 года он перешел в «Ювентус» за 100 миллионов евро.

  • Evsizlərə ŞAD XƏBƏR: Tarix AÇIQLANDI

    Mənzil İnşaatı Dövlət Agentliyi mənzillərin güzəştlə satışı barədə yeni elan verib.

    Median.Az MİDA-ya istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 6-7 saylı binaları üzrə 22 mənzil, həmçinin 8 və 9 saylı binalarında yerləşən 132 mənzilin, ümumilikdə 154 mənzilin satışı 29 aprel 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 30 aprel 2019-cu il tarixi saat 23:59-dək davam edəcəkdir.

    Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. “Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.

    Satışa ümumilikdə 154 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.
    Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı

    Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 15.11.2016-cı il tarixli 22880 nömrəli və 27.12.2016-cı il tarixli 23089 nömrəli müsbət rəyləri mövcuddur.

    Azərbaycan Respublikası Prezidentinin 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydanın 1.2.10-cu yarımbəndi və 3.2-ci bəndinə əsasən vətəndaşlara güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş orta bazar qiymətindən aşağı müəyyən olunmuşdur.

    1 otaqlı mənzillərin qiyməti – 29 925 manatdan,
    2 otaqlı mənzillərin qiyməti – 47 282 manatdan,
    3 otaqlı mənzillərin qiyməti – 65 626 manatdan başlayır.

    Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10% endirim əldə edəcək.

    Yasamal Yaşayış Kompleksinin www.yasamal.mida.az internet səhifəsinə daxil olaraq satışa çıxarılan hər bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü, qiyməti, tətbiq edilən güzəştlər və əlavə endirimlər, agent banklar haqqında məlumatla tanış olmaq, habelə ipoteka və güzəştli mənzil kalkulyatorları vasitəsilə müvafiq hesablamalar aparmaq mümkündür.

  • ОБСЕ о встрече Алиева и Пашиняна

    29 марта в Вене при посредничестве сопредседателей Минской группы ОБСЕ состоялась встреча между президентом Азербайджана Ильхамом Алиевым и премьер-министром Армении Николом Пашиняном.

    Согласно сообщению пресс-службы ОБСЕ, на встрече также приняли участие главы МИД Азербайджана и Армении Эльмар Мамедъяров и Зограб Мнацаканян.

    На встрече также принимал участие личный представитель действующего председателя ОБСЕ Анджей Каспшик.

    В информации отмечается, что встреча прошла в позитивной и конструктивной обстановке и дала возможность двум лидерам прояснить свои позиции. И.Алиев и Н.Пашинян обменялись мнениями по ряду ключевых вопросов процесса урегулирования и идеями по существу переговорного процесса.

    Оба лидера отметили важность создания обстановки, способствующей миру и принятия дальнейших конкретных и действенных шагов в процессе переговоров для поиска мирного решения конфликта.

    Коснувшись состоявшейся в Душанбе беседы, лидеры вновь подтвердили необходимость укрепления режима прекращения огня и совершенствования механизма прямой связи.

    И.Алиев и Н.Пашинян также договорились разработать ряд мер в гуманитарной области.

    Президент Ильхам Алиев и премьер-министр Никол Пашинян поручили главам МИД вновь провести встречу с сопредседателями в ближайшем будущем.

    Лидеры согласились продолжить прямой диалог.