Month: March 2019

  • МЧС о масштабах пожара в торговом центре в Баку

    Во время пожара в торговом центре «Диглас» в Низаминском районе Баку сгорели четыре этажа, площадь каждого из которых составляла 2,5 тыс. квадратных метров, мансарда в 1,2 тыс. квадратных метров и трехэтажный подвал с хозяйственными товарами, одеждой и другой продукцией, в общей сложности 16,5 тыс. квадратных метров. Об этом в пятницу сообщает Trend со ссылкой на Министерство по чрезвычайным ситуациям (МЧС) Азербайджана.

    Сгорели также примыкающие к торговому центру киоски площадью в 2,6 тыс. квадратных метров, а также облицовка и частично пластиковые рамы и крыша на площади в 200 квадратных метров у различных торговых объектов на рынке хозяйственных товаров поблизости от торгового центра.

    От огня удалось защитить второй и третий этажи подвала торгового центра площадью в 5 тыс. квадратных метров, расположенный поблизости рынок хозтоваров на территории в два гектаров, фруктово-овощной рынок площадью в 2,5 гектара и трехэтажный торговый центр LOTOS.

  • Azərbaycanlı milyarder 436 milyonluq yaxtasını arvadından geri aldı

    Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədov İngiltərə məhkəməsi tərəfindən keçmiş həyat yoldaşına verilməsi qərara alınan 436 milyon dollarlıq lüks yaxtasını geri alıb.

    Median.Az yenicag.az-a istinadən xəbər verir ki, Dubayın Apellyasiya məhkəməsi İngiltərə məhkəməsinin yaxtanın müsadirə edilməsi qərarını ləğv edib.

    Vəkili Əhmədovun qərara sevindiyini, ancaq təəccüblənmədiyini qeyd edib. Tatyana Əhmədovanın vəkilləri isə Dubaydakı məhkəmələrdə təşəbbüslərini davam etdirəcəklərini açıqlayıb.

    Qeyd edək ki, Əhmədov İngiltərədə keçirilən məhkəmədə həyat yoldaşı ilə 2000-ci ildə boşandığını açıqlayıb. Məhkəmə isə boşanma sənədlərinin saxta olduğu qənaətinə gələrək, Fərhad Əhmədovun 1.4 milyard dollarlıq sərvətinin 600 milyon dollarını Tatyana Əhmədovaya ödəməsinə qərar verib.

  • Özəl klinikalarda peyvəndlər niyə bahadır? – Qiymətlər

    Bəzi valideynlər uşaqda yaranan müəyyən narahatlıqları, xəstəlikləri iynədən sonrakı fəsad kimi qəbul etdikləri üçün peyvənddən imtina edir.

    Ancaq uşaq xəstəliklərinin profilaktikasında önəmli yeri peyvəndlərin vaxtında və düzgün aparılması tutur. Dünyada tibb sahəsində ən çox müzakirə olunan məsələlərdən olan peyvəndlə bağlı fikir ayrılıqları da mövcuddur. Bəzi valideynlər ümumiyyətlə peyvənd vurdurmağın əleyhinədir və bundan imtina edir.

    Digər qrup valideynləri isə, xüsusilə narahat edən göyöskürək, difteriya, tetanus (AkDS) peyvəndidir. GDT peyvəndi 2,4,6 ayında vurulur və 18 ayında revaksinasiya olunur.

    Median.Az
    xəbər verir ki, azxeber.com uşaqlara 2 ayında vurulmalı olan İnfanrix hexa peyvəndinin qiyməti haqqında araşdırma aparıb.

    Maraqlısı odur ki, istehsal ölkəsi eyni – Fransa və Belçika olan peyvəndin qiyməti özəl klinikalarımizda fərqlidir.

    Araşdırmadan o da məlum olub ki, bəzi klinikalarda peyvəndin qiymətinə pediatr müayinəsi aid olsa da, bəzilərində bunun üçün əlavə ödəniş də etmək lazım olur.

    Medera Hospitalda – Adıçəkilən peyvəndin qiyməti 200 manatdır, bundan əlavə də pediatr qəbulu üçün 50-60 manat arası ödəniş etmək lazımdır. Digər pediatrlar tərəfindən gondəriş qəbul olunmur.

    German Hospitalda – Fransa istehsalı olan peyvəndin vurulması ilə pediatr qəbulu ilə birlikdə 200 manatdır.

    HB Güvən klinikasında – Peyvəndin qiyməti 215 manatdır. Pediatr Altay Abdullanın qəbulu isə 59 manat təşkil edir. Digər pediatr tərəfindən gondəriş qəbul olunmur.

    Mərkəzi Gömrük Hospitalında – 225 manat olan peyvəndin qiymətinə pediatr qəbulu da daxildir. Yalnız doktor Telman Aytayevin müayinəsi ilə birlikdə peyvəndin qiyməti 250 manat olur.

    Caspian İnternational Hospitaldan isə bildirilib ki, hazırda onlarda İnfanrix hexa peyvəndi yoxdur. Son qiymət isə 230 manat olub.

    Mərkəzi Klinikadan da bildirilib ki, hazırda bu peyvənd yoxdur, qiyməti isə dəyişkəndir. Son dəfə klinikada peyvəndin qiyməti 230 manat olub.

    Belə olan təqdirdə, ortaya sual çıxır: Bəs görəsən, valideynlər nəyə görə peyvənd üçün dövlət poliklinikalarını deyil, özəl xəstəxanaları seçir?

    Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib ki, nazirlik özəl klinikalarda olan qiymət fərqinə nəzarət etmir: ”Özəl klinikalar sahibkarlara məxsus olan tibb ocağıdır. Biz orada olan qiymətə qarışa bilmərik. Ancaq mən deyə bilərəm ki, dövlət poliklinikalarında edilən peyvəndlər tamamilə pulsuzdur və dərmanların tərkibi eynidir. Poliklinikalara bu peyvəndlər Hindistandan gəlir. Bilirsiz ki, Hindistan bu sahədə qabaqcıl ölkələrdəndir və onların peyvəndində problem olmur. Əgər qiymətlər bahadırsa, valideynlər dövlət poliklinikalarında pulsuz peyvənd etdirsinlər”.

  • Проблемным кредиторам DəmirBank не стоит беспокоиться

    Клиентам DəmirBank, имеющим проблемные кредиты, не стоит беспокоиться – весь список уже загружен в систему.

    Как передает Median.Az со ссылкой на оxu.аz, об этом сообщил руководитель пресс-службы Палаты по надзору за финансовыми рынками Эльшан Аллахвердиев.

    По его словам, отчеты по DəmirBank представлены в палату, и эти отчеты уже загружены в систему:

    «Просто у DəmirBank не было единого core banking. Поэтому загрузка происходила с опозданием. Однако теперь вся информация имеется на портале pk.fimsa.az. Если возникнут какие-то технические проблемы, то мы просим граждан не беспокоиться. После обновления программы все данные будут видны».

    Отметим, что от граждан, имеющих проблемные кредиты в находящемся в данный момент на стадии ликвидации DemirBank, поступили жалобы о том, что они не могут найти свои имена в списке. Они видят причину в том, что отчет этого банка не был представлен в палату и, следовательно, не был размещен в системе.

  • Tovuzda “VAZ” aşdı, ölən və yaralananlar var – FOTO

    Tovuzda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

    Median.Az qafqazinfo-ya istinadən məlumatına görə, hərəkətdə olan “VAZ 2106” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində sərnişin, Ağdaş rayon sakini Qiyas Əbilov hadisə yerində ölüb. Sürücü və iki sərnişin isə bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.

  • Qalmaqallı müğənni Afətdən YENİ VİDEO – 100 manatla…

    Qalmaqallı müğənni Afət Fərmanqızının sosial şəbəkədə növbəti videosu yayılıb.

    Median.Az Ölkə.az-a istinadən xəbər verir ki, görüntüdə o, hansısa məclisdə nağara ifa edir. Lakin nağaranı əlində 100 manatlıq əsginazla ifa etməsi izləyicilər tərəfindən xoş qarşılanmayıb. Hər zaman olduğu kimi bu dəfə də izləyiciləri fikir ayrılığına görə iki yerə bölünüblər. Kimi onun sonradan pul görüb, qudurduğunu, kimi isə onun tərəfini saxlayaraq müdafiə edib.

    Xatırladaq ki, Afət Fərmanqızı dahi şair Nəsiminin “Pəncü-Şeş” qəzəlini hind musiqisinin üzərində oxuyaraq məşhurlaşıb.

  • Zakir Həsənov BMT-nin toplantısında iştirak edib

    ABŞ-da səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov martın 29-da BMT-nin Sülhməramlı Əməliyyatlarını yerinə yetirən ölkələrin müdafiə nazirlərinin Nyu-Yorkda keçirilən toplantısında iştirak edib.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dünyada sülhməramlılığın qorunmasına dair keçirilən görüşlərin davamı və bu sahədə qlobal miqyasda görülən işlərin daha da sürətləndirilməsi xarakteri daşıyan toplantıda beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, dövlətlər arasında dostluq münasibətlərinin, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və digər məsələlər müzakirə olunub.

    Toplantıda, həmçinin sülhməramlı əməliyyatların planlaşdırılması işinin daha da yaxşılaşdırılmasına, qəbul edilən qərarların icrasına dərhal başlanılmasına, BMT sülhməramlılarının gələcək təminatına və təlimlərinə, münaqişə zonalarında mülki əhalinin, xüsusilə qadın və uşaqların qorunmasına dair fikir mübadiləsi aparılıb.

  • Bakıda 23 yaşlı gəlin itkin düşdü

    ​​​​Bakıda 23 yaşlı gəlin itkin düşüb.

    Median.Az Trend-ə istinadən bildirir ki, Bakının Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 2-cı sıra, ev 12-də yaşayan, 1968-ci il təvəllüdlü İsmayılova Məlahət Əjdər qızı polisə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan gəlini, 1996-cı il təvəllüdlü Məmmədova Gülgəz Teymuraz qızı martın 28-də səhər saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Ana 15 yaşlı qızını müdiri Ilə görüşməyə məcbur etdi – Azərbaycanda

    Ötən gün ATV telekanalında yayımlanan “Bizimləsən” verilişində 17 yaşlı qızın danışdıqları hər kəsi dəhşətə gətirib.

    Median.Az aznews.az-a istinadla xəbər verir ki, verilişdə bildirilib ki, gənc qız anası tərəfindən zorla başqa kişilərə satılıb.

    Qız efirdə danışıb ki, anası ilk dəfə onu öz müdiri ilə görüşdürüb. Lakin o, qaçaraq Bakıya gəlib. Hazırda verilişə bacıları üçün müraciət edən qız onların anasından alınmasıni istəyir.

    “Mən anamla telefonla danışıram. Ona yalvardım, amma yanıma gəlmədi. İki bacım anamın əlindən alınsın. Anam bizi məktəbə belə getməyə qoymurdu. Qardaşım adını belə yaza bilmir. Başa düşə bilmirəm, anam bizimlə niyə belə rəftar edir”.

  • Британский парламент снова отклонил соглашение по Brexit

    Палата общин британского парламента отвергла в пятницу в третий раз подряд проект соглашения с Евросоюзом об условиях выхода Соединенного Королевства из состава ЕС. Против сделки, которую внесло в законодательный орган правительство премьер-министра Терезы Мэй, проголосовали 344 депутата, поддержали ее 286 народных избранников, отмечает ТАСС.

    Принятие сделки означало бы, что у депутатов было бы время до 22 мая, чтобы согласовать все остающиеся вопросы, связанные с «разводом» с ЕС, а Великобритания покинула бы европейское сообщество в упорядоченной форме менее чем через два месяца. Нынешний исход голосования означает, что риск «жесткого» Brexit, то есть без сделки вовсе, возрастает.

    Ранее Евросоюз предупредил, что, если британские депутаты не одобрят сделку на этой неделе, то страна покинет ЕС 12 апреля. Еще одна возможность – участие Великобритании в выборах в Европейский парламент и в результате – продление переговоров до конца текущего года или еще далььше.

    Британский парламент 1 апреля продолжит искать альтернативы Brexit, заявила Тереза Мэй после того, как депутаты вновь отвергли сделку по Brexit.