Month: March 2019

  • “Sarı jiletlilər”in lideri cəzalandırıldı

    Fransada “sarı jiletlilər”in qeyri-rəsmi lideri Erik Dru “icazəsiz mitinq” təşkil etməyi ittihamı ilə cəzalandırılıb.

    Median.Az “Posta”ya istinadən xəbər verir ki, Paris Cəza Məhkəməsi onu 2 min avro cərimələyib.

    İttihamda Drunun 22 dekabr 2018-ci il və 2 yanvar 2019-cu ildə Yelisey Sarayının yaxınlığında icazəsiz mitinqlər təşkil etdiyi qeyd olunub.

    Drunun vəkili Xeops Lara məhkəmənin qərarına etiraz edəcəklərini bildirib.

  • Təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi qeyd edildi – Foto

    Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramı münasibətilə martın 28-də “Buta” sarayında təntənəli tədbir keçirilib.

    Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, hökumət nümayəndələri, hüquq mühafizə orqanlarının rəhbərləri, Azərbaycanın Milli qəhrəmanları, təhlükəsizlik orqanlarının veteranları, həmçinin 40 xarici xüsusi xidmət orqanının 160 rəhbər və təmsilçisi iştirak edib.

    Yubiley tədbiri Azərbaycan Dövlət Xor Kapellasının ifasında dövlət himninin səsləndirilməsi ilə başlayıb.

    Fuad Ələsgərov tədbir iştirakçılarını salamlayıb və prezident İlham Əliyevin Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin şəxsi heyətlərinə təbrikini oxuyub.
    Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev çıxış edərək təntənəli tədbirin iştirakçılarına, o cümlədən yubiley ilə əlaqədar Bakıya qonaq gələn tərəfdaş ölkələrin xüsusi xidmət orqanlarının rəhbərlərinə və nümayəndə heyətlərinə təşəkkürünü bildirib.

    O qeyd edib ki, ölkəmizin heyrətamiz tərəqqisi, mövcud sabitlik və təhlükəsizlik müasir müstəqil Azərbaycanın banisi və qurucusu ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla davam etdirilən siyasətin məntiqi parlaq nəticəsidir.

    M.Quliyev DTX-nin beynəlxalq əməkdaşlıq əlaqələrinin son illər daha fəal və səmərəli xarakter aldığını vurğulayıb. Bildirib ki, hazırda DTX dünyanın 70-dən artıq xüsusi xidmət orqanı ilə, eləcə də nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində ikitərəfli və çoxtərəfli formatda qarşılıqlı faydalı əməkdaşlıq edir. Tərəfdaşlıq yalnız informasiya və təcrübə mübadiləsi ilə deyil, bir çox hallarda birgə fəaliyyət və əməli kömək şəklində həyata keçirilir. Qürurverici haldır ki, dünyanın təhlükəsizlik sisteminin formalaşmasında Azərbaycanın da əməyi var.

    Quliyev yubiley ərəfəsində prezidentin sərəncamları ilə bir qrup əməkdaşın dövlət mükafatlarına və ali zabit rütbələrinə layiq görülməsini DTX-nin fəaliyyətinə növbəti dəfə verilən yüksək qiymətin bariz nümunəsi olduğunu qeyd edib və Ali Baş Komandana şəxsi heyətin adından dərin minnətdarlığını bildirib.

    Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-leytenant Orxan Sultanov çıxışında Azərbaycan təhlükəsizlik orqanlarının təşəkkül tarixindən danışıb, Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzunun və mövqelərinin gündən-günə daha da möhkəmləndiyini xüsusi qeyd edib.

    Təntənəli tədbir Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin, Dövlət Rəqs Ansamblının, “Qaya” dövlət vokal ansamblının, eləcə də respublikanın tanınmış incəsənət xadimlərinin ifasında bədii proqramla davam edib.

  • Tərtərdə PQ-7 raketinin yanmış mühərrik hissəsi aşkarlanıb

    Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tərtər rayonu, Hüsənli kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

    ANAMA-dan verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tərtər rayon Polis Şöbəsinin əməkdaşları həmin əraziyə göndərilib.

    Agentliyin mütəxəssisləri və Tərtər rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə ərazidə əkin sahəsinə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıbr. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd PQ-7 raketinin yanmış mühərrik hissəsi aşkar olunub, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

    Raketin ətrafında 300 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.//report.az

  • Закир Гасанов на конференции ООН

    Находящийся с рабочим визитом в США министр обороны Азербайджана генерал-полковник Закир Гасанов 29 марта принял участие в состоявшейся в Нью-Йорке министерской конференции ООН по поддержанию мира на уровне министров обороны.

    Согласно информации Минобороны, на конференции, являющейся продолжением встреч, посвященных обеспечению миротворчества во всем мире и ускорению работ, проводимых в глобальном масштабе в этой сфере, обсуждались вопросы, касающиеся поддержания международного мира и безопасности, развития дружественных отношений между государствами, достижения международного сотрудничества и другие аспекты.

    В ходе конференции также состоялся обмен мнениями по улучшению планирования миротворческих операций, скорейшему выполнению принятых решений, дальнейшему обеспечению и обучению миротворцев ООН, а также защите гражданского населения, в частности женщин и детей в конфликтных зонах.

  • Ticarət obyektləri yanğından necə mühafizə olunurlar? – VİDEO

    Bir neçə gün əvvəl “Diqlas” Ticarət Mərkəzində baş verən güclü yanğın hadisəsi digər böyük ticarət mərkəzlərində də yanğından mühafizə sistemlərinin nə vəziyyətdə olması mövzusunu aktuallaşdırdı.

    Median.Az bildirir ki, Oxu.az paytaxt ərazisində yerləşən bazarlar və ticarət obyektlərindəki bu sistemlərlə maraqlanıb.

    Görəsən, hər hansı yanğın hadisəsi qeydə alınarsa buradakı yanğından mühafizə sistemləri onu gücündədirmi?

  • ABŞ Konqresində Puerto-Rikonun 51-ci ştat hesab olunması barədə qanun layihəsi təqdim edilib

    Martın 28-də hər iki partiyanı təmsil edən bir qrup konqresmen Puerto-Rikonun adada ərazi statusuna dair referendum keçirilmədən ABŞ-ın 51-ci ştatı hesab olunması barədə qanun layihəsi təqdim edib.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, ada hökuməti Puerto-Rikonun statusuna dair iki dəfə (2012-ci və 2017-ci illərdə) referendum keçirib. Hər iki halda seçicilərin əksəriyyəti bu adanın 51-ci ştat olması təklifinin lehinə səs verib. Lakin adanın statusunun dəyişdirilməsi Konqres tərəfindən bəyənilməlidir. Buna görə hesab edilib ki, həmin referendumların nəticələri məcburi qüvvəyə malik deyil.

    Adanın statusunun dəyişdirilməsi barədə qanun layihəsi Florida ştatından demokrat konqresmen, Puerto-rikalıların böyük icmasının yaşadığı Orlando dairəsini təmsil edən Darren Soto tərəfindən təqdim olunub. Prezident Donald Tramp daha əvvəl Puerto-Rikonun 51-ci ştat olması təklifi ilə əsla razı olmadığını bəyan edib.

    Puerto-Riko 1898-ci ildə İspaniya-Amerika müharibəsindən sonra ABŞ-ın tabeliyinə keçib və 1917-ci ildə Vaşinqton bu adanın sakinlərinə Amerika vətəndaşlığı verib. Lakin Puerto-rikoluların ABŞ Senatında və Konqresdə səsvermə hüququ və digər siyasi hüquqları yoxdur. Respublikaçılar Puerto-Rikonun statusunun dəyişdirilməsini dəstəkləmirlər, çünki Puerto-rikolıların əksəriyyəti ABŞ-ın Demokratlar Partiyasına rəğbət bəsləyir və Ağ Evə, eləcə də Konqresə seçkilərdə onlar respublikaçılar üçün siyasi təhlükə yarada bilər.

  • Предпринимателям дадут бесплатные объекты для торговли – СПИСОК МЕСТ

    Министерство экономики Азербайджана обнародовало список торговых объектов, где предприниматели, пострадавшие из-за пожара в торговом центре “Диглас”, могут открыть магазин без оплаты арендной платы в течение пяти месяцев, сообщает в пятницу Median.Az со ссылкой на Trend.

    Список предлагаемых объектов приводится ниже:

    1. 30 магазинов площадью от 50 до 100 кв. метров на строительном рынке “Eurohome” на Дарнагюльском шоссе (контактное лицо Ильяс Мохнетов – тел. 055 297 1111);

    2. 50 магазинов площадью от 40 до 60 кв. метров, предусмотренных для продажи одежды и различных мелочей в “Eurohome Express” по ул. Тебриз (контактное лицо Рауф Алиев – тел. 050 796 5555);

    3. 20 магазинов площадью в 30 кв. метров и пять складов площадью 200 кв. метров в т/ц “Садарак”(контактные лица Фарид Махмудов – тел. 050 211 8189, Габиль Нахмедов – тел. 050 213 3368);

    4. Закрытая площадь в 6000 кв. метров, предусмотренная для продажи одежды в AF-COM Plaza (можно разделить по 20 кв. метров) (контактное лицо Рауф Алиев – тел. 055 313 8118);

    5. 50 магазинов площадью от 20 до 50 кв. метров для продажи стройматериалов и одежды в т/ц “AF-Center” по ул. Самеда Вургуна (контактное лицо Шамиль Исмайлов – тел. 050 725 0660).

    Контактное лицо в министерстве экономики Али Гаджиев (тел: 055 255 8007)

  • “Moranlılı Əli” ləqəbli narkotacir Sabirabadda ələ keçdi

    Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

    DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Sabirabad Rayon Polis Şöbəsi Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Moranlı kənd sakini Əli Əliyev saxlanılıb.

    PB-nin əməkdaşları tərəfindən ona məxsus həyətyanı sahəyə baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə bitkisinin şitili aşkar edilərək götürülüb.

    Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.//milli.az

  • Avropa İttifaqına daxil olan ölkələrdə plastik məhsul istehsalçıları CƏZALANDIRILACAQ – QANUN

    Bundan sonra Avropa İttifaqına daxil olan ölkələrdə “çirkləndirən ödəyir” prinsipi daha da kəskinləşdiriləcək.
    Median.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin martın 27-də qəbul etdiyi qanun layihəsində bildirilib.

    Belə ki, qanun istehsalçıların ətraf mühitə vurduğu ziyana görə məsuliyyətini genişləndirir. Məsələn, dənizin dərinliklərinə gedən balıqçı torlarına görə balıqçılar yox, istehsalçılar cərimələnəcək.

    Gigiyenik bezlər, nəm salfetlər, plastik filterli siqaretlər istehsal edən şirkətlər məhsulun üzərində plastik materialın ekologiyaya mənfi təsirləri barədə xəbərdarlıq yerləşdirməli olacaqlar.

    Qeyd edək ki, Avropa Parlamentində qəbul olunan qərarda plastik tullantılarla bağlı qanun layihəsi hazırlanıb. Layihədə plastik tullantılardan ibarət “qara siyahı” hazırlanıb. Təkistifadəlik plastik qab-qacaq, masaüstü avadanlıq, plastik içki çöpləri və s. əşyalar həmin siyahıya daxil edilib.

    Qanuna görə, 2029-cu ilə kimi Avropa İttifaqı ölkələri istifadə olunmuş plastik içki qablarının azı 90 %-ni toplamalı olacaq. 2025-ci ilə kimi plastik içki qablarının tərkibinin azı 25 %-i təkrar emal olunmuş plastikdən ibarət olmalıdır. 2030-cu ildə isə minimum hədd 30 %-ə qaldırılacaq.

  • Bacısının şəklini sosial şəbəkədə görən gənc dəliyə döndü – TƏFƏRRÜAT

    Qusar rayonunda cinayət törətməkdə təqsirli bilinən 1996-cı il təvəllüdlü Elnur Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Elnur Abdullayev 11 iyul 2018-ci il tarixdə sosial şəbəkədə əvvəllər tanıdığı həmyerlisi Mühür Mühürovun onun bacısı Diana ilə birlikdə çəkdirdiyi şəkli görüb.

    O, həmin gün gecə saat 3 radələrində Mühür Mühürovu Qusar rayonunda olan evinin qarşısına görüşə çağırıb. Görüş zamanı Mühürdən bacısı Diana ilə münasibətləri kəsməyi tələb edib.

    Mühür isə Diana ilə bir-birlərini sevdiklərini və münasibətlərini kəsməyəcəyini bildirib. Onların aralarında mübahisə yaranıb. Elnur üstündəki bıçaqla Mühür Mühürovun qarın nahiyəsinə zərbə vurub.

    Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Cinayəti törədən şəxs isə həbs edilib.

    İstintaq orqanı tərəfindən Elnur Abdullayevin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Abdullayev 1 il müddətinə azadlıqdan məhrum edilib.

    Hökmdən narazı qalan Elnur Abdullayev apelyasiya şikayəti verib və barəsində şərti cəza istəyib.

    Onun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Ruhiyyə Əsgərovanın sədrlik etdiyi kollegiyada baxılıb.

    Qərara görə, apelyasiya şikayəti qismən təmin edilib, Elnur Abdullayevin cəzası 8 aya endirilib.

    Elnur Abdullayevin cəzasının əvvəli 2018-ci il iyulun 12-dən hesablanıb. Belə olan halda o, cəzasını başa çatmış hesab olunub və cəza çəkmə yerindən azadlığa buraxılıb.

    Məhkəmənin Elnur Abdullayevə ağır cinayət törətməsinə baxmayaraq güzəşt etməsinə səbəb işdə şikayətçinin olmaması olub.

    Elnur Abdullayev həbsdə olduğu müddətdə Diana ilə ailə qurub.