Month: March 2019

  • В Азербайджане не подорожает хлеб – РЕШЕНИЕ ПРИНЯТО

    В Азербайджане импорт и продажа пшеницы, а также производство и продажа пшеничной муки и хлеба освобождены от налога на добавленную стоимость (НДС) еще на два года.

    Это предусмотрено поправками в Налоговый кодекс, которые были обсуждены во время пленарного заседания Милли Меджлиса (парламента) в пятницу, сообщает Median.Az со ссылкой на Trend.

    Поправки предусматривают продление освобождений с первого марта 2019 года.

    Поправки после обсуждения были приняты.

    Напомним, что импорт и продажа пшеницы, производство и продажа пшеничной муки и хлеба в Азербайджане были освобождены от НДС с 2016 года. В 2017 году освобождение было продлено сроком на три года.

    По данным Государственного комитета по статистике, в январе-феврале 2019 года объем производства хлеба и хлебобулочных изделий составил 209,4 тысячи тонн, что на 1,7 процента больше показателя аналогичного показателя прошлого года.

  • Азербайджан вводит новую пошлину – 250 манатов

    29 марта на пленарном заседании Милли Меджлиса (Милли Меджлиса) были рассмотрены поправки в закон “О государственной пошлине”.

    Как сообщает Median.Az со ссылкой на oxu.az, согласно поправкам определен размер пошлины за добровольную государственную дактилоскопическую и геномную регистрацию.

    Так, за добровольную государственную дактилоскопическую регистрацию будет взиматься пошлина в размере 20 манатов, а за регистрацию генома – 250 манатов.

    Проект поправки был принят путем голосования.

  • Azərbaycana saxta dərman gətirənlərin işi çətinləşir – Qanun dəyişir

    Azərbaycanda keyfiyyətsiz və saxta dərman vasitələrinin istehsalı, idxalı və satışına qarşı mübarizə gücləndirilir.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

    Məcəllənin 38-ci maddəsinə (Müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azadetmə) edilən dəyişikliyə əsasən, keyfiyyətsiz və saxta dərman vasitələrinin istehsalı, idxalı və satışı da inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək inzibati tənbeh verilən hallar sıyahısına daxil edilir.

    Belə ki, hazırda dərman vasitələri ilə bağlı inzibati xəta törədildiyi gündən üç ay keçəndən sonra şəxs məsuliyyətdən azad olur.

    Məcəlləyə dəyişikliyin məqsədi keyfiyyətsiz və saxta dərman vasitələrinə qarşı mübarizənin səmərəliliyini artırmaqdır. Belə ki, üç ay müddəti dərman vasitələri haqqında qanunvericiliyin pozulması ilə bağlı inzibati xətaların araşdırılması üçün yetərli olmadığından layihədə həmin inzibati xətalar üzrə müddətin bir ilədək uzadılması təklif olunur.

  • Əlilliklə bağlı yeni meyarlar gələn ildən tətbiq olunacaq

    Əlilliyin qiymətləndirilməsinə dair hazırlanmış yeni meyarların təsdiqi ilə bağlı cari ildə müvafiq qanunvericiliyin qəbulu nəzərdə tutulur. Gələn ilin əvvəlindən isə həmin yeni meyarların tətbiqinə başlanması gözlənilir.

    Median.Az xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

    Nazir əlilliyin qiymətləndirilməsinə dair yeni meyarların Ümumdünya Səhiyyə Təşkilatı və Avropa ölkələrinin standartları əsasında hazırlandığını deyib. O qeyd edib ki, bununla əlaqədar xəstəliklərin insan orqanizminin funksiyalarında, özünəqulluq və fəaliyyət qabiliyyətində hansı dərəcədə məhdudiyyətlər yaratması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səhiyyə Nazirliyinin işçi qrupları tərəfindən geniş araşdırmalar aparılıb.

    S.Babayev yeni meyarların tətbiqinə keçidlə əlaqədar müvafiq həkim və ekspertlər üçün təlim və treninqlərin keçiriləcəyini də diqqətə çatdırıb.

    Əlilliyin qiymətləndirilməsi ilə bağlı yeni meyarların hazırlanması və tətbiqi əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya və əmək fəaliyyətinə davam etmək imkanlarının artırılmasına xidmət edir. Yeni meyarlar əlilliyin orqanizmin öz funksiyalarını itirməsinin, fəaliyyət qabiliyyətinin məhdudlaşmasnın faiz qiymətləndirməsi əsasında təyin olunmasını nəzərdə tutur.

  • Uşaqlara vurulan peyvəndlərin fantastik qiymətləri: Dövlətdə pulsuz, özəldə 230 manat

    Bəzi valideynlər uşaqda yaranan müəyyən narahatlıqları, xəstəlikləri iynədən sonrakı fəsad kimi qəbul etdikləri üçün peyvənddən imtina edir. Ancaq uşaq xəstəliklərinin profilaktikasında önəmli yeri peyvəndlərin vaxtında və düzgün aparılması tutur. Dünyada tibb sahəsində ən çox müzakirə olunan məsələlərdən olan peyvəndlə bağlı fikir ayrılıqları da mövcuddur. Bəzi valideynlər ümumiyyətlə peyvənd vurdurmağın əleyhinədir və bundan imtina edir.

    Digər qrup valideynləri isə, xüsusilə narahat edən göyöskürək, difteriya, tetanus (AkDS) peyvəndidir. GDT peyvəndi 2,4,6 ayında vurulur və 18 ayında revaksinasiya olunur.

    Azxeber.com uşaqlara 2 ayında vurulmalı olan İnfanrix hexa peyvəndinin qiyməti haqqında araşdırma aparıb.

    Maraqlısı odur ki, istehsal ölkəsi eyni – Fransa və Belçika olan peyvəndin qiyməti özəl klinikalarımizda fərqlidir.

    Apardığımız araşdırmadan o da məlum oldu ki, bəzi klinikalarda peyvəndin qiymətinə pediatr müayinəsi aid olsa da, bəzilərində bunun üçün əlavə ödəniş də etmək lazım olur.

    Medera Hospitalda – Adıçəkilən peyvəndin qiyməti 200 manatdır, bundan əlavə də pediatr qəbulu üçün 50-60 manat arası ödəniş etmək lazımdır. Digər pediatrlar tərəfindən gondəriş qəbul olunmur.

    German Hospitalda – Fransa istehsalı olan peyvəndin vurulması ilə pediatr qəbulu ilə birlikdə 200 manatdır.

    HB Güvən klinikasında – Peyvəndin qiyməti 215 manatdır. Pediatr Altay Abdullanın qəbulu isə 59 manat təşkil edir. Digər pediatr tərəfindən gondəriş qəbul olunmur.

    Mərkəzi Gömrük Hospitalında – 225 manat olan peyvəndin qiymətinə pediatr qəbulu da daxildir. Yalnız doktor Telman Aytayevin müayinəsi ilə birlikdə peyvəndin qiyməti 250 manat olur.
     
    Caspian İnternational Hospitaldan isə bildirilib ki, hazırda onlarda İnfanrix hexa peyvəndi yoxdur. Son qiymət isə 230 manat olub. 
     
    Mərkəzi Klinikadan da bildirilib ki, hazırda bu peyvənd yoxdur, qiyməti isə dəyişkəndir. Son dəfə klinikada peyvəndin qiyməti 230 manat olub. 

    Belə olan təqdirdə, ortaya sual çıxır: Bəs görəsən, valideynlər nəyə görə peyvənd üçün dövlət poliklinikalarını deyil, özəl xəstəxanaları seçir? 
     
    Azxeber.com məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb.
     
    Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib ki, nazirlik özəl klinikalarda olan qiymət fərqinə nəzarət etmir: ”Özəl klinikalar sahibkarlara məxsus olan tibb ocağıdır. Biz orada olan qiymətə qarışa bilmərik. Ancaq mən deyə bilərəm ki, dövlət poliklinikalarında edilən peyvəndlər tamamilə pulsuzdur və dərmanların tərkibi eynidir. Poliklinikalara bu peyvəndlər Hindistandan gəlir. Bilirsiz ki, Hindistan bu sahədə qabaqcıl ölkələrdəndir və onların peyvəndində problem olmur. Əgər qiymətlər bahadırsa, valideynlər dövlət poliklinikalarında pulsuz peyvənd etdirsinlər”.

  • Bakıda dəhşətli hadisə: 1-ci qrup əlil özünü yandırmaq istədi, polislər yaralandı

    Bakı ərazisində ictimai qaydanın və ictimai təhlükəsizliyin səmərəli təşkili, cinayət və cinayətkarlıqla mübarizə çərçivəsində avaraçılıq, dilənçiliklə məşğul olan şəxslərin ictimai təhlükəli əməllərdən çəkindirilməsi məqsədilə polis orqanları tərəfindən mütəmadi profilaktiki tədbirlər həyata keçirilir. Aparılan təhlil və ümumləşdirmələr göstərir ki, əsasən Yevlax rayonundan olmaqla, ölkənin digər rayonlarından avaraçılıq və dilənçilik məqsədilə Bakı şəhərinə gələn şəxslərin əksəriyyəti cibgirlik, soyğunçuluq əməlləri törədir və ya getdikləri mənzillərdən oğurluqla məşğul olurlar.

    Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, martın 28-də axşam saatlarında növbəti profilaktiki tədbir zamanı dilənçiliklə məşğul olan, 1983-cü il təvəllüdlü, Bakı şəhər sakini, I qrup əlil, əvvəllər məhkum olunmuş Əhliman Məmmədov Nərimanov rayonu Dəmirçizadə küçəsində saxlanılarkən üzərində gəzdirdiyi yanacaqla özünü yandırmağa cəhd göstərib. Ona ilkin tibbi yardım göstərilərək xəstəxanaya çatdırılıb. Yanğın xəsarətləri alan Ə.Məmmədova tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

    Ə.Məmmədovun özünəqəsdinin qarşısını alan zaman iki polis əməkdaşı əl nahiyələrindən yanıq xəsarətləri alıblar.

    Paytaxtda polis tərəfindən xidmətin nümunəvi təşkili və aparılması, asayişin, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər davam etdirilir.

  • “Diqlas”dakı sahibkarlar üçün təklif edilən güzəştli yerlər açıqlanıb

    İqtisadiyyat Nazirliyi “Diqlas” ticarət mərkəzində baş vermiş yanğında zərər çəkmiş sahibkarlar üçün beş ay icarə haqqı ödəməmək şərti ilə təklif olunan ticarət obyektlərinin siyahısını açıqlayıb.

    Həmin yerlər aşağıdakılardır:

    Dərnəgül şossesində yerləşən “Eurohome” tikinti bazarında ümumi sahəsi 50-100 kv. m arasında dəyişən 30 mağaza. Əlaqələndirici şəxs: İlyas Möhnətov (telefon: (055) 297-11-11);

    Təbriz küçəsində yerləşən “Eurohome Express” də yerləşən geyim və xırdavat satışı üçün nəzərdə tutulan ümumi sahəsi 40-60 kv. m arasında dəyişən 50 mağaza. Əlaqələndirici şəxs: Rauf Əliyev (telefon: (050) 796-55-55);

    “Sədərək” ticarət mərkəzində ümumi sahəsi 30 kv. m olan 20 mağaza və 200 kv. m olan 5 anbar. Əlaqələndirici şəxs: Fərid Mahmudov (telefon: (050) 211-81-89), Qabil Nəhmədov (telefon: 050) 213-33-68);

    AF-COM Plazada yerləşən geyim satışı üçün nəzərdə tutulan ümumi sahəsi 6000 kv.m olan qapalı sahə (20 kv.m olmaqla bölgü aparıla bilər). Əlaqələndirici şəxs: Rauf Əliyev (telefon: (055) 313 8118);

    S.Vurgun küçəsində yerləşn “AF-Center” ticarət mərkəzində tikinti materialları və geyim satışı üçün nəzərdə tutulan ümumi sahəsi 20-50 kv. m arasında dəyişən 50 mağaza. Əlaqələndirici şəxs: Şamil İsmayılov (telefon: (050) 725-06-60);

    İqtisadiyyat Nazirliyində əlaqələndirici şəxs: Əli Hacıyev (telefon: (055) 255-80-07).

  • Семьи шехидов получат новые льготы

    Члены семей шехидов получат новые льготы.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, на прошедшем 29 марта пленарном заседании Милли меджлиса Азербайджана был рассмотрен и принят законопроект о внесении изменению в закон «Об увековечении имени шехидов и льготах, предоставляемых семьям шехидов».

    Согласно изменению, члены семей шехидов, которые учатся на платной основе в государственных учреждениях профессионального образования и научных организациях, будут освобождены от платы за обучение.

  • Во дворе жителя Губинского района нашли пистолет

    Как сообщает Median.Az, сотрудники Губинского РОП на основании поступившей информации во дворе жителя села Мохудж Х.Исбатова обнаружили  пистолет марки “Револьвер”, охотничье ружье марки “ИЖ-16”, 9 патронов и один кинжал.

    По факту ведется расследование. 

  • Quba sakininin həyətində tapanca aşkar edilib

    Median.Az xəbər verir ki, Quba RPŞ-nin əməkdaşları daxil olan məlumat əsasında Möhüc kənd sakini H.İsbatovun yaşadığı evin həyətində, torpağa basdırılmış “Revolver” tipli tapança, “İJ-16” markalı tüfəng, 9 ədəd patron və 1 ədəd xəncər aşkar ediblər.

    Faktla bağlı araşdırma aparılır.