Month: March 2019

  • 3 ay ərzində 2158 piyada cəimələnib

    Bu ilin 3 ayı ərzində Nəsimi rayonu ərazisində piyadalar üçün müəyyən olunmamış ərazilərdən keçən 2158 piyada inzibati qaydada cəimələnib.

    Median.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidmətinin baş inspektoru Nicat Hadıyev deyib.

    Onun sözlərinə görə, şöbə əməkdaşları tərəfindən yanvar ayında 711, fevral ayında 787, mart ayında isə 660 piyadaya müəyyən olunmuş ərazilərdən keçmədiyi üçün inzibati protokol tərtib edilib:

    “Bakı şəhəri üzrə baş verən yol nəqliyyat hadisələrinin 69 faizi piyadaların vurulması ilə bağlıdır. Piyadaların müəyyən olunmuş ərazilərdən keçməməsi, sürücülərin diqqətsizliyi sonda ağır fəsadlarla nəticələnir. Ona görə də rayon ərazisində mütəmadi olaraq maarifləndirmə tədbirləri keçiririk, piyadaları təlimatlandırırıq, sürücüləri diqqətli olmağa çağırırıq. Məqsədimiz yollarda insanların təhlükəsizliyini təmin etmək, baş verən yol qəzalarının sayını minumuma endirməkdir. Gün ərzində yüzlərlə piyada və sürücülərlə profilaktik söhbətlər aparılır, onları yol hərəkəti qaydalarına riayət etməyə çağırırıq. Aparılan maarifləndirici söhbətlər müsbət nəticəsini verməkdədir”.

  • Birinci vitse-prezident: Azərbaycanda çox vacib islahatlara start verilib

    2019-cu il Azərbaycan üçün uğurla başlayıb. Bildiyiniz kimi, ölkəmizdə çox vacib islahatlara start verilib, həm iqtisadi sahədə, həm sosial sahədə.

    Bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 29-da Bakıda diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşdə çıxışı zamanı deyib.

    M.Əliyeva bildirib ki, bu gün atılan bütün addımlar Azərbaycanın gələcək uğurlu inkişafını təmin edəcək.

    Ölkəmizdə xarici səfirliklərin sayının artdığını bildirən Birinci vitse-prezident qeyd edib ki, bu gün Azərbaycanda 65 diplomatik nümayəndəlik, 13 beynəlxalq təşkilat və 4 baş konsulluq fəaliyyət göstərir:

    “Təmsil etdiyiniz ölkələrlə Azərbaycan qarşılıqlı maraq və hörmət əsasında əməkdaşlıq qurub və bu əlaqələr inkişaf etdirilir. Bu gün Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır”.

  • В теплице жителя Сабирабада нашли коноплю

    Как сообщает Median.Az, сотрудники Сабирабадского РОП на основании полученной оперативной информации задержали жителя села Гязли В.Мурадова, у которого в теплице в дворовом участке обнаружили 9 кустов конопли, выращенных путем культивации.

    По факту ведется расследование.

  • Sabirabad sakininin həyətində çətənə kolları aşlar edilib

    Median.Az xəbər verir ki, Sabirabad RPŞ-nin əməkdaşları daxil olan məlumat əsasında Qəzli kənd sakini V.Muradovun həyətyanı sahəsindəki istixanada kultivasiya yolu ilə yetişdirilmiş 9 ədəd çətənə kolu aşkar ediblər.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanlı deputat Yerevandakı Göy Məsciddə – FOTO/VİDEO

    Naxçıvan Ali Məclisinin deputatı Anar İbrahimov martın 28-də Ermənistanda keçirilən Avropa Birliyi-Şərq Tərəfdaşlığı formatı platformalarından biri olan Şərq Tərəfdaşlığının Regional və Yerli Hakimiyyətlər Konfransının (Conference of Regional and Local Authorities for the Eastern Partnership – CORLEAP) 14-cü Büro toplantısında iştirak üçün Yerevana gedib.

    O, Yerevanda Göy Məscidi ziyarət edib.

    “Bu gün fürsət tapıb Yerevanda Göy Məscidi ziyarət etdim. 1766-cı ildə İrəvan xanı Hüseynəli xanın tikdirdiyi Göy Məscid şəhərin türk-islam siyasi, dini və mədəni irsindən qalan yeganə yadigarımızdır. Ziyarət və ibadət etdim. Yerevanın mərkəzində yerləşən bu abidə millətimizin şanlı keçmişinin işarəsi kimi hər zaman bizi özümüzə və özgələrə xatırlatmağa davam edəcək”, – deputat bildirib.



    //oxu.az

  • Обвиняемый в ножевом преступлении арестован в зале суда

    В Бакинском суде по тяжким преступлениям завершилось рассмотрение уголовного дела в отношении жителя столицы Эвеза Рзаева (1960-го года рождения), обвиняемого по статье 126.1 (умышленное причинение тяжкого вреда здоровью) УК Азербайджана.

    Как сообщает Median.Az, 14-го октября прошлого года Ниджар Байрамов (1997-го года рождения) с колото-резанной раной был доставлен в больницу и прооперирован.
    В тот же день сотрудники Хатаинского РУП в ходе оперативно-розыскных мер задержали Эвеза Рзаева, который признался в том, что ударил Байрамова ножом на почве выяснения личных отношений.

    Суд приговорил обвиняемого к 4 годам лишения свободы, мера пресечения в отношении Рзаева была изменена и его арестовали в зале заседания.

  • Xətai rayonunda gənci bıçaqlayan şəxs məhkəmə zalında həbs edilib

    Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Əvəz Rzayevin (1960-cı il təv.) CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, ötən il oktyabrın 14-də Nicar Bayramov (1997-ci il təv.) bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb və həkimləri səyi nəticəsində həyatı xilas olunub.
    Həmin gün Xətai RPİ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində Əvəz Rzayev saxlanılıb və törətdiyi əməlini etiraf edib.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub, Rzayevin barəsində seçilmiş polisin nəzarətinə verilmə qətimkan tədbiri ləğv olunub və o, məhkəmə iclas zalında həbs edilib.

  • Polisdən daha bir nümunəvi addım – Xəstə uşağın həyatını xilas etdi

    Bakı şəhər sakini Kazım Hüseynov Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda polis əməkdaşlarına minnətdarlığını bildirir.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Baku.ws-ə məlumat verilib.

    Verilən məlumata görə, K.Hüseynov qeyd edir ki, Novruz bayramı ərəfəsində Balakən rayonunda dayısıgildə qonaq olub. Martın 24-də dayısının yeni doğulmuş körpəsinin səhhəti qəfildən pisləşib.

    Uşağı Qax rayonunda olan həkim pediatora çatdırmaq lazım gəlib. Onlar təcili Qax şəhərinə yollanıblar.

    Yolu tanımadıqlarından şəhərin girişində xidmət aparan Yol Patrul Xidməti avtomobilinə yaxınlaşıblar.

    Vəziyyəti polis əməkdaşına izah edərək körpəni təcili həkimə çatdırmaq üçün yolu soruşublar. Yol polisi əməkdaşı xidməti avtomobili ilə onları xəstəxanaya qədər müşayiət edib.
    Müəllif polisin bu cür davranışının, diqqət və qayğısının, xeyirxah və humanist əməllərinin insanlarda çox böyük fərəh hissi oyatdığını yazır.

    O, şəxsi heyətin xalqa xidmət ruhunda tərbiyə olunmasına, humanizminə görə DİN rəhbərliyinə, həssas münasibətinə görə Qax DYPB-nin əməkdaşı Anar Qurbanova təşəkkürünü bildirir.н

  • В Сумгайыте за совершение краж задержаны 4 человека

    Как сообщает Median.Az, сотрудники 3-го отделения полиции Сумгайытского ГУП в результате оперативно-розыскных мер задержали жителя города, ранее судимого А.Мамедова, который украл из сумок трех женщин в общей сложности 120 манатов, мобильный телефон, флэш-карту, документы, а также из одного автомобиля деньги и документы.

    Кроме этого, сотрудники 4-го отделения полиции Сумгайытского ГУП в ходе оперативно-розыскных мер задержали жителей города, ранее судимого Э.Мустафаев и А.Гасанова, которые 23- и 26-го марта украли из кондитерского магазина 1200 манатов, телевизор, сувенирное ружье и предметы быта, из одного офиса 60 манатов, ноутбук, фотоапарат, парфюмерию и 4 мобильных телефона.

    Сотрудники 1-го отделения полиции Сумгайытского ГУП задержали жителя города, ранее судимого В.Гусейнова, который украл из дома золотое колько и из киоска сигареты.

    По фактам возбуждены уголовные дела по статье 177 (кража) УК Азербайджана.

  • Sumqayıtda oğurluq edən 4 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri olan 3 qadının çantasından ümumilikdə 120 manat pul, mobil telefon, yaddaş kartı, sənədlər, habelə 1 avtomobildən pul və sənəd oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov saxlanılıb.

    Bundan başqa, Sumqayıt ŞPİ 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 23-də və 26-da şəhər ərazisində, şirniyyat mağazasından 1200 manat pul, televizor, suvenir tüfəng və məişət əşyaları, ofisdən 60 manat pul, noutbuk, fotoaparat, ətriyyat və 4 ədəd mobil telefon şəhər sakinləri, əvvəllər məhkum olunmuş E.Mustafayev və A.Həsənov saxlanılıblar.

    Sumqayıt ŞPİ 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki evdən qızıl üzük və bir köşkdən tütün məmulatları oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş V.Hüseynov saxlanılıb.

    Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.