Month: March 2019

  • Azərbaycan Prezidenti ilə Ermənistanın Baş nazirinin Vyanada görüşü olub – YENİLƏNİB-2

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 29-da Vyanada Ermənistan-Azərbaycan münaqişəsinin həllini müzakirə etmək üçün Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü olub.

    Median.Az xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın təkbətək görüşü keçirilib.

    Sonra görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə davam edib.

    *** 16:56

    Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vyanada keçirilən təkbətək görüş başa çatıb.

    Median.Az-ın məlumatına görə, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” səhifəsində yazıb.

    Onun sözlərinə görə, görüş Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan və ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə davam etdirilir.

    *** 14:20

    Avstriyanın paytaxtı Vyana şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.

    Median.Az-ın məlumatına görə, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” səhifəsində yazıb.

  • Daha bir marşrut xətti “Bakubus”a verildi

    Martın 31-dən 88 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti “BakuBus” MMC-nin istismarında olan iritutumlu “İveco” markalı müasir və komfortlu avtobuslarla həyata keçiriləcək.

    Bu barədə BNA-dan məlumat verilib.

    88 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində də müəyyən dəyişikliklər edilib. Belə ki, avtobusların son dayanacaq məntəqəsi “Dərnəgül” Nəqliyyatı Mübadilə Mərkəzi müəyyən edilib.

    Bununla yanaşı, küçənin ensiz olması səbəbindən 88 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar M.Qaşqay küçəsinin Ə.Qasımzadə və Akademik H.Əliyev küçələrinin kəsişməsinə qədər olan hissəsindən keçməyəcək. Alternativ olaraq avtobuslar 7-ci mikrorayon istiqamətində Ə.Qasımzadə, C.Hacıbəyli və Akademik H.Əliyev küçələri ilə hərəkət edəcəklər.

    Həmçinin, 8 nömrəli marşrutun 88 nömrəli marşrutla müəyyən küçə və prospektlərdə eyni istiqamət üzrə fəaliyyət göstərməsini nəzərə alaraq 8 nömrəli marşrutun nömrəsinin dəyişdirilərək 88A nömrəsi altında fəaliyyət göstərməsi planlaşdırılmışdır.//qaynarinfo.az

  • В Азербайджане изменилась процедура разводов

    В Азербайджане предлагается установить новое требование при решении споров, возникших в связи с семейными, имущественными, трудовыми и экономическими отношениями.

    Данный вопрос отражен в новом законопроекте “О медиации”, вынесенном на обсуждение пленарного заседания Милли Меджлиса (парламента) в пятницу, сообщает Median.Az со ссылкой на Trend.

    Согласно законопроекту, перед тем, как обратиться в суд по спорам, вытекающим из экономических отношений, а также семейных и трудовых отношений, стороны должны принимать участие в начальной сессии по медиации. Начальную сессию по медиации будут проводить медиатор или медиаторская компания по взаимному согласию сторон.

    В проекте отмечается, что ряд вопросов, вытекающих из семейных отношений – условия продолжения брака, порядок осуществления родительских прав и обязанностей, установление места проживания ребенка, порядок содержания ребенка и других нетрудноспособных членов семьи, другие споры, вытекающие из семейных отношений, могут решаться посредством медиации.

    Стороны должны представить органу, определенному соответствующим органом исполнительной власти, соглашение о примирении, затрагивающее интересы ребенка.

    После обсуждения законопроект был принят в первом чтении.

  • Bu şəxslərdən 250 manat dövlət rüsumu alınacaq

    Bu şəxslərdən 250 manat dövlət rüsumu alınacaq

    Milli Məclisin (MM) martın 29-da keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklik layihəsinə baxılıb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, dəyişikliyə əsasən, könüllü dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına görə tutulan dövlət rüsumunun dərəcələri müəyyənləşib.

    Belə ki, könüllü dövlət daktiloskopik qeydiyyatının aparılması üçün 20 manat, genom qeydiyyatının aparılması üçün 250 manat dövlət rüsumu alınacaq.

    Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.

  • Şəxsiyyət vəsiqəsi alanlar yeniliklə üzləşəcəklər

    Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanunda dəyişikliyə baxılıb.

    Median.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, dəyişikliyə əsasən, həmin qanunun 7.1.1-ci maddəsinə “ümumvətəndaş” sözündən əvvəl “şəxsiyyət vəsiqəsi, habelə” sözləri əlavə edilib. Belə ki, qanunun 7-ci (Məcburi dövlət daktiloskopik qeydiyyatı) maddəsinə edilən dəyişikliyə əsasən, şəxsiyyət vəsiqəsi alan vətəndaşlar məcburi daktiloskopik qeydiyyatdan keçiriləcək. Lakin 15 yaşı tamam olmayan vətəndaşlar şəxsiyyət vəsiqəsi alan zaman onlardan barmaq izlərinin götürülməsi nəzərdə tutulmur.

    Mövcud maddədə isə deyilir ki, aşağıdakı şəxslər məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilir:

    7.1.1. ümumvətəndaş, xidməti və ya diplomatik pasport alan Azərbaycan Respublikasının vətəndaşları (15 yaşı tamam olmamış vətəndaşlar istisna olmaqla).

    Qeyd edək ki, dövlət daktiloskopik qeydiyyatı dedikdə insan şəxsiyyətinin eyniləşdirilməsi üçün daktiloskopik məlumatların əldə olunması, uçotu, saxlanılması və istifadəsi üzrə fəaliyyət nəzərdə tutulur.

    Daktiloskopik məlumat – insanın şəxsiyyətini müəyyən etməyə imkan verən, onun əl barmaqlarındakı papilyar naxışların quruluşunun xüsusiyyətləri haqqında məlumatdır.

    Dəyişiklik səsə qoyularaq qəbul edilib.

  • Yeniyetmələrə siqaret satanlar cərimələndi

    Martın 28-də Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi və Suraxanı Rayon Polis İdarəsi əməkdaşları rayon ərazisində reydlər keçiriblər.

    Median.Az DİN-ə istinadən xəbər verir ki, reydlər nəticəsində Hövsan qəsəbəsində 3 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.

    Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokol tərtib olunub.

    Bu istiqamətdə reydlər davam etdirilir.

  • Азербайджанцы потратили на видеоигры десятки миллионов долларов

    Азербайджан занял 61-ое место в рейтинге самых крупных рынков видеоигр согласно исследованиям аналитической компании Newzoo, передает Median.Az со ссылкой на “Интерфакс”

    В 2018 году азербайджанцы потратили на видеоигры $85 млн.

    Лидирующие позиции в рейтинге занимают Китай, США и Япония.

    В 2018 году граждане КНР потратили $34,4 млрд на видеоигры, США – $31,5 млрд, Японии – $17,7 млрд. Эти три страны сильно опережают остальные государства: объем рынка ближайшего преследователя – Южной Кореи – за год составил $5,76 млрд.

    Россия заняла в рейтинге 11-ое место ($1,657 млрд), Казахстан – 44-ое ($207 млн), Украина – 46-ое ($179 млн), Беларусь – 67-ое ($69 млн).

    Топ-100 с $20 млн замкнула Грузия.

    В расчетах Newzoo учитывала траты покупателей, но исключала суммы с продаж оборудования, налоги, сделки B2B и доходы от азартных игр и ставок.

  • Bakıda dilənçinin özünü yandırmasından sonra polislər hərəkətə keçdi

    Xəbər verdiyimiz kimi, martın 28-də axşam saatlarında keçirilən əməliyyat nəticəsində dilənçiliklə məşğul olan, 1983-cü il təvəllüdlü, Bakı şəhər sakini, I qrup əlil, əvvəllər məhkum olunmuş Əhliman Məmmədov Nərimanov rayonu Dəmirçizadə küçəsində saxlanılarkən üzərində gəzdirdiyi yanacaqla özünü yandırmağa cəhd göstərib. Ə.Məmmədovun özünəqəsdinin qarşısını alan zaman iki polis əməkdaşı əl nahiyələrindən yanıq xəsarətləri alıblar.

    Median.Az xəbər verir ki, qafqazinfo-ya Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) verilən məlumata görə, paytaxt ərazisində ictimai qaydanın və təhlükəsizliyin səmərəli təşkili, cinayət və cinayətkarlıqla mübarizə çərçivəsində avaraçılıq, dilənçiliklə məşğul olan şəxslərin ictimai təhlükəli əməllərdən çəkindirilməsi məqsədilə polis orqanları tərəfindən profilaktiki tədbirlər davam etdirilir.

    Qurumdan bildirilib ki, əsasən Yevlax rayonundan olmaqla, ölkənin digər rayonlarından avaraçılıq və dilənçilik məqsədilə Bakıya gələn şəxslərin əksəriyyəti cibgirlik, soyğunçuluq əməlləri törədir və ya getdikləri mənzillərdən oğurluq edir.

    Paytaxtda polis tərəfindən xidmətin nümunəvi təşkili və aparılması, asayişin, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər davam etdirilir.

  • Damla hicaba büründü – VİDEO

    Müğənni Damla hicab geyinib.

    Median.Az news24.az-a istinadən xəbər verir ki, ifaçının hicaba bürünməsinə səbəb baş tutacaq konsertlə bağlıdır. Bu barədə ifaçının prodüseri Şamil məlumat verib:

    “Damla xanımın hicabda olan görüntüləri İran konsertinə hazırlıqları zaman çəkilib. Sözügedən kadrları İrana göndərdikdən sonra konsertin dəqiq tarixi açıqlanacaq. Qarşıda başqa ölkələrdə də konsertlərimiz planlaşdırılıb”.

  • Американский посол: Азербайджан стратегически важен для США

    Соединенные Штаты Америки считают Азербайджан стратегически важной страной и привержены принципу углубления и расширения сотрудничества по всем интересующим сферам.

    Как передает Median.Az, oб этом, как сообщает в пятницу Trend, сказал новоназначенный посол США в Азербайджане Эрл Литценбергер на встрече с членами Американской торговой палаты в Азербайджане (AmCham).

    Посол выразил благодарность палате за усилия по улучшению деловой среды в стране, способствованию усиления диалога между правительством, предпринимателями и потребителями, разработку “белого документа”, отражающего рекомендации по совершенствованию бизнес-среды в стране, а также за расширение охвата сотрудничества между США и Азербайджаном.

    Отметим, что Эрл Литценбергер был утвержден сенатом в качестве посла в Азербайджане второго января 2019 года.

    Во встрече приняли участие свыше ста членов и партнеров AmCham, а также представители дипломатического корпуса.