Month: March 2019

  • Narkotiklərin qanunsuz dövriyyəsindən 10 kq. yaxın narkotik çıxarılıb


    Median.Az
    xəbər verir ki, Suraxanı RPİ 31-ci, 32-ci və 33-cü polis bölmələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Bülbülə qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş V.Bayramovun evində 3,2 kq-dan çox marixuana və 800 qramdan artıq heroin aşkar edilib.

    Bundan başqa, Yasamal RPİ-nin əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Həsənovdan heroin, evindən isə 315 qram marixuana, Nəsimi RPİ 20-ci polis bölməsinin əməkdaşları Bakı şəhər sakini S.Əliyevdən 480 qram, Pirallahı RPŞ-nin əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş B.Cabbarovdan 490 qram marixuana,
    Sumqayıt ŞPİ 1-ci polis bölməsinin əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş R.Məmmədovdan 440 qram marixuana, Balakən RPŞ-nin əməkdaşları Tülü kənd sakini, əvvəllər məhkum olunmuş X.Bayramovun evindən 4,5 kq-dan artıq marixuana götürüblər.

    Faktlarla bağlı cinayət işləri başlanılıb.

  • Bu avtomobillər gömrük rüsumundan azad edildi

    Bu gündən Azərbaycanda sürücü də daxil olmaqla tutumu 120 nəfərdən çox olan, sıxılmış qazla hərəkətə gətirilən avtobuslar üçün yeni idxal gömrük rüsumları qüvvəyə minib.

    Median.Az report-a istinadən xəbər verir ki, Nazirlər Kabinetinin “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə qərarına əsasən, bu gündən həmçinin məxsusi olaraq hava limanlarında istifadə üçün nəzərdə tutulmuş avtobuslar idxal gömrük rüsumundan azad edilib.

    Sıxılmış qazla hərəkətə gətirilən, xüsusi olaraq tibbi məqsədlər üçün nəzərdə tutulmuş avtomobillər üçün də idxal gömrük rüsumu alınmayacaq. Sürücü daxil olmaqla 120 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş sıxılmış qazla hərəkətə gətirilən digər avtobusların isə mühərriklərinin hər bir kubsantimetri üçün 1,2 ABŞ dolları idxal gömrük rüsumu alınacaq.

  • Çoxmərtəbəli binalardakı mənzillərin qiymətlərinin azaldılması təklifinə rəsmi münasibət

    Nazirlər Kabineti mənzil-tikinti kooperativlərinin (MTK) tikdiyi, lakin yüksək qiymət qoyulduğuna görə satılmayan mənzillərin qiymətinin aşağı salınması üçün tədbirlərin görülməsi barədə təklifə münasibət bildirib.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, qurum istifadə edilib-edilməməsindən asılı olmayaraq, fiziki şəxslərin mülkiyyətində olan hər bir mənzil sahəsinin əmlak vergisinə cəlb edildiyini bildirib:

    “Hüquqi şəxslərin balansında olan bütün əsas vəsaitlərin dəyəri əmlak vergisinin vergitutma obyektini təşkil edir. Üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alındığı mənzillərin istifadəsiz olub-olmaması daşınmaz əmlakın dövlət reyestrində toplanılan məlumatlar sırasına daxil deyil. Sözügedən məsələ bazar iqtisadiyyatı prinsiplərinə uyğun qaydada, tərəflərin razılaşması əsasında həll edilə bilər”.

    Qeyd edək ki, Nazirlər Kabinetinə MTK-lar tərəfindən tikilmiş və satılmayaraq boş qalmış mənzillərin əmlak vergisinə cəlb edilməsi və digər tədbirlərin görülməsi təklif edilir. Hesab edilir ki, bu tədbirlər sayəsində həmin mənzillərin qiymətləri aşağı enər və onlar daha ucuz qiymətə satılar.

  • Сколько билетов будет выделено финалистам Лиги Европы?

    Стало известно, сколько билетов будет выделено для участников финального матча Лиги Европы 2018/19, передаёт Median.Az со ссылкой на azerisport.com.

    Они получат по 18 000 билетов на каждую сторону.

    Напомним, что финал ЛЕ состоится на Олимпийском стадионе Баку 29 мая.

  • Sabaha olan hava proqnozu açıqlandı

    Martın 9-da gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.

    Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 2-5° isti, gündüz 9-13° isti, Bakıda gecə 3-5° isti, gündüz 11-13° isti təşkil edəcək.

    Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunundan 770 mm civə sütununa enəcək.
    Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.

    Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq

    Qərb küləyi gündüz əsasən dağlıq rayonlarda arabir güclənəcək.

    Havanın temperaturu gecə 0-5° isti, gündüz 12-17° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 4-9° isti təşkil edəcək.

  • Azərbaycan ordusu genişmiqyaslı təlimlər keçirəcək

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən martın 11-dən 15-dək Müdafiə nazirinin rəhbərliyi altında genişmiqyaslı təlimlər keçiriləcək.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təlimlərə 10.000 nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq.

    Təlimlərdə qoşunlar hücum əməliyyatının hazırlanması, şərti düşmənə bir neçə istiqamətdə zərbə vurulması, onun müdafiəsinin yarılması və qruplaşmalarının darmadağın edilməsi, eləcə də düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərə raket-artilleriya zərbələrinin endirilməsi tapşırıqlarını yerinə yetirəcək.

    Eyni zamanda təlim mərkəzləri və ümumqoşun poliqonlarında müasir silah sistemləri və vasitələrinin tətbiqi ilə döyüş atışları, o cümlədən raket buraxılışları praktiki icra olunacaq

  • В Сабирабаде “BMW” врезался в стену магазина, погиб водитель

    Как сообщает Median.Az, 7-го марта примерно в 21 часов на территории села Кюркенди автомобиль марки “BMW”, управляемый жителем района М.Алиевым врезался в стену магазина.

    В результате М.Алиев и один пассажир были доставлены в Центральную районную больницу, где водитель скончался.

    В Сабирабадском РОП по факту ведется расследование.

  • Sabirabadda “BMW” mağazanın divarına çırpılıb, sürücü ölüb

    Median.Az xəbər verir ki, martın 7-i saat 21 radələrində Kürkəndi kəndi ərazisində, rayon sakini M.Əliyev idarə etdiyi “BMW” markalı avtomobili mağazanın dıvarına vurub.

    Nəticədə sürücü və bir sərnişin Mərkəzi rayon xəstəxanasına çatdırılıblar, göstərilən tibbi yardımlara baxmayaraq M.Əliyev orada ölüb.

    Sabirabad RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • В Сумгайыте “Tofaş” врезался в столб, погиб пассажир

    Как сообщает Median.Az, 7-го марта примерно в 23 часа на улице Сахиль автомобиль марки “Tofaş”, управляемый жителем города А.Нариманзаде врезался в электрический столб.

    В результате пассажир Э.Багиров скончался на месте происшествия, водитель и еще два пассажира были помещены в больницу.

    В Сумгайытском ГУП по факту ведется расследование.

  • Sumyayıtda “Tofaş” dirəyə çırpılıb, sərnişin ölüb

    Median.Az xəbər verir ki, martın 7-i saat 23 radələrində Sahil küçəsində, şəhər sakini Ə.Nərimanzadə idarə etdiyi “TOFAŞ” markalı avtomobili elektrik dirəyinə vurub.

    Nəticədə sərnişin E.Bağırov hadisə yerində ölüb, sürücü və daha 2 sərnişin Təcili tibbi yardım xəstəxanasına yerləşdiriliblər.

    Sumqayıt ŞPİ-də faktla bağlı araşdırma aparılır.