Month: March 2019

  • Задержан мужчина, разыскиваемый за похищение человека в России

    Как сообщает Median.Az, сотрудники Главного управления по борьбе с организованной преступностью (ГУБОП) МВД в результате оперативно-розыскных мер задержали гражданина РФ, находящегося в розыске по статье 126 (похищение человека) и 163 (вымогательство) УК Российской Федерации.

    Ведется расследование.

  • Rusiyada adam oğurluğuna görə axtarışda olan şəxs tutulub

    Median.Az xəbər verir ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində RF CM-nin 126-cı (adam oğurluğu) və 163-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ilə axtarışda olan Rusiya vətəndaşı F.Balayev saxlanılıb.

    Araşdırma aparılır.

  • Денежная база в Азербайджане сократилась

    Объем денежной базы в Азербайджане составляет 9 млрд 14,1 млн манатов на 28 февраля 2019 года, передаёт Median.Az со ссылкой на со ссылкой на Центральный банк.

    На 29 декабря 2018 года денежная база в Азербайджане составляла 9 млрд 545,7 млн манатов. Таким образом, денежная база за 2 месяца 2019 года сократилась на 5,6%.

    При этом в феврале денежная база выросла на 304,9 млн манатов или на 3,5%. В 2018 году рост денежной базы в Азербайджане составил 11,7%.

  • Ожидания знаменитостей на 8 Марта: автомобили и квартиры – ВИДЕО

    Сегодня 8 марта во всем мире отмечается Международный женский день. В этот особенный день каждая женщина желает получить хотя бы чуточку внимания.

    Оживление в цветочных и подарочных магазинах перед 8 марта создает праздничную атмосферу. А что же думают наши местные звезды шоу-бизнеса о 8 марта?

    Как передаёт Median.Az, oxu.az провел опрос среди знаменитостей и получил весьма занимательные и интересные ответы.

  • Məşhurların 8 Mart gözləntiləri: Ev, avtomobil istəyirəm – VİDEO

    Bu gün 8 Mart Beynəlxalq Qadınlar Günüdür. Qadınların əksəriyyəti bayramda hədiyyə almaq istəmədiklərini dilə gətirsələr də, hər xanım özünə kiçikdə olsa diqqət istəyir.

    8 Mart ərəfəsində hədiyyə və gül mağazalarında yaşanan canfəşanlıq öncədən bayram ab-havası yaradır. Bəs 8 mart barədə bizim yerli məşhurlar nə düşünür?

    Oxu.az şou-biznes əhli arasında sorğu keçirib.

    Kameramız önünə bəy məşhurlarımız bayram planlarını, xanım ulduzlarımız isə hansı hədiyyə arzusunda olduqlarını açıqlayıblar.

    Cavablar müxtəlif olduğu kimi istəklərdə bir-birini əvəzləyib. Ortalığa isə olduqca maraqlı görüntülər çıxıb.

  • Baş nazirdən ödənişli yollarla bağlı – MÜHÜM QƏRAR

    Nazirlər Kabineti “Azərbaycan Respublikasında avtomagistraldan ödənişli əsaslarla istifadənin dayandırılması və belə istifadəyə xitam verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərar verib.

    Müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

    Sənədə əsasən, yeni qayda özəl və bələdiyyə yollarına şamil olunmur.

    Aşağıdakı hallarda və müddətdə avtomagistraldan ödənişli əsaslarla istifadənin dayandırılması barədə qərarın qəbul edilməsi üçün ödənişli avtomagistralın idarə edilməsini həyata keçirən dövlət qurumu Komissiyaya müraciət edir:

    – alternativ ödənişsiz avtomobil yolundan istifadəyə mane olan hallar yarandıqda – 6 aydan artıq olmayan müddətə;

    – hərbi və ya fövqəladə vəziyyət elan edildikdə, həmçinin təbii və ya texnogen xarakterli fövqəladə hallar baş verdikdə – bu barədə qərarda qeyd olunmuş hallar başa çatanadək;

    – avtomobil yollarında yenidənqurma və ya əsaslı təmir işləri görüldükdə – yenidənqurma və təmir işləri başa çatanadək;

    – avtomobil yollarının müayinəsi zamanı müvafiq konstruksiya və mühəndis qurğularının möhkəmliyində qüsurlar aşkar edildikdə və zəruri yol işləri yerinə yetirildikdə, habelə iqlim şəraiti xeyli pisləşdikdə – müvafiq hallar aradan qalxanadək;

    – yol hərəkətinin təhlükəsizliyi, insanların həyatı və ya əmlakı üçün real təhlükə yarandıqda – həmin təhlükə aradan qalxanadək;

    – kütləvi tədbirlər keçirildikdə – həmin tədbirlər başa çatanadək.

    Fövqəladə hallar və təbii fəlakətlər, habelə qəza təhlükəsinin aradan qaldırılması ilə bağlı işlərin görülməsi zamanı avtomagistraldan istifadə ödənişli avtomagistralın idarə edilməsini həyata keçirən orqanın (qurumun) qərarı əsasında 24 saatdan artıq olmayan müddətə müvəqqəti məhdudlaşdırıla bilər.

    Bu barədə həmin müddət başa çatanadək müvafiq qərarın qəbul edilməsi üçün ödənişli avtomagistralın idarə edilməsini həyata keçirən orqan (qurum) tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verilir.

    Qərar olmadan yol hərəkətinin müvəqqəti məhdudlaşdırılmasına və ya qadağan edilməsinə yalnız fövqəladə hadisələr, həmçinin qəza təhlükəsinin aradan qaldırılması ilə bağlı işlərin görülməsi zamanı, habelə qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müvafiq qurumun razılığı əsasında yol verilir.

    Avtomagistralda nəqliyyat vasitələrinin hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qərar qəbul edildikdə, avtomobil yolunun sahibi avtomobil yolunun istifadəçilərinə nəqliyyat vasitələrinin hərəkətinin müvəqqəti məhdudlaşdırılmasının və ya qadağan edilməsinin səbəbi, yeri, vaxtı və şərtləri, habelə alternativ yoldan istifadə imkanları barədə əvvəlcədən məlumat verməyə və bu məlumatın kütləvi informasiya vasitələri ilə yayımlanmasını təmin etməyə borcludur.

    Ödənişli avtomagistralda nəqliyyat vasitələrinin hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qərarda göstərilən şərtləri və ya qadağan edilməsi müddətini pozan və ya özbaşına yol hərəkətini müvəqqəti məhdudlaşdıran təqsirli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

    Avtomagistraldan ödənişli əsaslarla istifadə ilə bağlı qərarda göstərilən istifadə müddəti bitdikdə, Komissiyanın qərarı əsasında avtomagistraldan ödənişli əsaslarla istifadəyə xitam verilir və bu barədə kütləvi informasiya vasitələrində yayımlanmaqla, avtomobil yolunun sahibi tərəfindən əhalinin məlumatlandırılması təmin edilir.

  • Qusarda yanmış köşkdə meyit tapıldı

    Qusar rayonunda yanğın olub.

    Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, ümumi sahəsi 27 m² olan dəmir konstruksiyalardan ibarət köşkün şüşə-pambıq üzlüyü yanıb.

    Yanğının kəşfiyyatı zamanı köşkün içərisində 1977-ci il təvəllüdlü Seyidov Namiq Abdulla oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

  • Bakıda tank əleyhinə mina tapılıb – FOTO

    Martın 7-də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində tank əleyhinə minanın tapılması barədə məlumat daxil olub.

    Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) xüsusi mobil çevik əməliyyat qrupu və Dəmir Yolu Nəqliyyatında polis İdarəsinin, Sabunçu Xətt polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

    Əraziyə baxış keçirilib, yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb.

    Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili əməliyyat nəticəsində 1 ədəd tank əleyhinə mina (TM-62M) aşkar olunub.

    Mina agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.




  • Президент Азербайджана принял главу Российского еврейского конгресса

    8 марта Президент Азербайджанской Республики Ильхам Алиев принял делегацию во главе с президентом Российского еврейского конгресса Юрием Каннером.

    Об этом говорится в сообщении АЗЕРТАДЖ.

  • Azərbaycan prezidenti Rusiya Yəhudi Konqresinin rəhbərini qəbul etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 8-də Rusiya Yəhudi Konqresinin prezidenti Yuri Kannerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    AZƏRTAC xəbər verir ki, Rusiya Yəhudi Konqresinin prezidenti Yuri Kanner səfər çərçivəsində Quba şəhərinə getdiklərini, Azərbaycanın regionlarında inkişaf proseslərinin şahidi olduqlarını, ölkəmizdə bütün xalqların nümayəndələrinin, o cümlədən yəhudilərin firavan yaşamaları üçün hər cür şəraitin yaradıldığını vurğulayıb və bunu yüksək qiymətləndirib.

    Azərbaycanda ayrı-ayrı xalqların və dini icmaların əsrlər boyu bir ailə kimi yaşadıqlarını deyən Prezident İlham Əliyev ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, o cümlədən yəhudilərin əmin-amanlıq içərisində yaşamaları üçün lazımi şəraitin mövcud olduğunu bildirib. Dövlət başçısı Azərbaycanda sivilizasiyalar və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi ilə bağlı mühüm beynəlxalq tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd edib.