Prezident İlham Əliyevin martın 7-də Şamaxıya yenidən səfəri, fevralın 5-6-da baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar təbii fəlakətdən dərhal sonra rayona gələrək sakinlərlə görüşü, verdiyi konkret tapşırıqların icrası vəziyyəti ilə yerindəcə tanış olması geniş ictimaiyyət tərəfindən minnətdarlıqla qarşılanıb.
Hər kəs bunu dövlətimizin başçısının öz vətəndaşlarına diqqət və qayğısının parlaq nümunəsi kimi dəyərləndirir. Şamaxının Salman Mümtaz küçəsindəki 33 nömrəli evin 92 yaşlı sakini Saray nənə Prezident İlham Əliyevin martın 7-də rayona yenidən gəlişindən, onunla təzədən görüşündən, 8 mart ərəfəsində yeni ev hədiyyə etməsindən ürəkdolusu danışıb.
Median.Az AZƏRTAC-a istinadən bildirir ki, öz sevincini bölüşən Saray nənə deyib: “Prezidentin xanımı ilə birlikdə bizim təzə evə gəlməsi həyatımın ən xoşbəxt, sevincli anıdır. Onun tapşırığı ilə bu gözəl ev bir ayın içində tikildi. Mən bunu sevimli Prezidentimizin Qadınlar bayramı hədiyyəsi kimi qəbul etdim”.
Saray nənə bir ay əvvəl baş verən zəlzələnin törətdiyi kədərli saatları xatırlayaraq bildirdi ki, təbii fəlakət onların da evini uçurmuşdu. Soyuq qış ayında ailələri çıxılmaz, çətin anlar keçirdiyi bir vaxtda, zəlzələdən dərhal sonra Prezident Şamaxıya gəlib, Saray nənə ilə də görüşüb, narahat olmamalarını, tezliklə lazımi tədbirlər görüləcəyini bildirib. Dövlətimizin başçısına minnətdarlığını çatdıran Saray nənə tez-tez təkrar edirdi: “Allah Prezidentimizi başımızın üstündən əskik etməsin. Allah ona uzun ömür, cansağlığı versin”.
Şəmkir rayonunun Sabirkənd kəndinin sakinləri ötən ilin noyabr ayında əkdikləri kartofun yığımına başlayıblar.
Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki,bir sota 1 ton məhsul verən bu bitki istixana şəraitində yetişdirilir.
Kəndlilər bu məhsulu yerli toxumlardan istifadə etməklə yalnız xarici bazar üçün becərirlər. Satış qiymətləri isə fermerləri qane edir. Təsərrüfat sahibləri bir kiloqram kartofu yerində 3 manata satırlar.
Bu kartofların becərilməsində kimyəvi preparatlardan istifadə edilmir. İstixanada uyğun temperatur yaradılaraq damcı üsulu ilə suvarma həyata keçirilir. Növbəti ilin noyabrınadək kartofun yerində pamidor və xiyar əkilir.
Təsərrüfat sahibləri gələcəkdə istixananların ərazisini genişləndirmək niyyətindədir.
Əməkdar artist Zöhrə Abdullayevanın oğlu dünyasını dəyişdikdən sonra ilk dəfə görüntüsü yayılıb.
Median.Az axşam.az-a istinadən məlumatına görə, müğənninin fotosunu stilist Samiraldo paylaşıb. O, 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə Abdullayevanı təbrik etməyə getdiyini bildirib.
İfaçının tanınmaz halda olması diqqətdən qaçmayıb. Onun saçları ağarıb, arıqlayıb.
Qeyd edək ki, Z.Abdullayevanın oğlu beyin xərçəngindən əziyyət çəkirdi. O, 46 yaşında ötən il dünyasını dəyişib. Həmin gündən efirlərə çıxmayan müğənni artıq oxumayacağını bildirib.
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 30 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 31 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.
Как сообщает Median.Az, сотрудники Управления Криминалистических расследований МВД и 24-го отделения полиции Низаминского РУП в результате проведенных оперативно-следственных мер задержали жителя столицы, ранее судимого Э.Шукюрова, у которого при обыске изъяли наркотическое средство – героин и нож.
Выяснилось, что он 25-го января в поселке 8-й километр украл из квартиры золотые украшения на сумму 40.000 манатов.
В Следственном отделе Низаминского РУП возбуждено уголовное дело, ведется следствие.
Median.Az xəbər verir ki, Nizami RPİ 24-cü polis şöbəsinə yanvarın 25-də rayon ərazisindəki mənzillərin birindən 40.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı barədə müraciət daxil olub.
DİN Kriminalistik Tədqiqatlar İdarəsi və 24-cü polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Şükürov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə – heroin və bıçaq aşkar edilib.
Nizami RPİ İstintaq şöbəsində faktla bağlı cinayət işi başlanılıb.
Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu – gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər.
Median.Az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Unikal.org-a deyib ki, hələlik axtarışlar bir nəticə verməyib: “Əlavə nəsə deyə bilmərəm. Dünən verdiyimiz açıqlama kimi, hazırda hərbi qulluqçuların tapılması üçün ixtisaslı xilasedicilərin iştirakı və xüsusi texnikanın cəlb edilməsi ilə axtarış-xilasetmə əməliyyatı həyata keçirilir”.
Среди лиц, захваченных в плен или взятых в заложники армянами в результате нагорно-карабахского конфликта, начавшегося с территориальных претензий Армении к Азербайджану и провокаций на этнической почве, есть также граждане Азербайджана различной национальности, в том числе русские и татары.
Как передаёт Median.Az со ссылкой на Report, одна из них – жительница агдамского села Мурадбейли, русская по национальности Аббасова Нина Георгиевна 1937 г.р.
23 июля 1993 года при оккупации Агдамского района армяне взяли Н.Аббасову и ее супруга Аббасова Али Расул оглу в заложники. Они держали ее в заложниках целый год, и освободили только 25 июля 1994 года.
После освобождения, Н.Аббасова некоторое время прожила в Сумгайыте. Однако, она не смогла здесь жить и решила вернуться на карабахскую землю. На данный момент Н.Аббасовой 82 года. Она живет в агдамском селе Афатли.
По словам Н.Аббасовой, она познакомилась с будущим мужем в российском городе Кемерово в 1955 году: “Али был очень привлекательным молодым человеком. Он работал в Кемерово. Мы поженились в 1957 году. У Али не было братьев. У него были три сестры, и нам пришлось вернуться к ним в Азербайджан и обосноваться в селе Мурадбейли.
Несмотря на то, что я была другой национальности, ко мне относились очень хорошо. Свекровь и золовки приняли меня как родную. У нас родилось четверо детей. Естественно, до начала карабахской войны все было нормально. Однако, война изменила все. Мой супруг хотел отправить меня с детьми в Гузанлы, а сам решил остаться в Малыбейли. Но я сказала ему, что мы будем вместе и отказалась уезжать. 23 июля армяне вторглись в село и взяли нас в заложники”.
Впервые за истекшие 26 лет Н.Аббасова рассказывает о случившемся, не скрывая слез: “Нас увезли в лагерь для попавших в плен. Люди были истощены, голодны, они кричали. На наших глазах насиловали малолетних девочек, женщин и даже пожилых. Мужчин унижали. Меня держали в заложниках 14 месяцев, но затем обменяли на армян. Что касается Али, его увезли в Шушу, а оттуда в Ханкенди. Спустя два года его также освободили. Армяне постоянно избивали Али, тушили о тело сигаретные окурки. Из-за пережитого морального и физического давления, спустя некоторое время после освобождения супруг скончался”.
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlayan Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni quldurlarının əsir və girov götürdüyü insanlar arasında milliyyətçə rus, tatar olan Azərbaycan vətəndaşları da var.
Onlardan biri də Ağdam rayonunun Muradbəyli kənd sakini, milliyyətcə rus olan, 1937-ci il təvəllüdlü Abbasova Nina Georgiyevnadır.
Ermənilər 1993-cü il iyulun 23-də – Ağdam rayonunun işğalı zamanı N.Abbasovanı həyat yoldaşı Abbasov Əli Rəsul oğlu ilə birlikdə girov götürüblər. Erməni quldurları Nina Abbasovanı bir il girov saxlayıblar və 1994-cü ilin iyulun 25-də azad olunub.
N.Abbasova girovluqdan azad olunandan sonra bir müddət Sumqayıtda məskunlaşıb, lakin bu şəhərdə yaşaya bilməyib və yenidən Qarabağ torpağına qayıdıb. Hazırda N.Abbasovanın 82 yaşı var və Ağdam rayonunun Əfətli kəndində yaşayır.
N.Abbasova deyir ki, həyat yoldaşı ilə 1955-ci ildə Rusiyanin Kemirov şəhərində tanış olub: “Əli cavan, boylu-buxunlu, yaraşıqlı oğlan idi və Kemirovda işləyirdi. Biz 1957-ci ildə ailə həyatı qurduq. Lakin Əli üç bacının bir qardaşı olduğundan Azərbaycana qayıtmalı olduq və Muradbəylidə yaşadıq. Rus olmağıma baxmayaraq, mənə çox yaxşı münasibət var idi.
Qayınanam, baldızlarım mənə tamamilə doğma münasibət bəsləyirdilər. Bizim 4 övladımız oldu. Təbii ki, Qarabağ müharibəsi başlayanadək hər şey yolunda gedirdi. Ancaq münaqişə hər şeyi dəyişdirdi. Yoldaşım məni və uşaqları Quzanlıya göndərib özü isə Muradbəylidə qalmaq istəyirdi. Ancaq mən ona “ölsək, bir yerdə öləcəyik, qalsaq da, bir yerdə qalacağıq” dedim. İyunun 23-də ermənilər kəndə girdilər və bizi də əsir götürdülər”.
O, 26 ildən sonra ilk dəfə başına gələnləri ağlayaraq danışır: “Bizi əsir düşərgəsinə bir yerdə apardılar. İnsanlar halsız, ac-susuz qışqırırdılar. Azyaşlı qızları, gəlinləri, hətta yaşlı qadınları gözümüzün önündə zorlayırdılar. Kişilərə qarşı təhqiredici hərəkətlər edirdilər. Mən 14 ay əsirlikdə qaldım, ancaq sonradan erməni əsirlərlə dəyişdilər. Əlini isə Şuşaya, oradan da Xankəndinə aparmışdılar. İki ildən sona həyat yoldaşım da əsirlikdən azad olundu. Onu erməni girovluğunda mütəmadi olaraq döymüş, bədənini siqaret kötükləri ilə yandırmışdılar. Nəticədə aldığı mənəvi və fiziki işgəncələr səbəbindən əsirlikdən azad ediləndən bir müddət sonra dünyasını dəyişdi”.
“Report”un Qarabağ mərkəzinin hazırladığı videoreportajı təqdim edirik: