Month: March 2019

  • Армянский солдат подорвался на мине в Сирии

    В Сирии 7 марта один из армянских саперов подорвался на мине.

    Как передаёт Median.Az со ссылкой на агентство Новости Армения, в результате взрыва он получил ранение правой стопы.

    Отмечается, что причиной инцидента стала мина-ловушка в пластиковом корпусе. Раненого сапера прооперировали.

  • Yol polisindən qadınlara sürpriz – FOTO – VIDEO

    Hazırda Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ölkə ərazisində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbirlər keçirilir.

    Xanım sürücülər ilə maarifləndirici söhbətlər aparılır və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən hədiyyələr təqdim olunur. Bu cür tədbirləri alqışlayan xanım sürücülər yol polisinə göstərdiyi diqqətə görə təşəkkür edirlər və onlarda xoş təəssürat oyadır. Tədbirlər gün ərzində davam etdiriləcək.











  • Azərbaycanda 42 yaşlı kişi diri-diri yandı

    Qusar rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə rayon ərazisində qeyd alınıb. Belə ki, ümumi sahəsi 27 m² olan dəmir konstruksiyalardan ibarət köşkün şüşə-pambıq üzlüyü yanıb.

    Yanğının kəşfiyyatı zamanı köşkün içərisində 1977-ci il təvəllüdlü Seyidov Namiq Abdulla oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

  • Bakıda qadın sürücülərə hədiyyələr verildi – FOTO

    Bakı Nəqliyyat Agentliyi (BNA) və Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (DYP) 8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədər ənənəvi aksiya keçirib.

    8 Mart münasibəti ilə keçirilən aksiya zamanı şəhərin müxtəlif yerlərində qadın sürücülər saxlanılıb və il ərzində inzibati xətası qeydə alınmayan, saxlanılmayan, barəsində inzibati tənbeh seçilməyən qadın sürücülər müəyyən edilib

    Onlar BNA və DYP əməkdaşları tərəfindən “Nümunəvi qadın sürücü” elan edilərək gül buketi, müxtəlif hədiyyə və kuponlarla mükafatlandırılıb.







  • Novruzun ucuz bazarları bu ünvanlarda fəaliyyət göstərir – SİYAHI

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə paytaxtın 14 ünvanında, ölkənin bütün şəhər və rayon mərkəzlərində martın 2-dən etibarən hər həftənin şənbə və bazar günləri Novruz yarmarkaları fəaliyyətə başlayıb. Martın 16-dan 21-dək isə Novruz yarmarkaları hər gün alıcılara xidmət göstərəcək.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, yarmarkalarda respublikamızın müxtəlif bölgələrindən fermerlər, ailə təsərrüfatları əhaliyə geniş çeşiddə kənd təsərrüfatı məhsullarını bazar qiymətlərindən 30-40 faiz ucuz təklif edirlər. Yarmarkalarda məhsulların keyfiyyətinə və qiymətlərinə müvafiq qurumlar tərəfindən nəzarət olunur.

    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə Bakı Şəhər İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyinin birgə keçirdikləri kənd təsərrüfatı məhsullarının satış yarmarkaları əhalinin tələbatı nəzərə alınaraq paytaxt Bakıda 14 ünvanda – Yasamal rayonunda H.Cavid prospektində, AMEA-nın binasının qarşısındakı parkda, Nərimanov rayonunda F.X.Xoyski prospektindəki Qələbə meydanında (metronun Gənclik stansiyasının çıxışı), Nizami rayonunda iki yerdə – Qara Qarayev prospekti 55/57 ünvanının qarşısındakı “Orbita” ticarət mərkəzinin avtomobil dayanacağında və C.Naxçıvanski küçəsi 74-də 8-ci kilometr yarmarkasında,

    Səbail rayonunda iki yerdə – Seyran Məmmədov küçəsi 6 ünvanında və Nizami küçəsi 154-də “Landmark” mehmanxanasının yanında, Binəqədi rayonunda 7-ci mikrorayondakı Kunanbayev küçəsində, Xətai rayonunda Məzahir Rüstəmov küçəsinin Sarayevo və S.Ə.Şirvani küçələri ilə kəsişməsində, Qaradağ rayonunun Lökbatan qəsəbəsində, 28 May küçəsindəki Olimpiya İdman bazasının qarşısında, Nəsimi rayonu, 3-cü mikrorayon Seyid Cəfər Pişəvəri küçəsi 2 a ünvanında,

    Pirallahı rayonunda Pirallahı qəsəbəsindəki K.Rzayev küçəsi 14-də qeyri-yaşayış obyektində, Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin M.Fətəliyev küçəsi 72 ünvanında, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinin Yeni Günəşli “V” yaşayış sahəsindəki “Günəş” ticarət mərkəzində və Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki S.Yesenin küçəsi, döngə 2 ünvanında, həmçinin Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində və respublikanın digər şəhər və rayon mərkəzlərində təşkil olunub.

    Bakı şəhərində təşkil edilən 14 yarmarkada satışa respublikanın 42 rayonundan 53 adda məhsul çıxarılır.

    Dövlətimizin başçısının tapşırığına əsasən təşkil edilən bu yarmarkalardan məqsəd fermerlərin, sahibkarların öz məhsullarını əlverişli şəraitdə sata bilmələri, əhalinin isə ucuz qiymətə bu məhsulları almasıdır. Belə tədbirlər əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında, süni qiymət artımının qarşısının alınmasında və istehlakçıların seçim imkanlarının artırılmasında mühüm rol oynayır.

    Yarmarkalarda satıcı və alıcıların rahatlığının təmin olunması üçün əlverişli ticarət mühiti yaradılıb. Fermerlər, sahibkarlar və kənd təsərrüfatı məhsulları istehsalçıları məhsullarını satmaq üçün yarmarkalara həvəslə gətirir və alıcılara bazar qiymətlərindən xeyli ucuz təklif edirlər. Buna görədir ki, Novruz yarmarkalarında alıcı fəallığı yüksəkdir.

    Təşkilatçılar vətəndaşları yarmarkalara dəvət edirlər.

  • Mətanət rəqsi ilə hər kəsi təəccübləndirdi – VİDEO

    Müğənni Mətanət Əsədova qonaq olduğu “5-də 5” verilişində rəqsi ilə diqqət çəkib.

    İfaçı əvvəlcə tamaşaçıların, daha sonra qonaqların qarşısında rəqs edib.

    Xalq artisti Könül Xasıyevaya yaxınlaşan Mətanət Əsədova onun qarşısında daha böyük şövqlə oynayıb.

    //Baku.ws

  • В Новханы “Mercedes” сбил насмерть пешехода

    Как сообщает Median.Az, 8-го марта примерно в 01 часов ночи в поселке Новханы автомобиль марки “Mercedes”, управляемый жителем г.Сумгайыт С.Мамедовым сбил насмерть жителя поселка М.Муталлимзаде.

    В Апшеронском РУП по факту ведется расследование.

  • Novxanıda “Mercedes” piyadanı vurub, öldürüb

    Median.Az xəbər verir ki, martın 8-i gecə saat 1 radələrində Novxanı qəsəbəsində Sumqayıt şəhər sakini S.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə qəsəbə sakini M.Mütəllimzadəni vurub.

    Nəticədə piyada hadisə yerində ölüb.

    Abşeron RPİ-də faktla bağlı araşdırma aparılır.

  • В одной из школ Баку учитель зверски избил учащегося – ВИДЕО

    В одной из школ, расположенных на территории Бинагадинского района Баку, произошел неприятный инцидент.

    Как передаёт Median.Az, об этом Baku.ws сообщили жители города. Отмечается, что в школе №30 учитель по военной подготовке по имени Мехман зверски избил учащегося 11 класса.

    Как видно на видео, учитель наносит удары руками по лицу, голове и туловищу школьника, а также оскорбляет его. Один из школьников снял избиение одноклассника на камеру и отправил в редакцию Baku.ws.

    В связи с вопросом корреспондент Baku.ws связался с заведующим отделом по связям с общественностью Управления образования по городу Баку Башаретом Мамедовым, который пояснил, что по данному факту будет проведено расследование.

  • Bakıda orta məktəbdə hadisə – Müəllim şagirdi vəhşicəsinə döydü (VİDEO)

    Bakının Binəqədi rayonunda orta məktəbdə şok hadisə baş verib.

    Bu barədə şəhər sakinləri Baku.ws-ə şikayət ediblər. Bildirilir ki, 30 saylı orta məktəbin Mehman adlı hərbi hazırlıq müəllimi şagirdlərlə vəhşicəsinə hərəkətlər edir.

    Müəllim şagirdləri döyür və təhqir edir. Məktəbin 11-ci sinif şagirdlərindən biri müəllimin hərəkətlərini çəkib və görüntüləri Baku.ws-ə göndəriblər.

    Videodan da göründüyü kimi müəllim uşağın ağzına, başına və bədəninin müxtəlif hissələrinə zərbələr endirir.

    Məsələ ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov Baku.ws-ə bildirdi ki, şikayətlə bağlı araşdırma aparılacaq.