Month: March 2019

  • Gəncədə 10 kiloqramdan çox narkotik ələ keçirildi – FOTO

    Gəncə şəhər sakinindən külli miqdarda narkotik vasitə götürülüb.

    Bu barədə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

    Gəncə Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

    Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 1982-ci il təvəllüdlü Vüqar Həsənovsaxlanılaraq idarəyə gətirilib və onun üzərinə baxış keçirilən zaman əlində olan sintetik torbanın içərisindən ümumi çəkisi 10 kiloqram 750 qram narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.


  • Qida Təhlükəsizliyi Agentliyindən XƏBƏRDARLIQ

    Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən nəzarət və yoxlama tədbirləri zamanı idxal olunan yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatlarının bəzi sahibkarlıq subyektləri tərəfindən saxtalaşdırılması halları aşkar olunub.

    Bu barədə AQTA-dan məlumat verilib.

    Agentlk bəyan edir ki, bu kimi qanunazidd əməllər yolverilməzdir və həmin fəaliyyətlərlə məşğul olan şəxslər üçün qanunvericilikdə müvafiq qaydada cinayət məsuliyyəti nəzərdə tutulub.

    AQTA bir daha bu kimi qanunsuz fəaliyyətlə məşğul olan şəxslərdən öz əməllərindən çəkinməyi tələb edir və bildirir ki, aparılan nəzarət tədbirləri çərçivəsində aşkar olunmuş faktlarla bağlı qanunvericilik çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcək.//Baku.ws

  • Объявлена команда недели в Премьер-лиге Азербайджана

    Определилась символическая команда XIX тура Премьер-лиги Азербайджана по футболу.

    Как сообщается на официальном сайте Профессиональной футбольной лиги, согласно анализу компании InStat, в списке 4 футболиста из «Карабаха», три – из «Кешля» и «Нефтчи», один – из «Сумгайыта».

    Звания «Лучший игрок» удостоен полузащитник «Нефтчи» Эмин Махмудов.

    Вратарь: Мехди Джаннатов («Сумгайыт»)

    Защитники: Славик Алхасов («Кешля»), Эдвинас Гирдвайнис («Кешля»), Тарлан Гулиев («Кешля»), Максим Медведев («Карабах») – 2

    Полузащитники: Багали Дабо («Нефтчи») – 4, Филип Озобич («Карабах») – 7, Эмин Махмудов («Нефтчи») – 4, Дани Кинтана («Карабах») – 5

    Нападающие: Джанлука Сансоне («Нефтчи») – 3, Араз Абдуллаев («Карабах») – 2

    Отметим, что цифра рядом с именем футболиста показывает количество попадания в символическую команду.

  • Premyer Liqamızda 19-cu turun rəmzi komandası açıqlandı

    Topaz Premyer Liqasının 19-cu turunun rəmzi komandası açıqlanıb.

    Median.Az xəbər verir ki, PFL “InStat” şirkətinin təhlilinə əsasən 11-liyi müəyyənləşdirib:

    Qapıçı: Mehdi Cənnətov (“Sumqayıt”)

    Müdafiəçilər: Slavik Alxasov (“Keşlə”), Edvinas Girdvainis (“Keşlə”), Tərlan Quliyev (“Keşlə”), Maksim Medvedev (“Qarabağ”)-2

    Yarımmüdafiəçilər: Baqali Dabo (“Neftçi”)-4, Filip Ozobiç (“Qarabağ”)-7, Emin Mahmudov (“Neftçi”)-4, Dani Kintana (“Qarabağ”)-5

    Hücumçular: Canluka Sansone (“Neftçi”)-3, Araz Abdullayev (“Qarabağ”)-2

    Qeyd edək futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.

  • Zakir Həsənov Anji Kaspşik ilə görüşüb

    Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə qoşunların təmas xəttindəki hazırkı vəziyyət, keçirilən monitorinqlərin nəticələri və münaqişənin həllinə dair fikir mübadiləsi aparılıb.

  • 42 nəfər dəm qazından zəhərlənib – 6-sı uşaqdır

    Azərbaycanda yanvar ayından indiyədək 42 nəfər dəm qazından zəhərlənmə şikayəti ilə Kliniki Tibbi Mərkəzə müraciət edib.

    Median.Az-ın məlumatına görə, bunu Trend-ə mərkəzin Toksikologiya Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

    Onun sözlərinə görə, müraciət edənlərin 14-ü xəstəxanaya yerləşdirilib.

    A.Maqsudov əlavə edib ki, müraciət edənlər arasında uşaqlar da olub: “Ümumilikdə dəm qazından zəhərlənmə ilə bağlı müraciət edənlərin 6-sı uşaq olub ki, onların 3-ü xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlər arasında ölüm halı baş verməyib”.

    Şöbə müdiri qeyd edib ki, bu il qış mülayim keçdiyindən dəm qazından zəhərlənmə ilə bağlı edilən müraciətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə az olub.

  • “Bakıda işə başlamağı səbrsizliklə gözləyirəm” – ABŞ səfiri – FOTO

    Mən səbirsizliklə öz missiyamın icrasına başlamağı gözləyirəm.

    Median.Az Trend-ə istinadən bildirir ki, bunu Bakıda jurnalistlərə ABŞ-ın Azərbaycandakı yeni səfiri Erl Litsenberger deyib.

    Səfir bildirib: “Mən və mənim həyat yoldaşım Bakıya gəlməyə şadıq. Mən səbirsizliklə ABŞ səfiri kimi öz missiyamın icrasına başlamağı, insanlarla, mədəniyyətlə və rəsmilərlə tanış olmağı, həmçinin ölkələrimiz və xalqlarımız arasında münasibətlərin dərinləşməsi və möhkəmlənməsi üzərində işi gözləyirəm”.

  • Azərbaycanda ən bahalı kartof bu kənddə satılır – kiloqramı 3 manatdır

    Şəmkir rayonunun Sabirkənd kəndinin sakinləri ötən ilin noyabr ayında əkdikləri kartofun yığımına başlayıblar.

    Median.Az xezerxeber.az-a istinadən bildirir ki, bir sota 1 ton məhsul verən bu bitki istixana şəraitində yetişdirilir.

    Kəndlilər bu məhsulu yerli toxumlardan istifadə etməklə yalnız xarici bazar üçün becərirlər. Satış qiymətləri isə fermerləri qane edir. Təsərrüfat sahibləri bir kiloqram kartofu yerində 3 manata satırlar.

    Bu kartofların becərilməsində kimyəvi preparatlardan istifadə edilmir. İstixanada uyğun temperatur yaradılaraq damcı üsulu ilə suvarma həyata keçirilir. Növbəti ilin noyabrınadək kartofun yerində pamidor və xiyar əkilir.

    Təsərrüfat sahibləri gələcəkdə istixananların ərazisini genişləndirmək niyyətindədir.

  • Gül mağazalarının qarşısında izdiham yaşanıb – QİYMƏTLƏR

    8 Mart Beynəlxalq Qadınlar Gününə bir gün qaldığından gül mağazalarında sözün əsl mənasında izdiham yaşanıb. Bəzi insanlar uzun müddət növbə gözləyiblər.

    Median.Az xezerxeber.az-a istinadən bildirir ki, güllərin qiymətləri isə sayına görə dəyişir.
    Məsələn, 1 ədəd qızılgülün qiyməti 5 manatdan başlayır.

    Gül buketlərinin qiymətləri isə 30, səbətlərin isə 40-50 manatdan başlayır.

    Bu arada, 8 Mart münasibəti ilə paytaxtdakı restoranlar da hazırlıqlara başlayıblar. Bəzi restoranlar müştərilər üçün standart menyular müəyyən edib. Həmin menyulara yemək, içmək və şou-proqram daxildir.

    Sabah üçün xüsusi proqram təşkil edən restoranlarda yerlərin azı 80 faizi dolub.

  • Bakıda avtobus sürücüləri yarışa çıxdılar

    Məhəməmdi kəndindən “Koroğlu” metrostansiyasına doğru hərəkət edən 217 saylı avtobus…

    Median.Az xezerxeber.az-a istinadən bildirir ki, sərnişinin iddiasına görə, bu avtobusla Savalan qəsəbəsindən “Koroğlu” metrostansiyasına gedən 139 nömrəli avtobuslar sürət həddini aşaraq dayanacağa ilk çatmaq üçün bir- biri ilə yarışıblar.

    Məsələ ilə bağlı 139 nömrəli avtobusun kadrlarda görünən sürücüsü sərnişinin iddiasını təkzib edib.

    Sözügedən xəttin nəzarətçisi Seyfulla Hüseynov bildirib ki, təqdim edilən görüntülərdə sürücülərin sürət həddini aşmalarını dəqiq demək olmur.

    217 saylı xəttin sahibi müsahibə verməsə də, şifahi olaraq bildirib ki, xətt üzrə bütün avtobuslarda GPS sistemi quraşdırlıb. Əgər hansısa sürücü sürət həddini aşaraq başqa bir avtobusla ötüşərsə, bu zaman mərkəzi bazaya bu haqda məlumat daxil olur və sürücü haqqında ölçü götürülür. ”Son dövrlər sürət həddinin aşılması ilə bağlı bazaya məlumat daxil olmayıb” – deyə xəttin sahibi qeyd edib.

    Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mayis Ağayev isə bildirib ki, bu məsələ araşdırılacaq və öz təsdiqini taparsa o zaman daşıyıcılara xəbərdarlıq ediləcək.