Month: March 2019

  • SON DƏQİQƏ: İçkili sürücü və iki qız “Niva” ilə ABU Petrola girdi – VİDEO/FOTO (YENİLƏNİB)

    Bu gün axşam saat 21:00 radələrində Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az-ın məlumatına görə, Koroğlu Rəhimov küçəsində yüksək sürətlə hərəkət edən “Niva” markalı avtomobil idarəetməni itirərək ABU Petrol Yanacaq Doldurma Məntəqəsinə (YDM) çırpılıb.

    Nəticədə YDM və avtomobilə ciddi ziyan dəyib. Xəsarət alanlar barədə həlilik məlumat yoxdur.

    Şahidlərin BAKU.WS-ə verdiyi məlumata görə, avtomobildə sürücüdən əlavə iki qız olub. Sürücünün sərxoş olduğu bildirilir.

  • Vətəndaşların CV-lərini zibilliyə atıblar

    İş üçün müraciət edən vətəndaşların sivilərini zibilliyə atıblar.

    Median.Az xezerxeber.az-a istinadən bildirir ki, həmin sivilərdə vətəndaşların ad və soyadları qeyd olunub, fotoşəkilləri yapışdırlıb. Bununla yanaşı, onlara məxsus şəxsiyyət vəsiqələrinin sürətləri də zibilliyə atılıb.

    Görüntülərin konkret harda qeydə alınması məlum deyil.

    Narahatedici məqam ondan ibarətdir ki, naməlum şirkət tərəfindən atılan bu sivilərdə vətəndaşlara aid olan bütün məlumatları istənilən şəxs həm rahatlıqla oxuya, həm də öz məqsədləri üçün istifadə edə bilər. Belə vəziyyətdə sual yaranır: Şirkətlər onlara iş üçün müraciət edən vətəndaşların sivilərini istədikləri yerə ata bilərlərmi?

    Hüquqşunas Samir İsayev deyir ki, vətəndaşların şirkətlərə verdiyi sividə onların şəxsi məlumatları əks olunduğundan həmin təşkilatların onu qorumaq öhdəliyi var. Həmin məlumatların məhv edilmədən hansısa bir əraziyə atılması isə qanun pozuntusudur.

    Belə vəziyyətdə qanunun tələbini pozan şirkət rəhbəri və fiziki şəxslər müəyyən miqdarda cərimə olunmaqla yanaşı, həbs edilmək təhlükəsi də var.

  • Bərdədən Zərdaba dərsə gedən şagird – Əlinin məktəb yolu Kür çayından keçir

    Bərdədə müvəqqəti məskunlaşan Laçın rayonundan olan məcburi köçkün Əli Hümbətov yaşadığı ərazidən təxminən 5 km. aralıda yerləşən Zərdab rayonunun Xasa kənd ümumi orta məktəbində oxuyur.

    Median.Az xezerxeber.az-a istinadən bildirir ki, 5-ci sinif şagirdi olan Əli təhsilini davam etdirmək üçün bütün əziyyətlərə qatlanır. O, hər səhər velosipedlə Kür çayının kənarına gəlir, qayıqla qarşı tərəfə keçərək dərsə yollanır.

    Onun dərslərə olan marağı sinif yoldaşlarını da həvəsləndirir.

    Küləkli havalarda Əli çayı keçib dərsə gedə bilməyəndə müəllimləri ona əlavə məşgələlər təyin edir. Bununla da o, dərs proqramından geri qalmır.

    Əlinin uğurlarında oxuduğu məktəbin rəhbərliyinin də payı var. Hər gün Kür çayını keçdiyi qayığı məhz Xasa kənd orta məktəbinin rəhbərliyi onun üçün düzəltdirib. Qayığı sürməyi bacaran qadın isə hər gün şagirdə kömək edir, çayın o tərəfindən bu tərəfinə keçirir.

  • Елизавета II опубликовала первый пост в Instagram

    Королева Великобритании Елизавета II впервые сделала пост в социальной сети Instagram, который опубликован в аккаунте королевской семьи theroyalfamily.

    Как сообщает АЗЕРТАДЖ со ссылкой на The Telegraph, это архивная фотография письма, которое в 1843 году изобретатель первой аналитической машины Чарльз Бэббидж написал ее прапрадеду принцу Альберту, передает Median.Az.

    Публикация сделана во время посещения королевой Музея науки в Лондоне. “В письме Бэббидж рассказывает королеве Виктории и принцу Альберту об изобретении “Аналитической машины”, первые программы для которой были созданы Адой Лавлейс, дочерью лорда Байрона”, – сказано в пояснении к посту, подписанному Елизаветой II.

    Аккаунт theroyalfamily создан в 2013 году, сейчас он насчитывает более 4,6 млн подписчиков.

    В рамках предыдущего визита в музей в 2014 году королева сделала первую публикацию в Twitter. В 1997 году она запустила сайт британской монархии, а в 1976 – отправила первое письмо по электронной почте.

  • Bugünkü Doha-Bakı-Doha aviareysi ləğv olunub

    Martın 7-də həyata keçirilməli olan Doha-Bakı-Doha aviareysi ləğv edilib.

    Median.Az Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər ki, “Qatar Airways” aviaşirkətinin yerli vaxtla saat 21:10-da “QR 353” saylı Dohadan Bakıya uçuşu ləğv olunub. Bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən “Qatar Airways” aviaşirkətinin yerli vaxtla saat 22:10-da Bakıdan Dohaya olan “QR 354” saylı uçuşu da ləğv edilib. Aviareyslər “Airbus A320-200” təyyarəsi ilə həyata keçirilməli idi.

    Doha-Bakı-Doha aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.

  • Azərbaycanda uşaq cinayətkarlığı azalıb – Mübarizə nəticə verir

    Mütəxəssislər valideynlərə yeniyetmə övladlarını cinayətkar dünyadan qorumağın yollarını izah edir və onları diqqətli olmağa çağırırlar

    Ötən il Azərbaycanda yeniyetmə cinayətlərinin sayı aşağı düşüb. 2018-ci ildə Azərbaycanda daxili işlər orqanları azyaşlıların törətdiyi 600-dən artıq cinayəti qeydiyyata alıb.

    Bu barədə Sputnik Azərbaycan-a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Bildirilib ki, ötən il bu göstərici dəqiq rəqəmlərlə 679 faktdan ibarət olub.

    2017-ci illə müqayisədə bu, 95 fakt azdır (ötən il 774 cinayət). Ümumilikdə uşaq cinayətləri 12,6% azalıb. Daxili İşlər Nazirliyinin mütəxəssisləri uşaq cinayətlərinin sayının azalmasını yeniyetmələr və bütövlükdə uğursuz ailələr arasında profilaktik tədbirlərin gücləndirilməsi ilə əlaqələndiriblər.

    Bununla yanaşı, həbs cəzasına məhkum edilmiş yeniyetmələrin sayında da 15% azalma müşahidə edilib. Yeniyetmələr cəmiyyətin ən həssas təbəqəsidir. Azyaşlılar cəmiyyətdəki neqativ təlatümləri çox sərt qarşılayırlar. Çox vaxt yeniyetmələr öz cinayətkar mühitlərini özləri formalaşdırırlar.

    Mütəxəssislər yeniyetmələrin cinayətkara çevrilməsinə təsir edən amilləri belə sıralayırlar: narkomaniyaya cəlbolunma, fahişəlik, mərc oyunları, ailə üzvlərinin əxlaqsız həyat tərzi, sərxoşluq, qalmaqallar, davalar, davalara cəlbedilmələr, uşaqların tüfeyli, eqoist böyüdülməsi, uşaqların maraqlarına valideynlərin diqqət yetirməməsi, kobudluq və despotizm.

    Araşdırmaçılar deyirlər ki, yalnız sevgi, anlama və zəhmət sizin uşaqlarınızı küçələrdəki cinayət mühitinin zərərli təsirindən qoruya bilər.

    Bununla yanaşı, qeyd edək ki, hazırda həddi-buluğa çatmayanlar üçün penitensiar müəssisədə 48 nəfər cəza çəkir. Bu ayın sonuna qədər onların sayının 45-ə düşəcəyi gözlənilir. Burada müxtəlif müddətlərə cəza çəkənlər ağır və xüsusi ağır cinayətlərə görə azadlıqdan məhrum edilənlərdir.

    Onların arasında qrup şəklində və həmçinin təkrar külli miqdarda oğurluqda iştirak edən azyaşlılar (14 yaşdan yuxarı) da var. Buradakı məhbusların əksəriyyəti 16-17 yaşlı yeniyetmələrdir.//sputnik.az

  • Bakıda 77 yaşlı qadın itkin düşüb

    Bakıda yaşlı qadın itkin düşüb.

    Median.Az Trend-ə istinadən bildirir ki, Xəzər rayon sakini 1942-ci il təvəllüdlü Mustafayeva Nadejda Timofey qızı iki gündür yoxa çıxıb.

    O, fevralın 5-i Gəncə prospekti 37 ünvanındakı evindən gecə saat 21:30-da çıxaraq bir daha geri dönməyib. Qadın evdə çıxarkən əynində qısa qəhvəyi rəngdə gödəkcə və göy rəngdə cins şalvar olub.

  • Двое военнослужащих Азербайджана попали под снежную лавину

    Двое военнослужащих азербайджанской армии – гизирь (прапорщик) Абдуллаев Хафиз Мадат оглы и военнослужащий сверхсрочной службы солдат Мамедов Фаррух Фарман оглы, перемещаясь в направлении позиции, попали под снежную лавину.

    В настоящее время для установления места нахождения военнослужащих проводится поисково-спасательная операция с привлечением профессиональных спасателей и специальной техники.

  • Avtomobil şirkətindən unikal addım: bundan sonra məktəb və xəstəxanalarda…

    Mərkəzi İsveçdə yerləşən “Volvo” avtomobil şirkəti gələn ildən etibarən avtomobillərin sürətində dəyişiklik edəcək.

    Median.Az xəbər verir ki, şirkət sürət həddini 180 km/saata endirəcək.

    “Volvo” bu addımı avtomobil qəzalarında ölümlərin və yaralanmaların sayını azaltmaq məqsədilə atır.

    Şirkətdən verilən açıqlamada 2021-ci ildə satışa təqdim ediləcək məhsullarda sürət həddi 180 km ilə məhdudlaşdırılacaq.

    Dəyişiklik üçün sürət nəzarəti və virtual əhatələmə texnologiyasından istifadə ediləcək. Eyni zamanda, xəstəxana və məktəblərin yerləşdiyi bölgələrdə avtomatik olaraq sürət həddinin məhdudlaşdırılması proqramı üzərində də işləniləcək.

    Qeyd edək ki, “Volvo” şirkəti Çinin avtomobil nəhəngi “Zhejiang Geely Holding”ə məxsusdur.

  • Сибель Джан посетила святыню Мир Мовсум ага – ВИДЕО

    Турецкая поп-звезда Сибель Джан приехала сегодня в Баку.

    Как сообщает Axşam.az, приехавшая несколько часов назад вместе с сыном Энгиджаном в Баку певица прогулялась по городу.

    Гостья также посетила святыню Мир Мовсум ага. Снятыми на месте кадрами певица поделилась на своей странице в соцсети İnstagram.

    Отметим, что прибывшая в Баку по приглашению бизнес-леди Рухи Алиевой Сибель Джан выступит завтра с концертной программой в Конгресс-центре.