Month: March 2019

  • Sibel Can “Mir Mövsüm Ağa” ziyarətgahına getdi – VIDEO

    Bu gün Türkiyənin məşhur müğənnisi Sibel Canın Bakıya gəlməsi barədə məlumat vermişdik.

    Müğənni Bakıya gələn kimi ilk olaraq “Mir Mövsüm Ağa” ziyarətgahına baş çəkib. Bu barədə o, öz Instagram hesabında məlumat verib, ziyarətgahın fotolarını paylaşıb.

    Müğənni müqəddəs “3 ayların” başlaması və bu gecə keçiriləcək Rəqaib qəndili münasibəti ilə izləyicilərini təbrik edib.

    Sibel Can martın 8-də Bakı Konqress Mərkəzində solo konsertlə çıxış edəcək.

  • DİN: Qarət olunduğunu iddia edən gözdən əlil sələmçidir

    Daxili İşlər Nazirliyi gözdən əlil Elçin Abbasovun evinin qarət edilməsinə münasibət bildirib.

    Median.Az oxu.az-a istinadən bildirir ki, DİN-nin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə qeyd edib ki, Elçin Abbasovun evində oğurluq törədilməsi ilə etdiyi müraciətə polis əməkdaşları tərəfindən laqeyd yanaşılması və araşdırma aparmalarında maraqlı olmaması barədə səsləndirdiyi iddialar əsassızdır:

    “Sonuncu müraciətlə əlaqədar Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsinin əməkdaşlarından ibarət əməliyyat qrupu hadisə yerinə çıxıb, deyilən ünvana yollanıb və hadisə yerinə baxış keçirib.

    Evə baxış zaman kirayə qaldığı mənzildən E.Abbasovun oğurluğun törədilməsində şübhələndiyi bir neçə şəxsin şəxsiyyət vəsiqələri və digər sənədlər aşkarlanıb.

    Araşdırma zamanı Elçin Abbasovun sələmçiliklə məşğul olduğu məlum olub. Həmin sənədlər də pul verdiyi adamlara məxsus olduğu müəyyənləşdirilib. E.Abbasov izahatında da etiraf edib ki, sələmçiliklə məşğuldur. Hazırda məsələ barədə araşdırma aparılır”.

    Orxan Mansurzadə həmçinin qeyd edib ki, Elçin Abbasov tez-tez qarət olunması barədə şikayət edir:

    “Son iki-üç il ərzində Nərimanov rayonu ərazisində kirayə qaldığı yaşayış yerini bir neçə dəfə dəyişib. Hər dəfə oğurluq və digər hüquq pozuntuları ilə bağlı nazirliyinin “102” Zəng Mərkəzinə müraciət edib. Sonuncu dəfə 2018-ci fevral ayında “102” Zəng Mərkəzinə müraciətində evindən mobil telefonun oğurlanması barədə məlumat verib. Amma polis tərəfindən aparılan araşdırma onun bu iddiası digər iddiaları kimi öz təsdiqini tapmayıb”.

  • Распроданы билеты на трибуну «Филармония» Формулы 1 в Баку

    Распроданы все билеты на места в трибуне «Филармония», расположенной по улице Ниязи между 15 и 16 поворотами бакинской трассы Формулы 1.

    Об этом говорится в сообщении операционной компании Baku City Circuit (BCC).

    Коммерческий директор BCC Бюлент Озердим, комментируя информацию, сказал: «Осталось порядка 50 дней до проведения Гран При Азербайджана Формулы 1 – 2019 и болельщикам надо поторопиться с покупкой билетов, чтобы обеспечить себе место на самой зрелищной уличной гонке.

    На сегодняшний день уже продано до 70% билетов и 78% из них приобретены зарубежными фанатами автоспорта из 52 стран мира. Особый интерес к бакинскому этапу мы видим из стран Западной Европы, в частности, Великобритании.

    Это будет четвертая по счету гонка в Баку и с каждым годом мы наблюдаем увеличение посещаемости гоночного уик-энда. Так, по сравнению с прошлым годом, билетов продано на 10% больше».

    Отметим, что для граждан Азербайджана действует скидка на билеты Гран При Азербайджана и они могут купить их с 25-процентной скидкой.

    Для получения дополнительной информации о том, как приобрести билеты и запланировать свое пребывание в Баку на время 2019 Гран При Азербайджана Формулы 1, пожалуйста, посетите наш официальный сайт www.bakucitycircuit.com

  • Bakıda iki ailədə faciə: 15 yaşlı qız və 28 yaşlı kişi intihar etdilər

    Bakıda iki ailədə faciə yaşanıb. 15 yaşlı qız və 28 yaşlı kişi öz canına qıyıb.

    Median.Az bildirir ki, bu barədə Sputnik Azərbaycan-a Xətai rayon Polis İdarəsindən və Binəqədi rayon Prokurorluğundan məlumat verilib.

    Belə ki, martın 7-nə keçən gecə saat 03:00-da Məhəmməd Hadi küçəsində yaşayan Nurlanə Əhmədova yaşayış binasının 9-cu mərtəbəsindən özünü atıb və hadisə yerindəcə keçinib. Hələlik yeniyetmənin intiharının səbəbi məlum deyil. Xətai rayon Prokurorluğu faktla bağlı AR Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açıb və təhqiqat aparılır.

    Qeyd edək ki, ötən sutka ərzində paytaxtda ikinci intihar hadisəsi də qeydə alınıb. Binəqədi rayonu, Novxanı bağları qəsəbəsində yaşayan 28 yaşlı Bəhram Tağıyev evinin həyətindəki çardaqdan özünü asıb. Onun cəsədi martın 6-da axşam saat 20:20-də aşkarlanıb. Binəqədi rayon Prokurorluğu intiharın səbəbini araşdırır. Bu arada özünü asan kişinin cibindən məktub tapılıb. Məktubdan məlum olub ki, Tağıyevin faciəsinə səbəb maddi durumunun ağır olması olub.

    Tağıyev məktubunda yazıb ki, öz övladının ləyaqətli yaşayışını təmin edə bilmədiyi üçün həyatdan gedir: “Öz övladımın ləyaqətli yaşayışını təmin edə bilmədiyim üçün həyatdan getməkdən başqa çarəm yoxdur”.

    O da məlum olub ki, Tağıyev işsizlikdən əziyyət çəkirmiş və bu səbəbdən də uzun müddətdir uşağına məhkəmənin qərarı ilə müəyyən edilmiş alimenti ödəyə bilmirmiş. Aliment borcları üst-üstə qalandığından və övladının anasının himayəsində çətin vəziyyətdə yaşadığını bildiyindən, bədbəxt ata son çarəni intihara əl atmaqda görüb.

  • Ehtiyatlı olun, Cənubi Qafqazın “stajlı” oğruları Azərbaycana ayaq açıblar

    Binəqədi Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin əməkdaşları martın 6-da bir qrup gürcü “stajlı” ev oğrusunu yaxalayıb.

    Median.Az bildirir ki, bu barədə Sputnik Azərbaycan-a Binəqədi RPİ-dən məlumat verilib.

    Keçirilən əməliyyat nəticəsində Gürcüstan vətəndaşları – 40 yaşlı Laşa Abramişvili, 45 yaşlı Şimagi Qaprindaşvili, 50 yaşlı Ramazi Matçaraşvili və Ağdam rayonunun 31 yaşlı sakini Vüsal Məhərrəmov saxlanılıb. Sözügedən ev oğrularının izinə fevralın 28-də Binəqədi rayonunda baş verən mənzil qarətinin araşdırılması zamanı düşmək mümkün olub.

    Məlum olub ki, 42 yaşlı Novruzov Rəfsan Zeynalabidin oğlunun mənzilindən 5 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Oğrular zərərçəkmişin mənzilinə günorta saatlarında, Novruzov evdə olmadığı vaxt daxil olublar. Lakin saxlanılan şəxslər törətdikləri cinayəti dərhal boyunlarına almayıblar. İstintaq-əməliyyat qrupu onlara qarşı dəlil əldə edib. Şübhəli şəxslər yaşayış binasının girişinə quraşdırılmış videomüşahidə kamerasına düşüblər. Saxlanılan şəxslərdən oğurlanmış zinət əşyaları götürülüb.

    İstintaq ehtimal edir ki, Novruzovun mənzili saxlanılan şəxslərin girdiyi yeganə ev deyil. Hazırda onlar “qastrola gələn qonaqlar”ın Azərbaycan ərazisində nə qədər vaxt olduqlarını araşdırır.

    Qeyd edək ki, son vaxtlar gürcü ev oğruları nadir hallarda polisin nəzər-diqqətinə düşürlər. Buna rəğmən, görünən odur ki, onlar yenidən Bakıda fəallaşmağa başlayıblar. Faktla bağlı araşdırma davam edir.

    Xatırladaq ki, gürcü oğrular post-sovet məkanının ən fəal və amansız oğruları hesab edilir. Təsadüfi deyil ki, dünyada ən gənc “qanuni oğru” titulunu da 2014-cü ildə məhz gürcü oğru – 21 yaşlı Revaz Ubilava alıb.

    Son illərdə gürcü oğrular Cənubi Qafqazın ən varlı ölkəsi sayılan Azərbaycana ayaq açıblar. Onlar xüsusilə Azərbaycanın qərbində – Gəncə şəhərində və onun ətraf rayonlarında fəallıq edirlər. Görünür, indi onların hədəfində Qafqazın ən zəngin şəhəri Bakıda qarətlər törətməkdir.

  • İki hərbi qulluqçumuz qar uçqununa düşüb

    Azərbaycan Ordusunun iki hərbi qulluqçusu – gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər.

    Median.Az bildirir ki, Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, hazırda hərbi qulluqçuların tapılması üçün ixtisaslı xilasedicilərin iştirakı və xüsusi texnikanın cəlb edilməsi ilə axtarış-xilasetmə əməliyyatı həyata keçirilir.

  • Закиру Гасанову представлен новый военный атташе Турции – ФОТО

    Министр обороны Азербайджана генерал-полковник Закир Гасанов в четверг встретился с чрезвычайным и полномочным послом Турции в Азербайджане Эрканом Озоралом, сообщает Trend со ссылкой на министерство.

    В ходе встречи были обсуждены текущее состояние связей и перспективы развития сотрудничества между армиями Азербайджана и Турции, военно-политическая обстановка в регионе и ряд других вопросов, представляющих взаимный интерес.

    Стороны отметили важность продолжения организации взаимных визитов представителей армий двух стран, а также сотрудничества в военно-технической сфере и в области военного образования.

    Посол представил министру обороны нового военного атташе Турции в Азербайджане бригадного генерала Исмаила Хаккы Косеали.

    Генерал-полковник поздравил нового военного атташе в связи с началом деятельности в Азербайджане и пожелал ему успехов в его дальнейшей деятельности в сфере расширения военного сотрудничества между двумя странами.

  • Britaniyada inanılmaz qərar: bu xəstələr öldürüləcək

    Böyük Britaniya Ali Məhkəməsi ölümcül xəstələrlə bağlı yeni qərar qəbul edib.

    Median.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə hüquqşünas Aqil Layıc məlumat paylaşıb.

    “Böyük Britaniya Ali Məhkəməsinin qərarına əsasən, artıq bundan sonra sağalması və özünə gəlməsi mümkün olmayan xəstələrə, xüsusilə də beyin iflici olanlara öncədən hər hansı bir hüquqi izn almadan – həkim və xəstə yaxınlarının razılaşması ilə xüsusi borularla qida və su verilməyəcək, yəni xəstənin ölməsinə icazə veriləcək.

    Qərarda qeyd edilir ki, bu, xəstənin üstün mənafeyi üçündür. Bu isə nəticə olaraq passiv evtanaziyaya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrum etmə təcrübəsi) bərabərdir”, – hüquqşünas qeyd edib.

  • Evindən oğurluq edilən gözdən əlil danışdı: Əzabla qazanmışdım – VİDEO

    Xəbər veridiyimiz kimi, gözdən əlil Elçin Abbasovun kirayə yaşadığı evdən oğurluq edilib.

    Median.Az bildirir ki, Baku TV-nin əməkdaşları Elçin Abbasovun yaşadığı ünvana üz tutublar.

    E.Abbasov gözdən əlil olmasına baxmayaraq, illərdir rəngli toxuma güllər hazırlayaraq öz dolanışığını təmin edir.

    O müsahibəsində bildirib ki, yaşadığı evə daxil olan oğru, yaxud oğrular 800 manat pul, 500 manat məbləğində qızıl üzük və 250 manat dəyərində gümüş boyunbağını qarət ediblər.

    “Həftənin bazar ertəsi axşam saatlarında evə gəldim. Qapını açmaq istəyirdim ki, evin qapısının açıq olduğun hiss etdim. Məlum oldu ki, evə oğru girib və 800 manat pulumu, qızıl üzüyü, gümüş boyunbağını və bank kartımı oğurlayıb. Mənə 1530 manatdan artıq zərər dəyib”.

    Bu hadisədən ehtiyat edən Elçin Abbasov artıq həmin evdə yaşamadığını, hələlik isə başqa yerlərdə gecələdiyini deyir.

    Elçin Abbasov bildirib ki, məsələ barədə Nərimanov rayon Polis İdarəsinə məlumat verib.

  • Hüseyn Dəryanın məzarı açılacaq? – Həqiqəti öyrənmək üçün… – VİDEO

    Mərhum reper Hüseyn Dəryanın qızı Ayşənin DNT (atalıq testi) analizinin nəticəsi barədə məlumat vermişdik.

    Median.Az xəbər verir ki, Zaur Baxşəliyev “Bizimləsən”in canlı efirində bibisi və Ayşəndən götürülən nümunə DNT nəticələrinin atalığın müəyyənləşdirilməsi üçün yetərli olmadığını bildirib. Zaur Ayşənin və Cahangirin H.Dəryanın övladları olduqlarının təsdiq edilməsi üçün mərhum reperin nəşindən bir nümunə götürülməli olduğunu qeyd edib.

    Yalnız bu halda onların Dəryanın övladları olub-olmadıqlarını bilmək mümkün olacaq.

    Ətraflı videoda: