Month: March 2019

  • “Nizami” stansiyasında qadının pulqabısını oğurlayan şəxs tutulub

    Median.Az xəbər verir ki, Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın, martın 5-də metronun “Nizami” stansiyasının platformasında, içərisində 46 manat pulu və sənədi olan pulqabısının oğurlandığını bildirib.

    Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini Q.Salmanov saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Aygün Kazımovanın yataq görüntüləri yayıldı – VİDEO

    Xalq artisti Aygün Kazımova yeni fotosessiya etdirib.

    Kamera qarşısına keçən xanım müğənni ağ köynəkdə poz verib.

    Cəsarətli pozlar verən Aygün izləyicilərinin diqqətini çəkib.

    Maraqla qarşılanan fotosesiyadan görüntüləri təqdim edirik:

    //Baku.ws

  • Polisdən Bakıda yürüş keçirmək istəyən feministlərə XƏBƏRDARLIQ

    Bakı şəhər Baş Polis İdarəsi feministlərə xəbərdarlıq edib.

    Bakı şəhər Baş Polis İdarəsindən ONA-ya bildirilib ki, sosial şəbəkələrdə azsaylı üzvləri olan, özlərini “Feminist qadınlardan ibarət təşəbbüs qrupu” adlandıran “8 Marş – Zoraklığa Qarşı Get” iventi yaradıb, paytaxt ərazisində “8 Marş” yürüşü keçirmək barədə çağırış edirlər. Azərbaycan Respublikasının “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun tələblərinə görə, kütləvi aksiyaların keçirilməsi üçün təşkilatçılar müvafiq icazə alınması ilə bağlı məsələlərin razılaşdırılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müraciət etməlidir.

    Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan hər hansı kütləvi aksiyanın təşkili və keçirilməsi hüquq pozuntusu olmaqla, müvafiq məsuliyyət yaradır. Paytaxt ərazisində razılaşma olmadan hər hansı kütləvi aksiyanın keçirilməsi yolverilməzdir və polis tərəfindən qarşısı alınacaqdır.

    Qeyd edək ki, facebook və instagram sosial şəbəkələrində martın 8-də Bakıda “8 MARŞ – Zorakılığa qarşı GET” devizi altında aksiyaya çağırışlar yayılıb. Özlərini feminist kimi təqdim edən Gülnarə Mehdiyeva və Nisə Hacıyeva ivent yaradaraq qadınları həmin aksiyaya çağırıb.

  • Цукерберг заявил о возможной блокировке Facebook в некоторых странах

    Facebook не будет хранить конфиденциальные данные пользователей в тех странах, где не соблюдаются права человека. Об этом заявил основатель компании Марк Цукерберг, передаёт Median.Az со ссылкой на издание Znak.com.

    «С целью защиты данных от получения к ним ненадлежащего доступа мы не будем хранить важную информацию в тех странах, у которых плохая репутация в области соблюдения прав человека, в частности, речь идет о праве на личную жизнь и свободу волеизъявления», — написал Цукерберг в Facebook.

    При этом он отметил, что «предоставлять услуги в стране, где нарушаются права человека, и хранить в ней данные людей» — это совершенно разные вещи.

    Список стран, где Facebook не будет хранить конфиденциальные данные, в посте Цукерберга не указаны.

    Цукерберг также отметил, что соблюдение новых принципов конфиденциальности его компании может привести к тому, что «сервисы будут заблокированы в некоторых странах».

  • Azərbaycanda ər onu bıçaqlayan arvadını bağışladı – qadın həbs edildi

    Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Gülnar Şərifovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

    Median.Az-ın “Report”a istinadla xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

    İttiham aktına əsasən, hadisə 2018-ci ilin iyun ayının 1-də Bakı şəhərində baş verib. Həmin gün G.Şərifova qeyri-rəsmi yaşadığı, özündən 5 yaş kiçik olan Elçin Zeynalovla mübahisə edib. Mübahisə zəminində o, E.Zeynalovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

    İstintaq dövründə G.Şərifova barəsində Cinayət Məcəlləsinin 126.1-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Onun barəsində polisin nəzarətinə verilmə qətimakn tədbiri seçilib.

    Məhkəmədə elan olunub ki, G.Şərifova məhkəmə çağırışlarına əməl etməyib, onun barəsində axtarış qərarı çıxarılıb. Daha sonra o, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları təfindən həbs edilib.

    Elan olunmuş ittiham üzrə G.Şərifova özünü təqsirli bilib.

    Daha sonra zərərçəkmiş E.Zeynalov ifadə verib. O söyləyib ki, hadisə günü evə əsəbi gəlib, həyat yoldaşı ilə mübahisə edib: “Bu zaman Gülnarın əlində bıçaq var idi. Əsəbi halda onun üstünə getdim. Gülnar da məni vurdu. Bacısı ilə birgə məni xəstəxanaya apardı, 9 gün orada yatdım”.

    Zərərçəkmiş təqsirləndirilən şəxsi bağışladığını, ondan şikayətçi olmadığını vurğulayıb.

    Məhkəmənin növbəti iclası aprelin 3-nə təyin edilib.

    Xatırladaq ki, G.Şərifovanın ilk həyat yoldaşından bir azyaşlı qızı var.

  • Bakıda keçiriləcək Avroliqa finalının biletləri bu gün satışa çıxarılacaq

    Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu üçün biletlər satışa çıxarılacaq.

    Median.Az report-a istinadən xəbər verir ki, həlledici qarşılaşma üçün nəzərdə tutulan 64000 biletdən 37500 ədədi Bakı vaxtı ilə saat 17:00-da ümumi satışa buraxılacaq. Yerdə qalan biletlər isə yerli təşkilat komitəsi, milli assosiasiyalar, maliyyə tərəfdaşları, kütləvi informasiya vasitələri (yayımçılar), eləcə də finalçı klubların azarkeşləri üçün ayrılacaq.

    Qeydiyyatdan keçmək üçün www.finalbaku2019.az/ticketing linkinə daxil olmaq, UEFA-nın rəsmi saytına kəçərək şəxsi bilet hesabını yaratmaq lazımdır. Prosesin davamı olaraq qeydiyyatdan keçənlərə UEFA tərəfindən təsdiq üçün elektron məktub gələcək.

    Final oyununa bilet satışı isə 4 mərhələdə həyata keçiriləcək. Martın 7-dən 21-dək davam edəcək birinci mərhələdə hər kəs şəxsi hesabına daxil olaraq bilet sifarişi üçün xüsusi formanı doldurmalı, biletin kateqoriyasını və sayını seçməlidir. Hər kəs özü də daxil olmaqla yalnız 4 bilet ala bilər.

    Biletlər bir neçə kateqoriyada təqdim olunur. Birinci kateqoriya 140 avro, ikinci kateqoriya 90 avro, üçüncü kateqoriya 50 avro, dördüncü kateqoriya isə 30 avro dəyərində olacaq. Bundan əlavə, fiziki qüsurlu insanlar üçün nəzərdə tutulan biletlər dördüncü kateqoriyaya aid ediləcək və 30 avro dəyərində olacaq. Oyuna qədər onları müşayiət edən bir nəfər üçün bilet isə pulsuz veriləcək. Bundan əlavə, gənclər üçün nəzərdə tutulan 400 paket (800 bilet) isə 60 avro dəyərində olacaq. Paketə biri böyük və digəri 14 yaşdan kiçik olmaqla, iki nəfər üçün 2 biletin satışı daxildir. Biletlər dördüncü kateqoriya üzrə güzəştli qiymətlə satışa buraxılacaq.

    Martın 28-dən aprelin 5-dək davam edəcək ikinci mərhələdə ödəniş etməklə lotereyada adınıza çıxan bileti əldə edə bilərsiniz. Göstərilən tarixlərdə ödəniş edilmədikdə, yerdə qalan biletlər yenidən satışa buraxılacaq.

    Mayın 21-də başlayacaq üçüncü mərhələdə aldığınız bilet mobil telefonunuza göndəriləcək. Bunun üçün mobil telefonlara UEFA-nın saytından xüsusi tətbiqi yükləmək lazımdır. Siz eyni zamanda digər şəxslər üçün aldığınız biletləri onların mobil telefonuna göndərə bilərsiniz. Bu şəxslər də, öz növbələrində, UEFA-nın rəsmi saytında qeydiyyatdan keçməli və şəxsi hesablarını yaratmalıdırlar.

    Oyun gününə təsadüf edəcək dördüncü mərhələdə biletləri stadiona giriş zamanı aktivləşdirmək lazımdır. Bunun üçün mobil telefon IOS və ya Android sistemini dəstəkləməlidir. Biletlərin aktivləşdirilməsi ilə bağlı ətraflı məlumat www.finalbaku2019.az saytında yerləşdiriləcək.

    Final oyununa bilet üçün müraciət edənlərin sayı satışa buraxılan bilet sayını keçərsə, UEFA bilet satışını lotereya sistemi vasitəsilə həyata keçirəcək. UEFA-nın həyata keçirdiyi Rəsmi Qonaqpərvərlik Proqramının satışına ötən ilin noyabr ayından başlanılıb. Biznes yerləri üçün Rəsmi Qonaqpərvərlik Paketlərini uelf.hospitality.uefa.com/packages/ linkinə daxil olaraq, əldə etmək mümkündür.

    Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da keçiriləcək.

  • Bakıda ruhi xəstə Təcili tibbi yardım stansiyasına hücum edib həkimi döydü

    Paytaxtın Qaradağ rayonu, Korgöz qəsəbəsindəki Təcili tibbi yardım stansiyasına hücum olub. Ruhi xəstə Valeh Hümbətov stansiyaya gələrək şüşələri qırıb, orada olan əşyaları dağıdıb.

    Median.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev məlumat verib.

    R.Nağıyev bildirib ki, Hümbətov təkcə binaya zərər vurmayıb. Stansiyanın böyük həkimi Tahir Alıyevə, eləcə də hadisə yerinə çağırılan polis əməkdaşına da xəsarət yetirib.

    “Hadisə martın 5-də qeydə alınıb. Təcili yardım stansiyasına gecə saat 00:55-də çağırış daxil olub. Həmin stansiyada psixi-briqada olmadığında çağırış digər stansiyaya ötürülüb”,-baş həkim əlavə edib.

    Hadisə yerinə gələn polis əməkdaşlarının köməyi ilə Hümbətov 38-ci bölməyə aparılıb: “Psixi-briqada stansiyaya gələrkən xəstə artıq polis əməkdaşlarının köməyi ilə bölməyə aparılıbmış. Buna görə də mərkəz məlumatlandırılıb və briqada bölməyə gedib. Xəstə aqressivləşdiyindən onu polis əməkdaşlarının köməyi ilə Maşdağadakı 1 saylı ruhi əsəb xəstəxanasına yerləşdiriblər”.

    Baş həkim əlavə edib ki, hadisə ilə bağlı məlumat daxil olan kimi araşdırma aparılıb. “Çağırışın daxil olduğu vaxt monitorda qeyd olunur, briqadanın stansiyadan çıxışı, stansiyaya geri dönüşü, maşınların hərəkətinə kimi kameralarla izlənilir, qeydə alınır. Hümbətov ruhi xəstə olduğundan həkimlər şikayətçi olmayıblar”.

    Qeyd edək ki, bəzi saytlarda əsassız olaraq psixi-briqadanın çağırışa getmədiyinə dair məlumatlar yayılıb.

  • Təhsil nazirinin müavini bərbad vəziyyətə olan məktəbə getdi – Fotolar

    Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cənub bölgəsinə səfəri çərçivəsində Cəlilabad rayonu Təzəkənd kənd 1 nömrəli tam orta məktəbdə də olub.

    Bu barədə məlumatı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov verib. 

    “Məktəbin şagird- müəllim kollektivi ilə görüşən nazir müavini siniflərdə olub, binaya baxış keçirib. Məktəb kollektivi ilə görüşdə təhsil ocağının əsaslı təmir üçün Dövlət Proqramına daxil edildiyini bildirib” – deyə C.Valehov bildirib.

    Qeyd edək ki, “Azadinform” İnformasiya Agentliyinin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Niyaz Niftiyev Cənub bölgəsində səfərdə olan təhsil nazirinin müavini Məhəbbət Vəliyevaya məktəbin ümumi vəziyyəti ilə bağlı müraciət etmişdi. Jurnalist müraciətində ondan Cəlilabad rayonu Təzəkənd kənd 1 nömrəli tam orta məktəbinə də getməsini xahiş edib. 

    Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov da bölgəyə səfər edəcəyini və bu barədə nazir müavinini məlumatlandıracağını bildirib. 

    Daha sonra hər iki şəxs məktəbə baş çəkiblər, vəziyyətini öyrəniblər. Nazir müavini məktəb kollektivi ilə görüşdə təhsil ocağının əsaslı təmir üçün Dövlət Proqramına daxil edildiyini bildirib.

    Baş redaktor bununla bağlı feysbuk hesabında məlumat paylaşıb. Bildirib ki, Təhsil Nazirliyi problemə müsbət reaksiya verib: “Bu məni həddən ziyadə sevindirdi. Məqsədim təhsil sahəsində aparılan islahatlara kölgə salmaq deyildi. Mən də istəyirdim ki, dövlətin bu sahədə apardığı müsbət işlərdən böyük bir kəndin sakinləri də faydalansın”.
     

     

     

     

  • Evindən oğurluq edilən gözdən əlil danışdı: Əzabla qazanmışdım – VİDEO

    Bir neçə gündür sosial şəbəkələrdə gözdən əlil Elçin Abbasovun kirayə yaşadığı evdən oğurluq edilməsi ilə bağlı xəbərlər yayılıb.

    Məsələni araşdırmaq üçün Baku TV-nin əməkdaşları Elçin Abbasovun yaşadığı ünvana üz tutublar.

    E.Abbasov gözdən əlil olmasına baxmayaraq, illərdir rəngli toxuma güllər hazırlayaraq öz dolanışığını təmin edir.

    O müsahibəsində bildirib ki, yaşadığı evə daxil olan oğru, yaxud oğrular 800 manat pul, 500 manat məbləğində qızıl üzük və 250 manat dəyərində gümüş boyunbağını qarət ediblər.

    “Həftənin bazar ertəsi axşam saatlarında evə gəldim. Qapını açmaq istəyirdim ki, evin qapısının açıq olduğun hiss etdim. Məlum oldu ki, evə oğru girib və 800 manat pulumu, qızıl üzüyü, gümüş boyunbağını və bank kartımı oğurlayıb. Mənə 1530 manatdan artıq zərər dəyib”.

    Bu hadisədən ehtiyat edən Elçin Abbasov artıq həmin evdə yaşamadığını, hələlik isə başqa yerlərdə gecələdiyini deyir.

    Elçin Abbasov bildirib ki, məsələ barədə Nərimanov rayon Polis İdarəsinə məlumat verib.

  • Награжденный президентом лейтенант спас целый батальон

    Президент Ильхам Алиев 7 марта наградил группу военнослужащих.

    Один из них – лейтенант Худиев Вилаят Юнус оглу, посмертно награжденный медалью «За отвагу».

    В.Худиев, родившийся в Газахе 14 сентября 1958 года, окончил восьмилетнюю школу, затем курсы бухгалтерского учета и экономики в Баку и продолжил образование в Политехническом техникуме.

    В.Худиев проходил военную службу в Сочи в 1979-1981 гг. Во время его работы в Министерстве государственной аграрной промышленности ему было дано специальное назначение военным комиссариатом. Он был назначен командиром батальона и отправлен в деревню Драмбон Агдеринского с целью формирования групп офицеров-десантников.

    В.Худиев проявил особые навыки в боях за Карабах. Он спас целый батальон от тяжелых потерь в кровопролитных боях, но сам героически погиб 8 октября 1992 года. Свидетельство о смерти военнослужащего было выдано 14 октября 1992 года.

    О нем подробно написано в книге поэта-публициста Фариды Ляман «Шехиды Газахского района», опубликованной в 1995 году.