Month: March 2019

  • Azərbaycanda daha bir uşaq antibiotikdən öldü

    Cəlilabadda uşaq ölümü baş verib.

    Median.Az ONA-ya istinadla xəbər verir ki, Qarazəncir kənd sakini, 2009-cu il təvəllüdlü Elnar Mustafayevin hərarəti yüksəlib.

    Köməyə çağırılan tibb bacısının vurduğu antibiotik iynə uşağa pis təsir etdiyindən, onu dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Lakin xəstənin həyatını xilas etmək üçün gec olub.

    Faktla bağlı araşdırmalara başlanılıb.

    Xatırladaq ki, 26 fevral tarixində Şabran rayonunda 8 yaşlı Gülnur Elnur qızı Dadaşova antibiotik iynə vurulandan sonra vəziyyəti ağırlaşıb,daha sonra yerləşdirildiyi xəstəxanada ölüb. Yaxınlarının bildirdiyinə görə, G.Dadaşovanın ölümünə səbəb həkimin antibiotikin “prob” qoyulmadan vurulması olub.

  • Задержан водитель, сбивший насмерть пешехода в Геранбое

    Как сообщает Median.Az, 6-го марта примерно в 9 часов утра в селе Борсунлу Геранбойского района автомобиль неустановленной модели сбил насмерть мужчину примерно 45-50 лет и скрылся.

    Сотрудники Главного управления Государственной дорожной полиции задержали водителя автомобиля марки “Volvo” М.Градижова.

    В Главном Следственном управлении МВД по факту ведется расследование.

  • Goranboyda piyadanı öldürüb, qaçan sürücü saxlanılıb

    Median.Az xəbər verir ki, martın 6-ı saat 9 radələrində Goranboy rayonunun Borsunlu kəndi ərazisində müəyyən edilməmiş avtomobillə 45-50 yaşlı kişi vurulub.

    Nəticədə piyada hadisə yerində ölüb.

    Hadisə yerindən yayınan “Volvo” markalı avtomobilin sürücüsü M.Qradjov Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

    DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.

  • В Шамкире “ГАЗель” врезался в столб, погиб пассажир

    Как сообщает Median.Az, 6-го марта примерно в 17 часов в поселке Кюр автомашина марки “ГАЗель”, управляемая жителем района Ш.Мамедовым врезалась в столб.

    В результате дтп пассажир С.Гашимов погиб на месте происшествия, еще один пассажир с различными травмами был помещен в Центральную районную больницу.

    В Шамкирском РОП по факту ведется расследование.

  • Şəmkirdə “QAZel” dirəyə çırpılıb, sərnişin ölüb

    Median.Az xəbər verir ki, martın 6-ı saat 17 radələrində Kür qəsəbəsində, rayon sakini Ş.Məmmədov idarə etdiyi “QAZel” markalı avtomaşınıi dirəyə vurub.

    Nəticədə sərnişin S.Həşimov hadisə yerində ölüb, daha bir sərnişin Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

    Şəmkir RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Lukoşenko Mehriban Əliyevanı təbrik etdi

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

    Məktubda deyilir:

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Zati-aliləri Mehriban xanım Əliyevaya

    Hörmətli Mehriban Arif qızı.

    Beynəlxalq Qadınlar Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

    Sizə xas olan xeyirxahlıq, ziyalılıq və mühüm dövləti məsələlərin həllinə müdrik yanaşma həqiqətən heyranlıq doğurur.

    İnanıram ki, Sizin siyasi və ictimai fəaliyyət təcrübəniz Belarus-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq prinsipləri əsasında bundan sonra da inkişafına hərtərəfli kömək edəcək.

    Hörmətli Mehriban Arif qızı, Sizə səmimi qəlbdən cansağlığı, xoşbəxtlik və məsul vəzifənizdə uğurlar arzulayıram.

    Hörmətlə,

    Aleksandr Lukaşenko

    Belarus Respublikasının Prezidenti

  • Prezidentlə xanımının sakinlərlə görüşündən – Fotolar

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı görülən işlərlə tanışlıq məqsədilə Şamaxıda olublar.

    Dövlət başçısı ilə xanımı sakinlərlə çay süfrəsi arxasında söhbət edib, onları narahat edən məsələləri dinləyib, müvafiq tapşırıq və tövsiyələrini verib.

    Prezident və xanımı yeni inşa edilən evlərdə yaradılan şəraitlə maraqlanıblar.

    Dövlət başçısı sakinlərin məktublarını qəbul edib, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılacağını, zərər görmüş bütün evlərin yenidən qurulacağını vurğulayıb.

    Prezidentlə xanımının sakinlərlə görüşündən fotoları təqdim edirik:
     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

  • “CBC Sport”da “yarpaq dökümü”: Aparıcılar işdən çıxır, maaşlar gecikir

    “CBC Sport” telekanalında maliyyə problemləri ciddiləşib.

    Artıq kanalda “yarpaq tökümü” başlayıb. Bu da əməkhaqqalarının gecikməsi və ya aşağı salınması halları ilə bağlıdır.

    Qısa müddət ərzində “CBC Sport”u 4 əməkdaş tərk edib. Onlardan ikisi aparıcılar Vəfa Ağabalayeva və Vasif Acalovdur. Hər iki jurnalist bundan sonra fəaliyyətlərini dövlət televiziyasında, yəni AzTV-də davam etdirəcəklər. Bu sayın yaxın günlərdə artacağı istisna deyil.

    Prosesin davamı kimi telekanalın yüksəködənişli baş direktoru Volkan Üstün də yola salınacağı gözlənilir. Türkiyəli baş direktorun maaşı aylıq 15 min dollar civarındadı. Bu isə “CBC Sport”un büdcəsi üçün böyük yükdür.

    Həmin maaşın qarşılığında Üstün xüsusi hansısa fəaliyyəti hiss olunmur. Əvəzində canlı yayımlar zamanı texniki problemlərin sayı artmaqda, yayımın və verlişlərin keyfiyyəti aşağı düşməkdədi. Elə bu səbəbdən də Volkan Üstdən qurtulmaq, onun əvəzinə telekanala rəhbərliyi yerli gənc kadrlardan birinə tapşırmaq planlaşdırılır. Baş direktor ən geci may ayının sonunda ölkəsinə yola salınacaq.

    Mövzu ilə bağlı şəxsən Volkan bəyin mövqeyini öyrənməyə çalışacağıq.

    Sport7.az

  • Кадровые чистки в лесном хозяйстве страны

    С декабря года мы уволили 52 лесников.

    Об этом заместитель министра экологии и природных ресурсов Фирдоуси Алиев сказал журналистам.

    К сожалению, мы не смогли продолжить сотрудничество с лицами, которых назначили после экзамена, из-за их слабых организаторских способностей. В связи с этим мы уволили начальников региональных управлений в Шеки, Масаллы, Шемахе и Ленкоране. Мы поставили перед ними основную цель: охрана лесов. Пока что мы испытываем трудности с этим», – заявил замминистра.

  • Dörd regional meşə direktoru işdən çıxarıldı

    Təkcə dekabr ayından bəri 52 nəfər meşə işçisini vəzifədən uzaqlaşdırmışıq.

    Oxu.az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev jurnalistlərə açıqlamasında deyib.

    “Hər bir qurum özünə hörmət əlaməti olaraq o ağacı əkirsə, onun qulluğunda durmalıdır. Naxçıvanda belə bir praktika var, hər qurumun bəlli yeri var ki ora gedərək qulluq göstərirlər. Bir neçə meşə girişində bu halları görmüşük.

    Əfsuslar olsun ki, imtahan verib təyin etdiyimiz adamların təşkilatçılığı zəif olduğu üçün əməkdaşlığı davam etdirə bilmədik. Bununla bağlı Şəkidə, Masallıda, Şamaxıda, Lənkəranda regional idarə rəislərini çıxardıq. Biz onların qarşısına məqsəd qoymuşduq ki, meşələrin qorunması əsas olmalıdır. Hələ də bu barədə bizim çətinliyimiz var”.

    Nazir müavininin sözlərinə görə, vandalizm halları baş verir ki, bu, təkcə nazirliyin öhdəsindən gələ bildiyi məsələ deyil:

    “Nazirliyin imkan yoxdur ki, hər ağacın altına bir əlisilahlı adam qoysun, hamılıqla vətəndaşlıq mövqeyi nümayiş etdirməliyik.

    Oğuz rayonun Calud kəndi, Buxaz kəndlərində kömürbasdırma geniş yayılıb. Orda yaşayanlar öz övladlarını da təhlükəyə qoyurlar. Kömürdən alınan tüstü ilə özləri də nəfəs alırlar axı. Qəbələ rayonunun Həmzəli kəndində peşəkar meşə qırmaqla məşğul olan adam var. Biz onu cərimə etsək də, əməlindən əl çəkmir.

    Araşdırma aparmışam ki, Calud kəndində 55 markalı nömrəsiz maşınlar var ki, onlar ağac kəsməklə məşğul olurlar. Qəbələdə Avrıq kəndi var, Masallıda Yelağac kəndləri qanunsuz şəkildə ağacdan istifadə edib kömürbasma ilə məşğul olurlar.

    Qubadan da bizə xəbərlər gəlmişdi, orda yoxlama apardıq. Təəssüf olsun ki, etimad göstərdiyimiz etimadı doğrultmadı.Təkcə dekabr ayından bəri 52 nəfər meşə işçisi uzaqlaşdırmışıq. Cinayət tərkibi varsa, hüquq-mühafizə orqanlarına məlumat veririk”.