Month: March 2019

  • Üç papağa görə ölmüş qızının və nəvəsinin qanını bağışladı – Real əhvalat

    Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev öz “Facebook” səhifəsində yarım əsr əvvəl baş vermiş “Kişi papağı” adlı real hekayəni paylaşıb. O, hekayəni bir tanış yazıçının danışdığını bildirib.

    Ç.Abdullayevin sözlərinə görə, bu gün vətəndaşlara, başlıca olaraq gənclərə bu hekayəni xatırlatmaq lazımdır.

    Həmin hadisə Azərbaycanın ən iri dağ kəndlərindən birində baş verib, hekayəni danışan həmin vaxt 10 yaşında olub və hadisələrin şahididir, bu hadisələr həmişəlik onun hafizəsinə həkk olunub.

    “Kənddə bir ənənə olaraq ağsaqqallara ehtiram var idi. Üç ağsaqqal ənənəvi papaqlarda kəndin mərkəzində, böyük ağacın altında bir araya gəlib, sakinlər arasında yaşanan müxtəlif mübahisələri araşdırırdı, sakinlərin şikayətlərini dinləyirdi. Onların icazəsi olmadan kəndə nə milis, nə də prokuror ayaq basa bilməzdi. İndi buna inanmaq çətin olsa da, belə vəziyyət Sovet İttifaqının yüksəliş dövründə yer alıb. Yerli hakimiyyət kəndin ənənələrini bilirdi və dağlıların ənənələrinə hörmətlə yanaşırdı.

    Kədərli günlərin birində məktəbə “Kalaşnikov” avtomatı gətirmişdilər, yuxarı sinif uşaqlarına onu yığıb-sökməyi öyrədirdilər. Məktəbdə qoymamaq üçün direktor onu patron qarışıq evinə apardı. Növbəti gün evdən çıxanda, 12 yaşlı oğlu avtomatı götürərək, onunla oynamağı qərara alıb.

    O, bir neçə dəfə atəş açıb. Güllələrdən biri oğlan uşağı dünyaya gətirməyə hazırlaşan hamilə qadına tuş gəlib. Həm qadın, həm də doğulmamış övladı həyatını itirdi.

    Hamı şokda idi. Qadın hörmətli ailənin nümayəndəsi idi, məktəb direktoru da onun kimi. Azərbaycan dilində müəllim, sadəcə, peşə anlamına gəlmir, daha çox “hörmətli” sözünün əvəzində işlənir. Hadisə hər iki ailənin başına bəla oldu. Qorxulu bir bəla.

    Ağsaqqalllar çinar ağacının altına toplaşdı. Bir saata yaxın öz aralarında götür-qoy etdilər və yekdil şəkildə bunun dəhşətli anlaşılmazlıq olduğunu qət etdilər. Ağsaqqallar ölmüş qadının atasının evinə doğru hərəkət etdilər. Mənə yarım əsrdən sonra bu hadisəni rəvayət etmiş şəxs özü də onların yanında idi, qocalara kömək edirdi.

    Ölən qadının ailəsi matəmə qərq olmuşdu. İçəri daxil olan ağsaqqallar papaqlarını masanın üzərinə qoydular. Evin sahibi qarşı tərəfdə əyləşmişdi. Fikirdən-dərddən rəngi qapqara idi. Çay gətirdilər. Heç kim stəkanlara toxunmadı, ağsaqqalların ən yaşlısı ev sahibindən, direktorun ailəsinin dəfn mərasimində iştirak etməsinə icazə verməsini xahiş etdi. Ev sahibi uzun müddət susdu. Çaylara hələ də toxunan yox idi. Papaqlar da qonaqların qarşısında idi.

    “Bilmərəm…”, – deyə ev sahibi birdən dilləndi: “Bağışlaya bilmərəm. Biz uzun müddət nəvə yolu gözləmişik. Bilmərəm”.

    Ağsaqallar başa düşdü ki, xahiş etməyin heç bir faydası yoxdur. Və bu an onların ən yaşlısı ayağa qalxdı. O, papağı masanın üzərində qoyub qapıya doğru irəlilədi. Sonra ikinci, ardınca isə üçüncü qalxdı. Masa üzərində üç papaq dururdu, ağsaqqallar isə evi başıaçıq şəkildə tərk edirdilər.

    Evin sahibi onlara doğru qaçdı. Ağsaqalları masa arxasına qaytarıb, stəkanlarına qənd saldı. Sonra öz stəkanına da qənd qoyub, ilk olaraq özü içdi. Ardınca qonaqlar da çayı içdilər. Burda artıq hər şey sözsüz aydın idi. O, qızının və doğulmamış nəvəsinin qanını bağışladı. Qonaqlar papaqları başlarına keçirib, sakit şəkildə evdən çıxdılar. Uşaq onların dalınca qaçsa da, bir şey anlamadı.

    Artıq axşam saatlarında bütün kəndin bundan xəbəri var idi. Uşaq babasından qonaqların nə üçün papaqlarını masanın üzərində tərk etdiklərini və ev sahibinin nəyə görə onların dalınca qaçdığını soruşdu.

    “Onlar kəndə papaqsız çıxsaydılar, biz həmişəlik biabır olardıq”, – deyə babası izah etdi.

    “Ağsaqqalları papaqsız gəzən kəndə heç kim hörmət etməz. Hamımız rüsvay olardıq. Yalnız qan məsələlərində papağı çıxarıb onu qan düşməninin evində tərk etmək olar. Yalnız barışıq məqsədilə.

    Onlar bir daha sübut etdilər ki, biz onların qərarlarına etibar etməklə, əslində, düz iş tuturuq. Barışıq naminə onlar rüsvay olmağa belə hazır idilər. Onlar əsl kişilərdir”, – deyə baba sözünü tamamladı.

    Bizim ağsaqqallar “qeyrət”in, şərəf və ləyaqətin nə olduğunu yaxşı bilirdilər. Ev sahibi də əsl kişi idi. Üç papağa görə, belə bir dərdə, qızının və doğulmamış nəvəsinin qanına göz yumdu.

    Hekayə bundan ibarətdir. Biz azərbaycanlılar belə insanlarıq. “Namus” və “qeyrət” sözləri bizim ağsaqqalların qanında olub. İndiki Səadət sarayını tikmiş Murtuza Muxtarov da belə insanlardan idi. Onun həyətinə çağırılmamış atlı qonaqların icazəsiz daxil olmasından sonra hər birini güllələyərək, son gülləni özünə saxlayıb.

    Səməd bəy Mehmandarov da belə kişilərdən idi. Yapon qoşunlarına əsir düşəndə, müharibədə iştirakdan imtina etdiyinə dair məktubu imzalamadı. Bizdə belə kişilər olub. Bu gün isə öyrəndim ki, hansısa əclaflar görmə əngəlli gül satıcısını qarət edib. Əsl ağsaqqalların bu yaramaz hərəkətə hansı şəkildə reaksiya göstərəcəyini təsəvvür edirəm. Bax, belə yaşayırıq”, – deyə Ç.Abdullayev yazıb.

  • В Агджабеди за совершение краж задержаны 4 человека

    Как сообщает Median.Az, сотрудники Агджабединского РОП в результате оперативно-розыскных мер задержали жителей района Г.Азизова, Г.Гулиева и С.Мамедова, которые 4-го марта с целью реализации из двух мельниц в общей сложности похитили 22 электрических мотора.

    Кроме этого, сотрудники РОП задержали жителя несовершенолетнего жителя города, который украл из одного кафе и трех магазинов
    в общей сложности 450 манатов, 10 мобильных телефонов и стройматериалы.

    В Следственном отделе РОП по фактам возбуждены уголовные дела по статье 177 (кража) УК Азербайджана.

  • Ağcabədi rayonunda oğurluq edən 4 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən martın 4-də rayon ərazisindəki iki un dəyirmanından, ümumilikdə 22 ədəd elektrik mühərriki oğurlayan rayon sakinləri H.Əzizov, Q.Quliyev və S.Məmmədov saxlanılıblar.

    Bundan başqa, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki bir kafedən, habelə üç mağazadan
    450 manat, 10 ədəd mobil telefon və inşaat materialları oğurlayan şəhər sakini olan yeniyetmə saxlanılıb.

    RPŞ İstintaq bölməsində faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

  • Владимир Путин поздравил Мехрибан Алиеву

    Президент Российской Федерации Владимир Путин направил Первому вице-президенту Азербайджанской Республики Мехрибан Алиевой поздравление в связи с Международным женским днем – 8 Марта.

    “Уважаемая Мехрибан Арифовна!

    Поздравляю Вас с Международным женским днем.

    От души желаю, чтобы этот замечательный праздник согрел Вас теплом наступающей весны, вниманием и заботой близких и друзей.

    Пусть на жизненном пути Вам всегда сопутствуют успех и удача, а в Вашем доме – царит атмосфера гармонии и любви. Доброго здоровья и всего наилучшего”, – говорится в поздравлении Президента России.

  • Порядок приема детей в первый класс изменится – в основном для русского сектора

    Министерство образования разрабатывает новые условия приема детей в первый класс. 

    Как передает Median.Az, об этом Sputnik Азербайджан сообщил источник в министерстве. Изменения предположительно коснутся порядка регистрации школьников в русский сектор обучения.

    Дату начала регистрации детей в общеобразовательные учебные заведения Азербайджана огласил в понедельник, четвертого марта министр образования Джейхун Байрамов. По его словам, уже с 13 марта этого года каждый родитель сможет в режиме онлайн записать ребенка в школу, выбрать класс и даже педагога.

    Между тем, ожидается, что в 2019 году расширится территориальный охват системы электронного зачисления в школу. Если в 2018 году к данному процессу, помимо Баку, подключились общеобразовательные учебные заведения на территории Абшеронского района, а также Гянджи, то на этот раз, возможно, Минобразования присоединит к системе еще дополнительно несколько районов. Но пока в ведомстве не хотят разглашать подробности, ожидая официального приказа министра, который должен быть представлен общественности со дня на день.

    Изменения порядка приема в первый класс могут в частности коснуться детей, направляющихся в русский сектор обучения. Еще в начале 2018-2019 учебного года, отвечая на вопросы журналистов, заместитель министра образования Махаббат Велиева анонсировала грядущие реформы в этой области. Причиной перемен послужил высокий наплыв детей в русское отделение школ, в связи с чем в центральных школах Баку наблюдалась чрезмерная перегрузка классов. По этой причине в Управлении образования города Баку рекомендовали некоторым родителям выбрать образование на азербайджанском языке. И к слову, подобная ситуация возникла только в Баку.

    Тем не менее, пока Минобразования конкретно не озвучило новые условия, рекомендуя подождать несколько дней.

    Слухи о грядущих переменах, в частности, при приеме детей в русское отделение школ, в свою очередь подтвердил эксперт в области образования Кямран Асадов, заявив, что с этого года будет внедрена практика собеседования с детьми.

    “Основные изменения коснутся соблюдения принципов микротерриториальности, в частности, в расположенных в центре Баку школах. То есть дети, занимающиеся в дошкольных группах русского отделения, автоматически будут зачислены в первый класс. Но для других детей при приеме в школу – речь идет не только о лицеях – ожидается проведение с ними собеседования или определенный конкурсный отбор”, – отметил Асадов.

    Это связано с одним событием, указал эксперт. В феврале 2018 года, во время прошлого приема детей, все первые классы были укомплектованы на 100% уже через 40 минут после запуска системы электронного приема. Однако впоследствии, через несколько месяцев родители вынуждены были изменить язык обучения с русского на азербайджанский. В конечном счете дети из-за незнания языка просто не могли освоить программу, замечает специалист.

    К сожалению, сегодня родители, выбирающие детям обучение на русском языке, считают, что их дети уже таким путем добились успеха в жизни. Однако, прежде чем посылать ребенка в школу, надо еще в раннем возрасте обучить его языку и навыкам, подчеркнул эксперт.

    “Мы предполагаем, что в этом году при приеме в русский сектор возможны определенные ограничения. Это не будет говорить об ущемлении прав учащихся, но в то же время послужит тому, чтобы дети не мучились в будущем”, – отметил Асадов.

    Наряду с этим он добавил, что в 2019-2020 учебном году только в Баку в первый класс отправятся около 50 тысяч детей.

  • Böyük TƏHLÜKƏ! İnternetdə uşaqları intihara sövq edən oyun yayıldı – VİDEO + FOTO

    İnternetdə azyaşlıları intihara sövq edən oyun peyda olub.

    Median.Az xarici mətbuata istinadən xəbər verir ki, uşaqların çox izlədiyi “Momo” oyunu “Mavi balina” kimi təhlükəlidir.

    “Youtube” uşaqlar üçün cizgi filmlərinin arasında gizlənir. Uşaqlar cizgi filmi izləyərkən bir anda ortaya çıxıb təlimatlar verməyə başlayır.

    Videonu izləyən azyaşlılar dili başa düşməsələr belə göstərilənlərdən nə tələb edilyini analaya bilirlər. Bu videolarda uşaqlardan bıçaq, çəkic kimi kəsici alətlərdən istifadə edərək özlərinə zərər verməsi istənilir.

    Artıq dünyanın fərqli ölkələrində yaşayan bir çox uşaqlar “Momo”nun istəyilə özünə xəsarət yetirib. Onlar analarına “Bunu Momo istədi” deyiblər.

                          Keysuke Aysonun 2016-cı ildə sərgi üçün yaratdığı və artıq məhv etdiyi “Ana quş” heykəli

    Qeyd edək ki, “Momo” yapon heykəltəraş Keysuke Aysonun 2016-cı ildə sərgi üçün yaratdığı “Ana quş” heykəlinin qorxunc prototipidir. “Momo” oyunu İnternetə ayaq açdıqdan sonra 43 yaşlı heykəltəraş öz yaratdığı heykəli məhv etmək məcburiyyətində qalıb. O, belə bir bəyanat yayıb: “Momo öldü, artıq uşaqlar rahat yaşaya bilərlər”.

    //Baku.ws

  • Prezidentin bu sözlərinə görə hər kəs onu alqışladı – VİDEO

    “Mənim işim sizə xidmət etməkdir. Mən öz vəzifəmi bunda görürəm. Prezident kimi həmişə çalışmışam ki, Azərbaycan xalqın ləyaqətlə xidmət edim”.

    Bu sözləri dövlət başçısı İlham Əliyev Ağsu rayonuna səfəri zamanı vətəndaşlarla görüşündə deyib. Prezident bildirib ki, vətəndaşları narahat edən problərin həlli üçün bütün lazımi addımlar atılacaq.

    Dövlətimizin başçısı Ağsu sakinlərinin ərizələrini qəbul etdi. Görüşdə zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlər barədə danışıldı, dövlətimizin başçısı sakinləri narahat edən məsələləri dinlədi. Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.

    //Baku.ws

  • Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində yeni TƏYİNAT

    Baş Prokurorluqda yeni təyinat olub.

    Median.Az report-a istinadən xəbər verir ki, Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi Sahib İsmayılov vəzifəsindən azad olunaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Daxili Təhlükəsizlik şöbəsinin rəisi təyin edilib.

  • İlham Əliyev vətəndaşlarla görüşdü və onların problemlərini dinlədi – FOTO

    Fevralın 5-də və 6-da baş vermiş zəlzələ Şamaxı, İsmayıllı və Ağsu rayonlarında bir sıra fəsadlar törətmişdi. Dövlətimizin başçısının sərəncam və tapşırıqlarına əsasən təbii fəlakətin törətdiyi fəsadlar aradan qaldırılır.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Sərəncamın icrası ilə əlaqədar görülən işlərlə yerində tanış olmaq üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Ağsu rayonuna səfərə gəlib.

    Qeyd edək ki, fevralın 5-də və 6-da episentri Ağsu və İsmayıllı rayonlarının ərazisində olan zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında fərdi evlər qəzalı vəziyyətə düşmüş, sosial və infrastruktur obyektlərinə ziyan dəymişdi.

    Təbii fəlakətdən dərhal sonra Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən görülən təxirəsalınmaz tədbirlər nəticəsində adıçəkilən rayonlarda mühəndis-kommunikasiya təminatı sistemləri tam bərpa edilib, zərər çəkmiş əhaliyə ilkin yardım göstərilib.

    Hadisənin səhəri günü dövlətimizin başçısı zəlzələ zonasına gələrək sakinlərlə görüşmüş, təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılacağını bildirmişdi.

    Prezident İlham Əliyev elə buradaca əhalinin müraciətlərinə diqqətlə baxılması, evlərə, həmçinin sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün müvafiq icra strukturlarına tapşırıq və göstərişlərini vermişdi.

    Elə həmin gün dövlətimizin başçısı baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında evlərə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ilkin olaraq iki milyon manat ayrılması haqqında Sərəncam imzalamışdı. Bundan sonra hər 3 rayonda dərhal tikinti və təmir işlərinə başlanmışdı.

    Dövlətimizin başçısı Ağsuda zəlzələ nəticəsində zərər çəkən evlərin yerində yenidən tikilməkdə olan evlərlə tanış oldu. Prezident İlham Əliyev Xasayev küçəsinin sakini Gülarə Hökmrəvanın ailəsi üçün tikilməkdə olan yeni evə baxdı, ev sahibinin oğlu Tahir Hökmrəvanla söhbət etdi.

    Burada fövqəladə hallar naziri Kəmaləddin Heydərov dövlətimizin başçısına zəlzələ zonasında görülən işlər barədə məlumat verdi. Bildirildi ki, yaradılmış komissiyalar tərəfindən əhalinin müraciətlərinə əsasən indiyədək Şamaxıda 4893,

    Ağsuda 1461, İsmayıllıda 919 evə baxış keçirilib. Müəyyən olunub ki, Şamaxıda 244, Ağsuda 150, İsmayıllıda 97 ev kəskin qəzalıdır. Şamaxıda 1111, Ağsuda 265, İsmayıllıda 262 evin bərpa-gücləndirməsinə ehtiyac var.

    Şamaxıda 1800, Ağsuda 1022, İsmayıllıda 354 evin isə təmirə ehtiyacı var. Bütövlükdə bu rayonlarda 88 ev sökülməyə hazırlanıb, 65 ev sökülüb və sökülməyə başlanıb, həmçinin 38 evin tikintisi aparılır.

    Prezident İlham Əliyev tikinti-bərpa işlərinin sürətlə və keyfiyyətlə davam etdirilməsi ilə bağlı tapşırıqlarını verdi.

    Sonra dövlətimizin başçısı Firdovsi küçəsində Həcər Zamanovanın ailəsi üçün inşa edilən yeni evdə görülən işlərlə tanış oldu. Məlumat verildi ki, dağılmış evin yerində tikilən yeni ev 3 otaqdan ibarət olacaq.

    Burada normal yaşayış üçün hərtərəfli şərait yaradılacaq.

    Prezident İlham Əliyev Ağsu şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdi.

    Daha sonra Prezident İlham Əliyev rayon sakinləri ilə görüşdü, onlarla söhbət etdi. Dövlətimizin başçısı Ağsu sakinlərinin ərizələrini qəbul etdi. Görüşdə zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlər barədə danışıldı,dövlətimizin başçısı sakinləri narahat edən məsələləri dinlədi. Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.























































  • Magistral yolda avtobus “şousu” – Sürət azı 150-dir – VİDEO

    Avtobus sürücüsü Bakı-Ələt-Astara yolunda yüksək sürətlə hərəkət edib.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, çəkilən kadrdan görünür ki, avtobusa sözün əsl mənasında çatmaq mümkün deyil.

    Elə təsəvvür yaranır ki, avtobus sürücüsü sanki magistral yolda yox, yarış meydançasındadır.

    Görüntülərdən aydın olur ki, avtobus sürücüsü sərnişinlərin həyatını riskə atmaqdan çəkinmir. Avtobus azı saatda 150 km/sürətlə hərəkət edir. Üstəlik, manevrlər də edir.

    Məsələyə münasibət bildirən yol hərəkəti üzrə ekspert Azər Allahverənov deyir ki, bu videoda birmənalı olaraq yol hərəkəti haqqında qanunvericiliyin tələbləri pozulub. Üstəlik, bu tələbi təkcə avtobus sürücüsü deyil, elə videonu çəkən şəxs də pozub.

    Ekspert deyir ki, avtobusların magistral yolda icazə verilən sürəti maksimum 90km/saatdır. Burada isə sürücü bu qanunun tələbini kobudcasına pozub.

    Ekspert təklif edir ki, avtobuslara taxoqraflar quraşdırılsın. Taxoqraflar sürücülərin bütün hərəkətlərini izləməyə imkan verir. Həmçinin sənişin avtobuslarına sürətə nəzarət edən xüsusi cihazlar da quraşdırıla bilər. Həmin cihazlar isə sürət həddinin aşılmasının qarşısını alır.