Month: March 2019

  • Yevlaxda 65 ədəd partlamamış hərbi sursat aşkar edilib – FOTO

    Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Yevlax şəhəri, Aran qəsəbəsi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

    Məlumata əsasən, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) xüsusi mobil çevik əməliyyat qrupu və DİN Yevlax rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

    Aparılan təcili əməliyyat-axtarış tədbirləri nəticəsində 65 ədəd partlamamış hərbi sursat (PHS) və 123 ədəd təlim (tərkibində partlayıcı maddə olmayan) məqsədli mərmilər aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

    Partlamamış hərbi sursatların (PHS) ətrafında 50,000 kv.m (5 ha) əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

  • Азербайджанцы смогут посетить Македонию без визы

    В период с 16 марта по 15 сентября граждане Азербайджана смогут посещать Республику Северная Македония без визы.

    Об этом завил Ölkə.Az журналист – исследователь по делам диаспоры Эльнур Эльтурк.

    Кроме того, граждане Азербайджана могут оставаться в этой стране в течение 180 дней.

    По словам министра по иностранным инвестициям Республики Северная Македония Эльвина Гасана, если азербайджанская сторона также применит этот подход, связи между двумя государствами еще больше укрепятся.

    «Будучи македонским правительством, мы предприняли этот шаг, и очень довольны этим. Наши главные ожидания – укрепление и развитие дружеских связей с Азербайджаном. Упрощение визового режима облегчит взаимные визиты граждан обеих стран. Кроме того, это будет способствовать укреплению многостороннего сотрудничества. Меня радуют шаги, брошенные для развития связей с братским Азербайджаном», – сказал он.

    Отметим, что Македония и ранее на короткий период отменяла визовый режим для Азербайджана.

  • 114 yaşlı Şabikə nənə: Yoldaşım məni gəmi ilə qaçırmışdı – VİDEO – FOTO

    Axundova Şabikə Fərhad qızı Lənkəran rayonunun Boladi kəndində yaşayır. O, kəndin ən yaşlı sakinidir. Şabikə nənənin nə az, nə çox, düz 114 yaşı var.

    Median.Az bildirir ki, oxu.az-ın əməkdaşları 114 yaşlı qadının evində olub, onunla söhbətləşiblər:

    Şabikə Axundovanın şəxsiyyət vəsiqəsində 1905-ci ildə anadan olduğu qeyd edilib. Şabikə nənə deyir ki, bu yaşa çatmasına əsas səbəb ömür boyu fiziki işlər görməsi olub:

    – Şağlaser kəndində doğulmuşam. Ailə qurub Boladi kəndinə gəlin gəlmişəm. Ailədə üç bacı, üç qardaş olmuşuq. Bacı-qardaşlarım dünyasını dəyişib. Mən fiziki işlərlə çox məşğul olurdum. Əsasən, çay yığırdım. Həyət-bacada işləyirdim.

    – Neçə övladınız var?

    – Doqquz övladım – beş oğlan, dörd qızım var. Qızlarımdan biri dünyasını dəyişib.

    – Nəvə-nəticələriniz çox olar.

    – 40 nəvəm, 20-yə yaxın nəticəm, doqquz kötücəm, iki yadıcam var. Bakıda yaşayırlar. Hərdən darıxıram onlar üçün. Arada gəlib məni görürlər.

    – 114 il ömür yaşamısınız. Həyatda peşman olduğunuz məqamlar olub?

    – Yaddaşımda çox şeylər qalmayıb. Amma peşmançılığım olmayıb. Allah rəhmət eləsin, yoldaşım çox yaşı adam olub, çox xoşbəxt günlər yaşamışıq.

    – Yoldaşınızla sevib evlənmişdiniz?

    – Məni çox sevirdi (gülür). Sevib evlənmişəm. Yoldaşım o vaxt məni gəmi ilə qaçırmışdı. Bir-birimizə çox dəyər verirdik. İndiki sevgilər kimi deyildi. Təəssüf ki, yoldaşımı tez itirdim. Onun sağlığında həyatımın ən gözəl günlərini yaşamışam.

    – Yoldaşınızı tez itirdiyinizi dediniz. Sonra yenidən ailə həyatı qurmaq istəmisiniz?

    – 1994-cü ildə yoldaşımı itirmişəm. Qadın bir dəfə ailə qurar. Ömür boyu da o insanla həyatını başa vurar. Mən heç vaxt yoldaşımdan sonra ikinci bir insanla ailə qurmağı düşünməmişəm.

    – Bu yaşda darıxdığınız kimsə var?

    – İnsanın həyatda ən çox sevdiyi övladları olar. Mən övladlarımdan bir qızımı itirmişəm. Onun üçün çox darıxıram. Bir də yoldaşım üçün. Yoldaşımın yanına getmək üçün gün sayıram.

    – Qarşıdan 8 Mart gəlir. Kimdən hədiyyə gözləyirsiniz?

    – Yoldaşım yanımda olanda mənə hər şey alırdı. İndi heç kimdən heç nə gözləmirəm. Uşaqlarım hədiyyə olaraq nələrsə alır, sağ olsunlar.

    – 114 yaşınız var. Gün ərzində nələr edirsiniz?

    – Bir oğlumun həyat yoldaşı mənə kömək edir. Evdə çox iş görə bilmirəm, artıq yoruluram. Yemək bişirib gətirir. Heç nəyə ehtiyacım olmur. Pensiyamı alıram, tapşırıram oğluma, istədiklərimi alıb gətirir.

    – Can, həqiqətən, şirindir, yoxsa?

    – Yəqin, şirin olar. Şirindir.

    – Səhhətinizdə nə problemləriniz var?

    – Heç bir problemim yoxdur. Bu günə qədər heç bir xəstəliyim olmayıb. Amma yaddaşım zəifləyib, çox şeyləri xatırlaya bilmirəm.

    – Övladlarınıza hər hansı vəsiyyətiniz varmı?

    – Böyük oğluma vəsiyyət etmişəm ki, mən öləndə yoldaşımın yanında dəfn etsinlər. Qəbrimin üstündə çadır qursunlar, molla üç gün “Quran” oxusun. Bütün zinət əşyalarımı da gəlinlərim arasında bölüşdürsünlər.

    – Həyatda gerçəkləşməsini istədiyiniz arzunuz qalıbmı?

    – Bütün arzularıma çatmışam. Övladlarımı evləndirmişəm, nəvələrimin toyunu görmüşəm. Tək arzum odur ki, Allah onlara sağlam, uzun ömür versin.

  • Xəstə dişlər insanı ölümə sürükləyir

    ABŞ-ın Kolumbiya Universitetinin alimləri dişlərin çürümə prosesi və parodontitdə iştirak edən bakteriyanın yoğun bağırsaq xərçənginin inkişafını sürətləndirdiyini müəyyən edib.

    Median.Az oxu.az-a istinadən bildirir ki, bu barədə “MedicalXpress”də press-reliz dərc olunub.

    Tədqiqatçılar yoğun bağırsağın sağlam hüceyrələrində bədxassəli şişlərin inkişafını stimullaşdıran “anneksin A1” zülalının olmadığını ortaya çıxarıb. Siçanlar üzərində aparılan sınaqlarda anneksinin aktivliyinin inhibasiyasının “Fusobacterium nucleatum” bakteriyasının xərçəngə yol açan siqnal yollarının aktivləşməsinə əngəl yaratdığı və törəmələrin artımını ləngitdiyi üzə çıxıb.

    Alimlər bağırsaq xərçəngli xəstələrin RNT 466 məlumatlarını araşdırıb. A1 anneksinin yüksək aktivliyi cinsdən, yaşdan və şişin inkişaf mərhələsindən asılı olmayaraq, xərçənglə bağlı daha bədbin proqnozlara yol açıb.

    Hazırda tədqiqatçılar A1 anneksinin köməyi ilə (biomarker qismində) daha aqressiv xərçəng növlərinin aşkarlanması metodunun yaradılması üzərində çalışır.

  • Spirtli içkidən asılı olan insanların SAYI açıqlandı

    Azərbaycanda qeydiyyatda olan alkoqoliklərin (alkoqol asılılığı olan şəxslər) sayı açıqlanıb.

    Median.Az xəbər verir ki, Səhiyyə Nazirliyindən Trend-ə özəl olaraq bildirilib ki, 2011-ci ildə 19 765 nəfər, 2012-ci ildə 21 103 nəfər, 2013-cü ildə 21 584 nəfər, 2014-cü ildə 22 278 nəfər, 2015-ci ildə isə 21 777 nəfər alkoqolik qeydə alındığı halda, 2016-cı ildə onların sayı yenidən 21 909-a, 2017-ci ildə 21 364-ə yüksəlib. Ötən il isə rəsmi qeydiyyata alınan alkoqoliklərin sayı yenidən azalaraq 20 401-ə enib.

    2014-cü ildə Azərbaycanda 881 nəfər, 2015-ci ildə 619, 2016-cı ildə 555, 2017-ci ildə 618 nəfər, 2018-ci ildə 508 nəfər alkoqolik kimi yeni qeydiyyata götürülüb. Ölkədə 40 yaşından sonra alkoqolik kimi qeydiyyata götürülənlərin sayı çoxluq təşkil edir.

    Son rəsmi məlumatlara əsasən, Azərbaycanda 15-17 yaşlı 1 (2017-ci ildə 1), 18-24 yaşlı 351 (2017-ci ildə 341, 2016-cı ildə 338, 2015-ci ildə 343, 2014-cü ildə 517), 25-29 yaşlı 971 (2017-ci ildə 926, 2016-cı ildə 924, 2015-ci ildə 928, 2014-cü ildə 1240), 30-34 yaşlı 1587 (2017-ci ildə 1553, 2016-cı ildə 1638, 2015-ci ildə 1599, 2014-cü ildə 1429), 35-39 yaşlı 1892 (2017-ci ildə 1850, 2016-cı ildə 1798, 2015-ci ildə 1660, 2014-cü ildə 1669) nəfər alkoqolik var.

    Ötən il ərzində Azərbaycanda 40-44 yaşlı 2740 (2017-ci ildə 2686, 2016-cı ildə 2628, 2015-ci ildə 2709, 2014-cü ildə 2583), 45-49 yaşlı 3261 (2017-ci ildə 3224, 2016-cı ildə 3165, 2015-ci ildə 3175, 2014-cü ildə 3027), 50-54 yaşlı 3308 (2017-cı ildə 3399, 2016-ci ildə 3386, 2015-ci ildə 3347, 2014-cü ildə 3245), 55-59 yaşlı 3229 (2017-ci ildə 3383, 2016-ci ildə 3468, 2015-ci ildə 3434, 2014-cü ildə 3374), 60-64 yaşlı 2 133 (2017-ci ildə 2565, 2016-cı ildə 2861), 65 yaşdan yuxarı 928 (2017-ci ildə 1436, 2016-cı ildə 1713, 2014-cü ildə ümumilikdə 60 yaşdan yuxarı 4582, 2014-cü ildə 5193 ) nəfər alkoqolik olub.

    Azərbaycanda alkoqoliklər daha çox kişilərdir. Ümumilikdə ölkədə alkoqolik kimi qeydiyyata götürülənlərin 746 nəfəri qadındır. Ötən il spirtli içki asılılığı olanlardan 1556 nəfəri qeydiyyatdan çıxarılıb.

    Səhiyyə Nazirliyindən bildirilib ki, Azərbaycanda iki halda – alkoqoliklər könüllü müraciət etdikdə və məhkəmənin qərarı ilə məcburi müalicə təyin edildikdə rəsmi qeydiyyata götürülür.

    Azərbaycanda məhkəmənin qərarları istisna olmaqla, alkoqoliklərin müalicəsi daha çox könüllü şəkildə aparıldığından bunun üçün özlərinin istəkli olması vacibdir.

    Ölkədə alkoqoliklər daha çox xəstəliyin orta mərhələsində müalicə olunmaq üçün həkimə müraciət edirlər.

    Qeyd edək ki, dünyada hər il təxminən 2,3 milyon nəfər alkoqollu içkilərin qəbulu nəticəsində dünyasını dəyişir. Bu isə dünyada baş verən bütün ölüm hallarının 3,8%-ni təşkil edir.

    Alkoqollu içkilərin istehlakı ən çox adambaşına düşən gəlirlərin səviyyəsinin daha yüksək olduğu ölkələrdə qeydə alınır.

  • “Yüz ilin tənhalığı” romanı əsasında film çəkilir

    ABŞ-ın “Netflix” kinoşirkəti məşhur kolumbiyalı yazıçı Qabriel Qarsiya Markesin “Yüz ilin tənhalığı” romanı əsasında film çəkmək hüququnu əldə edib.

    Median.Az xəbər verir ki, icraçı prodüser olaraq yazıçının oğlanları – Rodriqo və Qonsalonun iştirak etdikləri layihə roman əsasında serial yaradılmasını nəzərdə tutur. Çəkilişlərin əsas hissəsi yazıçının vətəni Kolumbiyada aparılacaq.

    1927-ci ilin martın 6-da doğulan mərhum yazıçının ən məşhur əsərlərindən olan “Yüz ilin tənhalığı” romanı ilk dəfə 1967-ci ildə 8 min tirajla işıq üzü görüb. Daha sonra 46 dildə 50 milyon nüsxə ilə nəşr edilib./Report/

  • В Ичеришехер будет организован праздничный фестиваль

    Администрация Государственного историко-архитектурного заповедника «Ичеришехер», оставаясь приверженной своим традициям, приглашает жителей и гостей столицы на праздник Новруз в Ичеришехер, который будет отмечаться в национальных традициях азербайджанского народа.

    Как отмечается в сообщении управления заповедника «Ичеришехер», декорации украсят площадь Гоша гала, где 20-26 марта пройдет фестиваль «Весенняя башня».

    В дни фестиваля концертная программа будет продолжаться с 12:00 до 18:00. Перед зрителями выступят звезды нашей эстрады.

    Во время фестиваля украшенные улицы создадут впечатление волшебной сказки. Будет действовать «Восточный базар», шествовать верблюды, все это придаст празднику особую красоту.

    На площади за Девичьей башней жители Ичеришехер безвозмездно получат в свое распоряжение 3 торговые точки, где они смогут гостям показать свое гостеприимство, предложить блюда богатой бакинской кухни и получить дополнительный доход.

    На площади перед Девичьей башней детские ансамбли в национальных костюмах народов нашей страны продемонстрируют свои танцы и песни.

    23 марта в рамках фестиваля турецкая поп-звезда Алейна Тилки даст концерт на площади Гоша гала.

  • “İndi Xanım tamam başqa uşaqdır” – 2 nömrəli uşaq evinin direktoru

    “Sən Supersən!” beynəlxalq vokal müsabiqəsinin üçüncü mövsümünün iştirakçısı Xanım Əhmədiyeva haqqında 2 nömrəli uşaq evinin direktoru Sevda Hacıyeva və tərbiyəçisi Ofeliya Əliyeva danışır.

    Bakı şəhəri, Günəşli qəsəbəsində yerləşən 2 nömrəli uşaq evinin sakini 14 yaşlı Xanım Əhmədiyeva Rusiyanın NTV telekanalının “Sən supersən!” beynəlxalq vokal müsabiqəsinin seçmə mərhələsindən keçib.

    Rusiyanın NTV telekanalı və “Sputnik” Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun “Sən supersən!” layihəsi valideyin himayəsindən məhrum olmuş istedadlı uşaqlara bacarıqlarını nümayiş etdirməyə imkan yaradır. “Sən supersən!” layihəsində MDB ölkələrindən, o cümlədən Rusiya, Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Ukrayna, Estoniyadan uşaq iştirak edir.

    Xanım hələ uşaq yaşlarından oxumağa başlayıb, lakin onun istedadına heç kim əhəmiyyət verməyib. Uşaq evinə düşdükdən sonra isə vokal üzrə müəllimlər Xanımın istedadının fərqinə varıblar və onunla ciddi məşğul olmağa başlayıblar. İndi isə Xanım beynəlxalq vokal müsabiqəsinin iştirakçısıdır.

    Qeyd edək ki, Xanım qardaşı ilə birlikdə dörd ildir ki, 2 nömrəli uşaq evində yaşayırlar. Onlar uşaq evinə ailələrindəki qarışıq vəziyyətə görə düşüblər.//sputnik.az

  • Şir öz sahibini parçalayıb

    Çexiyanın şərqində şir onu evində saxlayan sahibini parçalayıb.

    Median.Az report-a istinadən bildirir ki, Mixail Prasekin cəsədini atası aşkarlayıb. Onun cəsədi şirin qəfəsində tapılıb. Hadisə yerinə gələn polis əməkdaşları yırtıcıları güllələyiblər.

    Qeyd edilir ki, 33 yaşlı Prasek qəfəsin heyvanları üçün şəxsən tikib. Mixal Prasek 9 illik aslanı və daha bir dişi şiri evində böyüdüb. Yerli sakinlər buna görə onu bir neçə dəfə qınayıblar.

    Hakimiyyət orqanları bir müddət əvvəl onu vəhşi heyvanları qanunsuz saxladığına görə cərimə ediblər.

  • Популярная детская косметика оказалась опасной для здоровья

    Американское управление по санитарному надзору за качеством пищевых продуктов и медикаментов (Food and Drug Administration (FDA) предупредило потребителей, что косметика фирмы Claire’s содержит асбест.

    Как сообщает Лента.ру, сообщение об этом опубликовали на официальном сайте ведомства во вторник, 5 марта.

    Данные о том, что в косметике Claire’s, а также в некоторых средствах еще одного бренда Justice содержатся вредные элементы, FDA получило еще в 2017 году от сторонних лабораторий. Тогда обе компании добровольно изъяли из своего ассортимента по девять наименований продукции.

    После этого FDA запустило собственную экспертизу, результаты которой появились в конце февраля 2019 года. Опасное вещество обнаружили в трех продуктах Claire’s: в пудре, тенях для век и палетке для контуринга.

    Сотрудники FDA призвали Claire’s снять с продажи указанные средства, однако получили отказ. По заявлению Claire’s, ведомство не имеет полномочий предъявлять подобные требования, а средства, содержащие асбест, уже изъяты из ассортимента.

    Claire’s – крупный бренд украшений, аксессуаров и косметичеких средств, основанный в 1951 году в Иллинойсе. Основные покупатели бренда – дети, подростки и молодые женщины. 3469 магазинов сети работают в 36 странах мира.

    В октябре 2018 года полиция Лос-Анджелеса конфисковала из магазинов поддельные косметические средства, в составе которых были найдены биологические отходы животных. «Фекалии смешивали с продукцией, которая изготавливалась в гараже или в ванной», – рассказал сотрудник полиции.