Month: March 2019

  • Sinqapur TƏƏCCÜBLƏNDİRİR: Sürücüsüz elektroavtobus istifadəyə veriləcək

    Sinqapurda sürücüsüz elektrikli avtobus təqdim edilib.

    Median.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, 80 nəfər üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsi Volvo avtokonserni və Nanyan texnoloji universiteti tərəfindən istehsal edilib.

    Avtobusun testi xüsusi poliqonda keçirilib. Yaxın aylarda onlar yollarda fəaliyyətə başlayacaq. İstehsalçılar avtobusu dünyada ilk belə texniki vasitə adlandırırlar. Avtobusun uzunluğu 12 metrdir. Enerji ehtiyatı 25 kilometrdir və 6 dəqiqəyə tam enerji yığır. Bununla yanaşı avtobus xüsusi sensorlar və üç ölçülü kameralarla təchiz edilmiş CPS sistemlə təmin edilib. Nəqliyyat vasitəsinin yaxın iki ildə Sinqapurun bir neçə rayonuna sərnişin daşıması planlaşdırılır.

  • Elmar Məmmədyarov Markl Şnayerlə görüşdü

    Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Etnik Anlaşma Fondunun prezidenti ravvin Mark Şnayerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Azərbaycanda olmasından məmnunluğunu bildirən ravvin M.Şnayer Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və çox faydalı fikir mübadiləsinin aparıldığını qeyd edib.

    Eyni zamanda, Azərbaycana səfər çərçivəsində müxtəlif dini icmaları ziyarət etdiklərini və onlar üçün yaradılmış şəraitlə yerindəcə tanış olduqlarını vurğulayan qonaqlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda keçirilmiş beynəlxalq konfrans zamanı aparılmış fikir mübadiləsini yüksək qiymətləndiriblər.

    Nümayəndə heyətinin tərkibinə daxil olan ABŞ-da fəaliyyət fəaliyyət göstərən yevangelik təşkilatlarının nümayəndələri Azərbaycanda tolerantlığa, dinlərarası münasibətlərin qorunub saxlanılmasına böyük əhəmiyyət verildiyinin və müxtəlif dini icmaların nümayəndələrinin bir arada dinc şəraitdə yaşamasının şahidi olduğunu qeyd ediblər. Bu xüsusda, qonaqlar Azərbaycanın nümunəvi dövlət olduğunu xüsusilə vurğulayıblar.

    Öz növbəsində, səmimi sözlərə təşəkkürünü bildirən nazir E.Məmmədyarov bunun dövlət siyasəti və Azərbaycan xalqının əsrlər boyunca yaşatdığı bir ənənə olduğunu bildirib.

    Daha sonra, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin son vəziyyəti haqqında məlumat verən nazir E.Məmmədyarov Ermənistan rəhbərliyinin son bəyanatlarına toxunaraq bu kimi bəyanatların danışıqlar prosesinə xələl gətirdiyini qonaqların diqqətinə çatdırıb. E.Məmmədyarov bölgənin dayanıqlı inkişafı və rifahı baxımından münaqişənin həllinin vacibliyini qeyd edib.

    Görüş zamanı, həmçinin tərəflər Azərbaycan-ABŞ münasibətlərini və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

  • Азербайджан и Великобритания обсудили военное сотрудничество

    6 марта министр обороны Азербайджана генерал-полковник Закир Гасанов встретился с делегацией во главе с директором по политике международной безопасности Министерства обороны Соединенного Королевства Великобритании и Северной Ирландии Ником Гурром.

    Согласно информации Минобороны, в ходе встречи, основной темой обсуждения которой стала проведение очередных штабных переговоров между Министерствами обороны Азербайджана и Великобритании, был проведен широкий обмен мнениями по сотрудничеству в военной, военно-технической и военно-образовательной сферах.

    Затронув военно-политическую ситуацию в регионе, генерал-полковник З.Гасанов довел до внимания гостей, что армяно-азербайджанский нагорно-карабахский конфликт представляет серьезную угрозу региональной стабильности, добавив, что конфликт должен быть решен в рамках территориальной целостности Азербайджана и на основе норм международного права.

    Высоко оценив участие Азербайджана в миротворческой миссии в Афганистане, гость подчеркнул, что Великобритания заинтересована в укреплении военных связей с Азербайджаном.

    Н.Гурр особо отметил, что Великобритания признает территориальную целостность и суверенитет Азербайджана. Он заявил, что его страна является сторонником решения нагорно-карабахского конфликта на основе соответствующих резолюций Совета безопасности ООН, в рамках норм и принципов международного права.
    В ходе встречи также обсуждались аспекты региональной, морской, энергетической безопасности, а также совместной борьбы против терроризма и другие вопросы.

  • İş saatlarının dəyişdirilməsiylə bağlı hökumətə – Rəsmi müraciət

    Bakı Nəqliyyat Agentliyi (BNA) Bakıda iş saatlarının dəyişdirilməsilə bağlı Nazirlər Kabinetinə müraciət edib.

    Median.Az xəbər verir ki, bu haqda BNA-nın mətbuat katibi Mais Ağayev Modern.az-ın sorğusuna cavab olaraq bildirib.

    O qeyd edib ki, layihə təsdiqlənəcəyi təqdirdə pik saatlarda şəhər yollarında sıxlıq aradan qalxacaq:

    “BNA tərəfindən Nazirlər Kabineti yanında yol hərəkətinin təhlükəsizliyi komissiyasına müvafiq təkliflər təqdim edilib. Düşünürük ki, bu təkliflər reallaşacağı təqdirdə, günün pik saatlarında şəhər yollarında nəqliyyat sıxlığını müəyyən qədər azaltmaq mümkün olacaq”.

    M.Ağayev həmçinin, sıxlığın aradan qaldırılması üçün məktəblərdə servis avtobuslarının olmasının vacibliyini vurğulayıb:

    “Məktəblərdə servis avtobusların olması da vacib məsələdir. Bu gün aparılan təhlillər onu deməyə əsas verir ki, xüsusən də səhər pik saatlarında məktəblərin ətrafında dayanma və durma qaydalarının kütləvi pozulması halı müşahidə edilir. Nəticədə vətəndaşlarımız səhər saatlarında iş yerlərinə, dərsə və s. ünvanlara gecikmə, lüzumsuz əsəb və stresslə çatırlar. Bu səbəbdən də məktəblilər üçün servis avtobusları olarsa, bunun özü də tıxac və nəqliyyat sıxlığının azaldılması baxımından əhəmiyyətli olar”.

    Mətbuat katibi deyib ki, məktəblərdə servis avtobuslarının istifadə edilməsi də BNA-nın gündəliyində olan prioritet məsələlərdəndir.

  • Ən ucuz internetə sahib ölkələrin adları açıqlandı

    “Cable” şirkəti tərəfindən dünyanın ən ucuz internetinə sahib ölkələrinin adları açıqlanıb.

    Median.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, “Cable”ın siyahısında ilk yerdə Hindistan qərarlaşıb. Burada internetin aylıq qiyməti 0.26 dollar təşkil edir.

    Növbəti yerdə isə Qırğızıstan qərarlaşıb. “Cable”nin məlumatına görə, burada internetin qiyməti 0.27 dollar təşkil edir. Qazaxıstan isə siyahıda 3-cü yerdədir. Burada internetin aylıq qiyməti 0.49 dollardır. Ukrayna isə bu siyahıda 4-cü yerdə qərarlaşıb. “Cable”nin məlumatına görə, Ukraynada internetin aylıq qiyməti 0.51 dollardır.

  • Часть Баку осталась без воды

    На магистральном водопроводе Кура-Баку произошла авария.

    Об этом в среду сказал Trend глава пресс-службы ОАО “Азерсу” Анар Джабраиллы.

    По его словам, в связи с устранением последствий аварии сегодня до ночи будет приостановлена подача питьевой воды в части Гарадагского района Баку (в поселках Сангачал, Умид, Сахиль, Гызылдаш, АЗНС, Локбатан, Пута, Кергез).

  • Səudiyyəyə pis xəbər: martın sonuna qədər…

    Almaniya Səudiyyə Ərəbistanına silah satışına qoyduğu qadağanı mart ayının sonuna qədər uzadıb.

    Median.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın Xarici İşlər naziri Hayko Maas danışıb.

    Nazir bu addımın Yəməndə baş verən hadisələrə görə atıldığını qeyd edib.

  • Qadına qarşı dəhşət: Qul kimi işlətdilər, zorladılar… – Məhkəmə başladı

    Gəncə şəhərində ağır cinayətlər törətməkdə ittiham olunan Arzu Tağıyev, Sahib Tağıyev və Brilyant Tağıyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

    Median.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

    Məhkəmə baxışı martın 19-na təyin edilib.

    Qeyd edək ki, təqsirləndirilən şəxs Brilyant Tağıyeva qohumları – Arzu və Sahiblə birlikdə cinayət əlaqəsinə girərək, rus əsilli qadını Gəncə şəhərinə gətiriblər. Onlar həmin şəxsi məcburi əməyə cəlb etməklə insan alveri cinayəti törədiblər.

    Bundan başqa, Sahib və Arzu həmin qadınla zorla cinsi əlaqədə olublar, ona qarşı seksual xarakterli hərəkətlər ediblər. Bu hal qadına qarşı bir neçə dəfə təkrarlanıb.

    Seksual xarakterli hərəkətlərə məruz qalan qadın sonda intihar edib.

    Bu hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Məlumat əsasında hər üç şəxsin barəsində cinayət işi açılıb və onlar axtarışa veriliblər.

    Bu ilin yanvarın 22-də Gəncənin Nizami (Gəncə) rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hər üç şəxs həbs edilib.

    İstintaq orqanı tərəfindən Arzu Tağıyev, Sahib Tağıyev və Brilyant Tağıyevanın barəsində Cinayət Məcəlləsinin 144-2.2.6-cı (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən məcburi əmək törətmək), 144-3.4-cü (insan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə), 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək), 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə ittiham elan edilib.

    Arzu Tağıyev və Sahib Tağıyev barəsində əlavə olaraq Cinayət Məcəlləsinin 150.2.5-ci (təkrar seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə də ittiham verilib.

  • Nazirlər Kabineti: Şəki aeroportunun bərpası məsələsinə baxılır

    Hazırda Şəki Hava Limanının bərpa edilərək işə salınması ilə bağlı məsələlərə baxılır.

    Median.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti (NK) açıqlayıb.

    NK bildirib ki, Şəki şəhəri və ətraf yaşayış məntəqələri üzrə sərnişindaşımaların yaxın beynəlxalq hava limanları vasitəsilə həyata keçirilməsi, regiona sərnişin-turist axını araşdırıldıqdan və büdcə tərəfindən maliyyələşdirildikdən sonra Şəki Hava Limanının fəaliyyəti bərpa ediləcək. “Azərbaycan Hava Yolları” QSC-nin 2018-2025-ci illər üçün strateji planında Şəki Hava Limanının tikintisi 2022-2023-cü illərdə proqnozlaşdırılıb.

    NK qeyd edib ki, son illərdə sözügedən bölgədə, yəni Qəbələdə yeni hava limanı tikilib, Zaqatalada isə hava limanı yenidən qurularaq istifadəyə verilib.

    Şəki hava limanı isə hazırda ancaq bütün tip vertolyotları qəbul və yola salmaq imkanına malikdir.

  • 20 il əvvəlin “namus” qisasını alan gənc Hakim qarşısında

    Şabran rayonunda namus üstündə qətl törətməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Ağayəhya Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

    Median.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    Məhkəmə baxışı martın 15-nə təyin edilib.

    İttihama görə, ötən il iyulun 9-da Şabran rayon sakini Ağayəhya Abbasov həmyerlisi, 1970-ci il təvəllüdlü Rəşid Əhmədova ürək nahiyəsindən 2 bıçaq zərbəsi vuraraq qətlə yetirib.

    Qətl hadisəsinin baş vermə səbəbi ilkin olaraq şəxsi münaqişə olub.

    Rəşid Əhmədov təxminən 20 il əvvəl Ağayəhyanın bibisini qaçırıb və bir müddət birlikdə yaşadıqdan sonra onu ata evinə qaytarıb.

    Sonradan Ağayəhyanın bibisi Cəlilabad rayonuna gəlin köçüb. Müəyyən müddət sonra bibisinin bu ailə həyatı da uğursuz alınıb və yenidən ata evinə qayıdıb.

    Bundan sonra Ağayəhya Rəşidin 20 il bundan əvvəlki hərəkətinə görə cəzalandırmaq qərarına gəlib və onu qapısına çağıraraq bıçaqlayıb.

    İstintaq orqanı tərəfindən Ağayəhya Abbasovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.