Month: March 2019

  • Ученые сообщили о третьем случае излечения от ВИЧ

    В Германии третий по счету пациент, возможно, излечился от ВИЧ после пересадки костного мозга, сообщает издание New Scientist со ссылкой на исследователей

    Пациенту пересадили донорский костный мозг с мутацией в гене. Это уже третий известный случай ремиссии пациента с вирусом иммунодефицита. О последнем на сегодняшний день «дюссельдорфском пациенте» сообщили исследователи из Утрехтского университета.

    Ранее в Британии сообщили об улучшении у пациента, пораженного ВИЧ, в ходе лечения рака. Ему также пересаживали костный мозг.

    Ученые заняты созданием системы сопротивления ВИЧ на генетическом уровне. Ученые предлагают редактировать геном человека, делая его невосприимчивым к смертельному вирусу.

  • “Sədərək” də partlayıcı vasitələr aşkar edildi

    “Sədərək” ticarət mərkəzində partlayıcı pirotexniki vasitələr aşkar edilib.

    DİN-dən verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində Bakı şəhər sakinləri İ.Hüseynovdan və Z.Mirzəyevdən ümumilikdə 2500 ədəd müxtəlif çeşiddə yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülüb.//yenicag.az

  • Azərbaycanın xarici borcunun ümumi məbləği bəlli oldu: Adambaşına düşən məbləğ

    Azərbaycanda adambaşına düşən xarici borcun məbləği bəlli olub.

    ONA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

    Sənəddə qeyd edilib ki, Azərbaycanın əməkdaşlıq etdiyi müxtəlif beynəlxalq maliyyə-kredit qurumları ilə 2019-cu il yanvarın 1-i tarixinə bilavasitə hökumətə verilən və dövlət büdcəsi vəsaiti hesabına xidmət edilən ümumi məbləğ 14169,0 milyon ABŞ dolları ekvivalentində kredit sazişləri imzalanıb.

    İmzalanmış sazişlər üzrə ayrılan kreditlərdən ümumilikdə 12,393,9 milyon ABŞ dolları ekvivalentində vəsait istifadə edilib.

    2019-cu ilin 1 yanvar tarixinə istifadə edilmiş kreditlər üzrə ümumilikdə təqribən 3466,8 milyon ABŞ dolları məbləğində əsas borc qaytarılıb.

    Dövlət zəmanəti ilə verilmiş xarici borcun qalıq məbləği borcalan təşkilatların təqdim etdiyi hesabat məlumatlarına əsasən, 2019-cu il 1 yanvar tarixinə 8927,1 milyon ABŞ dolları ekvivalentində olub.

    Adambaşına düşən xarici dövlət borcunun məbləği 2018-ci ilin 1 yanvar tarixi ilə müqayisədə 54,5 dollar azalaraq, 2019-cu il 1 yanvar tarixinə 895 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatı Milli Məclisin martın 15-də keçiriləcək iclasında müzakirə ediləcək.

  • Nuşirəvan Məhərrəmli “Bakılı oğlanlar”ı təkzib etdi

    MTRŞ sədri “Planet Parni iz Baku”ya özəl televiziyalarda qadağa qoyulması ilə bağlı məsələyə münasibət bildirib

    Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Tahir İmanov və “Planet Parni iz Baku” KVN Teatrına özəl televiziyalarda qadağa qoyulması ilə bağlı məsələyə münasibət bildirib.

    Median.Az report-a istinadən xəbər verir ki, o, belə bir qadağanın olmadığını deyib.

    O qeyd edib ki, özəl televiziya kanalları öz fəaliyyətlərində tam müstəqildirlər: “Onlar proqram və yaradıcılıq siyasətində də azaddırlar. Onlar mövcud “Televiziya və radio yayımı haqqında” qanuna uyğun olaraq fəaliyyətlərini qururlar. Kimləri öz efirlərində görmək istəyirlərsə də bu onların şəxsi qərarlarıdır. Ona görə də bu kimi sualları onlara ünvanlamağınız məsləhətdir”.

  • Президент Ильхам Алиев ознакомился с работами по устранению последствий землетрясения в Агсу – ФОТО

    Землетрясение, произошедшее 5 и 6 февраля, привело к ряду последствий в Шамахинском, Исмаиллинском и Агсуинском районах. На основании распоряжений и поручений главы государства последствия стихийного бедствия ликвидируются.

    Как сообщает АЗЕРТАДЖ, 6 марта Президент Азербайджанской Республики Ильхам Алиев совершил поездку в Агсуинский район для ознакомления на месте с работой по исполнению Распоряжения.

    Отметим, что в результате произошедших 5 и 6 февраля землетрясений, эпицентр которых находился на территории Агсуинского и Исмаиллинского районов, индивидуальные дома в Шамахинском, Исмаиллинском и Агсуинском районах оказались в аварийном состоянии, пострадали социальные и инфраструктурные объекты. В результате безотлагательных мер, принятых на основании поручений и указаний Президента Ильхама Алиева сразу после стихийного бедствия, в указанных районах были полностью восстановлены системы инженерно-коммуникационного обеспечения, пострадавшему населению оказана первоначальная помощь.

    Через день после происшествия глава государства посетил зону землетрясения и встретился с жителями, сказал, что последствия стихийного бедствия будут ликвидированы. Президент Ильхам Алиев на месте дал соответствующим исполнительным структурам поручения и указания по внимательному рассмотрению обращений населения, устранению ущерба, причиненного домам, а также социальным и инфраструктурным объектам. В тот же день глава государства подписал Распоряжение о выделении из предусмотренного в государственном бюджете на 2019 год резервного фонда Президента первоначально двух миллионов манатов на устранение ущерба, причиненного землетрясением домам, социальным и инфраструктурным объектам в Шамахинском, Исмаиллинском и Агсуинском районах. Сразу после этого во всех 3 районах начались строительные и ремонтные работы.

    Глава государства ознакомился в Агсу с домами, строящимися на месте домов, пострадавших в результате землетрясения. Президент Ильхам Алиев посмотрел новый дом, строящийся на улице Хасаева для семьи Гюлары Хокмраван, побеседовал с сыном хозяйки дома Таиром Хокмраваном.

    Здесь министр по чрезвычайным ситуациям Кямаледдин Гейдаров проинформировал главу государства о работе, проводимой в зоне землетрясения. Было отмечено, что на основании обращений населения созданные комиссии осмотрели на сегодняшний день 4893 дома в Шамахе, 1461 дом в Агсу и 919 домов в Исмаиллы. Было установлено, что 244 дома в Шамахе, 150 домов в Агсу и 97 – в Исмаиллы находятся в крайне аварийном состоянии. 1111 домов в Шамахе, 265 – в Агсу и 262 дома в Исмаиллы нуждаются в восстановлении и укреплении. А 1800 домов в Шамахе, 1022 дома в Агсу и 354 – в Исмаиллы нуждаются в ремонте. В целом, 88 домов в этих районах подготовлены к сносу, 65 домов снесены и стали сноситься, ведется строительство 38 домов.

    Президент Ильхам Алиев дал поручения по продолжению строительно-восстановительных работ высокими темпами и качественно.

    Затем глава государства ознакомился со строительством на улице Фирдовси дома для семьи Хаджар Замановой. Было отмечено, что новый дом, строящийся на месте разрушенного, будет трехкомнатным. Здесь будут созданы все условия для нормального проживания.

    Президент посетил в городе Агсу памятник общенациональному лидеру Гейдару Алиеву.

    Затем глава государства встретился с жителями района и побеседовал с ними. Глава государства принял заявления жителей Агсу. На встрече говорилось о проводимой работе по ликвидации последствий землетрясения, глава государства выслушал вопросы, беспокоящие людей.

    Президент Ильхам Алиев дал соответствующие поручения и рекомендации.

  • Dağıstanda bağçada kütləvi zəhərlənmə – 14 uşaq xəstəxanadadır

    Dağıstanın Məhərrəmkənd rayonunda uşaq bağçasında kütləvi zəhərlənmə olub.

    Median.Az xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyinin saytında məlumat yerləşdirilib.

    Bildirilir ki, 14 uşaq xəstəxanaya yerləşdilib. Onlar əsasən 2-4 yaş qrupuna aid körpələrdir.

    Uşaqlara qida zəhərlənməsi diaqnozu qoyulub və vəziyyətlərinin ağırlığı üçüncü dərəcəli qiymətləndirilir. Nazirlik hadisə yerinə mütəxəssislər göndərməyə hazırlaşır.

  • Bakının bu ərazilərində su olmayacaq

    Qaradağ rayonunun bir hissəsinin su təchizatı dayandırılacaq.

    Bu barədə “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumat verilib.

    Kür-Bakı magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 6 mart 2019-cu il tarixində gecə saatlarınadək Bakı şəhəri Qaradağ rayonunun bir hissəsinə (Səngəçal, Ümid, Sahil, Qızıldaş, AZNS, Lökbatan, Puta, Korgöz qəsəbələrinə) içməli suyun verilməsi dayandırılacaq.

  • Salyanda yol qəzası baş verib, xəsarət alanlar var

    Salyan rayonunda yol qəzası baş verib.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında köhnə Ələt-Astara magistral yolunun rayonun Sarvan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, “VAZ-21015” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində rayonun Şorsulu kənd sakinləri – 1993-cü il təəllüdlü Tahir Cavid oğlu Manafov, 1992-ciil təvəllüdlü Asiman Taleh oğlu Hüseynov və Sarvan kənd sakini, 1970-ci il təvəllüdlü Raqil Nadir oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan ikisi Salyan Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, A.Hüseynov isə ambulator müalicəyə buraxılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Hindistanda “donuz qripi”ndən ölənlərin sayı 530 oldu

    Hindistanda “donuz qripi”nə yoluxma halları artıb.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanın Xəstəliklərə Nəzarət Milli Mərkəzindən verilən məlumatda martın 3-dək 2 min 500 nəfərin H1N1 virusuna yoluxduğu, 530 nəfərin isə öldüyü bildirilib.

    Məlumata əsasən, 24 fevral-3 mart tarixində xüsusilə xəstələrin sayında artım müşahidə olunub və 17 min 366 nəfərdə virusun əlamətləri aşkarlanıb.

  • Meşələrdən 14,5 ton qoz, 3,1 ton şabalıd toxumu yığılıb

    2018-ci ildə meşələrdən 14,5 ton qoz, 3,1 ton şabalıd toxumu yığılıb.

    Median.Az bildirir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti tərəfindən tarlaqoruyucu meşə zolaqlarının, yaşıllıqların salınmasında iqtisadi səmərə verən bitki növlərindən istifadə səviyyəsinin artırılması, meşə sahələrinin seyrəkləşməsinin və azalmasının, torpaqların eroziyası təhlükəsinin qarşısının alınması və bütövlükdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə ölkənin 42,3 min hektar meşə fondu torpaqlarına xidmət göstərilib, o cümlədən 10,2 min hektarda meşəbərpa tədbirləri aparılıb.

    Görülmüş tədbirlər çərçivəsində 2,5 min hektar sahədə yeni meşə ağacları əkilib, o cümlədən 36,1 hektar sahədə meyvə, ağac və kol cinslərinin toxumları səpilib və 7,7 min hektar sahədə meşələrin təbii bərpasına kömək tədbirləri həyata keçirilib. Bundan başqa, 46,9 min hektar meşə fondu torpaqlarında birdəfəlik suvarma işləri aparılıb.

    Ümumilikdə 2018-ci ildə meşə ilə örtülü sahələrdən 59,7 ton meyvə, ağac və kol cinsləri toxumları tədarük edilib ki, bunların da 14,5 tonu qoz, 3,1 tonu şabalıd, 2,5 tonu ərik, 1,7 tonu badam, 1,2 tonu şaftalı, 0,5 tonu gilas, 0,3 tonu xurma, 0,1 tonu fındıq toxumlarının payına düşüb.