Month: March 2019

  • 8 марта феминистки проведут акцию в центре Баку – ФОТО

    8 марта в Баку группа феминисток проведет акцию под названием «8 Маршей».

    Марш стартует от памятника «Свободной женщины» и завершится у памятника Хуршудбану Натаван, передаёт Median.Az со ссылкой на Bizimyol.info.

    Цель акции – привлечь внимание ко всем видам женского насилия и постараться предотвратить это.

    Организаторы марша также подготовили соответствующие плакаты.




  • Feministlər Bakının mərkəzində “8 mart”da yürüş keçirəcək – Fotolar

    Azərbaycanda feminist qadınlardan ibarət təşəbbüs qrupu martın 8-də tarixi gününə əsl mahiyyətini geri qaytarmaq məqsədi ilə “8 MARŞ” yürüşü keçiriləcək.

    Bizimyol.info xəbər verir ki, yürüşün marşrutu Azad Qadın heykəlindən başlayaraq Xurşudbanu Natavanın heykəlinə qədər davam edəcək.




  • Yanan yataqxananın sakinləri kirayələrə köçürüləcək – DÖVLƏT HESABINA

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) sədri Rövşən Rzayev Bakının Nərimanov rayonunda yataqxanada baş verən yanğın nəticəsində dünyasını dəyişənlərin hüzr mərasimində iştirak edib.

    Median.Az-ın “Report”a istinadən xəbərinə görə, komitə sədri dünyasını dəyişənlərin ailəsinə başsağlığı verib. O, hüzr mərasimində iştirak edən məcburi köçkünlərin problemlərini dinləyib.

    Rövşən Rzayev deyib ki, binada təhlükəli mənzillərdə yaşayan ailələr bir ay müddətində kirayə evlərlə təmin olunacaq: “Bu müddət ərzində burada təmir-bərpa işləri həyata keçiriləcək. Təmir-bərpa işlərindən sonra məcburi köçkünlər yenidən evlərinə qayıdacaqlar. Bu binada məskunlaşan bütün məcburi köçkünlər tez bir zamanda məcburi köçkünləri üçün tikilən qəsəbələrin birində evlərlə təmin edəcəyik. Hazırda biz ailələrlə bu barədə razılaşmalar həyata keçiririk”.

    R.Rzayev qeyd edib ki, ötən gün yanğın nəticəsində dünyasını dəyişənlərin ailəsi üçün üçotaqlı kirayə ev tutulub: “Ailə bu gündən kirayə evinə köçürüləcək. Yanan bina təmir olunana qədər həmin ailə Nərimanov Rayon İcra Hakimiyyətinin himayəsində olacaq. Biz bu gün burada dəfn mərasimində iştirak etdik və dəfn mərasiminin bütün xərclərini qarşıladıq. Məqsədimiz Cənab Prezidentin arxası ilə Dağlıq Qarabağa getməkdən ibarətdir”.

  • Deputatlar maaşlarının artırılması xəbərini təkzib edirlər

    Bu gün bir sıra media orqanlarında yeni ildən millət vəkillərinin əməkhaqları ilə yanaşı, ezamiyyət xərclərinin artırılmasına dair xəbərlər yayılıb.

    Yayılan xəbərlərə görə, millət vəkillərinin ezamiyyət xərclərinin aldıqları əməkhaqlarının 100 faizinə qədər yüksəldiyi və hazırda deputatların orta hesabla 5 000 manatdan artıq maaş aldıqları iddia olunur.

    Oxu.az-ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün Milli Məclisin (MM) mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu ilə əlaqə saxlayıb.

    O, bu məsələdən, ümumiyyətlə, xəbərsiz olduğunu deyib.

    “Çox istərdim ki, artım olsun. Amma düzünü deyim ki, bu məsələni birinci dəfədir eşidirəm. Əgər belə bir məsələ olsaydı, yəqin ki, eşidərdik”.

    MM-in Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli öz növbəsində yayılan xəbərləri təkzib edib:

    “Belə bir məsələ yoxdur. Ancaq gələcəkdə olması da istisna deyil. Çünki bir çox sahələrdə əməkhaqqı artımları baş veribsə, parlamentdə də ola bilər. Amma hələlik heç bir artım yoxdur”.

    MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə də millət vəkillərinin əməkhaqlarında artımların baş verməsi ilə bağlı deyilənlərin həqiqət olmadığını diqqətə çatdırıb:

    “Hansı 5000 manatdan söhbət gedir? Hamısı yalandır, belə bir məsələ yoxdur”.

  • Министерство о ситуации с гриппом в Азербайджане

    В Азербайджане уровень зараженности острыми респираторными вирусными инфекциями имеет тенденцию к снижению.

    Как передаёт Median.Az, об этом oxu.az сообщила заместитель директора Республиканского центра гигиены и эпидемиологии Министерства здравоохранения Афаг Алиева, говоря о нынешней ситуации с гриппом.

    По ее словам, лабораторные исследования проводятся очень редко:

    «Лабораторные исследования проводятся у больных, зараженных любой гриппоподобной или остропротекающей респираторной инфекцией. В редких случаях выявляется вирус гриппа. Есть вирусы сезонного гриппа. На прошлой неделе только у пятерых больных был обнаружен вирус гриппа. Отмечается снижение уровня ОРВИ. Данное заболевание не превышает эпидемиологический порог.

    В ближайшее время заболеваемость вирусными инфекциями снизится и сойдет на нет. Среди обследуемых не был выявлен вирус H1N1», – отметила чиновник министерства.

    Главный инфекционист республики Джалал Исаев отметил, что во всей стране только 16 человек были заражены острым респираторным вирусом:

    «Так как нет признаков тяжелого заболевания, то взятые у них образцы не отправляются в лабораторию. Неправильно просто так ставить диагноз «грипп». Потому что вирус гриппа может подтвердиться только после лабораторного исследования. Количество случаев заражения вирусом гриппа в текущем периоде резко снизилось. С установлением теплой погоды уровень заболевания снизится еще».

  • Ölkədə qriplə bağlı vəziyyət nə yerdədir? – Nazirlik açıqladı

    Azərbaycanda kəskin respirator virus infeksiyalarına yoluxma səviyyəsi azalmağa doğru gedir.

    Bunu oxu.az-a Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva ölkədə qriplə bağlı son vəziyyət barədə danışan zaman bildirib.

    Onun sözlərinə görə, tək-tək hallarda laborator müayinələr götürülüb:

    “Hər hansı qripəbənzər, yaxud ağırgedişli respirator infeksiyalı xəstələrdən laborator müayinələr götürülür. Tək-tək hallarda qrip virusu aşkar edilir, müayinə olunur. Mövsümi qrip virusları var. Ötən həftə ərzində cəmi beş xəstədə qrip virusu aşkar edilib. Əsasən, kəskin respirator viruslarda azalma qeydə alınır. Yəni xəstəlik epidemioloji həddi keçməyib”.

    “Virus infeksiyaları yaxın zamanlarda tam azalacaq və yox səviyyəsinə enəcək. Müayinə olunanlar arasında H1N1 virusu qeydə alınmayıb”, – deyə nazirlik rəsmisi qeyd edib.

    Respublikanın baş infeksionisti Cəlal İsayev isə bildirib ki, ölkə üzrə yalnız 16 nəfərdə kəskin respirator virusu aşkar edilib:

    “Ağır xəstə olmadığı üçün onlardan götürülən nümunələr laboratoriyaya göndərilməyib. Xəstəxanaya müraciət edən xəstələrə həkim tərəfindən birbaşa qrip diaqnozunun qoyulması düzgün deyil. Çünki qrip virusu yalnız laborator şərait yoxlanıldıqdan sonra təsdiqlənə bilər. İndiki dövrdə qrip virusu nəzərə çarpacaq dərəcədə azalıb. Havalar isti olan kimi bu virus kəskin azalacaq”.

  • В Хатаинском районе житель столицы ограбил женщину

    Как сообщает Median.Az, сотрудники 36-го отделения полиции Хатаинского РУП в результате оперативно-розыскных мер задержали жителя столицы Р.Рустамова, который 27-го февраля путем грабежа отобрал у жительницы столицы Д.Исламовой кошелек, где находились 150 манатовв, мобильный телефон и банковская карта.

    В Следственном отделе Хатаинского РУП возбуждено уголовное дело по статье 180.1 (грабеж) УК Азербайджана.

  • Xətai rayonunda qadını qarət edən paytaxt sakini tutulub

    Median.Az xəbər verir ki, Xətai RPİ 36-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 27-də paytaxt sakini D.İslamovanın, içərisində 150 manat, mobil telefon və bank kartı olan pulqabısını soyğunçuluq yolu ilə ələ keçirən Bakı şəhər sakini R.Rüstəmov saxlanılıb.

    Xətai RPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Könül Xasıyeva səhiyyə nazirinə müraciət etdi – VİDEO

    Xalq artisti Könül Xasıyeva səhiyyə naziri Oqtay Şirəliyevə müraciət edib.

    Buna səbəb oğlu Kazımın səhhəti olub.

    “Şou ATV” verilişində qonaq olan K. Xasıyeva bunları deyib:

    “Deyirlər ki, suda boğulan saman çöpündən yapışar. Ora-bura gedirik. Arada nə qədər pul, zaman gedir. Özümü bir kənara qoyuram. Kazımın problemi getdikcə dərinləşir. O üzdən mən bizim çox hörmətli səhiyyə nazirimizə üz tuturam. Oqtay müəllimdən xahiş edirəm”.

  • Müsavat Partiyasının Gənclər Təşkilatının sədri azadlığa çıxdı

    Bu gün Qaradağ rayon Məhkəməsində Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəyli məhkəməsi keçirilib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə Ə.Sadıqbəyli azadlığa buraxılıb.

    İttihama görə, Əbülfəz Sadıqbəyli Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələri ilə təqsirləndirilir.

    O, “Nikoil Bank” adından saxta sənəd hazırlayıb ondan istifadə etməklə bankın krediti ilə aldığı “Niva” markalı avtomobilə görə borclu qaldığı 5 100 manatın ödənilməsi barədə arayışı yol polisinə təqdim edərək maşını öz mülkiyyətinə keçirib daha sonra satmaqda ittiham edilib. İstintaq zamanı banka dəyən borc ödənilib.