Month: March 2019

  • Qubada yem emalı müəssisələri istifadəyə verilib

    Quba rayonunun Talabıqışlaq, Qəçrəş və Zərdabi kəndlərində Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə həyata keçirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində yem emalı müəssisələri fəaliyyətə başlayıb.

    Median.Az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

    Bununla əlaqədar keçirilmiş tədbirdə çıxış edən Nazirliyin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müavini Elçin İbrahimov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, regionların tarazlı və davamlı inkişafı sahəsində həyata keçirilən tədbirlər və əldə olunan nəticələr barədə məlumat verib. E.İbrahimov qeyd edib ki, regionlarda icma əsaslı biznesyönümlü layihələrin icrası, o cümlədən Quba rayonunun Talabıqışlaq, Qəçrəş və Zərdabi kəndlərində yem emalı müəssisələrinin istifadəyə verilməsi bölgədə aqrar sektorun inkişafı və məşğulluğun artırılmasında əhəmiyyətlidir.

    Diqqətə çatdırılıb ki, Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin birgə maliyyələşdirdiyi layihə çərçivəsində tikilən müəssisələrdə yem emalı üçün istehsal sahəsi və anbar inşa olunub, hər birinin gücü saatda 2 ton olan toxum təmizləyən, yem üyüdən və ot doğrayan avadanlıqlar quraşdırılıb, yeni iş yerləri açılıb.

    Quba Rayon İcra Hakimiyyətinin nümayəndəsi Pərviz Zeynalov çıxışında yem emalı müəssisələrinin istifadəyə verilməsinin Talabıqışlaq, Qəçrəş və Zərdabi kənd sakinlərinin heyvandarlıq və bitkiçilik sahəsində fəaliyyətinin genişlənməsinə və yemə olan tələbatın ödənilməsinə şərait yaradacağını diqqətə çatdırıb.

    ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin nümayəndəsi Eylin Loules bu kimi birgə layihələrin əhəmiyyətindən danışıb, regionların inkişafına töhfə verdiyini qeyd edib.

  • Умер первый бас-гитарист Queen

    Барабанщик легендарной британской группы Queen Роджер Тейлор сообщил о смерти первого бас-гитариста коллектива Майка Гроуза, передает Median.Az со ссылкой на ТАСС.

    “Так грустно узнавать о моем старом друге Майке Гроузе, [игру] которого я впервые услышал в группе под названием The Individuals, когда мы еще учились в школе. Он всегда звучал круто. Покойся с миром”, – написал Тейлор в среду в Facebook.

    Гроуз пришел в Queen на заре группы в 1970 году и успел поиграть в коллективе лишь несколько месяцев, как и два других басиста – Барри Митчелл и Даг Боги, пока коллектив не познакомился с Джоном Диконом. О жизни Гроуза после Queen известно не так много – он не построил музыкальной карьеры и занимался малым бизнесом. Дата его рождения также не упоминается в истории музыкальной индустрии. По разным данным биографов группы, в 1970 году, когда Гроуз стал играть в Queen, ему было около 22 лет.

  • Prezident İlham Əliyev Ağsuda səfərdədir

    Fevralın 5-də və 6-da baş vermiş zəlzələ Şamaxı, İsmayıllı və Ağsu rayonlarında bir sıra fəsadlar törətmişdi. Dövlət başçısının sərəncam və tapşırıqlarına əsasən təbii fəlakətin törətdiyi fəsadlar aradan qaldırılır.

    Median.Az report-a istinadən xəbər verir ki, sərəncamın icrası ilə əlaqədar görülən işlərlə yerində tanış olmaq üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Ağsu rayonuna səfərə gedib.

    Qeyd edək ki, fevralın 5-də və 6-da episentri Ağsu və İsmayıllı rayonlarının ərazisində olan zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında fərdi evlər qəzalı vəziyyətə düşmüş, sosial və infrastruktur obyektlərinə ziyan dəymişdi. Təbii fəlakətdən dərhal sonra Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən görülən təxirəsalınmaz tədbirlər nəticəsində adıçəkilən rayonlarda mühəndis-kommunikasiya təminatı sistemləri tam bərpa edilib, zərər çəkmiş əhaliyə ilkin yardım göstərilib.

    Hadisənin səhəri günü dövlətimizin başçısı zəlzələ zonasına gələrək sakinlərlə görüşmüş, təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılacağını bildirmişdi. Prezident İlham Əliyev elə buradaca əhalinin müraciətlərinə diqqətlə baxılması, evlərə, həmçinin sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün müvafiq icra strukturlarına tapşırıq və göstərişlərini vermişdi. Elə həmin gün dövlətimizin başçısı baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında evlərə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ilkin olaraq iki milyon manat ayrılması haqqında sərəncam imzalamışdı. Bundan sonra hər 3 rayonda dərhal tikinti və təmir işlərinə başlanmışdı.

    Dövlət başçısı zəlzələ nəticəsində zərər çəkən evlərin yerində yenidən tikilməkdə olan evlərlə tanış olub. Prezident İlham Əliyev Xasayev küçəsinin sakini Gülarə Hökmrəvanın ailəsi üçün tikilməkdə olan yeni evə baxıb, ev sahibinin oğlu Tahir Hökmrəvanla söhbət edib.

    Burada fövqəladə hallar naziri Kəmaləddin Heydərov dövlət başçısına zəlzələ zonasında görülən işlər barədə məlumat verib. Bildirilib ki, yaradılmış komissiyalar tərəfindən əhalinin müraciətlərinə əsasən indiyədək Şamaxıda 4893, Ağsuda 1461, İsmayıllıda 919 evə baxış keçirilib. Müəyyən olunub ki, Şamaxıda 244, Ağsuda 150, İsmayıllıda 97 ev kəskin qəzalıdır. Şamaxıda 1111, Ağsuda 265, İsmayıllıda 262 evin bərpa-gücləndirməsinə ehtiyac var. Şamaxıda 1800, Ağsuda 1022, İsmayılıda, 354 evin isə təmirə ehtiyacı var. Bütövlükdə bu rayonlarda 88 ev sökülməyə hazırlanıb, 65 ev sökülüb və sökülməyə başlanıb, həmçinin 38 evin tikintisinə başlanılıb. Prezident İlham Əliyev tikinti-bərpa işlərinin sürətlə və keyfiyyətlə davam etdirilməsi ilə bağlı tapşırıqlarını verib.

    Sonra dövlət başçısı Firdovsi küçəsinində Həcər Zamanovanın ailəsi üçün inşa edilən yeni evdə görülən işlərlə tanış olub. Məlumat verilib ki, dağılmış evin yerində tikilən yeni ev 3 otaqdan ibarət olacaq. Burada normal yaşayış üçün hərtərəfli şərait yaradılacaq.

    Prezident İlham Əliyev Ağsu şəhərində ümumilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.

    Daha sonra Prezident İlham Əliyev rayon sakinləri ilə görüşüb, onlarla söhbət edib. Dövlət başçısı Ağsu sakinlərinin ərizələrini qəbul edib. Görüşdə zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlər barədə danışılıb, dövlət başçısı sakinləri narahat edən məsələləri dinləyib. Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verib.

  • Gündəmi alt-üst edən DNT analizinin nəticəsi AÇIQLANDI – O, Hüseyn Dəryanın övladı deyil? – VİDEO

    Mərhum reper Hüseyn Dəryanın qızı Ayşənin DNT (atalıq testi) analizinin nəticəsi bəlli olub.

    Median.Az xəbər verir ki, Zaur Baxşəliyev nəticəni az öncə “Bizimləsən”in canlı yayımında oxuyub. Analiz zamanı Ayşənin Hüseyn Dəryanın qızı olduğu təsdiqini tapmayıb.

    Normalda iki valideyinin iştirakı ilə keçirilən analiz H.Dəryanın həyatda olmadığına görə, müayinə üçün lazım olan nümunə mərhum reperin doğma bacısı Ofeliya Muradovadan götürülüb. Atalıq testi zamanı 15 genə baxılır. Əgər 15 gendən 15-i də uyğun olarsa atalıq təsdiqini tapmış sayılır. Lakin Ayşənin DNT analizi zamanı 15 gendən 12-sində uyğunluq olduğu ortaya çıxıb.

    Geniş açıqlama videoda:

  • DİQQƏT! Bakı Dairəvi-1 yolunda təmir var – FOTO

    Avtonəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək istiqamətində yollar boyu aparılan kompleks tədbirlər çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı Dairəvi-1 avtomobil yolunda təmir-bərpa işləri aparılır.

    Agentlikdən verilən məlumata görə, yolun deformasiyaya uğramış hissələrində köhnə asfalt-beton örtüyü frezlənərək yolun hərəkət hissəsi profilə salınır. Daha sonra yeni asfalt-beton örtüyü döşənərək deformasiyaya uğramış örtük bərpa edilir.

    İşlər yolun 3, 5 və 6-cı km-lik hissələrində aparılıb. Ümumilikdə bərpa olunmuş ərazinin sahəsi 6 min kv.m-dən çoxdur.

    Tərtib olunmuş qrafikə uyğun aparılan işlər birbaşa Dövlət agentliyinin rəhbərliyinin nəzarəti altındadır. Əraziyə lazımi sayda qüvvə cəlb olunub.

    Sözügedən yol üzrə təmir-bərpa işlərinin yaxın günlər ərzində yekunlaşdırılması nəzərdə tutulur.//milli.az

  • MTRŞ sədri serialları tənqid etdi: “Hörmətsiz ağsaqqal, qeyrətsiz oğul…”

    “Azərbaycan teleməkanında yayımlanan serialların mövcud vəziyyəti bizi çox narahat edir”.

    Median.Az “Report”-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

    Onun sözlərinə görə, seriallardakı ssenari mövzusu, oradakı qeyri-peşəkar aktyorların iştirakı, texniki çatışmazlıqlar, Azərbaycanın ailə dəyərlərinə uyğun olmayan mövzular, teleserialların çəkilməsində bayağı vulqar, qeyri – etik ifadələrin işlədilməsi, bəzən hətta bir qrup gənc insanların öz aralarında danışıqları, hətta lətifələri belə ədəbsiz formada efirə gətirmələri çox narahatedici məqamdır.

    MTRŞ sədri qeyd edib ki, ölkədə nümayiş olunan seriallar həddən artıq çoxdur:

    “Narazılıq adətən komediya və kriminal janrda çəkilən seriallarla bağlıdır. Bu seriallarda Azərbaycan ailəsinə xas olmayan hərəkətlər göstərilir. Qayınata – kürəkən, qayınana – kürəkən, ata – oğul, ata – qız, bacı – qardaş münasibətləri, hörmətsiz ağsaqqal, qeyrətsiz oğul məsələsindən efirdə geniş istifadə olunur. Bu da bizi narahat edən məqamlardandır”.

    “Mövcud narahatlığın aradan qaldırılması üçün bu gün Şurada Azərbaycan teleməkanında yayımlanan seriallarla bağlı televiziya yayımçıları və prodakşn rəhbərləri ilə görüş keçirdik. Məqsəd Azərbaycanda seriallarla bağlı mövcud vəziyyəti müzakirə edib problemləri aradan qaldırmaq yollarını tapmaqdır. Görüşdə seriallar barədə aparılan monitorinqlərin nəticələri və onların təhlilinin müzakirəsi də oldu”.

  • Ильхам Алиев наградил группу женщин – СПИСОК

    Президент Ильхам Алиев подписал распоряжение о награждении группы азербайджанских женщин.

    Как передает АЗЕРТАДЖ, согласно документу, по случаю 8 марта – Международного женского дня, за плодотворную деятельность в общественной жизни страны награждены следующие лица:

    Орденом «Эмек» третьей степени

    Омарова Момунат Мухаммед гызы

    Медалью «Терегги»

    Багирова Тамелла Сулдуз гызы

    Эминова Саадат Сейфулла гызы

    Ахмедова Айтен Надир гызы

    Ахмедова Дилара Гурбан гызы

    Акберова Мехренгиз Агабала гызы

    Алекерова Саадат Мухаммед гызы

    Алиева Хураман Эйнулла гызы

    Искендерова Хураман Фирган гызы

    Гафарова Рягия Сафалан гызы

    Гайбалиева Фарида Кямиль гызы

    Гулиева Нурана Аслан гызы

    Гулиева Рая Салим гызы

    Мамедова Айнур Тофиг гызы

    Мамедова Физза Садых гызы

    Мамедова Хумая Мухтар гызы

    Нурмамедова Мадина Алишах гызы

    Таги Заде Тарана Гадир гызы.

    Другим распоряжением Президента, по случаю 8 марта – Международного женского дня, группа азербайджанских женщин удостоена почетных званий за плодотворную деятельность в сферах образования и культуры в Азербайджане.

    «Заслуженный учитель»

    Намазова Севда Надир гызы

    Рустамова Малахат Орудж гызы

    Салманова Лариса Парфеновна

    «Заслуженный врач»

    Мирзоева Хатира Абдулрагим гызы

    «Заслуженный деятель культуры»

    Алекберова Нушаба Назир гызы

  • Fatimə kürəkənindən danışdı: Əsas odur adam olsun – FOTO

    “Qızı kimə vermisiniz?”

    Median.Az xəbər verir ki, bu sualla Zaur Kamal bir ay əvvəl qızına nişan edən rəqqasə Fatiməyə müraciə edib.

    Fatimə “Bu barədə danışmaq istəmirəm, qızım istəmir çünki” desə də aparıcı inadından dönməyib: “Sən kasıba verməzsən. Qohumdur, uzaq?”.


    Fatimə mövzu ilə bağlı heç bir şey demək istəməsə də “Əsas odur ki, adam olsun. Mənə başqa heç nə lazım deyil. Həyat yoldaşım tərəfdən uzaq qohumdur” ifadələrini işlətməyə məcbur qalıb.

  • Kamil Zeynallı fil saxlamaq istəyir – VİDEO

    Məşhur idmançı Kamil Zeynallı Oxu.Az-a maraqlı açıqlamalar verib.

    Son günlər “İnstagram” hesabında aldığı it və meymunla foto və videolar paylaşan idmançı saxladığı heyvanlardan danışıb, onlara xərclədiyi pulları açıqlayıb.

    “Qızımda heyvan sevgisi var. Meymunla iti alma səbəbim elə qızımın istəməsidir. Öncə 2500 manata it aldım. Daha sonra qızımın istəyi ilə meymun almalı oldum. Amma onu almaq heç də asan məsələ olmadı. Axtarıb araşdırıb körpə meymun tapdım. O meymuna 5000 manat xərcim çıxdı. Qızım Sahilə heyvanla çox mehriban davransa da, meymun onunla yola getmir. Əhilləşsin deyə meymunu qızımdan bir müddətlik ayırmışam. Bir az sakitləşməyi mütləqdir”.

    Kamil Zeynallı həyət evi almaq niyyətində olduğunu dilə gətirib.

    “Bağ evi almaq istəyirəm. Bağ evim olandan sonra onun həyətində inək, qoyun, toyuq, hətta fil, poni də saxlamaq istəyirəm. Rayona köçüb orada yaşamağı düşünmürəm. Amma orada evimin olmasını çox istəyirəm”.

  • Anar Süleymanov azadlığa çıxdı: Evlənəndə onu araşdırmamışdım

    Həyat yoldaşını döydüyü üçün həbs olunan qadın kikboksinq millimizin baş məşqçisi Anar Süleymanov azadlığa buraxılıb.

    Bu barədə oxu.az-a Süleymanovun özü məlumat verib.

    O bildirib ki, fevralın 13-də Nəriman Rayon Məhkəməsinin qərarı ilə iyirmi günlük həbs cəzasının müddəti başa çatıb.

    Anar Süleymanov əvvəlcə həyat yoldaşı Şamama Bayramova ilə münasibətlərindən danışıb:

    “Son günlər haqqımda yazılanlar sabiq həyat yoldaşımın mənə qurduğu tələlərdir. Məşhur biri olduğumu nəzərə alaraq, özünü mənim vasitəmlə gündəmə gətirmək istədi. Biz Avropada yox, Azərbaycanda yaşayırıq.

    Hər kəs bilir ki, ailədə problemlər olur. Yəni, bunlar təbii haldır. Amma heç bir Azərbaycan xanımına yaraşmaz ki, xırda bir mübahisəyə görə bölmələrdə adı işverən kimi hallansın, üzə duranlıq etsin.

    Mən ailə qurmazdan öncə onu araşdırmamışdım. Bu mənim səhvimdir. Evləndikdən sonra gördüm ki, sərbəst bir ailə imiş. Ən çox da özü daha sərbəst biri idi. Ona görə də qərara gəldim ki, həyat yolumuzu ayıraq. Ondan sonra özünə yalandan mənim əleyhimə sənədlər düzəltməyə, özünə xəsarət yetirərək bunu mənim etməyim kimi qələmə verməyə başladı.

    İki məhkəmə prosesində günahsız olduğum sübuta yetirilsə də, sonuncu prosesdə hakimin haqsız qərarı üzündən mənə iyirmi sutka həbs cəzası verildi. Onun vəkili də keçmiş arvadımla çox yaxındır, ayrıldıqdan sonra onları bir yerdə çox görmüşəm.

    Sonuncu məhkəmədə hələ qərar çıxarılmamışdan qabaq, həmin vəkilin tapşırığı ilə artıq məni həbsxanaya aparmaq üçün maşın gətirilmişdi. Həbsdə olduğum müddətdə də Şamama saxta profillər açaraq ailəmi, dostlarımı dayanmadan təhqir edib. Özünün model şəkillərini paylaşmaqla hazırda özünü reklam etdirir”.

    Daha sonra Süleymanov Oxu.Az saytında onun haqqında gedən kikboksinq millimizin kapitanı Ramal Aslanovun fikirlərinə toxunub:

    “Həbsdə olduğum müddətdə Ramal haqqımda danışıb. Onu qeyd edim ki, mən budo döyüş növü üzrə üç dəfə dünya çempionu olmuşam, bir dəfə Dünya Kubokunu qazanmışam. Budo üzrə idman ustasıyam. Universal döyüş üzrə iki dəfə Avropa üçüncüsü, kunq-fu üzrə Avropa çempionu olmuşam.

    Kikboksinqdə isə bir sıra peşəkar turnirlərin qalibiyəm. Yəni mən heç vaxt heç yerdə kikboksinq üzrə dünya çempionu olduğumu deməmişəm. O mənə kikboksçu kimi öz dəstəyini verməkdənsə, yıxılana balta vurmaqla keçdi o qız tərəfə. Halbuki onunla duz-çörək kəsmişdim.

    Azərbaycan çempionatında ilk döyüşdən nokauta düşməyimə də aydınlıq gətirim. 2016-cı ildə 16 kq çəki salmışdım və ilk gün üç döyüşüm vardı. Birinci döyüşdə vaxtından əvvəl qalib gəldim, ikinci döyüşdə rəqibim rinqə çıxmadı. Üçüncüdə isə çəki saldığım üçün halım çox pis idi. İkinci raundda gözüm qaraldı, zərbələri görmürdüm. Amma heç bir nokdaunsuz döyüş dayandırıldı və mənə texniki məğlubiyyət verildi.

    Ramal pis idmançı olmasa da, onun özünün də nokauta düşməyinin şahidi olmuşam. Məsələn, ötən il Naxçıvanda Heydər Əliyevin xatirəsinə həsr olunmuş peşəkar beynəlxalq turnirdə Ramaldan da təcrübəsiz türk idmançı Mükrəmin Gülər ikinci raundda onu biabırçı şəkildə məğlub etdi. Ondan bir il öncə isə Çeçenistanda ayağını tutub döyüşü dayandırdı və bu da federasiyanın qınağına səbəb oldu. Biz döyüşəndə Ramal hələ kiçik uşaq idi. Yəni onun mənim haqqımda fikir bildirməyi hələ tezdir”.