Month: March 2019

  • Парковочный беспредел у 20-й школы: БТА ответило на скандальные обвинения писателя – ФОТОФАКТ

    Бакинское транспортное агентство (БТА) ответило на скандальные обвинения члена Союза писателей Азербайджана Хейраддина Годжы, который в соцсети заявил, что сотрудник БТА ради сбора денег с людей занимаются беспределом в Баку.

    Как сообщил 1news.az руководитель пресс-службы Бакинского транспортного агентства Маис Агаев, Х.Годжа оклеветал БТА, распространив не соответствующую действительности информацию.

    «Дочь Хейраддина Годжы на автомобиле марки Opel (госномер 90-VB-565) незаконно припарковала автомобиль на автобусной остановке перед школой №20. Через 10 минут и 9 секунд с помощью камеры системы интеллектуального контроля над незаконной парковкой это нарушение было зафиксировано, и ей был оформлен штраф.
    Но Хейраддин Годжа в стремлении оправдать совершенное его дочерью нарушение начал клеветать на БТА, высказывать необоснованные обвинения. Мы хотим довести до его сведения, что место, на котором незаконно припарковала автомобиль его дочь, предназначено для остановки автобусов, для безопасности их пассажиров. И такая парковка создает пробки, нервирует пассажиров автобусов», – подчеркнул М.Агаев.


  • В автомобиле жителя Маштага нашли автомат и патроны

    Как сообщает Median.Az, сотрудники Сабунчинского РУП в результате проведенной операции задержали жителя поселка Маштага Рахмана Гасанова.

    При осмотре принадлежащего ему автомобиля марки “Mercedes” полицейские обнаружили автомат марки “АКМ”, обойму и 26 патронов.

    В Следственном отделе Сабунчинского РУП по факту возбуждено уголовное дело.

  • Maştağa sakinindən avtomat və patronlar götürülüb

    Median.Az xəbər verir ki, Sabunçu RPI əməkdaşları keçirdikləri əməliyyat tədbiri nəticəsində Maştağa qəsəbə sakini Rəhman Həsənov saxlanılıb.

    Onun idarə etdiyi “Mersedes” markalı avtomobilin yük yerindən 1 ədəd “AKM” markalı avtomat, patron darağI və 26 ədəd patron aşkar edilib

    Sabunçu RPİ İstintaq şöbəsində faktla bağlı cinayət işi başlanılıb.

  • İlham Əliyevin 8 Martla bağlı təbriki

    Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik məktubu ünvanlayıb.

    Təbrikdə qeyd edilir:

    “Hörmətli xanımlar!

    Sizi – bütün Azərbaycan qadınlarını Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

    Milli varlığımızın ifadəsi olan zəngin mədəni-mənəvi irsimizin, ana dilimizin və adət-ənənələrimizin əsrlərdən bəri qorunub saxlanmasında Azərbaycan qadınlarının müstəsna xidməti vardır. Tariximizin mürəkkəb sosial-siyasi dəyişikliklərlə müşayiət olunduğu dövrlərdə onlar cəmiyyətin sarsılmaz mənəvi dayağına çevrilmişlər. XX yüzilliyin ilk onilliklərində, bəzi qabaqcıl ölkələrin qadınlarından daha əvvəl seçki hüququ qazanaraq ictimai və mədəni həyatın müxtəlif sahələrində fəal iştirak etmələri onların gələcək uğurlarının da rəhni olmuşdur. Qürurverici haldır ki, müsəlman Şərqində qadınlar arasında incəsənətin, elmin və texnikanın bir çox sahələri üzrə ilk addımı məhz mənəviyyatında milliliklə müasirliyin əsl vəhdətini yaratmış Azərbaycan qadını atmışdır.

    Azərbaycan qadınları maarifpərvər sələflərinin davamçıları olaraq son yüz ildə ölkəmizin xüsusən təhsil, səhiyyə və mədəniyyət sistemlərinin yeni əsaslar üzərində qurulması işində əzmkarlıq göstərmiş və nailiyyətlərlə dolu parlaq bir yol keçmişlər. Onlar müstəqilliyin bərpasından sonra istiqlal ideallarına sədaqətlə milli dövlətçiliyin təməlinin möhkəmləndirilməsi və ölkəmizin hazırkı simasının müəyyənləşməsində mühüm rol oynamış, bu gün də bilik və bacarıqlarını dinamik inkişaf yolunda inamla irəliləyən respublikamızın iqtisadi, mədəni və elmi potensialının artırılmasına sərf edirlər. Yüksək ictimai mövqe və nüfuzları Azərbaycan qadınlarının hüquq və azadlıqlarının tam təmin edilməsinin nəticəsi olub, müasir həyatımızın ən əlamətdar hadisələrindəndir.

    Əminəm ki, siz Azərbaycan xanımları ailə dəyərlərimizin bundan sonra da layiqincə yaşadılmasına çalışacaq, gənc nəslin Vətənə, torpağa məhəbbət, müstəqil dövlətçiliyə və azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda tərbiyəsinə böyük diqqət yetirəcək, ölkəmizin davamlı yüksəlişi naminə töhfələrinizi əsirgəməyəcəksiniz.

    Hamınıza cansağlığı, səadət və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

    Bayramınız mübarək olsun!

  • В Азербайджане появится новый аэропорт

    В 2022-2023 годах в Шеки планируется построить новый аэропорт.

    Как передает Median.Az со ссылкой на Trend, об этом говорится в отчете Кабинета министров Азербайджана о деятельности за 2018 год.

    Отмечается, что это отражено в стратегическом плане ЗАО «Азербайджанские авиалинии» на 2018-2025 годы.

    В отчете указано, что за минувший период был построен новый аэропорт в Габалинском районе и реконструирован аэропорт в Загатальском районе Азербайджана.

    Крупнейшим аэропортом Азербайджана является Международный аэропорт Гейдар Алиев. Всего в стране действует шесть пассажирских аэропортов – в Баку, Нахчыване, Гяндже, Лянкаране, Габале, Загатале. Все они имеют статус международных аэропортов.

  • İş saatlarının dəyişdirilməsi ilə bağlı hökumətə müraciət olundu – RƏSMİ

    Bakı Nəqliyyat Agentliyi (BNA) Bakıda iş saatlarının dəyişdirilməsilə bağlı Nazirlər Kabinetinə müraciət edib.

    Median.Az xəbər verir ki, bu haqda BNA-nın mətbuat katibi Mais Ağayev modern.az-ın sorğusuna cavab olaraq bildirib.

    O qeyd edib ki, layihə təsdiqlənəcəyi təqdirdə pik saatlarda şəhər yollarında sıxlıq aradan qalxacaq:

    “BNA tərəfindən Nazirlər Kabineti yanında yol hərəkətinin təhlükəsizliyi komissiyasına müvafiq təkliflər təqdim edilib. Düşünürük ki, bu təkliflər reallaşacağı təqdirdə, günün pik saatlarında şəhər yollarında nəqliyyat sıxlığını müəyyən qədər azaltmaq mümkün olacaq”.

    M.Ağayev həmçinin, sıxlığın aradan qaldırılması üçün məktəblərdə servis avtobuslarının olmasının vacibliyini vurğulayıb: “Məktəblərdə servis avtobusların olması da vacib məsələdir. Bu gün aparılan təhlillər onu deməyə əsas verir ki, xüsusən də səhər pik saatlarında məktəblərin ətrafında dayanma və durma qaydalarının kütləvi pozulması halı müşahidə edilir. Nəticədə vətəndaşlarımız səhər saatlarında iş yerlərinə, dərsə və s. ünvanlara gecikmə, lüzumsuz əsəb və stresslə çatırlar. Bu səbəbdən də məktəblilər üçün servis avtobusları olarsa, bunun özü də tıxac və nəqliyyat sıxlığının azaldılması baxımından əhəmiyyətli olar”.

    Mətbuat katibi deyib ki, məktəblərdə servis avtobuslarının istifadə edilməsi də BNA-nın gündəliyində olan prioritet məsələlərdəndir.

  • Məhkəmə Mübariz İbrahimovu tənqid edən psixoloqla bağlı qərar verdi

    Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu tənqid edən psixoloq Nərmin Şahmarzadə barəsində Xətai rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, bu barədə oxu.az-a vəkil Ramil Rüstəmov məlumat verib.

    Onun sözlərinə görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, iş baxılması üçün yenidən Xətai Rayon Məhkəməsinə göndərilib.

    Məhkəmənin hazırlıq iclası yaxın vaxtlarda məlum olacaq.

    Qeyd edək ki, N.Şahmarzadə ilə bağlı Xətai rayon Məhkəməsinə müraciət edilsə də, məhkəmə işə baxmaqdan imtina etmişdi.

    Nərmin Şahmarzadəyə qarşı Milli Qəhrəman Mübariz İbrahimovu tənqid etdiyi üçün CM-nin 147-ci (böhtan) maddəsi ilə şikayət verilib.

    Şikayətə vəkil Ramil Rüstəmovla yanaşı, Fövqaladə Hallar Nazirliyinin mayoru, doqquzqat dünya, üç qat Avropa çempionu, Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti, əməkdar və beynəlxalq dərəcəli idman ustası Araz Musayev də qoşulub.

  • Начался суд над мужчиной, пытавшимся убить жену в чайном доме

    В Бакинском суде по тяжким преступлениям состоялось подготовительное заседание по уголовному делу в отношении жителя Шекинского района Раджаба Мамедова (1984-го года рождения), обвиняемого по статье 29,120.1 (покушение на умышленное убийство) УК Азербайджана.

    Как сообщает Median.Az, преступление было совершено 19-го октября прошлого года в чайном доме “Şəhrizad” на улице Джаваншира в Хатаинском районе. Раджаб Мамедов с целью умышленного убийства нанес ножевые ранения жене Гюнель Мамедовой (1986-го года рождения) и убежал с места происшествия. Тяжело раненная при помощи очевидцев была доставлена в больницу, где ее жизнь врачам удалось спасти.

    Р.Мамедов был задержан в ходе оперативно-розыскным мер сотрудниками Хатаинского РУП и передан следствию.

    На подготовительном заседании суд уточнил анкетные данные обвиняемого.

    Рассмотрение дела назначено на 12 марта.

  • Çay evində arvadını öldürməyə cəhd edən şəxsin məhkəməsi başlayıb

    Bakı Ağır Cinayətlər Məhkəməsində Şəki rayon sakini Rəcəb Məmmədovun (1984-cü il təv.) CM-nin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

    Median.Az xəbər verir ki, cinayət ötən il oktyabrın 19-da Xətai rayonu, Cavanşir küçəsində yerləşən “Şəhrizad” çay evində baş verib. Belə ki, Rəcəb Məmmədov orada arvadı
    Günel Məmmədovanı (1986-cı il təv.) bıçaqlayıb, hadisə yerindən qaçıb. Şahidlərin köməkliyi ilə qadın xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

    R.Məmmədov Xətai RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təqdim edilib.

    Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    İş üzrə baxış martın 12-nə təyin edilib.

  • Məcburi köçkünlər içməli suyu satın alır: Tonu 4 manata – Video

    Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən, məcburi köçkünlərin məskunlaşdığı “Ət-süd” və “Maşınqayırma” pansionlarında içməli su satın alınır.

    Bizimyol.info əməkdaşının verdiyi məlumata görə artıq 27 ildir ki, həmin ərazidə içməli su problemi yaşanır, məcburi köçkünlər isə içməli suyu hələ də satın alırlar. Əməkdaşımız qeyd edir ki, hazırda həmin ərazidə suyun tonu 4 manata, xüsusi su çənləri vasitəsilə satılır.

    Bununla bağlı Bizimyol.info-ya danışan “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı qeyd edib ki, Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən, məcburi köçkünlərin məskunlaşdığı “Maşınqayırma” və “Ət-süd” pansionları növbəti mərhələdə içməli su ilə təchiz ediləcək:

    “Hazırda o istiqamətdə bir sıra işlər görülüb və içməli su təchizatı yaxşılaşdırılıb. Konkret olaraq adıçəkilən ərazidə isə növbəti mərhələdə işlər görüləcək. Artıq layihə hazırlanıb, smeta xərcləri tutulub, maliyə vəsaitinin ayrılması gözlənilir”.

    Ərazidən hazırlanan videoreportajı oxucularımıza təqdim edirik: