Month: March 2019

  • 78 qadın öldürən rus polisin dəhşətli sözləri: “Həyatımı təmizləyirdim”

    Rusiyada qadınları qətlə yetirdiyi üçün ömürlük həbs cəzası alan sabiq polis Mixail Popkov daha 56 cinayət üzrə günahkar bilinib. Popkovun ən azı 78 qadını öldürdüyü açıqlanıb.

    Median.Az Teleqraf.com-a istinadən xatırladır ki, Mixail Popkov hələ 2018-ci ildə törətdiyi serial qətl hadisələri ilə Rusiyanın bir nömrəli qatili adını alıb.

    1994-2000-ci illər arasında 22 qadını öldürdüyü üçün ömürlük cəza alan Popkov sonradan daha 56 qadının qətlində ittiham edilib.

    Popkov bundan əvvəlki məhkəmədə 59 xanımı öldürdüyünü etiraf etmişdi.

    Xüsusi testdən keçirdikdən sonra məlum olmuşdu ki, qatilin əqli problemləri var.

    “Qurd adam” ləqəbi ilə tanınan Popkov öldürdüyü və təcavüz etdiyi qadınlara görə peşmançılıq duymadığını açıqlayıb və “həyatı qadınlardan təmizlədiyini” iddia edib.

  • Tovuzda uşağın dəcəlliyi yanğına səbəb olub – FOTO

    Tovuzda yaşayış binasında yanğın olub.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, hadisə rayonun Salatın Əsgərova küçəsində qeydə alınıb.

    Tovuz rayon sakini, Kərim Xanlar oğlu Şahmuradova məxsus 2 mərtəbəli evin 1-ci mərtəbəsində baş vermiş yanğının söndürülməsinə 2 yanğınsöndürən,1 təcili tibbi yardım briqadası cəlb olunub.

    Yanğın nəticəsində xəsarət alan olmasa da, evə ciddi ziyan dəyib.

    İlkin məlumatlara görə, yanğın mənzildə olan uşağın ehtiyatsızlığı ucbatından baş verib.

    Faktla bağlı araşdırma aparılır.

  • В Баку стартует фестиваль “Недели Франкофонии”

    В столице Азербайджана с 30 марта по 15 апреля пройдет ежегодный фестиваль “Недели Франкофонии”.

    Как передает Median.Az со ссылкой на Report, фестиваль пройдет при участии посольств Франции, Бельгии, Коста-Рики, Греции, Венгрии, Марокко, Мексики, Молдовы, Румынии, Швейцарии, Эстонии, Литвы, Латвии в Азербайджане, а также представительства Европейского Союза.

    “Франкофония – это не просто слово, определяющее французоговорящих людей. Это олицетворение культурного разнообразия. В этом году мы также организуем ряд культурных мероприятий, связанных с французским языком”, – заявил на пресс-конференции заместитель главы представительства Европейского Союза в Азербайджане Денис Даниилидис.

    По словам посла Франции в Азербайджане Аурелии Буше, открытие недель Франкофонии состоится 30 марта в Международном центре мугама концертом, организованным посольством Швейцарии в Азербайджане.

    В рамках “Недель Франкофонии” будут организованы различные мероприятия в сфере культуры. Бакинская публика получит возможность просмотреть фильмы на французском, посетить выставки.

    Завершится фестиваль концертом французского оркестра Nathalie-National 15 апреля в Landmark.

  • Azərbaycan Prezidenti İlham Əliyev Avstriyaya səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Avstriya Respublikasına işgüzar səfərə gedib.

    Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

  • Bakıda Frankofoniya Günləri başlayır

    Martın 30-dan aprelin 15-dək Bakıda Frankofoniya Günləri Festivalı keçiriləcək.

    Median.Az report-a istinadən xəbər verir ki, Fransa, Belçika, Mərakeş, İsveçrə, Macarıstan, Moldova, Rumıniya, Yunanıstan, Litva, Latviya, Estoniya, Meksika, Kosta-Rika səfirliklərinin, Avropa İttifaqının nümayəndəliyinin iştirak edəcəyi festival çərçivəsində müxtəlif mədəni tədbirlər, o cümlədən Fransa filmləri nümayiş olunacaq və sərgilər keçiriləcək.

    “Frankofoniya təkcə fransız dilində danışan insanları tərif etmir, həmçinin mədəni müxtəlifliyi ifadə edən sözdür. Bu il də fransız dili ilə bağlı bir sıra mədəni tədbir keçiririk”, – Aİ-nin Azərbaycandakı nümayəndəliyinin birinci müşaviri Denis Daniilidis mətbuat konfransında bildirib.

    Fransanın Azərbaycandakı səfiri Oreliya Buşe də Frankofoniya Həftəsinin martın 30-da Muğam Mərkəzində İsveçrə səfirliyi tərəfindən təşkil olunacaq konsertlə başlayacağını diqqətə çatdırıb.

    Festivalın sonunda – aprelin 15-də “Landmark” mehmanxanasında Fransanın “Nathalie National” orkestrinin konserti keçiriləcək.

  • Волочкова пожаловалась на «кровавую» судьбу балерины

    Бывшая прима Большого театра Анастасия Волочкова выложила в Instagram фото в пуантах и рассказала, как страдала от своего танцевального ремесла. По словам балерины, это ее любимая обувь.

    «Я вспоминаю, какую боль я испытывала, когда впервые встала на пуанты. Как стирала пальцы в кровь», — написала Волочкова.

    По ее словам, после этого израненные и стертые до «мяса и крови» пальцы приходилось отмачивать в тазиках с марганцовкой и посыпать раны стрептоцидом. Балерина отметила, что живет «на пальцах» уже более 30 лет.

    «По жизни… Как по лезвию», — добавила она.

    18 марта Волочкова призналась, что ее первая автобиография, вышедшая в 2010 году, содержала в себе много неправды, однако сейчас она работает над новой, «откровенной» книгой.

  • Mədət Quliyev Terrorçularla əlaqəli bank hesablarından danışıb

    “Qürurvericidir ki, dünyanın təhlükəsizlik sisteminin formalaşmasında Azərbaycanın da əməyi var”.

    Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev rəsmi mətbuatda dərc edilən “Müstəqil Azərbaycana xidmət və dövlətin təhlükəsizliyini qorumaq əsas vəzifədir” başlıqlı məqaləsində yazıb.

    M.Quliyev qeyd edib ki, Azərbaycanın beynəlxalq antiterror koalisiyasında fəal iştirakı ilə verdiyi töhfələr də xüsusi qeyd edilməlidir: “Terrorçuluğa qarşı mübarizə istiqamətində beynəlxalq axtarışda olan terrorçuların saxlanılaraq xarici dövlətlərə ekstradisiya olunması, eləcə də Birləşmiş Millətlər Təşkilatı tərəfindən terror təşkilatı kimi tanınmış dini ekstremist cinayətkar birliyin tərkibində ölkəmizin hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak edərək, terror aktları törədən şəxslərin gizli maliyyələşdirilməsinin təsbit edilib qarşısının alınması, terrorçularla əlaqəli müxtəlif bank hesablarının dondurulması və s. istiqamətlərdə önəmli nəticələr əldə edilib.

    Qeyd etmək yerinə düşər ki, 2018-ci ilin dekabr ayında Avropa Şurasının MONEYVAL Komitəsi pulların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı Azərbaycan Respublikasının mübarizə sistemini müsbət dəyərləndirərək, ölkədə bu sahədə aparılmış islahatlara yüksək qiymət verib, institusional potensialın gücləndirilməsi, hüquqi bazanın, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ilə əlaqədar əldə edilmiş nailiyyətləri xüsusi olaraq vurğulayıb”.

  • Cəlilabadda maraqlı tapıntı – FOTO

    Cəlilabadda kənd sakinləri təsərrüfat işləri görərkən maraqlı maddi mədəniyyət nümunələri aşkar ediblər.

    Bunlar arasında ən maraqlısı dəmirdən hazırlanmış döyüş baltasıdır.

    Rayonun Şatırlı kəndində aşkarlanmış maddi mədəniyyət nümunələrinin əksəriyyəti daşdan hazırlanmış əşyalardır.

    Onlardan birinin üzərində xüsusi damğa var ki, tarixçilərin sözlərinə görə bu adam mənasını ifadə edir.

    Tarixi mənbələrdə bu tip nümunələrə Altay və Şərqi Anadolu əraziləri boyunca da rast gəlinir.

    Tapıntılar arasında ən maraqlısı isə dəmirdən olan döyüş baltasıdır. İndiyə kimi Cəlilabad rayonunda dəmirdən müxtəlif tip alətlər tapılsa da döyüş baltasının tapılması ilk hadisədir.

    Tarixi məlumatlara görə qədimdə silah qismində istifadə olunan alət 5-8-ci əsrlərə aiddir.

    Tapılmış tarixi nümunələr Cəlilabad tarix diyarşünaslıq muzeyinə təhvil verilib.




  • Sabah Bakının bu rayonlarında qaz olmayacaq

    Sabah Binəqədi və Nizami rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

    “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədilə Binəqədi rayonu, Bağ Park küçəsində və Nizami rayonu, Ə.Kürçaylı küçəsi 5 ünvanında yeni çəkilmiş diametrləri 315 mm-lik polietilen orta təzyiqli yeraltı qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, Ə.Kürçaylı və Şərifli küçələrinin kəsişməsində avtomobil yolunun yenidənqurulması ilə bağlı tikinti sahəsinə düşən diametri 273 mm-lik orta təzyiqli yeraltı qaz xəttinin əsaslı təmiri ilə əlaqədar qaz təchizatına məhdudiyyət qoyulacaq.

    Belə ki, sabah saat 10:00-dan təmir işləri tamamlananadək Nizami rayonu Qara Qarayev, E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov, Nəvai küçələrində, həmçinin Binəqədi rayonu 6, 7, 8 və 9-cu mikrorayonlarının,eləcə də Rəsulzadə, Xutor və Biləcəri qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

  • Ильхам Алиев поздравил сотрудников спецслужб

    ​Президент Ильхам Алиев поздравил личный состав Служб государственной безопасности и внешней разведки Азербайджана.

    Поздравление главы государства сотрудникам спецслужб адресовано по случаю 100-летнего юбилея создания органов государственной безопасности и внешней разведки Азербайджана.

    Об этом передает АЗЕРТАДЖ.