Month: March 2019

  • “Güzəştli mənzil”lərin 22-dən imtina olub – SƏBƏBLƏR – VİDEO

    Yasamal Yaşayış Kompleksindəki “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş 174 mənzildən 152-nin alqı-satqısı başa çatıb. Güzəştli mənzil”lərin 22-i isə sonradan vətəndaşlar tərəfindən seçilməsinə rəğmən müxtəlif səbəblərdən əldə edilə bilmədiyinə görə imtina olunub.

    Median.Az-ın məlumatına görə, Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Diana Dadaşova Xəzər Tv-yə bildirib ki, imtina edilmələrin müxtəlif səbəbləri var.

    Əldə edilə bilməyən 22 mənzil növbəti satışda digər mənzillərlə birgə vətəndaşlara təklif olunacaq.Bu arada satılan mənzillərin ən çox kimlər tərəfindən alındığı da məlumdur.

    Qeyd edək ki, Yasamal Yaşayış Kompleksində ötən ilin setnyabr və bu ilin yanvar ayında keçirilən satışların nəticəsində ümumilikdə 430 nəfər güzəştli mənzilə sahib olub. Yaxın vaxtlarda Yasamal Yaşayış Kompleksində mənzillərin satışı ilə bağlı növbəti elan verilməsi gözlənilsə də dəqiq tarix hələ ki, bəlli deyil.//Baku.ws

  • Два района Баку останутся без газа

    Перебои в подаче газа ждут в четверг, 29 марта абонентов ПО Azəriqaz, проживающих в Низаминском и Бинагадинском районах столицы. 

    Как передает Median.Az, об этом сообщили Sputnik Азербайджан в коммунальном предприятии.

    Начиная с 10:00 утра отключения газа будет происходить на улицах Гара Гараева, Сулейманова, Нуриева, Нахчыванского, Рустамова, Манафова и Наваи в Низаминском районе Баку. С того же времени возможны проблемы с газоснабжением в отдельных местах шестого, седьмого, восьмого и девятого микрорайонов, а также поселков Расулзаде, Хутор и Баладжары в Бинагадинского районе.

    Причина отключений – капитальный ремонт газовой линии среднего давления, проходящей под землей. Отключения газа продлятся до завершения ремонтных работ, которые планируется окончить до вечера.

    В связи с перебоями в подаче газа ПО просит потребителей быть особенно внимательными при использовании газовых приборов и соблюдать правила техники безопасности.

    Производственное объединение Azəriqaz насчитывает 2 миллиона абонентов в стране.

  • Azərbaycanda əlillik yeni meyarlarla təyin ediləcək

    Azərbaycanda əlillik yeni meyarlarla təyin ediləcək. Beynəlxalq təcrübdən istifadə edilərək hazırlanan yeni qanun layihəsinin tətbiqi üçün əliliyi təyin edən həkimlərə təlimlər keçiriləcək.

    Median.Az xezerxeber.az-a istinadən bildirir ki, yeni meyarların 2020 ci ilin yanvarın 1 dən etibarən tətbiq ediləcəyi nəzərdə tutulub.

    Əmək və əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev sosial müavinət və təqaüd artımları ilə bağlı da məlumat verərək bildirib ki, bu artımlar 600 min insanı əhatə edəcək, onun 300 mindən çoxu əlilliyi olan şəxslərdir. Vətəndaşlar bu ayın ödənişini artımla bərabər ala biləcək. Nazir iş və işçi axtaranlar üçün əvəzsiz elektron xidmət olacaq ”Məşğulluq alt sistemi”nində yaxın günlərdə fəaliyyətə başlayacağını bildirib.

    Sahil Babayev şəhid vərəsələrinə birdəfəlik ödənişdən də danışaraq bildirib ki, artıq 7800 vərəsəyə ödəniş edilib və 400 polis şəhidə görə ödənişin ediləcəyi təsdiqlənib.

    Bu gün həm də Əmək və Əhalinin Sosiaş müdafiəsi naziri və nazirliyin əməkdaşları Azərbaycanda aparılan sosial islahatlar barədə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrini məlumatlandırıb.

  • Müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimlərin nəzərinə

    Müəllimlər müddətsiz müqavilə bağlaya biləcəklər. Bunun üçün onlar xüsusi müsabiqədən keçməlidirlər. Müsabiqəyə sənəd qəbulu isə 1-5 aprel tarixlərində olacaq.

    Median.Az xezerxeber.az-a istinadən bildirir ki, əmək müqaviləsi hansısa konkret tarixədək olan müəllimlər bu müqaviləni müddətsiz edə biləcəklər. Bunun üçün Təhsil Nazirliyi yeni müsabiqə keçirəcək.

    Nazirlik ölkənin ümumi təhsil müəssisələrində müddətli əsaslarla çalışan müəllimlər ilə müddətsiz əmək müqaviləsinin bağlanılması üçün yeni müsabiqəyə start verir. Nazirliyin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirir ki, müsabiqədə iştirak etmək üçün müəllimlər tələb olunan meyarlara cavab verməlidirlər.

    Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən keçiriləcək müsabiqədə iştirak etmək istəyənlər 1-5 aprel tarixlərində miq.edu.az/muqavile/ saytında qeydiyyatdan keçməlidirlər. Nazirliyin rəsmisi keçiriləcək müsabiqə ilə bağlı sabah canlı yayım edəcəklərini və müəllimləri maraqlandıran bütün suallara cavab verəcəklərini deyib.

    Onu da qeyd edək ki, ötən il müddətsiz əmək müqaviləsi bağlanan müəllimlərin sayı 500 nəfər olub. Bu il həmin rəqəmin daha yüksək olacağı da gözlənilir.

  • Rafael Ağayev Avropa çempionatında finala çıxdı

    İspaniyanın Quadalaxara şəhərində böyüklərin 54-cü Avropa çempionatı başlanıb.

    Median.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, turnirin ilk günü kumitenin bütün çəki dərəcələrində və kata üzrə fərdi yarışlar keçirilib.

    75 kq çəki dərəcəsində çıxış edən Rafael Ağayev ardıcıl 4 rəqibini məğlub edərək final görüşünə vəsiqə qazanıb. O, 30 martda italiyalı Luici Busa ilə qızıl medal uğrunda döyüşə çıxacaq.

    Qeyd edək ki, 28-31 mart tarixlərində baş tutacaq qitə çempionatında Azərbaycan 19 idmançı ilə təmsil olunur. Artıq onlardan 7-si məğlub olaraq mübarizəni dayandırıb.

    -75 kq, Rafael Ağayev

    1. Yusid Suljiç (Bosniya və Herseqovina) – 3:0

    2. Bekim Başa (Albaniya) – 3:1

    3. Elhami Şabani (Kosova) – 3:0

    4. Stanislav Horuna (Ukrayna) – 5:1

    Final

    Luici Busa (İtaliya) (şənbə günü)

  • Матанат Асадова: Я не женщина на один день

    Я вижу себя женщиной, созданной для семьи. Я не женщина на один день. Ни один мужчина не сможет, имея семью, делать со мной на стороне все, что захочет.

    Как сообщает Median.Az, об этом певица Матанат Асадова заявила, будучи гостьей Youtube проекта продюсера Тариха Алиева (Толик) под названием «Tolik ilə səmimi».

    «Я 30 лет в творчестве, мне подарено 9 автомобилей. Последний автомобиль мне был подарен одной семьей, из-за некоторых проблем, я вынуждена была его недавно продать.

    Мне не нужен женатый человек. Люди судят обо мне по моему внешнему виду. Но я много лет одинока. Я несчастная женщина. Я буду счастлива лишь тогда, когда рядом со смой будет моя семья, отец моего ребенка.

    Певица также высказалась по поводу распространенной ею некоторое время назад ложной информации о предстоящей свадьбе.

    «Я тоже хочу, чтобы все получилось. Хочу создать семью один единственный раз, чтобы все было, как надо. Что я могу поделать, если этого не случается», – сказала она.//media.az

  • Ehtiyatlı olun: Bakıda saxta bank işçiləri peyda olub

    Xarici ölkədə fəaliyyət göstərən bank adından Bakıda vətəndaşa qarşı dələduzluq etmək istəyiblər.

    Hadisə Yardımlı sakini Nail Ağaverdiyevin başına gəlib. ”Xəzər Xəbər”ə müraciət edən həmin şəxs deyir ki, bir neçə gün əvvəl sosial şəbəkədə ona Samira adlı bir qadın yazıb. Qadın Fransadakı banklardan birinin əməkdaşı olduğunu deyərək, Nail Ağaverdiyevə kredit götürməyi təklif edib. Nail Samira adlı qadından 5 min dollar götürmək istədiyini deyib. Qadın onunlatürk dilində yazışdıqdan sonra mobil telefon nömrəsini istəyib.

    Median.Az xezerxeber.az-a istinadən bildirir ki, bir neçə dəqiqə sonra ”+229 60 46 11 22” nömrəli mobil telefondan Nail Ağaverdiyevə ”votsap”dan mesaj gəlib. Özünü Fransada bank müdiri kimi qələmə verən şəxs Nail Ağaverdiyevin ad və soyadına yazılmış və möhürlü bir müqavilə sənədi göndərib. Məlumat verib ki, həmin müqavilə sənədini çap edərək imzalasın və təkrar mobil telefon vasitəsilə şəklini çəkib onlara göndərsin. Ardından isə 143 dolları ödəmək üçün bir hesab nömrəsi göndərib.

    Nail Ağaverdiyev bunun bir dələduzluq olduğunu anlayıb və tələb edilən məbləği göndərməyib. Araşdırma zamanı məlum olub ki, həmin mobil nömrə Afrika qitəsində yerləşən Benin Respublikasına məxsusdur. Hüquqşünas Anar Ramazanov xarici ölkədə olan hansısa bir bankın telefon vasitəsilə yazışaraq vətəndaşa kredit verməsinin mümkün olmadığını deyir.

    Hüquqşünas bu kimi faktla üzləşən şəxslərə ərazi üzrə polis idarəsinə müraciət etməyi tövsiyyə edir.

  • Kredit borcu olanlara ŞAD XƏBƏR: Pulunuzu bu yolla alın

    Problemli kreditlərlə bağlı elektron portal hazırlanıb. İstənilən şəxs portaldakı müvafiq bölməyə daxil olmaqla alacağı kompensasiya məbləğini öyrənə bilər. Bu barədə məlumat Maliyyə Bazarlarına Nəzarət Palatasında keçirilən təqdimat mərasimində verilib. Qeyd edilib ki, bu gündən aprelin sonunadək vətəndaşlara sms göndəriləcək və onlar növbəli şəkildə banka çağırılacaqlar.

    Median.Az xezerxeber.az-a istinadən bildirir ki, problemli kreditlərlə bağlı kompensasiya veriləcək şəxslərin siyahısı açıqlandı…

    Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən problemli kreditlərlə bağlı elektron portal hazırlanıb. Təqdimat mərasimində bildirilib ki, portalda hesablanmış kompensasiya məbləği ilə yanaşı, məbləğin azaldılan hissəsi, kompensasiyanın cari borcların ödənilməsinə yönəldilən və vətəndaşa çatan hissəsi, həmçinin, restruktrizasiya güzəştinin şamil olunacağı cari kreditlər barədə məlumatlar var.

    Problemli krediti olan istənilən şəxs portaldakı müvafiq bölməyə şəxsiyyət vəsiqəsinin məlumatlarını və mobil nömrəsini qeyd edərək ona hesablanan məbləği öyrənə bilər.

    Bu gündən aprelin sonunadək vətəndaşlara SMS göndəriləcək və onlar növbəli şəkildə banka çağırılacaqlar. Bağlanan bankların müştərilərinə isə “Azərpoçt” MMC tərəfindən SMS məlumat göndəriləcək. Kompensasiyaların verilməsinə gələn ayın sonuna kimi başlanılacaq.

  • В Бейлагане женщина-водитель перевернула автомобиль в канал – ВИДЕО

    В Бейлагане автомобиль упал в канал.

    Как передает Median.Az со ссылкой на ONA, автомобиль марки «Nissan» с государственным знаком 90 UF203 врезался в дерево на обочине дороги.

    От удара дерево сломалось, а машина упала в канал.

    Автомобиль вытащили из канала посредством подъемного крана.

    По словам очевидцев, автомобилем управляла женщина.

  • Ölkənin quşçuluq fabrikləri ət istehsalında çətinlik çəkir

    Azərbaycanın quşçuluq fabrikləri quş əti istehsalında çətinliklərlə üzləşir.

    Median.Az bildirir ki, bunu Trend-ə “İsmayıllı Quşçuluq” ASC-nin direktoru Zahid Qardaşov deyib.

    Onun sözlərinə görə, bu sahənin aktual problemi damazlıq yumurta tədarükündə dövlət nizamlanmasının olmamasıdır:

    “Ölkədə fəaliyyət göstərən bir neçə təsərrüfat tərəfindən tədarük olunan damazlıq yumurtalar ikinci nəsil yumurtalardır. Birinci nəsil damazlıq yumurtalar demək olar ki, tədarük olunmur. Hesab edirəm ki, dövlət bu prosesi nəzarət altına almalıdır, çünki nizamlanmanın olmaması bu sahənin inkişafını ləngidir. Hələlik isə bu sahədə hər hansı bir addım atılmır”.

    Broyler şirkətlərinə tədarük olunan damazlıq yumurtalardan diri quş kütləsinin artımı 1,7 kiloqramdan çox deyil ki, bu da Z.Qardaşovun sözlərinə görə, biznes üçün səmərəli deyil.

    O əlavə edib ki, bu səbəbdən quş əti istehsalı ilə məşğul olan müəssisələr çətinliklərlə qarşılaşır və əksər hallarda müflisləşmə ilə üz-üzə qalır.