Month: March 2019

  • Voleybol üzrə Azərbaycan çempionu məlum oldu

    “Azərreyl” voleybol klubu növbəti dəfə Azərbaycan çempionu olub.

    Median.Az publika.az-a istinadən xəbər verir ki, martın 28-də qadın voleybolçular arasında ölkə çempionatının növbəti turunun oyunları keçirilib.

    İlk olaraq meydana “Azərreyl” və “Lokomotiv” komandaları çıxıblar. Gərgin idman mübarizəsi şəraitində keçən görüş “Lokomotiv”in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Məğlubiyyətə baxmayaraq hesabında 28 xal olan “Azərreyl” komandası yarışın sonuna iki tur qalmış çempionluğunu rəsmiləşdirib. “Lokomotiv”in isə hesabında 20 xal var.

    Günün digər oyununda AVF komandası “Abşeron”a 3:2 hesabı ilə qalib gəlib.

    Qeyd edək ki, “Abşeron” 7 xalla turnir cədvəlində üçüncü, AVF isə 5 xalla dördüncü pillədə yer alıb.

  • Опасный вирус в Android: ваши деньги могут быть в опасности

    Киберпреступники активно используют Android-троян Gustuff, который нацелен на клиентов международных банков, пользователей мобильных криптокошельков, платежных систем и мессенджеров. Как передает Median.Az со ссылкой на Lenta.ru, его обнаружили специалисты компании Group-IB.

    Gustuff используется для вывода криптовалюты со счетов пользователей. Заражение смартфонов на Android происходит через СМС с вредоносными ссылками.

    Жертвами вируса стали пользователи 32 приложений для хранения криптовалют и клиенты более 100 банков. Анализ показал, что под угрозой находятся пользователи мобильных приложений крупнейших банков и криптокошельков.

    В текущей версии вирус также нацелен на юзеров приложений онлайн-магазинов, платежных систем и мессенджеров. Среди них – PayPal, Western Union, eBay, Walmart, Skype, WhatsApp, Gett Taxi.

    Троян научился показывать фейковые push-уведомления. При переходе пользователь видит загруженное с сервера фишинговое окно. Жертва сама вводит данные банковской карты или криптокошелька.

    Сообщается, что автором вируса является русскоязычный киберпреступник, однако Gustuff “работает” исключительно на международных рынках.

    Ранее сообщалось, что в популярном мобильном браузере для Android UC Browser обнаружили уязвимость, которая позволяет загружать вредоносный код. По данным экспертов, каждому установившему программу угрожает потенциальная опасность.

  • Dəkkədə göydələndə yanğın: Çoxlu sayda ölən və yaralanan var

    Banqladeşin paytaxtı Dəkkə şəhərində, “FR Tower”də baş verən dəhşətli yanğında 19 nəfər ölüb, 70 nəfər xəsarət alıb.

    Median.Az oxu.az-a istinadən bildirir ki, bu gün günorta saatlarında başlayan yanğının söndürülməsinə 21 briqada cəlb olunub. Hərbi helikopterlərin də istifadə olduğu xilasetmə və söndürmə əməliyyatları davam edir.

    Qeyd edək ki, Dəkkədə ötən ay baş verən oxşar hadisə zamanı da 78 nəfər ölmüşdü.

  • Gürcüstanda azərbaycanlı bələdiyyə üzvü həbs olunub

    Gürcüstanın Marneuli Bələdiyyə Məclisinin (Sakrebulo) azərbaycanlı üzvü Rəhim Əsgərov polis tərəfindən saxlanılıb.

    Median.Az xəbər verir ki, ONA-nın Gürcüstan mediasına istinadən verdiyi xəbərə görə, Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze məlumatı təsdiqləyib.

    Rüşvət faktına görə saxlanılan R.Əsgərov “Vahid Milli Hərəkat” partiyasının üzvüdür.

  • Mətbuat işçilərinə şad xəbər: Bu məhsulların üzərindən ƏDV götürülür

    Nazirlər Kabinetindən (NK) ölkəyə gətirilən hazır çap məhsulları və qəzet kağızları üzərindən əlavə dəyər vergisinin (ƏDV) götürülməsi ilə bağlı təklifə münasibət bildirilib.

    Median.Az xəbər verir ki, qeyd olunub ki, Vergi Məcəlləsinin 164.1.7-ci maddəsinə əsasən, KİV məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr, kütləvi informasiya vasitələri məhsulları istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla) ƏDV-dən azad edilib. Hesab olunur ki, sözügedən azadolma bu sahədə istehsal olunan məhsulların satış qiymətinin azalmasına müsbət təsir edir.

    Vergi Məcəlləsinin 164.1.35-ci maddəsinin müddəalarına əsasən, siyahısı Azərbaycan Prezidenti tərəfindən müəyyən olunan xammalın və materialların idxalının ƏDV-dən azad edilməsi nəzərdə tutulub.

    Qəzet kağızı və hazır çap məhsulları həmin siyahıya daxil edildiyi halda qeyd olunan malların idxalı ƏDV-dən azad oluna bilər.

    Qeyd edək ki, ölkəyə gətirilən hazır çap məhsulları və qəzet kağızları əvvəllər ƏDV-yə cəlb edilmirdi. Artıq bir neçə ildir ki, bu verginin tətbiqinə başlanılıb.

  • Ограничивается движение на одной из крупных дорог Азербайджана

    В связи с ремонтными работами движение по дороге, ответвляющейся от 81-го километра автомагистрали Алят-Астара-госграница с Ираном в сторону города Билясувар, завтра с утра будет частично ограничено, сообщает Госагентство автомобильных дорог, передает Median.Az со ссылкой на Trend.

    Движение транспорта будет частично ограничено в течение 3-4 дней. В течение этого времении водители в качестве альтернативной дороги могут воспользоваться дорогой, ведущей от 111-ого километра магистральной дороги в сторону города Джалилабад.

  • Mətanət: “Ailəsi ilə yaşayıb, kənarda mənimlə…”

    “Özümü ailə üçün lazım olan qadın kimi görürəm. Mən gündəlik qadın deyiləm. Ailəsi ilə yaşayıb, kənarda mənimlə istədiyini etmək heç bir kişinin başı üçün deyil”.

    Median.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Mətanət Əsədova prodüser Tarix Əliyevin “Tolik ilə səmimi” adlı “Youtube” layihəsində deyib. Muğam ifaçısı aldığı hədiyyələrdən, şou-biznesdən bəhs edib:

    “30 ildir sənətdəyəm, 9-a qədər maşın hədiyyə olunub. Sonuncu avtomobili də bir ailə bağışlamışdı, bu yaxınlarda problemim oldu deyə, satdım.

    Mənə ailəli insan lazım deyil. Onlar vaxt tapıb evlərinə gedə bilmirlər. Görünüşümə baxıb deyirlər, bu nədir… Amma illərdir tənhayam. Xoşbəxt qadın deyiləm. Ailəm, övladımın atası yanımda olanda xoşbəxt olacam.

    Mən yanında anasını gəzdirib, başqa şey edən müğənnilərdən deyiləm. Həmişə qardaşlarım, anam məni belə sıxıb. Mən yalnız şadlıq evinə, gözəllik salonuna gedirəm. Heç Bakıda çox yeri tanımıram”.

    Əsədova bir müddət əvvəl ərə getməsi haqda yaydığı yalan xəbərlərin qınanılmasına münasibət bildirib:

    “Mən də istəyirəm alınsın. Bir dəfə ailə qurmaq istəyirəm. Yaxşı olsun ki, mən də ailə qurum. Alınmırsa, nə edim”.

  • Sumqayıt metaləritmə zavodu: ölümlə nəticələnən partlayışın səbəbi bəlli olub

    Sumqayıtda ötən həftənin cümə günü “STP-3 Metaləritmə” zavodunun poladəritmə sexində baş vermiş partlayışın səbəbi bəlli olub.

    Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov BBC News Azərbaycancaya deyib ki, partlayış metalın əriyib sobanın soyutma radiatoruna toxunması nəticəsində baş verib.

    Cənab Sultanov bildirib ki, hadisə nəticəsində fəhlələrdən dördü müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onlardan biri aldığı xəsarətlərdən martın 27-də müalicə olunduğu xəstəxanada vəfat edib.

    Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova BBC News Azərbaycancaya deyib ki, digər xəsarət almış fəhlələr artıq evə buraxılıblar.

    Baş Prokurorluğun məlumatına görə, hadisə ilə bağlı “əmək mühafizəsi qaydalarını pozma (ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda)” maddəsi ilə cinayət işi başlanıb.

    Hadisə ilə bağlı istintaq davam etdir.

  • Gəncədə 23 yaşlı qız qohumunun evindən itkin düşdü

    Gəncədə 23 yaşlı qız itkin düşüb.

    Median.Az Trend-ə istinadən bildirir ki, hadisə Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində qeydə alınıb.

    Gəncə şəhəri, F.Xoyski küçəsi, 6-cı dalan, ev 8-də yaşayan 1996-cı il təvəllüdlü Nərgiz Elcan qızı Muxtarova martın 26-da Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 92-də qohumu Allahverdi Eyyub oğlu Hüseynovun evinə gəlib.

    N.Muxtarova həmin gün axşam saatlarında o evdən çıxıb və bir daha geri qayıtmayıb.

    Faktla bağlı araşdırmalara başlanıb.

  • Ильхам Алиев прибыл с рабочим визитом в Австрию

    Президент Азербайджана Ильхам Алиев в четверг прибыл с рабочим визитом в Австрию, сообщает АЗЕРТАДЖ.