Month: March 2019

  • Namiq Nağıyevə YÜKSƏK VƏZİFƏ VERİLDİ

    Şamaxı rayon Təhsil şöbəsinə yeni müdir təyinatı olub.

    Median.Az report-a istinadən xəbər verir ki, müvafiq əmrlə bu vəzifəyə Namiq Rzaxan oğlu Nağıyev təyin edilib.

    Qeyd edək ki, N.Nağıyev bu təyinatadək Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) direktor müavini vəzifəsində çalışıb.

  • “Twitter”də YENİ FUNKSİYA

    “Twitter” mikrobloqlar servisi istifadəçilərə dərc edilən məlumatlar altında arzuolunmaz şərhləri gizlətməyə imkan verən yeni funksiya hazırlayır.

    Median.Az “ICTnews”a istinadən yazır ki, funksiyadan “Paylaş” düyməsinə basmaqla yararlanmaq mümkün olacaq.

    Yenilik barədə şirkətin məhsullar üzrə baş meneceri Yasmin Hak “Twitter” hesabında bildirib. Onun sözlərinə görə, istifadəçilər mövcud komandalar vasitəsilə məlumatları mənfi rəylərdən tam qoruya bilmirlər. Məsələn, dərc edilən məlumatlar üçün cavablardan şikayət etmək yalnız onlar şirkətin qaydalarını pozduqda mümkündür. Yeni funksiya mikrobloqların moderasiya imkanlarını genişləndirməyə şərait yaradacaq.

    Bununla yanaşı, xoşagəlməz cavablar tam silinməyəcək. Belə ki, digər istifadəçilər “Gizlədilmiş tvitləri göstər” funksiyası vasitəsilə məlumatı dərc edən tərəfindən gizlədilən şərhlərə baxa biləcəklər.

    İstifadəçilər şərhlərin gizlədilməsi barədə məlumatlı olmaqla təhqiramiz davranışdan yayınmaq imkanı əldə edəcəklər.

  • Наргиз Пашаева избрана академиком Российской академии образования

    Ректор Бакинского филиала МГУ им. Ломоносова, вице-президент Национальной Академии Наук Азербайджана (НАНА), академик Наргиз Пашаева 27-го февраля на Общем собрании членов Российской академии образования (РАО) по представлению ректора МГУ им. Ломоносова, академика В.А.Садовничего была единогласно избрана академиком (иностранным членом) РАО.

    Как передает Median.az, новые, в том числе иностранные, члены Академии были определены в ходе максимально прозрачной процедуры – путем тайного голосования бюллетенями, с применением электронных средств подсчета голосов (КОИБ), аналогичных используемым в общероссийских выборах, проводимых Центризбиркомом РФ. В выборах участвовали все члены Академии, присутствующие на собрании.

    Всего в заседании Общего собрания приняли участие около 200 видных российских и зарубежных ученых, членов Академии, представители Администрации Президента РФ, Правительства РФ, федеральных министерств и ведомств, Государственной Думы РФ, члены Попечительского совета РАО, видные государственные деятели и ученые. Основной темой обсуждения стало участие Российской академии образования в реализации национальных проектов «Образование», «Наука», а также перспективные планы развития РАО и ближайшие масштабные проекты. Во второй части собрания прошли выборы новых членов Академии и представителей органов ее управления.

    Помимо профессора Наргиз Пашаевой, иностранными членами РАО также избраны Ли-Янки Ханнелора (гражданство Федеративная Республика Германия, Швейцарская Конфедерация) и Франциско Понс (гражданство Королевство Испания, Швейцарская Конфедерация).

  • Avtomobillərə pərdə və plyonka qadağası ləğv edilə bilər – VİDEO

    Avtomobillərin arxa yan şüşəsinə pərdə və plyonkanın ilin müəyyən aylarında vurulması qadağası ləğv edilə bilər.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, millət vəkili Çingiz Qənizadə avtomobillərin arxa yan şüşələrinə ilin bütün aylarında pərdə vurulmasına icazə verilməsini təklif edib.

    Deputat deyir ki, keçmiş Standarlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qəbul etdiyi məlum qərar ləğv edilməldir. Çünki bu qərarın heç bir əhəmiyyəti qalmayıb. Azərbaycanın qəbul etdiyi Avropa İqtisadi Komissiyasının 43 saylı qaydasında qeyd olunub ki, sürücünün kürəyindən arxada qalan şüşələrin şəffaflığı sürücünün öz öhdəliyinə buraxılır.

    Qeyd edək ki, mayın 1-dən noyabrın 15-nə kimi tətbiqinə icazə verilən jalüzlər də şüşəni tündləşdirir. Hətta gecə saatlarında həmin şüşədən bayıra baxanda görünüşü məhdudlaşdırır. Əgər bu yol hərəkəti təhlükəsizliyinə zidd olsaydı və ya qəza riskini artırsaydı yayda daha çox qəza ola bilərdi.

    Millət vəkili deyir ki, digər qonşu ölkələrdə də sürücünün arxasında qalan şüşələrin şəffaflığı sürücünün öz öhdəliyinə buraxılıb. Əgər qeyd olunan şüşələrin tündləşdirilməsi yol hərəkəti təhlükəsizliyi səviyyəsini aşağı salsaydı öncə Konvensiyaya qoşulan ölkələr bunu qadağan edərdi.

    Qeyd edək ki, Avropanın bir çox ölkəsində belə bir qadağa yoxdur. Çingiz Qənizadə məsələni parlamentdə gündəmə gətirəcəyini deyir.

  • Qida Təhlükəsizliyi Agentliyinə bir ayda 1325 müraciət daxil olub

    Bu ilin fevral ayı ərzində Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı mərkəzi”nə 1325 müraciət edilib.

    Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, edilən müraciətlərdən 347-si sertifikatlaşdırma və qeydiyyat, 286-sı idxal-ixrac əməliyyatları, 101-i istehlakçı hüquqlarının pozulması halları ilə əlaqədar olub.

    Qida zəhərlənmələri ilə əlaqədar agentliyə 26 müraciət daxil olsa da, onlardan yalnız 11-i öz təsdiqini tapıb. Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.

    Ay ərzində daxil olan müraciətlərin 116-sı işə qəbulla bağlı, 449-u isə digər xarakterli müraciətlər olub.

  • Студент с самой высокой стипендией в Азербайджане

    В Азербайджане самую высокую стипендию получает студент Бакинского государственного университета.

    Как сообщает Qafqazinfo, информация об этом опубликована на странице «Университеты Азербайджана».

    Отмечается, что студент третьего курса БГУ Ильгар Мамедов получает 480 манатов стипендии.

    Так, студент, учащийся в группе Sabah, получает 210 манатов президентской стипендии, 200 манатов стипендии Azercell и 70 манатов стипендии Sabah.

    Следует отметить, что И.Мамедзаде окончил среднню школу села Арыгыран Гедабекского района. Он поступил на юридический факультет БГУ с 690 баллами.

  • Azərbaycanın ən yüksək təqaüd alan tələbəsi

    Ölkəmizdə ən yüksək təqaüdü Bakı Dövlət Universitetinin tələbəsi alır.

    Bu barədə məlumat Azərbaycan Universitetləri səhifəsində paylaşılıb.

    Bildirilib ki, BDU-nun III kurs tələbəsi olan İlqar Məmmədzadənin təqaüdü 480 AZN edir.

    Belə ki, “Sabah” qrupunda təhsil alan tələbə 210 manat Prezident təqaüdü, 200 manat “Azercell” təqaüdü, 70 manat isə “Sabah” təqaüdü alır.

    Məlumat üçün bildirək ki, İ. Məmmədzadə Gədəbəyin Arıqıran kəndində orta məktəbi bitirib. 690 balla BDU Hüquq fakültəsinə qəbul olub və indiyə kimi bütün qiymətləri “A”dır.

  • “Bizim yeni məhsullarımız insanların ağıllarını başlarından alacaq” – Apple

    Keçən həftənin cümə günündə Apple şirkətinin CEO-su Tim Cook Kupertinoda investorlarla görüş keçirdib və həmin görüşdə gələcək Apple məhsulları barəsində fikrilərini bildirib.

    Median.Az Technote-a istinadən bildirir ki, investorların qarşısında çıxışı zamanı Tim Cook Apple şirkətinin bugünki vəziyyəti və gələcəyi barəsində böyük optimistliyə sahib olduğunu bildirib. Bu barədə Gsmarena saytı xəbər verib. Tim Cook-un sözlərinə əsasən Apple şirkəti hal hazırda gələcək məhsullar üçün toxumlar səpməklə məşğuldur və həmin məhsullar insanların ağıllarını başlarından alacaq.

    Detallı məlumatlar verməyən Tim Cook qeyd edib ki, şirkət fantastik məhsullar siyahısına sahibdir. Şayiələrə görə şirkət artıq bu il ikinci nəsil AirPods naqilsiz qulaqlıqlarını təqdim edəcək. Həmin qulaqlıqlarda tərtibatçılar səsin ötürülməsi özəlliyini yaxşılaşdıracaqlar və kənar səs-küyün boğulması texnologiyasını reallaşdıracaqlar.

    Apple Watch smart saatına gəldikdə isə yaxın gələcəkdə yeni modellərdə istifadəçi sağlamlığının vəziyyətinin təyin olunması üzrə yeni funksiyaların olacağı gözlənilir. Son məlumatlara əsasən şirkət sözügedən smart saat vasitəsilə qandakı qlükoza səviyyəsini ölçməyin yollarını axtarır. Bundan əlavə olaraq Tim Cook Retina ekrana sahib MacBook Air noutbookunun qiymətinin aşağı salmağı planından da danışıb. Həmçinin o əlavə edib ki, 2020-ci ilə kimi şirkət öz servislərindən olan gəlirləri 50 milyard dollara yüksəltməyi hədəfləyib. Qeyd etmək lazımdır ki, yaxın aylar ərzində Apple şirkəti özünün Netflix analoqunu təqdim etməlidir.

  • Bakıda 21 yaşlı oğlan küçədə ölümcül bıçaqlandı

    Bakıda bıçaqlanma hadisəsi baş verib.

    Median.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “Tayqa” marketin yaxınlığında baş verib.

    Həmin ərazidə 1998-ci il təvəllüdlü Rüstəmov Zaman Qərib oğlu çoxsaylı bıçaq xəsarətləri ilə ağır vəziyyətdə xəstəxanaya gətirilib.

    Daxil olan məlumat əsasında aparılan araşdırma nəticəsində məlum olub ki, R.Zamanov şəxsi münasibətlər zəminində Əliyev Elxan Orxan oğlu tərəfindən bıçaqlanıb.

    Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məsəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb, E. Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

    Cinayət işi sonradan 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilərək Binəqədi Rayon Prokurorluğunun icraatına verilib.

  • Названа официальная причина смерти Децла

    Судебно-медицинская экспертиза в Ижевске установила, что хип-хоп исполнитель Кирилл Толмацкий, более известный как Децл, скончался из-за острой сердечной недостаточности. Об этом сообщает РИА Новости в понедельник, 1 марта.

    21 февраля стало известно, что все права на имя, музыкальное наследие и клипы будут принадлежать его сыну Антонию. Позднее его жена Юлия рассказала, что его родители объявили ей войну за наследие музыканта. «Внука – бабушке, творчество – дедушке, а меня они оба… уже отправили искать нового мужа (чтобы не ругаться матом)», – написала супруга Толмацкого.

    Децл умер в ночь на 3 февраля после концерта в Ижевске. В гримерке артист пожаловался на плохое самочувствие, его знакомые решили вызвать скорую помощь. Прибывшие на вызов медики не смогли спасти жизнь музыканта. Ему было 35 лет.