Month: March 2019

  • Rusiya ABŞ-la anlaşmanı pozdu

    Rusiya prezidenti Vladimir Putin ölkəsinin Orta və kiçik mənzilli raketlərin məhv edilməsi Müqaviləsindən çıxması haqqında əmr imzalayıb.

    ONA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, Rusiya XİN-ə müqavilə iştirakçılarına, o cümlədən ABŞ-a bu barədə məlumat vermək tapşırılıb.

    Sənəddə bildirilir ki, “ABŞ müqavilə üzrə öhdəliklərinin pozulmasını aradan qaldırana və ya onun müddəti başa çatana qədər Rusiya müqavilədən çıxır”.

    Qeyd edək ki, Orta və kiçik mənzilli raketlərin məhv edilməsi Müqaviləsi 1987-ci ildə ABŞ prezidenti Ronald Reyqan və SSRİ lideri Mixail Qorbaçov tərəfindən imzalanıb.

  • Qızının toyuna hazırlaşan Fatimə: “Mənə qadağa qoyublar” – VİDEO

    Bu yaxınlarda qızının “hə”sini verən rəqqasə Fatimə Fətəliyeva danışıb.

    Median.Az lent.az-a istinadən xəbər verir ki, rəqqasə qızının toyuna hazırlaşdığını bildirib:

    “Ən böyük arzularımdan biri bu günü görmək idi. Allah mənim qızımı və dəyərli kürəkənimi xoşbəxt etsin. Toy hələ tezdir. Çünki hazırlaşmalıyıq. Yəqin ki, yayda olacaq. İndidən deyim ki, toyda media iştirak etməyəcək. Yəqin ki, bu qərarımdan heç kim inciməz. Qızım toyunun mediada işıqlandırılmasını istəmir. Qızımdan əlavə, yeni qohumlarımız da məclisinin mətbuatda yer almasını istəmir. Toyda iştirak edəcək məşhurlara da bəy və gəlinlə şəkil çəkdirməyə qadağa qoyulacaq. Bu qadağanı mən qoymuram. Qadağanı mənə qoyublar”.

    Zaman-zaman adı qalmaqallarda hallanan rəqqasə bildirib ki, bundan sonra diqqətli olacaq: “Artıq özümə bir çox qadağalar qoymuşam. Çox şeyləri özümə qadağa edəcəm. Çünki artıq mən qayınanayam”.

  • Tanış olduğu qızı gecə klubuna gətirdi və çılpaq halda… – Bakıdakı olayın ŞOK TƏFƏRRÜATI

    Bakıda dələduzluqda və şantajda təqsirləndirilən Cəlilabad rayon sakini, 1987-ci il təvəllüdlü Samid Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Samid Abdullayev 2015-ci ilin sentyabrında Feysbuk sosial şəbəkəsi vasitəsilə tanış olduğu Ləman Məmmədovaya (ad və soyadlar şərtidir – red.) özü haqqında həqiqətə uyğun olmayan yalan məlumatlar verib, onunla sevgi münasibətləri yaradıb.

    Əvvəl sevgisini elan etdi, sonra pulunu aldı

    O, Ləmanın etibarını qazandıqdan sonra qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olduğunu, işlərində problem yarandığını bildirib.

    Samid bu yolla Ləmanı aldadıb və 2015-ci ilin sentyabrın sonlarında “Nəriman Nərimanov” metrostansiyasının yanında bir həftəyə qaytaracağı vədi ilə ondan 1000 manat alıb.

    Bundan sonra Samid ucuz qiymətə satılan qızıl-zinət əşyalarını almaq istədiyini və gələcəkdə əldə edəcəyi qazancla onların evliliyi üçün müəyyən işlər görəcəyini deyib.

    O, həmin il oktyabrın 2-də “Əhmədli” metrostansiyasının yanında bir həftəyə qaytaracağı vədi ilə Ləmandan 10.600 manat və 500 ABŞ dolları alıb.

    Daha sonra verilən pulun qızıl-zinət əşyalarının alınması üçün kifayət etmədiyini və lazım olan məbləğin satıcıya çatdırılmayacağı təqdirdə verilmiş pulların da batacağını bildirib.

    Oktyabrın 9-da Ləmandan “Nəriman Nərimanov” metrostansiyasının yaxınlığında 1500 manat, oktyabrın 25-də saat 11 radələrində Heydər Əliyev adına Beynəlxalq Hava Limanında 2000 ABŞ dollar pulunu alıb.

    Ehtiraslı görüş və intim söhbət

    Bundan sonra, Samid Ləmanı rüsvayçı fotoları ilə şantaj etməyə başlayıb. O, Ləmanı Nərimanov rayonu ərazisində yerləşən “Klub 45″də öpüşdüyü zaman çəkilmiş fotoşəkilləri və videogörüntüləri, internet vasitəsilə ona göndərdiyi sinə nahiyəsinin yarıçılpaq fotoşəkili ilə şantaj edib.

    Samid həmçinin Ləmanın vatsap vasitəsilə aralarında intim mövzuda olan yazışmaları atasına və iş yerinə göndərəcəyini bildirib.

    O, qızdan hədə-qorxu ilə pul tələb edib.

    “Sevgilisi”nə bank vasitəsi ilə nə qədər pul göndərdi?

    Samid bu hədələrlə Ləmandan noyabrının 5-də 200 manat, noyabrın 10-da ümumi dəyəri 1500 manat olan qızıl və 400 ABŞ dollarını alıb.

    Daha sonra Samid eyni məqsədlə noyabrın 19-da Ləmanın adına “Kapital Bank” ASC-nin Nizami rayonunda yerləşən “Nizami-2” filialı vasitəsilə iki dəfəyə göndərdiyi 80 manat pulu, noyabrın 24-də “Turan bank”da adına olan hesaba ödədiyi 38 manat pulu ələ keçirib.

    Bundan sonra Samid Ləmanı 2016-cı ilin müxtəlif vaxtlarında intim foto və videoları ilə şantaj edib. Ondan ümumilikdə 12691 manatını alıb.

    Qadının şikayəti və həbs

    Samid bu qədər pul və qızıl almasına baxmayaraq Ləmanı yenə də şantaj etməyə başlayıb. Şantajlardan bezən Ləman hüquq-mühafizə orqanlarına şikayət edib. Samid Abdullayev həbs edilib.

    Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.

    10 il 6 ay cəza və narazılıq

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samid Abdullayev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə həmçinin dəymiş ziyana görə 28412 manat təqsirləndirilən şəxsdən tutularaq Ləman Məmmədovaya ödənilməsi barədə qərar verilib.

    Hökmdən narazı qalan Samid Abdullayev apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini xahiş edib.

    Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Samid Abdullayevin apelyasiya şikayəti qismən təmin olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

    Yeni hökmə əsasən, Samid Abdullayevin əməli Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə dəyişdirilib. Ona 6 il 6 ay cəza təyin olunub.

    Bu hökmdən narazı qalan zərərçəkmiş kasasiya şikayəti verib. O, Samid Abdullayevin cəzasını 10 ilə qədər artırılmasını istəyib.

    Ləman Məmmədovun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan prosesdə kasasiya şikayətinin dəlilləri araşdırılıb.

    Kasasiya şikayəti təmin edilməyib.

  • В Чехии столкнулись два поезда

    Шесть человек получили ранения в результате столкновения двух поездов в понедельник в Восточной Чехии, сообщил журналистам пресс-секретарь компании «Чешские железные дороги» Петер Штяглавский, передает ТАСС.

    «У города Ронов-над-Доубравоу произошло лобовое столкновение двух поездов, в одном из которых находились пассажиры, – сказал он. – Ранения получили шесть человек, один из которых в тяжелом состоянии доставлен в больницу».

    Движение поездов в месте ЧП прервано. Пожарные и спасатели устраняют последствия аварии. Создана комиссия экспертов, которой предстоит определить, почему поезда двигались навстречу друг другу по одной железнодорожной ветке. Штяглавский отметил, что обошлось без жертв.

    «Рассматриваются несколько версий произошедшего. По одной из них, столкновение поездов произошло из-за ошибки, допущенной кем-то из железнодорожных служащих», – сказал представитель компании «Чешские железные дороги».

  • Azərbaycanda narkomanların sayı açıqlanıb – Çoxu 25-45 yaşlı kişilərdir


    Azərbaycanda rəsmi qeydiyyata alınan narkomanların sayı artıb.

    Median.Az bildirir ki, Səhiyyə Nazirliyindən özəl olaraq Trend-ə bildirilib ki, 2010-cu ildə Azərbaycanda narkotik istifadəçilərinin sayı 25 489 nəfər, 2011-ci ildə 26 716 nəfər, 2012-ci ildə 27 910 nəfər, 2013-cü ildə 28 376, 2014-cü ildə 28 656, 2015-ci ildə isə 28 555, 2016-cı ildə 29 448, 2017-ci ildə 30 131, 2018-ci ildə 31 432 nəfər olub.

    Narkomanların 26 346 nəfəri dispanser, 50 86 nəfəri profilaktik qeydiyyatdadır.

    2015-ci ildə ilk dəfə narkotik istifadəçisi kimi qeydiyyata alınan narkomanların sayı 2 017 nəfər, 2016-cı ildə 2 142 nəfər, 2017-ci ildə 2 115, 2018-ci ildə 1995 nəfər olub.

    Ötən il 694 nəfər narkoman qeydiyyatdan çıxarılıb.

    Ümumilikdə, narkotik istifadəçiləri arasında 25-45 yaş arası insanlar üstünlük təşkil edirlər.

    Son məlumatlara əsasən, Azərbaycanda 15-17 yaşlı 9 nəfər (2017-ci ildə 5, 2016-cı ildə 5), 18-24 yaşlı 1734 nəfər (2017-ci ildə 1566, 2016-cı ildə 1447 nəfər), 25-29 yaşlı 4367 nəfər (2017-ci ildə 4225, 2016-cı ildə 4076), 30-34 yaşlı 4722 nəfər (2017-ci ildə 4 463, 2016-cı ildə 4239), 35-39 yaşlı 4841 nəfər (2017-ci ildə 4657, 2016-cı ildə 4542), 40-44 yaşlı 3856 nəfər (2017-ci ildə 3 707, 2016-cı ildə 3670), 45-49 yaşlı 3581 (2017-ci ildə 3408, 2016-cı ildə 3313), 50-54 yaşlı 3078 nəfər (2017-ci ildə 2 891, 2016-cı ildə 2818), 55-59 yaşlı 2405 nəfər (2017-ci ildə 2275, 2016-cı ildə 2266), 60-64 yaşlı 1865 nəfər (2017-ci ildə 1 875, 2016-cı ildə 1931), 65 yaşdan yuxarı isə 974 nəfər (2017-ci ildə 1062, 2016-cı ildə 1142) narkotik istifadəçisi var.

    Qeyd edək ki, 2014-cü ilədək Azərbaycanda rəsmi qeydiyyata alınmış narkotik istifadəçiləri arasında uşaqlar (yaşı 18-dək olanlar) olmayıb.

    Azərbaycanda narkomanlar daha çox opiat qrupuna daxil olan narkotiklərdən – tiryək, heroin və kokosdan istifadə edirlər.

  • Sabah Milli Məclis toplanır – 18 məsələ müzakirə olunacaq – SİYAHI

    Martın 5-də Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

    Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, iclasın gündəliyinə 18 məsələ daxildir.

    Əvvəlcə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi dinləniləcək. Sonra deputatlar “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Reklam haqqında”, “Gənclər siyasəti haqqında” qanunlarda, Cəzaların İcrası və İnzibati Xətalar məcəllələrində dəyişikliklər edilməsi barədə qanun layihələrinə üçüncü oxunuşda baxacaqlar.

    Sonra Şəhərsalma və Tikinti, Torpaq məcəllələrinə, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Pasportlar haqqında” qanunlara dəyişiklik edilməsi barədə qanun layihələri, həmçinin “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” qanun layihəsi müzakirə olunacaq.

    Plenar iclasda, həmçinin “İpoteka haqqında”, “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Telekommunikasiya haqqında” qanunlara, İnzibati Xətalar, Mülki Prosessual və Cinayət məcəllələrinə dəyişiklik edilməsi haqqında qanun layihələri ikinci oxunuşda müzakirə olunacaq.//baku.ws

  • Ərə getmək istəyən Nura: “Bu cür gözəlliyin qədrini bilən yoxdur” (VİDEO)

    “8 martdan xüsusi təbrik, heç yerdən, heç kimdən gözləmirəm. Mənə göz dəydi. Axırıncıdan sonra nə qapıya gələn var, nə də almaq istəyən”.

    Median.Az-ın məlumatına görə, bu sözləri müğənni Nura Suri ARB TV-nin “Söhbət var” verilişində deyib.

    İfaçı yenidən ailə qurmaq istəyindən danışıb:

    “O qədər dedilər ki, göz partdatdı, qoymadı. Yenidən niyə də evlənməyim? Bir də görürsən ki, evin ortasında qışqıra-qışqıra gəzirəm: bu nədi, bu cür gözəlliyin qədrini bilən yoxdur. Arada bir az ciddi, amma zarafata qatıb deyirəm. Fikirləşirəm ki, yəqin insanların zövqü korlanıb. Nə 14 fevralda, nə 8 martda məni təbrik edənim yoxdur. Zövqləri çoxdan korlanıb”.

  • Ильхам Алиев выделил средства на развитие театров

    Президент Азербайджана Ильхам Алиев в понедельник подписал распоряжение о дополнительных мерах по развитию театров Азербайджана.

    Согласно распоряжению, для сохранения театральных традиций Азербайджана и их развития в соответствии с требованием времени, из резервного фонда Президента Азербайджана, предусмотренного в госбюджете на 2019 год, министерству культуры будет выделено 1,8 миллиона манатов (один миллион восемьсот тысяч), в том числе Азербайджанскому государственному академическому национальному драматическому театру, Азербайджанскому государственному академическому театру оперы и балеты, Азербайджанскому государственному музыкальному театру, Азербайджанскому театру юного зрителя, Азербайджанскому государственному русскому драматическому театру и Азербайджанскому государственному кукольному театру будет выделено 200 (двести) тысяч манатов каждому, Нахчыванскому государственному музыкальному драматическому театру, Гянджинскому государственному драматическому театру, Сумгайытскому государственному драматическому театру, Мингячевирскому государственному драматическому театру, Лянкяранскому государственному драматическому театру и Шушинскому государственному музыкальному драматическому театру будет выделено по 100 (сто) тысяч манатов каждому.

    Министерству финансов поручено обеспечить финансирование в сумме, указанной в распоряжении.

  • Prokuror türkiyəli dələduza 6 il 6 ay iş istədi – Bakıda qadını aldatmışdı

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Türkiyə vətəndaşı Tahsin Çalışqanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsin 6 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

    Prosesdə çıxış edən zərərçəkmiş Esmira Qənizadə T.Çalışqana daha ağır cəza verilməsini tələb edib.

    Təqsirləndirilən şəxsin vəkili çıxış üçün məhkəmədən vaxt istəyib.

    Proses martın 18-dək təxirə salınıb.

    Qeyd edək ki, Türkiyə vətəndaşı T.Çalışqan Esmira Qənizadəyə onun üçün Türkiyədən Azərbaycana brend saat firmasının mallarını gətirəcəyini vəd verərək ondan 58 min manat pul alıb. Daha sonra T.Çalışqan verdiyi vədə əməl etməyib.

    Zərərçəkmişin şikayəti əsasında saxlanılan T.Çalışqan barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

    Xatırladaq ki, E.Qənizadə uzun müddət Xətai rayon Qeydiyyat şöbəsinin rəisi olub. I dərəcəli ədliyyə qulluqçusudur.

  • “Victoria’s Secret”in ABŞ-dakı butikləri bağlanır – Bir açıqlamaya görə

    Dünyanın ən məşhur qadın alt paltarı brendi “Victoria’s Secret”in ABŞ-dakı 53-ə yaxın butiki bağlanacaq.

    Median.Az Oxu.az-a istinadən bildirir ki, bu barədə brendin rəsmiləri ötən həftənin sonu “Bloomberg”ə açıqlama veriblər.

    Mağazaların bağlanmasının əsas səbəblərindən biri ötən ilin noyabr ayında “Vorgue US” şirkətinin rəsmilərinin verdiyi müsahibə olub. Onlar vurğulayıblar ki, bundan sonra “Victoria’s Secret”də böyük ölçülərə sahib olan qadınlar və transgenderlər işə götürülməyəcək.

    Qeyd edək ki, ABŞ brendi “Victoria’s Secret” 1977-ci ildə San-Fransiskoda (Kaliforniya) yaradılıb. Brendin tarixi çox maraqlıdır. Gənc ər Roy Reymond öz sevimli arvadına gözəl alt paltarı dəsti hədiyyə etmək istəyir. Lakin onun arvadına xoş sürpriz etmək cəhdi uğursuzluqla nəticələnir.

    Səbəb satıcıların kişi müştərilərlə işləyə bilməməsi və Roy Reymonda alt paltarı seçimində kömək edə bilməmələri olur. Mağazadakı hadisə Roy Reymonda uzun müddət rahatlıq vermir və nəticədə, onda öz qadın alt paltarı mağazasını açmaq ideyası yaranır.

    Bu, Stenford Universitetinin məzunu, MBA dərəcəsi olan istedadlı gəncin ideyası olur.

    Maraqlıdır ki, Roy Reymond şirkətinə xanımının şərəfinə Viktoriya adını verməyib. Şirkət adını sirli ingilis kraliçası Viktoriyadan götürüb.

    Hər il “Victoria’s Secret”in qadın alt geyimlərinin nümayişi ən baxımlı şouya çevrilir və o, ekran qarşısına milyonlarla tamaşaçı toplayır. Eyni zamanda, dünyada populyar olan onlarla supermodel bu şouya qatılır. Qızlar dəfiləni kürəklərinə taxdıqları qanadlarla podiuma çıxaraq təqdim etdikləri üçün onları “Victoria’s Secret”in “mələklər”i adlandırırlar.

    “Victoria’s Secret”də fəaliyyət göstərən “mələklər” arasında Bella və Cici Hadid bacıları, Kendal Cenner, Adriana Lima, Elza Hoks, Behati Prinslu, Kendis Sveynpol, Lili Oldric, Teylor Hill, Jozefin Skriver, Leys Ribeyro və digər dünya səviyyəli bir-birindən gözəl modellər var.

    “Mələklər”in nümayişini müşayiət edən parlaq musiqilər də supermodellər kimi şounun ayrılmaz hissəsidir. Hər il dəfilə məşhur simaların, həmçinin, dünya ulduzlarının iştirakı ilə baş tutur.

    “Victoria’s Secret”in şouları artıq bir ənənə halı alıb.